AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«MAGİSTRATURA MƏRKƏZİ»
Məmmədov Bəkir Şakir оğlu
(MAGİSTRANTIN A.S.A.)
«Ölkənin təhlükəsizliyinin təmin edilməsində gömrük xidmətlərinin rolunun artmasi” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı İİ 030000 İnzibati idarəetmə
İxtisasın şifri və adı İİM 030400 Gömrük işinin təşkili
Elmi rəhbər Magistr proqramının rəhbəri
(A.S.A., elmi dərəcə və elmi ad) A.S.A., elmi dərəcə və elmi ad)
Dos.M.M.Məmmədli _______ i.e.n.M.M.Aslanova_________________
Kafedra müdiri_____________ prof.A.Ş.Şəkərəliyev ______________________
(A.S.A., elmi dərəcə və elmi ad)
BAKI - 2017
M Ü N D Ə R İ C A T
Giriş
I Fəsil İqtisadi təhlükəsizliyin təmin olunmasının nəzəri metodoloji əsasları.
1.1. İqtisadi təhlükəsizlik konsepsiyası və onun əsas cəhətləri
1.2. İqtisadi inkişaf modelinin formalaşmasının təhlükəsizlik məsələləri.
II FƏSİL. İqtisadi təhlükəsizliyin təmin olunması və milli mənafelərin qorunması məsələləri.
2.1. Ölkədə mənafelərin qorunmasının nəzəri-metodoloji əsasları və prinsipləri
2.2 Respublikada Makroiqtisadi sabitləşmə prosesində iqtisadi təhlükəsizliyin təmin olunması yolları
III FƏSİL. İqtisadi təhlukəzliyin təmin edilməsində gömrük orqanlarının iştirakı.
3.1 İdxal rusumlarının təkmilləşdirilməsi
3.2. Respublikada gömrük işinin təkmilləşdirilməsinin əsas istiqamətləri
NƏTİCƏ VƏ TƏKLİFLƏR
ƏDƏBİYYAT
G İ R İ Ş
İşin aktuallığı. Azərbaycanın həqiqi müstəqilliyinin təmin olunması müvafiq iqtisadi aspektlərdən biri kimi iqtisadi təhlükəsizliyin və milli mənafelərin qorunması sahəsində siyasətin yeridilməsindən asılıdır. Başqa tərəfdən iqtisadi təhlükəsizliyin sistemli şəkildə təmin olunması olduqca vacibdir. Belə ki, bir tərəfdən milli və regional iqtisadi inkişafın vəhdətinin təmin olunmasını, digər tərəfdən vətəndaş, dövlət və cəmiyyət mənafelərinin balanslaşdırılmasını qarşıya qoyur.
Keçid iqtisadiyyatı şəraitində hər hansı ölkə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, həmişə müəyyən səviyyəli böhranla rastlaşırlar. Belə ki, böhranın qarşısını almaq üçün qarşısını almaq üçün elmi cəhətdən əsaslandırılmış konsepsiya olmalıdır. Belə ki, ilk illərində ölkəmiz belə bir vəziyyətlə rastlaşmış, onun nəinki iqtisadiyyatı, həm də siyasəti, ideologiyası və mədəniyyəti çox ciddi böhran və tənəzzülə uğramışdır. Belə ki, cəmiyyətdə baş verən bu vəziyyət iqtisadi təhlükəsizlik və milli mənafelər probleminin həllini çox ciddiliklə qarşıya qoydu.
Hazırkı şəraitdə ölkəyə ikinci dəfə rəhbərliyə qayıtmış ulu öndər Heydər Əliyev dövlət quruculuğunun yeni mərhələsində yaratmış olduğu möhkəm siyasi-iqtisadi və sosial zəmin əsasında Respublikamızın milli maraqlarına xidmət edən iqtisadi təhlükəsizlik konsepsiyasını müəyyən etdi.
Hazırda ölkə iqtisadiyyatının müasir inkişaf səviyyəsi öz sabit dinamizmi ilə, ÜDM-un yüksək inkişaf sürəti ilə səciyyələnir. Ölkədə regional inkişaf sahəsində, struktur siyasəti sahəsində, yoxsulluq istiqamətində, cəmiyyət, dövlət və şəxsiyyət sahəsində mənafelərin balanslaşdırılması istiqamətində ciddi problemlər qarşıda durur. Belə ki, iqtisadi təhlükəsizlik və iqtisadi mənafelərin milli müstəqillik şəraitində qiymətləndirilməsi, onların tətbiqinə sistemli, kompleks və məntiqi baxımdan yanaşmaq, həyata keçiriləcək iqtisadi sistemlə qarşılıqlı əlaqəsini üzə çıxarmaq məsələləri olduqca vacibdir.
Dissertasiya işinin öyrənilmə səviyyəsi. Ölkə iqtisadiyyatın formalaşması və inkişafı ilə əlaqədar iqtisadi təhlükəsizliyin və milli mənafelərin qorunması sahəsində birbaşa olmasa da, lakin onun ayrı-ayrı səviyyələrdə təsir dairəsi barədə dünya iqtisad elminin görkəmli nümayəndələri öz əsərlərinin yazmısdılar. İqtisadçılardan Erhard Y., Keyns C., Kornai Y., List F., Leontyev V., Nort V. Oyken V., Porter M., Todoro M., Şumpeter Y., və başqa alimlər nəzəri, metodoloji və praktiki cəhətdən böyük maraq doğuran tədqiqatlarında aparmışlar.
Respublikamızda azad iqtisadi şəraitdə iqtisadi təhlükəsizlik və milli mənafelərin qorunması ilə əlaqədar iqtisadçı alimlərimizin də çox böyük elmi-metodoloji və praktiki əhəmiyyətli fikirləri olmuşdur. Azərbaycanda bir çox tədqiqatlar mövcuddur.
İşin məqsəd və vəzifələri. İşin məqsədi Respublikamızda milli mənafelərin qorunması əsasında iqtisadi təhlükəsizlik probleminin öyrənilməsindən ibarətdir. İqtisadi təhlükəsizlik və milli mənafelərin qarşılıqlı əlaqəsinin təmin olunması ilə ölkə həyatının bütün sahələrində dinamik inkişafa nail olmanın elmi və metodoloji əsaslarının üzə çıxarılmasından ibarətdir. Ölkəmizin ərazi bütövlüyünün bərpası, hər cür təhlükələrin, təhdidlərin qarşısının vaxtında alınması vətəndaşların, dünyəvi inkişaf prosesində, eləcə də qloballaşma şəraitində əhəmiyyətinin tədqiq edilməsindən ibarətdir. İşin gedişində əsasən nəzəri və əməli baxımdan aşağıdakı konkret vəzifələrin yerinə yetirilməsi ön plana çəkilmişdir:
-
Respublikanın iqtisadi inkişaf modelinin formalaşması çərçivəsində təhlükəsizlik və milli mənafelərin qarşılıqlı əlaqəsini elmi cəhətdən müəyyənləşdirmək;
-
Ölkənin təhlükəsizlik konsepsiyasının iqtisadi sistemin transformasiyası prosesində qanunauyğunluqlarını, xüsusiyyətlərini üzə çıxarmaqla mövcud iqtisadi reallıqlar əsasında onun prinsiplərini öyrənmək;
-
Ölkədə iqtisadi təhlükəsizliyin qorunmasına, milli iqtisadiyyatın təşəkkülü və inkişafı səviyyəsinin təsirini qiymətləndirməklə məlum dünya təcrübəsinin əhəmiyyətini və tətbiqi imkanlarını müəyyənləşdirmək;
-
Ölkədə milli mənafelərin qorunmasının nəzəri-metodoloji əsaslarını və başlıca prinsiplərini üzə çıxarmaqla sistem dəyişiklikləri şəraitində iqtisadi təhlükəsizliyin təmin olunmasının yollarını göstərmək;
-
Respublikada həyata keçirilən islahatlaşma prosesinin xarakterik cəhətlərini nəzərə almaqla, onun iqtisadi təhlükəsizlik və milli mənafelərin qorunmasına gömrük xidmətinin təsirini müəyyən etmək.
-
Respublikada makroiqtisadi sabitləşmə prosesində iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətlərinə uyğun müvafiq ümumiləşdirmələr etmək;
İşin nəzəri-metodoloji əsasları. Milli iqtisadiyyatın əsaslarına, prinsiplərinə, modellərinə söykənən iqtisadi təhlükəsizlik və milli mənafelərə dair dünya iqtisad məktəbinin ən qabaqcıl nümayəndələrinin ideyalarından istifadə etməklə öz mövqeyimizi müəyyən etmişik. Respublikada aparılan iqtisadi islahatların ruhuna uyğun gələn və Milli Məclis tərəfindən qəbul olunmuş qanunlar, Ölkə Prezidentinin fərman və sərəncamları, müvafiq nazirliklərin qərarları tədqiqat işinin gedişatında nəzəri-metodoloji və əməli istiqamət müəyyənləşdirilməsində böyuk rol oynamışdır.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin faktiki materialları, BMT-nin, Milli Bankın, Dünya Bankının, BVF-nun analitik məruzələri, rəsmi mətbuat orqanlarının məlumatları ilə təmin olunması, real vəziyyəti ilə bağlı konkret materiallar təşkil edir.
İşinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
1.Hazırki şəraitdə iqtisadi təhlükəsizliyin təmin olunmasının qanunauyğunluqları, xüsusiyyətləri, problemləri kompleks tədqiq edilmiş, milli mənafelərin qorunmasının nəzəri və əməli məsələləri öyrənilir;
2. Ölkədə iqtisadi mənafelərin təmin olunmasında, milli iqtisadi inkişaf modelini səciyyələndirən amillər, cəhətlər, xüsusiyyətlər və əsas prinsipləri müəyyənləşdirilir;
3. Qloballaşma şəraitində iqtisadi təhlükəsizlik və iqtisadi mənafelərin qarşılıqlı əlaqəsindən doğan meyllər nəzərə alınmaqla Respublikamızın xarici iqtisadi siyasətində milli mənafelərin reallaşdırılması istiqamətləri müəyyən edilir;
4. Respublikada iqtisadi mənafelərin qorunmasının milli iqtisadiyyatın formalaşması prosesindəki yeri qiymətləndirilmiş, istehsal və investisiya sahəsində iqtisadi maraqların təmin olunması vasitələri tədqiq edilmişdir;
5.Ölkədə daxili və xarici milli iqtisadi mənafelərlə əlaqədar olan dövlətin iqtisadi təhlükəsizliyin təmin olunması sahəsindəki həyata keçirdiyi iqtisadi siyasətin mahiyyəti tədqiq edilmişdir;
6.Ölkədə iqtisadi sistem dəyişikliklərinin səmərəli fəaliyyətinin təmin olunmasında iqtisadi mənafelərin kompleks şəkildə qorunmasının məntiqi, vacibliyi və üstünlüyü, makro və mikroiqtisadi səviyyələr arasında meydana çıxan problemlərin iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından təhlili verilmişdir.
I FƏSİL. İQTİSADİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI.
1.1. İqtisadi təhlükəsizlik konsepsiyası və onun əsas cəhətləri
Dünya ölkələrində iqtisadiyyat hər bir ictimai quruluşun əsası kimi əhalinin həyat səviyyəsini, ölkənin vəziyyəti, dövlətin müdafiə qabiliyyətini müəyyən edir. Bucür qarşılıqlı əlaqə ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi iqtisadi təhlükəsizliyin təmin edilməsi zərurətini yaradır. Ümumi şəkildə demək olar ki, iqtisadi təhlükəsizlik ölkə iqtisadiyyatının ona qarşı daxildən və xaricdən yönəlmiş təhlükələrin qorunmasını qorunmasını təmin edən, zəmanət verən və dövlət tərəfindən yaradılmış hüquqi normalar, şərtlər, iqtisadi normativlər, təlimatlar və direktivlər kompleksidir. Respublikamızın Təhlükəsizlik Konsepsiyası siyasi sənəd kimi öz mahiyyətini Azərbaycan Respublikasının «Milli təhlükəsizlik haqqında» Qanunundan tapmışdır. Qanunda göstərilmişdir: «Azərbaycan Respublikasının iqtisadi maraqları milli maraqlarının tərkib hissəsi kimi şəxsiyyətin, cəmiyyətin və dövlətin iqtisadi sahədəki tarazlaşdırılmış maraqlarının məcmusudur». Ölkədə iqtisadi təhlükəsizlik ilk növbədə :
-
Uzunmüddətli xarakterdə olur;
-
Dövlət hakimiyyət institutları tərəfindən icra edilir;
-
Qanunvericilik sənəd və normalarına uyğun ictimai təşkilatlar tərəfindən yerinə yetirilir.
Qeyd etmək lazımdır ki, iqtisadi təhlükəsizlik mövcud iqtisadi sistemin səmərəliliyinin təmin olunmasına yönəldilən, şəxsiyyət, cəmiyyət və dövlət mənafelərinin uzlaşdırılmasına və tarazlaşdırılmasına yönəldilmiş fəaliyyətdir. Belə ki, iqtisadi təhlükəsizlik həm birbaşa iqtisadi metodlarla, həm də qeyri-iqtisadi, siyasi, hərbi, diplomatik və s. vasitələrlə təmin olunur. Bu halda iqtisadi təhlükəsizliyin təmin olunması dinamik xarakter daşıyır. İqtisadi təhlükəsizlik bir tərəfdən ölkədə həyata keçirilən iqtisadi strategiya ilə, digər tərəfdən də daxili və xarici siyasətin balanslaşdırılması ilə əlaqədardır. Bu kimi mexanizmin həyata keçirilməsi ümumiyyətlə milli təhlükəsizliyin təmin olunmasının əsas şərtidir.
Azərbaycan iqtisadi inkişafının ən mühüm problemi kimi Z.Ə.Səmədzadənin göstərdiyi kimi, siyasi sabitliyə nail olunduğu halda, yenə də iqtisadi təhlükələr azalmayacaqdır. Belə ki, «beynəlxalq maliyyə bazarı, dünya ticarəti, transmilli şirkətlərin fəaliyyəti genişləndikcə, informasiya və telekommunikasiya texnologiyaları inkişaf etdikcə, bu və ya digər ölkələrin iqtisadi təhlükəsizlik problemləri də mürəkkəbləşir. Burada, hər şeydən əvvəl, onun arxasında duran mənafelərin həyata keçirilməsi imkanından asılıdr. Ona görə də müəllif iqtisadi inkişaf anlayışını iqtisadi təhlükəsizliyin təmin olunmasının mühüm vasitəsi hesab edirik. İqtisadçılardan V.Əyyubovun və T.Əyyubovun qeyd еdirlərki, «dövlətin iqtisadi və bütövlükdə milli təhlükəsizliyi üçün milli maraqları, strateji prioritetləri nəzərə alan inkişaf ideologiyası olmalıdır… İnkişaf ideologiyası, sənaye və elmi-texniki artım olmadan iqtisadi təhlükəsizliyin büdcə gəlirlərinin artırılması, əhalinin əlverişli məşğulluq səviyyəsinin təmin olunması, əhalinin həyat səviyyəsinin və sosial müdafiəsinin yüksəldilməsi kimi məsələlərini həll etmək olmaz» .
Respublikamızın tanınmış bir qrup iqtisadiçılarının iqtisadi təhlükəsizliyə olan münasibətləri fərqli xarakter daşıyır. Belə ki, Məmmədov N., Bərxudarov M. «İqtisadi təhlükəsizlik» adlı kitabda göstərirlər ki, «milli iqtisadiyyatın inkişafını resurslarla fasiləsiz olaraq təmin etmək, eləcə də milli – dövlət maraqlarını ardıcıl reallaşdırmaq qabiliyyətini müəyyən edən mühüm keyfiyyət xarakteristikasıdır». M.Əhmədov isə iqtisadi təhlükəsizlik cəmiyyətin, dövlətin, fərdlərin tələbatını ödəyə bilmək qabiliyyətinə xarici bazarlarda rəqabətqabiliyyətini təmin edən, onu müxtəlif itki və bəlalardan qoruyan münasib xarici və daxili şəraitlərin göstəricisidir .
Xarici Rusiya iqtisadi ədəbiyyatlarında iqtisadi təhlükəsizliyə dair əsaslandırılmış elmi müddəalar mövcuddur. Belə ki, L.İ.Abalkin qeyd edir ki, «iqtisadi təhlükəsizlik iqtisadi sistemin elə vəziyyətidir ki, bu ona dinamik inkişafa, sosial vəzifələrin səmərəli şəkildə həll edilməsinə şərait yaradır və dövlət müstəqil iqtisadi siyasət hazırlayaraq onu həyata keçirmək iqtidarında olur» .
Professor A.Y.İllarionovun dediyinə görə, iqtisadi təhlükəsizliyin mahiyyəti, iqtisadi, siyasi və hüquqi təminatlar bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə, gələcəkdə adambaşına düşən iqtisadi resurslardan səmərəli şəkildə istifadə etməyin mümkün olduğu vəziyyətdə inkişaf etdirə bilsin . Başqa bir rus iqtisadçısı V.Y.Tambovtsev iqtisadi təhlükəsizliyə bu və ya digər sistemin istehsal yarımsistemlərinin vəziyyətinin xassələrinin məcmusu kimi baxaraq, onun bütün sistemin məqsədlərinə nail olmağı göstərilir . Professor A.P.Qradov isə iqtisadi təhlükəsizliyə «ölkənin maddi nemətlərə olan həyati tələbatını təmin edən milli iqtisadiyyatın vəziyyəti» kimi baxır . Bəzi iqtisadçılar, belə ki, Sençaqov V.K. iqtisadi təhlükəsizliyə onu əks etdirən göstəricilərin həddi göstəricilərin mahiyyəti kimi baxır . Bu istiqamətdə E.A.Olynikovun, L.N.Petrenkonun, V.Pankovun, A.Arxipovun və digərlərinin də əsərlərini göstərmək olar. Bir daha belə qənaətə gəlirik ki, iqtisadi təhlükəsizlik mövcud iqtisadi sistemin səmərəliliyinə imkan yaradan, şəxsiyyət, cəmiyyət və dövlət mənafelərinin uzlaşmasına və tarazlaşmasına yönəldilmiş fəaliyyətdir.
Ölkədə iqtisadi təhlükəsizliyin təmin olunması bütövlükdə milli təhlükəsizlik sisteminin əsasını təşkil edən hərbi vəziyyətin saxlanılmasına, sosial sabitliyin qorunmasına, ekoloji bəlalardan uzaqlaşmasına imkan yaradır. Beləliklə də qeyd etmək olar ki, iqtisadi təhlükəsizlik milli iqtisadi inkişafın meyarı olmaqla, onun davamlı xarakter almasına imkan yaradır.
Ölkədə iqtisadi təhlükəsizlik problemlərini araşdıran tədqiqatçılar iqtisadi prosesləri müxtəlif aspektlərdən nəzərdən keçirərkən ayrı-ayrı ölkələrdəki mövcud olan şəraitə görə təsnifləşdirmə aparırlar və haqlı olaraq bu dövlətlər içərisindən keçid iqtisadiyatlı ölkələri ayırırlar. Sanki bununla həmin ölkələrdə bu problemin daha kəskin və aktual olduğunu qeyd etmək istəyirlər.
Rus alimi Stepaşin S.V. qeyd edir ki, iqtisadi təhlükəsizliyin obyektləri sırasına şəxsiyyət, cəmiyyət, dövlət və iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi çərçivəsində institusional münasibətlər sistemi də daxil olmaqla iqtisadi sistemin əsas elementləri aiddir . O, ölkədə iqtisadi prosesləri müxtəlif aspektlərdən tədqiq edərək aşağıdakıları göstərir:
-
Ölkədə siyasi baxımdan hərbi qüvvə istifadə olunmaqla müxtəlif ölçülü konfliktlər şəraitində iqtisadi təhlükəsizlik məsələsi;
-
Rəqib dövlətlə kəskin qarşıdurma şəraitində iqtisadi təhlükəsizlik, təcrid olunma, yaxud da əksinə dünya iqtisadiyyatına yüksək səviyyədə inteqrasiya şəraitində iqtisadi təhlükəsizlik məsələsi;
-
Keçid iqtisadiyyatı şəraitində iqtisadi təhlükəsizliyin təmin edilməsi.
Başqa bir iqtisadçı R.Dronovun fikrincə, iqtisadi təhlükəsizlik ölkədə təsərrüfat subyektlərinin fəaliyyətinin etibarlığına zəmanət verən rejim, vəziyyət, hücum atmosferadır. Fəaliyyət rejimini, vəziyyətini, hücum atmosferi təmin edir. Belə ki, ölkə iqtisadiyyatına qarşı yönəlmiş təhlükələrin qarşısını alan bu tələblər və şərtlər iqtisadi təhlükəsizliyin zəruri səviyyəsinin təmin edilməsi sistemidir .
Ölkədə iqtisadi təhlükəsizliyin mahiyyəti, məzmunu onun kəmiyyət və keyfiyyət xüsusiyyətlərini ifadə edən meyarlar və göstəricilər vasitəsilə müəyyən olunur. Ölçülər də öz növbəsində iqtisadi təhlükəsizliyin göstəriciləri vasitəsilə təyin edilir. Bir sıra göstəricilər hər hansı bir iqtisadi prosesin, hadisənin kəmiyyət və keyfiyyət xassələridir.
Qeyd etmək lazımdır ki, ölkədə iqtisadi təhlükəsizliyin meyar nöqteyi-nəzərindən araşdırılması, qiymətləndirilməsi aşağıdakı cəhətləri əhatə edir:
-
Respublikanın təbii, maddi-insani resurs potensialı, onun mövjud durumu və inkişaf səviyyəsi, kəmiyyət və keyfiyyət xüsusiyyətləri və bu potensialın, ondan istifadə səviyyəsinin inkişaf etmiş ölkələrdəki səviyyə ilə müqayisə edilməsi;
-
Respublikanın ərazi bütövlüyü və vahid iqtisadi məkanın müəyyən edilməsi;
-
Respublika iqtisadiyyatıının rəqabət qabiliyyətliliyinin təyini;
-
Respublikada xarici təsirlərə qarşı daxili potensial hesabına davam gətirmək, onları yox etmək;
-
Respublikada sosial-iqtisadi sabitlik, sosial gərginliyin aradan qaldırılması.
Respublikada iqtisadi təhlükəsizliyin ölçüləri əsasında ümumi bir istiqamət müəyyən olunur. Bu ölçülər sosial-iqtisadi proseslərin mərhələli həllini müəyyən edir və iqtisadi təhlükəsizlik vəziyyətini ifadə edən göstəricilərin seçilməsini, təyin olunmasını şərtləndirir. Belə ki, burada da əsas cəhət məhz seçilmiş həmin göstəricilərin qiymətlərinin, hədlərinin müəyyən edilməsidir, daha doğrusu, hədd qiymətlərinin konkretləşdirilməsidir. Çünki bu qiymətlərdən kənarlaşmalar iqtisadi təhlükəsizlik vəziyyətinə qarşı mənfi meyllərin formalaşması ilə nəticələnir.
Belə göstəricilərin hədd qiymətləri yol verilən səviyyədə olduqda ölkənin milli-iqtisadi təhlükəsizliyi təmin edilir. İqtisadi təhlükəsizlik kontekstindən ölkənin iqtisadi vəziyyətinin qiymətləndirilməsi məhz qeyd etdiyimiz göstəricilər sisteminin kompleks halda müəyyən edilir.
Ölkədə iqtisadi təhlükəsizlik göstəricilərinin konkretləşdirilməsinə fərqli yanaşmalar vardır:
İqtisadçı V.L.Tambovçevin «Təsərrüfat sistemlərinin iqtisadi təhlükəsizliyi: struktur, problemlər» adlı məqaləsində iqtisadi təhlükəsizlik sahəsində irəli sürdüyü ideyalar çox maraqlıdır . Ona görə də iqtisadi təhlükəsizliyin təmin olunması proqramı aşağıdakı xüsusiyyətləri özündə əks etdirir:
-
İqtisadi təhlükəsizliyin onun subyektləri tərəfindən müəyyən olunan əsası;
-
Predmetin parametrlərinin təhlükəsizlik zonasının hüdudlarına ən yaxın olan sahələr;
-
Mövcud sistemin arzu olunan vəziyyəti üçün əsas təhlükələr və onlardan doğan nəticələr;
-
Ölkədə təhlükəsizliyin tərkib hissələri üçün işlənib hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olan təhlükəsizliyin təmin olunma strategiyalarının növləri;
-
Ölkədə təhlükəsizliyin təmin olunmasının əsas strategiyalarının və onları təşkil edən tədbirlərin məcmusu.
Prof. S.Qlazyev iqtisadi təhlükəsizlik göstəricilərinə aşağıdakıları aid edir və müəllif tərəfindən onların hədd qiymətləri müəyyən edilir.
Dostları ilə paylaş: |