"Əgər sizin həyatınızda münaqişə yoxdursa, yoxlayın görün sizin nəbziniz varmı "Çarlz Likson 1. Biznesdə münaqişə anlayışı və onun növləri Münaqişələr mövqelərin, görüşlərin, mənafelərin bir-birinə uyğun gəlmədiyi şəraitdə, habelə problemlərin çətinliklə həll olunduğu şəraitdə baş verir. Bütün bunlar idarəetmə prosesini əhəmiyyətli dərəjədə çətinləşdirir. Eyni zamanda münaqişə zamanı hər bir firma və digər təşkilatların həyatında yeni problemlər meydana çıxdığına görə və həmin problemin həll yolları üçün tədbirlər görüldüyünə görə baş verən ziddiyətləri müsbət hal kimi qiymətləndirmək də olar. Bu hal münaqişələr konstruktiv səjiyyə daşıdığı halda baş verir. Münaqişələr destruktiv səjiyyə daşıdıqda subyektiv münaqişələr təşkilatlarda nəinki sabitlik yarada bilmir, həm də mövjud olan pozitiv prosesləri də aradan qaldırır. Konstruktiv münaqişələr obyektiv münaqişələrlə (istehsalın, əməyin təşkilindəki, resursların, əmək haqqının çatışmaması, və s. üçündən baş verən münaqişələr), destruktiv münaqişələr (rəhbər işçinin qanun pozğunluğu, adamlarla münasibətdə etik normaları pozması və s.) isə subyektiv münaqişələrlə oxşarlıq təşkil edir. Lakin bununla belə konstruktiv, obyektiv münaqişələr vaxtında öz həllini tapmasa müəyyən vaxt intervalından sonra destruktiv münaqişəyə çevrilə bilər.
Bu və ya digər münaqişələr tipi və formaları öz təbiətinə görə açıq və gizli, müəyyən və nisbətən qeyri formalarda ola bilər. Bunlar həm də dağıdıjı (disfunksional) və yaradıjı (funksional) xarakter daşıya bilərlər. Lakin münaqişələrin hansı xarakter daşımalarından asılı olmayaraq gərgin qarşılıqlı əlaqə və emosional situasiyalar yaradırlar.
Münaqişələr ictimai həyatın ayrılmaz hissələridir və hətta hər zaman mübarizəyə çevrilməsələr də özündə təbii hadisəni əks etdirirlər. İnsanların şəxs, şəxslərarası, qrup və ya təşkilati səviyyədə qarşılıqlı fəaliyyəti zamanı davranışı kifayət qədər tez-tez münaqişələrin meydana çıxmasına gətirib çıxarır.
Qeyd etmək kifayətdir ki, rəhbər öz iş vaxtının təxminən 70-80%-ni gizli və aşkar ziddiyyətlər mühitində keçirir və bu ziddiyyətlərə laqeydlik göstərilsə, onlar münaqişələrə çevrilə bilərlər, münaqişəli situasiyarda iştirak isə menecerin iş vaxtının 20%-ni tutur.
Eyni zamanda münaqişələrin olmadığı təşkilatlar, görünür ki, sönməyə məhkumdurlar. Münaqişələr məsuliyyət, qətiyyət və meyllilik (qeyri-laqeydlik) yaradırlar. Onlar ifşa və ya aşkar olsalar, insanlar arasındakı münasibətləri yaxşılaşdıra bilərlər. Münaqişələr olmadıqda insanlar öz problemlərini nadir hallarda dərk və həll edirlər.
Insanlar münaqişə haqqında düşündükdə, onlar hər şeydən əvvəl, onu aqressivlik, hədə, mübahisə, düşmənçilik, müharibə və s. ilə assosiasiya etdirilər. Nəticədə belə bir rəy hökm sürür ki, münaqişə hər zaman arzu olunan hadisə deyildir, əgər imkan varsa, ondan qaçmaq və ortaya çıxan kimi onu dərhal həll etmək lazımdır. Belə münasibətə elmi idarəetmə, inzibati məktəb müəllifləri və Veberə görə bürokratiya konsepsiyasının tərəfdarlarının əsərlərində tez-tez rast gəlinir. Təşkilatın effektivliyinə belə yanaşmalar əsasən vəzifəli şəxslərin qarşılıqlı münasibətlərinin vəzifə, prosedur və qaydalarının müəyyən edilməsinə və rasional təşkilati strukturun işlənib hazırlanmasına istinad edirdilər. Hesab olunurdu ki, belə mexanizmlər münaqişənin ortaya çıxması şərtlərini aradan qaldırır və meyadana çıxan problemlərin həllində istifadə oluna bilər.