Məmməd Araz – 85 /metodiki vəsait



Yüklə 42,34 Kb.
tarix10.01.2022
ölçüsü42,34 Kb.
#106763


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ

Məmməd Arazın anadan

olmasının 85 illiyi imünasibəti ilə


Məmməd Araz – 85

/metodiki vəsait/


Şirvan – 2018.

Həyat və yaradıcılığı

Məmməd İnfil oğlu İbrahimov ( Məmməd Araz ) 1933 – cü il oktyabr ayının 14-də Naxçıvan Muxtar Respublikasının Şahbus rayonunun Nursu kəndində anadan olmuşdur.

Burada orta məktəbi bitirdikdən sonra 1950- 1954- cü illərdə Azərbaycan Dövlət Peda qoji İnstitutunun coğrafiya fakultəsində təhsilini davam etdirmişdir.

Məmməd Araz ədəbi yaradıcılığa 1952 – ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərs olunan” Yanan işıqlarım” adlı şeiri ilə başlamışdır.

Əmək fəaliyyətinə isə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlamış, sonra Bakıya köçmüş, burada 1957- 1959 –cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanın da Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində çalışmışdır.Daha sonra 1959 – 1961-ci illərdə Moskvada, keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kursuna daxil olmuçdur.

1963 – 1967 –ci illərdə “Maarif” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1967 -1970 –ci illərdə “ Ulduz”Jurnalının məsul katibi , 1970 – 1972-ci illərdə

“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında baş redaktorunun müavini , 1972-1974-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974 –cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1971 – 1961- ci illərdə Azərbaycan Yazıçılar İttifaqında Poeziya bölməsinə rəhbərlik etmişdir.

Dünya düzəlmir; Daş haray; Qayalara yazılan səs ; Yol ayrıcında söhbət; sənətdə son mənzul olmur ; Ağlayan qayalar; Vətən deyin.; Əsgər andı; Seçilmiş əsərləri ( dörd cilddə ) kitabları həm şairin, həm də Azərbaycan poeziyasının təkamülündən, yeni mənəvi iqlim və tarixi mərhələlərindən xəbər vermiş, poeziya irsinin varisi kimi çıxış etmişdir.

M.Araz öz yaradıcılığında poema janrında tez- tez müraciət etmiş və ilk poeması 1957- ci ildə yazdığı “Uç oğul anası” olmuşdur.

O,uzun illər bədii tərcümə llə də məşğul olmuşdur. M. Araz istedadlı tərcüməçi kimi dünya xalqları ədəbiyyatından 195 şeir və 5 poema tərcümə edərək onları “Ocaq başında”adı ilə 1988 –ci ildə kitab halında çap etdirmişdir.

1957 – ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.

1982- ci ildə Azərbaycan SSR – in Fəxri fərman ilə təltif olunmuş, 1988 –ci ildə “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunmuş şeirlər silsiləsinə görə Azərbaycan Pespublikasının Dövlət mükafatını almışdır.

Şairin ədəbiyyat sahəsində xidmətləri və yaradıcılığı layiqincə qiymətləndirilmiş, o, 1979- cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi “ 1991 –ci ildə

“Xalq şairi “ fəxri adlarına layiq görülmüşdür. 1995- ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Xalq şairi Məmməd Araz 2004 – cü il dekabr ayının 1- də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

2010- cu ildə şairin xatirəsinin ədəbiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.
Məmməd Arazın həyat və yaradıcılığınım əsas tarixləri.
1933 – Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur.

1950 – 1954 – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakultəsində təhsilini davam etdirmişdir.

1952 – Ədəbi yaradıcılığa “İnqilab və mədəniyyət” jurnalında dərs olunan Yanan işıqlarım” adlı şeiri ilə başlamışdır.

1957 – 1959 – Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində çalışmışdır.

1959 – 1961 – Moskvada keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kursuna daxil olmuşdur.

