Metodik vəsait/ Şİrvan-2019 Həyat və yaradıcılığı



Yüklə 154,13 Kb.
səhifə2/2
tarix27.04.2020
ölçüsü154,13 Kb.
1   2
Böyük ədib və dramaturq

/metodik vəsait/

ŞİRVAN-2019

Həyat və yaradıcılığı
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının , mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, tərcüməçi , kino ssinarist, tənqidçi ,teatrşünas, yaşın və yaradıcılığın nisbəti baxımından fenomenal təşəkkür sahibi, qüdrətli sənətkardır. Onun zəngin və təkrarsız ədəbi irsi , nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyət zaman-zaman ədəbi tənqidin, oxucu və tamaşacı auditoriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır.

Cəfər Qafar oğlu Cabbarlı 1899 – cu il mart ayının 22-də ( bəzi mənbələrdə 20 mart ) Xızı kəndində ( indiki Xızı rayonu ) anadan olmuşdur.

İlk təhsilini Bakıda molla məktəbində almış, 1905- ci ildə 7 saylı türk- rus ( rus – tatar ), 1908- ci ildə Bakıda Alekseyev adına 3-cü ali – ibtidai məktəbdə oxumuşdur. İlk müəllimləri görkəmli pedaqoq – yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev olmuşdur.

1990- ilin əvvəllərinə qədər belə hesab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsinində çap olunmuş “Bahar” şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı – alim Asif Rüstəmli C.Cabbarlının ilk lirik və satirik şeirlərinin “Həqiqəti- Əfkar” qəzetinin 5 noyabr 1911 – ci il 2- ci nömrəsində dərs edilmiş “Eşidənlərə “ və “Şücaətim” şeirləri olduğunu qeyd etmişdir.

1915- 1920 – ci illərdə Bakı Politexnik Məktəbinin elektro – texnika şöbəsində təhsil almış, 1920-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tibb fakultəsinə daxil olmuş,lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakultədən çıxmışdır.

1923- cü ilin sentyabrından səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlamışdır.Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin ( indiki B DU ) Şərq fakultəsi- nin tarix şöbəsində də təhsilim davam etdirmişdir.

1920 – ci ilin ikinci yarısından”Kommunist” (indiki “Xalq qəzeti”) qazetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışmış, 1929 – ci ildə isə Milli Dram Teatrında ədəbi hiss müdiri işləmişdir.C. Cabbarlı Azərbaycan dramaturgiyasında realizmin banisi sayı- lır. O,” Vəfalı Səriyyə,yaxud göz yaşları içində gülüş “ ( 1915 ), “Bakı müharibəsi (1918- 1919) ,”Aydın”(1919), “Oqtay Eloğlu “ ( 1922) , “Sevil” ( 1928) ,”Almaz” (1930 ) ,”1905-ci ildə ( 1931) ,”Yaşar” ( 1932) və s. dramlarını yazmışdır.

C.Cabbarlının “Əfqanıstan” və “İncə” adlı tamamlanmamış pyesləri də vardır. Dramaturq kiçikhəcmli,”birpərdəli “Bozbaş qazanı”(1924 ),”Təzə peşə “ (1825 ) ,”Yaylağa gedir” (1925 ),”Doktor gedə bilməz” ( 1925 ),”2000 pərdə”və “2000 gecə” (ikisi də 1927 – ci ildə yazılmışdır) vodevil, məsxərə və pyeslərini də yazmışdır.

Yazıçı Reynqold Qliyerin” Şahsənəm”,Anton Mailyanın “Şəfa” operalarının librettolarını,”Hacı Qara”,”Sevil”,”1905-ci ildə”, “Almaz”,”Ölülər” kinossenarilərini yazmış, özünün hekayəsi əsasında işlədiyi”Sitarə” opera librettosu isə yarımçıq qalmışdır.

1933- cü ildə Azərbaycan SSR – nin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Cəfər Cabbarlı 1934- cü il dekabr ayının 31-də ürək çatışmazlığından vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Bakıda və Xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı,”Azərbaycanfilm” kinostudiyası, Respublika Gənclər Kitabxanası Cəfər Cabbarlının adını daşıyır. Heykəltəraş Mirəli Mirqasımov tərəfindən vağzalyanı meydanda dramaturqun abidəsi ucaldılmış, adını daşıyan metro stansiyası istifadəyə verilmişdir.

Cəfər Cabbarlı ev – müzeyinin layihəsi əsasında ilk dəfə 2001 –ci ildə “Cəfər Cabbarlı Mükafatı” təsis olunmuşdur.

C.Cabbarlı şəxsiyyətinin böyüklüyünü, sənətinin qüdrətini şərtləndirən amillərdən biri də odur ki, bütün siyası təzyiqlərə baxmayaraq, 30-cu illərin qasırğaönu Azərbaycanın qara cildli tarix kitabını vərəqləməyə nail olmuş, cəsarətli addım atmış, qaranlıq səhifələrə həqiqət işığı salmağı bacarmışdır. Sözün əsl mənasında o, tarixi gerçəkliyə güvənən bədii həqiqətlər ustasıdır.

Görkəmli şəxslər Cəfər Cabbarlı haqqında


Cəfər. Cabbarlının simasında Azərbaycan mədəniyyəti ilə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat və sənət yalnız həyatı əks etdirmək vasitəsi deyildi,həm də həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi...

Heydər Əliyev

Ümummilli Lider

Cəfər Cabbarlı Azərbaycan səhnəsinin ən parlaq yaradıcısı idi.

Hüseyn Cavid

Məncə Cəfər Cabbarlı sənəti bizim mədəniyyətimizin qəhqəhə pilləsidir.

Səməd Vurğun
Fəqət ölən deyil onun sənəti,

Bağlamış adına əbədiyyəti.

Mikayıl Müşfiq.
Həyat və yaradıcılığının əsas tarixləri.
1899 –Xızı kəndində ( indiki Xızı rayonu) anadan olmuşdur.

1905- 7 saylı türk- rus ( ruz- tatar ) ,

1908 – Bakıda Alekseyev adına 3- cü ali – ibtidai məktəbdə oxunmuşdur.

1915- 1920 – Bakı Politexnik Məktəbinin elektro - mexanika şöbəsində təhsil almışdır.

1924- Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) Şərq fakultəsinin tarix şöbəsində təhsilin davam etdirmişdir.

1920 - “Kommunist “ ( indiki “ Xalq qəzeti ) qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışmışdır.

1915 - “Vəfalı Səriyyə,yaxud göz yaşları içində gülüş”,

1918- 1919 “Bakı müharibəsi”,

1919- “Aydın”,

1922 – “Oktay Eloğlu”,

1928 – “Sevil”,

1930 – “Almaz”,

1931 – “1905- ci ildə “

1932 – “Yaşar” və s. dramlarını yazmışdır.

1933 – Azərbaycan SSR- nin “Əməkdar incəsənət adimi” fəxri adına layiq görülmüşdür.

1934 – C.Cabbarlı ürək çalışmazlığından vəfat etmişdir.


Cəfər Cabbarlı irsinin kitabxanalarda təbliği.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018- ci il tarixində yazıçı – dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqın- da sərəncam imzalamışdır. Yubileylə əlaqədar olaraq kitabxanalar tədbirlər planı hazır- lamalı və müxtəlif tədbirlər keçirməlidirlər. Belə ki, bütün kitabxanalarda “Cəfər Cabbar- lı – 120” başlıqlı sərgi hazırlanmalıdır. Çünki sərgi kitabxanada keçirilən tədbirləri bilavasitə tamamlayır. Yazıçı – drama- turq Cəfər Cabbarlı erkən yaşda vəfat etsə də zəngin irs qayub getmişdir. Onun yara – dıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirmək olar.Məs. kitab müzakirələri, oxucu konfransları, ədəbi – bədii gecə, sual – cavab gecələri, məruzə və müharizə və s.Təd – birləri aşağıdakı başlıqlar altında keçirmək olar:

“Azərbaycan dramaturgiyasında realizmin banisi “,”Bahar oğlu”, Böyük sənətkar”

“Ədəbiyyatımızın fəxri”,”Bədii həqiqətlər ustası”,”Görkəmli Azərbaycan dramaturqu”,

“Fenomenal təfəkkür sahibi”, “Mübariz və parlaq şəxsiyyət”, Qüdrətlər sənətkar” və s. kitabxanalarda ədəbi – bədii gecəni keçirmək üçün plan tərtib edilməlidir. Tədbir iki hissədən ibarət olur. Tədbirin ı hissəsi çıxışlar,məruzələrlə başlanır. Qonaqların çıxış – ları dinlənildikdən sonra tədbirin ıı hissəsi başlanır. İkinci hissədə C. Cabbarlının şerləri söylənilir, hekayələrindən bir parça oxunur,dram əsərlərindən səhnəciklər göstərilir.

Gecənin təxmini planını veririk:



  1. Giriş sözü ( kitabxanaçı )

  2. C.Cabbarlının həyat və yaradıcılığı haqqında (məruzə)

  3. Gecəyə dəvət olunan qonaqların çıxışları.

  4. Dram əsərlərindən səhnəciklər (fəal oxucuların çıxışları )

  5. Şerlərindən parçalar söyləmək ( fəal oxucuların çıxışları ).

Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar:


1.Əsərləri: 4 cilddə / C.Cabbarlı; tərt.ed. ön sözun və şərhlərin müəl. A Rüstəmli.- Bakı: Şərq – Qərb, 2005 –. I cild. – 328 s.

2.Cabbarlı, S.Onu kim unudar / Sona Cabbarlı; red. D.Əhməd; lay.rəhbəri Ş.Sadiq; nasir M.Xan; mətn tərtibatı R.Yerfi; dizayn və qrafika T.Fərzi; rəssam V.Səfərov. – [Bakı]: Hədəf, nəşrləri, [ Xan ],[ 2014 ].- 112 s.

3. Cəfər Cabbarının tərcümələri /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi;tərt. Q.Bağırova; red. B.Abbasov.- Bakı: Şərq – Qərb, 2013. – 487. [ ı ] s.

4. Anar: Cəfər Cabbarlını xatırlayarkən / Anar // 525 –ci qəzet.-2017.-25 noyabr. – s.11-12.

5.Əbdülrəhmanlı ,N . Cəfər Cabbarlı və erkən sənəti / Nəriman Ədülrəhmanlı // Aydın yol. – 2016.- 29 iyul. – s.11.

6. Qaraoğlu ,F.Tarixdə iz buraxanlar: Cəfər Cabbarlı / Fazil Qaraoğlu // Bakı xəbər.- 2017. – 27 dekabr. –s.14.




Tərtib etdi: Heydərova T.
Kataloq: front -> files -> libraries -> 2474 -> documents

Yüklə 154,13 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə