Azərbaycan Dövlət İqtisad Universiteti
UNEC Biznes Məktəbi, MBA proqramı
Fənn : Maliyə hesabatı
“Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat” mövzusunda
Layihə işi
Magistrantlar : Nəzrin Yusifli
Əsmər Quliyeva
Vüsal Quliyev
Möhlət Rzayev
Tural Piriyev
Müəllim : İbad İbadov
Tədris ili və semestr : 2020/2021, yaz semestri
Qrup : A6/2-20
Kurs : I
BAKI-2021
Plan:
. Qrup necə yaranır?, Ana və törəmə müəssisələr nədir?
2.Törəmə müəssisələrə investisiyalar və konsolidə edilmiş maliyyə hesabatlarında törəmə müəssisələrin uçotu
3.Qrupdaxili ticarət
4.İl ərzində qismən satınalınmalar
5.Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat
Giriş
Konsolidasiya dedikdə şirkətlər qrupunun maliyyə nəticələrinin, aktiv və öhdəliklərinin vahid bir müəssisənin məlumatları kimi təqdim edilməsi nəzərdə tutulur. Özünün tərkibində törəmə müəssisə və asılı təşkilatlar olan ana müəssisə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada təqdim etməlidir. Beynəlxalq praktikada qəbul edilmiş uçot və hesabat sisteminə müvafiq surətdə müəssisələr özlərinin maliyyə hesabatlarına filialların, nümayəndəliklərin və digər bölmələrin fəaliyyətlərinin göstəricilərini də daxil etməlidirlər.
Əvvəla, konsolidə edilmiş hesabat adi hesabatdan onunla fərqlənir ki, o hüquqi cəhətdən müstəqil sayılan müəssisənin hesabatı deyildir. Onun məqsədi vergidə cəlbolunan mənfəəti müəyyənləşdirmək deyil, yalnız korporativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir.
İkincisi isə konsolidasiya dedikdə, şirkətin və yaxud qrupun maliyyə hesabatlarının eyni adlı maddələrinin sadəcə olaraq cəmlənməsini başa düşmək düzgün olmazdı. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil olmur. Burada yalnız aktivlər və öhdəliklər, habelə üçüncü şəxslərlə bağlı əməliyyatlardan alınan gəlir və xərclər göstərilir.
Konsolidasiya üçün müvafiq BMHS`ları (Beynəlxalq Maliyyə Hesabatları Standartları)
1. 27 №-li BMUS – Konsolidə edilmiş və fərdi maliyyə hesabatları
2.28 №-li BMUS – Asılı müəssisəyə investisiyalar
3.3 №-li BMHS – Müəssisələrin birləşməsi
Dostları ilə paylaş: |