1963 – 1967–“Maarif “ nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri,

1967 – 1970 – “Ulduz” jurnalının məsul katibi,

1970 – 1972 – “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında baş redaktorun müavini,

1972 – 1974 – Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini,

1974 – “Azərbaycan təbiəti” jurnalının redaktoru vəzifəsində işləmişdir.

1971 – 1981 – Azərbaycan Yazıçılar İttifaqında Poeziya bölməsinə rəhbərlik etmişdir.

1957 –“ Üç oğul” poemasını yazmışdır.

1988 – Dünya xalqları ədəbiyyatından 195 şeir və 5 poema tərcümə edərək onları “Ocaq başında “adı ilə kitab halında çap edirmişdir.

1957- Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.

1982 – Azərbaycan SSR – nin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1988 – “Azərbaycan” və” Ulduz”jurnallarında çap olunmuş şeirlər silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır.

1979 – Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”,

1984 – “Əməkdar incəsənət xadimi”,

1991 – “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür.

1995 – “İstiqlal” ordeni ilə təltif edilmişdir.

2004 – Xalq şairi Məmməd Araz vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Görkəmli şəxslər Məmməd Araz haqqında


Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir.Şairin yüksək bədii – fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin içtimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən olmuşdur.

İlham Əliyev

Azərbaycan Respublikasənın Prezidenti


Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el – obadan ayrı təsəvvür etmək çətindir .


Heydər Əliyev

Ümummilli lider.

Məmməd Araz zəngin məzmunlu, güclü təfəkkürə malik, daim arayan, axtaran, narahatlıq xoşbəxtliyinə malik şairlərimizdəndir...

Qulu Xəlilov

ədəbiyyatşunas.
Poeziyada yeni təbii iqlimin – cağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.

Yaşar Qarayev

ədəbiyyatşunas, tənqidçi

Məmməd Araz irsinin kitabxanalarda təbliği.


Xalq şairi Məmməd Arazın oktyabr ayının 14-də 85 illik yubileyi qeyd olunacaqdır. Bədii sözün ləyaqət bayrağını bütün yaradıcılıq boyu ucalarda saxlayan Məmməd Araz oxucu ürəyinə yol tapan, həzin lirik misraları ilə hər kəsin könül çırpıntısına öz qəlbinin döyüntüsünü də qoşaraq insanlarda xoş duyğular,intibahlar oyadan, min köhnəliyin içində min bir təzəlik yaradan görkəmli söz ustasıdır. İllərdir ki, onun əsərləri sevilə - sevilə oxunur , dillər əzbərinə çevrilir. Yubileylə əlaqədar olaraq kitabxanalarda kitab müzakirələri, oxucu konfransı, ədəbi – bədii gecə , şairin şeirlərin- dən ibarət bədii qiraət və s. keçirmək olar. Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar.


  1. Seçilmiş əsərləri / Məmməd Araz; tərt.ed. və red.İ. Tuncay; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Təhsil, 2014. – 398, [ 2] s.

  2. Elçin, R. Məmməd Araz – öz dünyam, Məmməd Araz – söz dünyam: poema / Rəhilə Elçin; naşir və red. Ə. Sayılov [ ön söz müəl. Rafiq Oday ]. Bakı: Araz, 2011.- 315,[ ı ] s.

  3. Əsədbəyli, S. Sözdən qrafikaya köçürülən Məmməd Araz / Sahib Əsədbəyli // Ədalət. – 2o16- 30 aprel.- s.4.

  4. Həsənova , S.”Söz qənirsiz gözəlimdi...” Məmməd Araz və Azərbaycan ədəbi dili / Sədaqət Həsənova // Azərbaycan. – 2014. № 7. – s.182- 184.

  5. İsgəndərzadə ,E. Məmməd Araz qayası / Elçin İsgəndərzadə // Ədalət. – 2014. – 26 aprel. – s.9.

  6. İsmayıl. Böyük şair ... Azərbaycançılıq Məmməd Araz poemasının əsas qayəsi olub / İsmayıl // Şərq. - 2014.- 1 fevral . s.11.

Tərtib etdi : Heydərova T.
Yüklə 42,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin