TariXİn küSÜFLƏRİ 9- cu məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (7-ci Bölüm)



Yüklə 4,69 Mb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü4,69 Mb.
#108213
  1   2   3

TARİXİN KÜSÜFLƏRİ 9- cu məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (7-ci Bölüm)

Yardımlı Rayonu: ABBASABAD – EÇARA – ALIŞAR – ƏFÇƏDULAN Kənd Adlarının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu/ Güney Azərbaycan / Urmiya / 18 – Oktyabr 2014

ABBASABAD kəndi Quzey Azərbaycanın Yardımlı rayonunda yerləşən toponimlərdən birisi də"Abbasabad" kəndidir.Bu kəndin etimologiası haqqında lazimi ehtimalları irəli sürməklə, çalışmışıq ki onu müxtəlif çəhətlərdən adını açıklamış olaq.Bu toponim adının ilkin hissəsi olan"Abbas" zahirdə ərəbcə şəxs adına oxşayır və Quzey Azərbaycanın Cəlilabad,Masallı və Yardımlı rayonlarının 4 kəndi və həmçinin bir məhlə adında özünü göstərməkdədir ki"Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" adlı əsərin qeydiyatına görə ibarətdilər : ABAZALLI KƏNDI. Cəlilabad r. Əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd Olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi.

ABBASABAD KƏNDI. Yardımlı r. Abbas – (Şəxs adı) və «abad» - abadlaşdırmaq deməkdir. Abbasabad k.

«Abbasın bina etdiyi kənd».

ABBASALILI KƏNDI. Cəlilabad r. Abbasalı – Şəxs adı və «lı» nəsil mənsubiyyəti bildirən şəkilçi ilə düzəlmişdir.

ABBASBƏYLI KƏNDI. Masallı r. Abbasbəyli - nəsil adıdır.

ABBASLI MƏHƏLLƏSI Masallı r. Abbaslı nəsil adı ilə məhəllə sözünün birləşməsidir.1 Görünür bu toponimlərin adlarının etimologiasını Azərbaycan akademik toponimşunas alimləri,başda" Budaq Budaqov" ,"N.G.Məmmədov" olaraq və onların bu əsərdəki digər akademik yardımcıları da,"Abbas" ilə başlanan bu qədim türk toponimlərini ,yalnız onların indiki zahiri tələffüzü və görünüşü əsasında izahlandırıb və"Abbas"sözünü bir sadə şəxs adı kimi qələmə verib və bu əski Türk tarixinə malik olan toponimlərin yaşını və stajını kiçildib,ərəblərin bu bölgəyə gəlmə zamanına və o zamandan beləyə ,ayid olmasını və ya Fəthəli şahın oğlu "Abbas Miraza" ilə ilgili göstərmişlər, halbuki Azərbaycan və digər türk toponimlərinin yaranma və ad qoyma tarixləri ,ən azı eradan əvvəl 3-cü,4-cü minilliklərə ayiddir və ərəblərin bu bölgəyə (İran və Azərbaycana və Türkistana) gəlmələri,Tarix zamanı baxımından,çox yeni və cavandır və ən qədimi 1450 ildir və Türk dünyası toponimləri və o sıradan Azərbaycan və onun Yardımlı ,Cəlilabad və Masallı toponimlərinin qidməti və yaşı ,Tarixdən öncəki minilliklərə ayiddir,yəni o çağlara ayiddir ki qədim Türklərin ulu əcdadından (protürklərdən)başqa bir xalq və soy bu ərazidə yaşamırdı və məskun deyil idi. Çox təəsüflər olsun ki Azərbaycan toponimiyası ilə məşqul olan alimlər ,Azərbaycan toponimləri ilə çalışan zaman ,yalnız bu toponimlərin indiki zahiri görünüşü və təhrifə uğramış forması əsasında,baxıb qəzavət edib hökm veriblər.Buna örnək üçün "Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" əsərinin ekip müəlliflərini ad aparmaq olar.Bizim keçmiş Azərbaycan toponimiyasına ayid məqalələrimizdə deyildiyi kimi , yenə də təkrar olaraq ,vurqulamalıyıq ki Azərbaycan və digər Türk toponimlərinin adları ,yalnız Türk mifologiası dənizindən qaynaqlanan bir həqiqətdir və elə-belə sıradan biri olan şəxs adları və yaxud sərkərdə ya şah-sultan adı ilə bağlı olmayıbdır. Abasabad kend girishi /şəkili göndərən Vərgədüz kənd sakini Bəhram Əhədov Azərbaycan vikipediya saytının yazısına görə : "Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında pornayım tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Qeyd edək ki, Pornayım tayfa arealı çox genişdir. Həmin tayfanın müasir sakinləri təkcə Yardımlıda deyil,Cəlilabad və Lerik ərazisində də yaşayır.Lerik və Cəlilabad ərazisindəki Uran/Oran sakinləri pornayım tayfasına mənsub olduqlarını qeyd edirlər. Fikrimizcə, türksoylu Oran və Pornak tayfalarının tarixi əlaqələri daha dərindən öyrənilməlidir.Bu,cənub bölgəsindəki bəzi mübahisəli məsələlərin həlli üçün faydalı ola bilər.



Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır[1]. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809-1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi.Qala İran dövlət xadimi,Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826-1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır. Mənbələrdə 1828-30-cu illərdə baş vermiş hadisələrlə əlaqədar İrəvan xanlığının Vedibasar, şərur və Sürməli mahallarında Abbasabad adlı kəndlərin azərbaycanlı əhalisi haqqında məlumat verilir[2]. Kənd yerli əhali arasında Quzeykənd adıyla da tanınır." 1 Yardimli rayonun Abasabad kendi

Bu informasiayadakı oykonimin adı haqqında verilən izaha baxarkən,görünür Azərbaycan Alimlərinin,başda B.Budoqov və "N.G.Məmmədov" kimi alimlər olmaqla ,"Abbas" şəxs adı ilə ilgili,Abbasabad kəndinin izahı,Azərbaycan vikipediasının yazarlarına da,öz təsirini qoyub və vikipediada özünü əks etdirməkdədir.Azərbaycanda (quzeyli-güneyli) və qərbi Azərbaycan (=Ermənistan) ərazilərində "Abbas" şəxs adı ilə yaranmış və qeydə alınmış kənd adlarımız çoxdur və bizim burada Abbasabad kəndi haqqında yazdığımız izahlar və yorumlar ,eləcə də "Abbas" adı tərkibli başqa kəndlərə də ayid və yetərlidir.Abbasabad kəndin adının zahiri görünüşü ərəbcə olan"Abbas"adı ilə ilgili görünür və xalq da bunu Abbas adlı şəxs ilə(Abbas Mirza Fəthəli şahın oğlunun adı ilə) ilgiləndirir,halbu ki bu kəndin adının ərəbcə şəxs adı olan "Abbas" ilə heç bir ilgisi yoxdur və təkcə fonetik oxşarlığı var və digər tərəfdən də Azərbaycan kəndlərinin yaranma tarixləri ,tarixin ən dərin qatlarına yə`ni eradan neçə minilliklər öncəyə gedib çıxır. Bizim əyər bu kənd haqqında iddiamız yanlış və yersiz də olmuş olsa,yenə də başqa "Abbas" tərkibli kənd adları ilə("Abasxanlı"kəndi Ağsu r. ,"Abışabad" və "Abazlı" kəndləri Cəlilabad r.,"Abasqulular" kəndi Tovuz və Goranboy r. ,"Abasbəyli" kəndləri Masallı və Qazax r. ,"Abasalılı" kəndi Neftçala r. və "Abbas" kəndi "Şəki" r.) ilgili və geçərlidir.Bu kəndin adı əslində "ABISABAT" ya "ABISBAT" kimi bərpa etmək lazimdir. Bu qədim bəşər yaşayış məskəni olan indiki "Abbasabad" kənd adı, qədim türkcə olan "Abıs"/"Abis" və "Bat" sözlərinin tərkibindən yaranmış addır."Bat" qədim türkcə sözdür və bir çox Türk mənşəli və Türk kökənli toponim adlarında özünü əks etdirir. Hər hansı bir toponimin adının tərkibində olursa,o toponimin Türk kökənli və Türk mənşəli olduğuna dəlalət edər. "Bat" qədim Türk dillərində "hasar","tıfar"," sədd", "bənd" və məcazi olaraq "qala" ,"kənd","şəhər", "yaşayış məskəni" ,"yurd-yuva" anlamında olubdur və çağdaş əsrlərdə onu yanlış olaraq Farsca "abad" bir söz kimi göstərib və qeydə alıblar, halbuki bu söz əslində türkcə olan"Bat"sözüdür və onun böyük miqyasda başqa formantı da "Batan"dır ki böyük şəhər və ölkəyə deyilirmiş (misal olaraq Ekbatan ,Aturpatan) və yurd,ölkə,vətən anlamındadır.Azərbaycan Türklərinin indiki zamanda işlətdiyi "Vətən" sözü də türk kökənli və türk mənşəli sözdür və əslində həmən qədim türk sözü "Batan"dır ki "Patan" da onun başqa fonetik variantı sayılır və Fars-Ərəb-Roma-Yunan –Erməni-Hind-Sanskrit dillərinə ayid olan bir söz deyil. ."Pat" sözünü ki bütün alimlər və tədqiqatçılar onu iran mənşəli və qədim Fars və pəhləvi və Ari mnşəli söz hesab edirlər,Türk dilinə mənsub bir kələmədir və əslində onu "Bad" formunda bərpa etmək lazimdir."Bad"qədim türk dilində "duvar,hasar,sədd"deməkdir.Bu türk sözü indiki zamanda Azərbaycan xalqının dilində,su arxı və kanalının önündə "Bəd"//"Bənd" vurmaqda işlənir(=sədd vurmaq ya sədd çəkmək və suyun ağzını başqa bir səmtə yönəltmə) bu sözü farslar türklərdən alaraq çeşitli sözlər və terminlər yaradıblar , və hətta bu sözü "bənd" kimi də "su və arx suyu önünü kəsib bağlamaq" anlamında onlar da işlədirlər.Türkcə olan "bad" (bad sözünün başqa varyantı) Azərbaycanın qədim tarixi şəhəri olan "Dərbənd" şəhərinin adında da işlənibdir.Bu şəhərin adı özəl təbii və coğrafi şəraitinə görə ona türklər "Dar bəd"// Dər bəd // Dər bənd (=duvar çəkilmiş dar keçid,sədd çəkilmiş dar keçit) adı veriblər.Eyni halda çörək yapıb pişirmə təndirin ağzının dövrəsində olan mühiti diklikə (ki təndirin dövrəsindəki torpaq onun içinə ağnamasın deyə),bir duvar kimi çəkilibdir, deyilir.Bu təndirin ağzının dövrə mühitinə çəkilən diklikə "Təndirin Badı" deyilir. Bu türkcə olan "Bad" sözü,Fars dilində işlənən"bad"(=yel, nəsim, ruzgar) sözünə heç bir ayidatı yoxdur və təkcə fontik və tələffüz oxşarlığı var."Bad" türk sözü,vahid və tək bir sədd ya duvara,hasara işlənən bir sözdür.Azərbaycan türkləri qədim türk sözü olan "Batan"sözünü bir az fonetik dəyişiliklə VƏTƏN formunda , yurd,ölkə,ata-baba yurdu,doğulduğu və boya başa çatdığı yer kimi işlədirlər.Bu türk sözünü(semit soylu xalqlar) ərəblər də bizdən alaraq "vətən" kimi işlədirlər və bu sözü kök qərar verərək 10`lar ərəbcə söz düzəldiblər. Türklər də toponimlərə Tanrılar və ilahələrin adlarını vermə əsasında, Maday(midia) Türkləri də öz şəhər və paytaxtlarının adını tanrı adı və tanrı rəngi və simgəsi olan "AĞ/AK/AQ" sözünü "batan" sözü ilə birləşdirərək"Akbatan"qoydular.Bəlkədə Manna-Madaylardan da çox-çox qabaqlar,türklər bu qalanı ya şəhəri tikmişdilər,hər halda bu şəhərin adı tarixdə madaylarla üzə çıxıb və qeyd olunub."Akbatan" yə`ni "Ağ (tanrı) evi / Ağ tanrının yurdu /Ağ ev /Ağ şəhər" . Bu türk şəhərinin adını Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş "Ağdam" şəhəri ilə və Türkiyyədəki "Akşehir" və "Aksaray" şəhərləri adları ilə və anlamları ilə muqayisə etmək olar. Qədim Maday-Manna Türklərin bu şəhərinin ad tərkibindəki ilkin hissəni "EK" nəzərdə alsaq,və "Ek"(Ök,Ög)in qədim Türk dillərində "ANA" anlamı daşımağını (Ögey//Ökey//Ekey ana sözündə analıq anlamında olduğu kimi),nəzərdə tutsaq,o zaman bu qədim Türk şəhər və paytaxtın (Ekbatan)adının anlamı "Ana vətən", "Ana yurd","Doğma yurd","Ana ilahənin yurdu" deməkdir.Azərbaycanın müxtəlif bölgələrində o sıradan Naxçıvanda "Batan"la bitişik ,kənd adları (Albatan , Arbatan) indi də mövcüddur.Qədim türkcə olan "Abıs"/ "Abis" titul bildirən bir ad olub və onun anlamı Türk xalqları arasında, "Din atası","Din başçısı və ağ saqqalı","Dini lider" , "Dini rəhbər","papaz","ruhani ata","ruhani din keşişi", "savadlı din alimi", "müqəddəs ata","peyqəmbər","Allahın rəsulu", "Tanrının elçisi" deməkdir.Bu titul bildirən ad Zərdüşt dinindən də çox-çox qabaqlara,yə`ni Günəş pərəstlik dövrünə ayid,titul və məqam bildirən bir addır. "Abıs" türk sözünün başqa variantları da "Abis"/ "Abiş"dır. Bu ad qədim türkcə olan "Ab"/"Aba"(Ata-Tanrı) və "is"/"us" / "as"(=Od,Günəş) sözlərinin tərkibindən yaranıb və bütövlükdə anlamı"Günəş Ata", "nurlu ata","od və işıq ata" ,"müqəddəs ata","kutsal ata ,fərasətli və zəki ata","peyğəmbər ata,Tanrı elçisi"və"kutsal Tanrı rəsulu"dur. Ab/Aba türk sözü bir çox türk şahlar və sultanlarının ad tərkibində iştirak edib. Misal üçün 8-ci əsrdə yaşamış Altay Telenqutlarının sərkərdəsi,17-ci əsir Teleutların xanının adı,çuvaş türklərində raic və mərsum"Abayak"adı, "kas" ya "kassi" türklərinin eradan öncə 2-ci minilliyin yarısında "Abirattaş"adlı şah və hökmranın adı,e.ö 8-ci əsirdə "Abitikna" adlı qala türk –Manna ölkəsində,Turanın böyük və qudrətli sərkərdəsi"Abrasiyab"adının ilk hissəsində yerləşən "Ab" sözü,Siraq//şiraq adlı türk qəbilənin xaqanının "Absaq" adında,Saka türkləri sultanı"Urnet"in atası"Ababus"un adında, Holaku`nun oğlu "Abaqa"nın adında,Oğuzların 24 boyundan birisi olan "Abçar"ın adında,Alban hökmranlarından olan "Abikaz"ın adında və digər bu,sayaq adlarda.2ABIS/ABIZ adı Azərbaycan türkləri arasında işlənən bir ad olub.Bu ad Azərbaycanda özəlliklə də Alban höküməti vaxtında və Alban türklərinin xristiyan dinində olduğu zamanlar,türk xalq arasında geniş yayılan və işlənən bir ad sayılırmış. Misal üçün 551-595 –ci illərində Alban türk katolikosunun adı "Abıs" ya "Abız"iymış.Bu xristiyan keşişin adını tarixdə "Abas" kimi qeyd ediblər.3 "Abas"/"Abıs" qədim tarixçi müəlliflərin yazılarında "Apas" formunda qeyd olunubdur. Alban türk katolikosunun adı(551-595)tarixdə"Abas"kimi qeyd olunub. Bu keşişin adının,ərəbcə olan"Abbas" adı ilə heç bir ilgisi yoxdur.Bu türk-Alban keşişin adını Tatar türklərinin dilində rayic olan muasir"Apaz" ,"Abas" adları ilə muqayisə etmək olar.Altay-Oralik dilində işlənən"Apo"(=Yaşı keçmiş ,qocaman, ağsaqqal) sözüdə "Ab"/ "Abı"türk sözü ilə bir kökdən və mənşə`dəndir.4İndiki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndi "Abaş"ın adı da həmən bu "Abıs" türk sözündən alınmadır və bu türk kəndin adı əslində "Abas"iymış.Bu kənd Azərbaycanın şərur-sürməli mahalına ayid bir Azərbaycan kəndi idi və 1828-1830 illərində, Erməni adladırdığımız "HAY"lar anti-türk Rusların köməyi və dayaq durması ilə ,bu kəndin türk əhalisini zorla və silah gücünə eşiyə çıxardıb və bunların yerinə öncədən planlanmış olaraq, İrandan və Türkiyyədən köç etmiş "HAY"lara verildi. Abaş/Abas/Apas/Abıs Alban türk xristiyan keşişi və din mollası deməkdir.Yardımlı rayonun Viləş boyu uzanan bağlı-bağatlı "AVAŞ" kəndinin adı da bu dediyimiz məquləyə və konuya ayitdir. Əski türk mifologiasıında "Abası"adlı tanrı da vardır. abası:kötülüğünden korunmak için kurban sunulan kötü ruh. http://galeri.uludagsozluk.com/r/195746/+ Bizim bu "Abıs" türk adla ilgili, indiki Ermənistanda digər bir türk-Azərbaycan kəndimiz də var və onun adı muasir çağdaş "Abbas Abad"dır. Bu kəndin adı əslində "Abas oba" ya "Abıs oba"iymış. Abıs oba ya Abas oba "Müqəddəs atanın yurdu və obası","peyğəmbərin el-oba yurdu"deməkdir və belə məlum olur ki "Müqəddəs ata" ,"peyğəmbər" bu kəndin yerində sakin iymiş və bu kəndin yeri onun iqamətgahı və qaldığı-yaşadığı yer`iymiş.5 Əski türklərin peyğəmbəri "Zərdüşt"ün dini kitabının adı da həmən bu türkcə "Abıs" sözündən alınaraq, qoyulubdur. "Avesta" dini kitabın adını əslində gərək "Abısta" və daha doğrusu "Abıs Ata" kimi bərpa etmək lazimdir. Zərdüşt dininin kitabının adı , Zərdüştün özünə mənsub olaraq ,"Abısta"//"Abıs.ata",anlamı "Müqəddəs Günəş Tanrısı", "Müqəddəs Ata" ,"Kutsal Din Atası","Müqəddəs peyğəmbər " ,"Tanrının kutsal elçisi", "kutsal Tanrı"deməkdir. Abıs.Ata---->Abıs.ta -----> Avısta -----> Avesta.6. Abıs türk sözü,türklərin köç vasitəsilə özəlliklə Azərbaycan ərazisindən dünyanın başqa yerlərinə də gedib və o yerlərdə də xalqın geniş şəkildə mifik–dini inanc və məfkürəsini təşkil edibdir.Bu türk mifik termini Azərbaycanın ərazisindən köçlər vasitəsilə Afrikanın "Niceriya"sında "Abası" kimi yaşamaqda olubdur.Niceriyada "Abası" ilk qadın və kişini yaradan tanrı kimi tanınır.7Abıs tanrısı zərdüşt dini məfkürəsi əsasında,kötü niyyətli quraqlıq və qıtlıq tanrısı və dev kimi tanıddırılır və sonda su və yağmur tanrısı "Tiştər" ona qalib gəlir.8 Abıs tanrısı (günəş tanrısı) ,zərdüşt dinində "ƏPUŞ"adlanır. Abıs --->Abus---> Apus---> Apuş ---> Əpuş. Yardimli rayonun Abasabad kendi / Şəkili göndərən Bəhram Əhədov Bizcə belə düşünülür ki"Abasallı","Abbas Abad"və "Avaş" kəndləri qədim türk buğa mədəniyyəti ilə ilgili toponimlər imiş və demək olar qədim buğa mədəniyyətinin(Oğuz mədəniyyətinin) əsas mərkəzi və qaynağı sayılırmış, çünki bu toponimlərin adı belə göstərir. Eyni halda bu toponimlər Türk peyğəmbəri olan "Zərdüşt"ilə də ilgili toponimlərdilər və belə düşünülür ki Zərdüştün əsas ilham qaynağı məhz Azərbaycanın Ərdəbil vəYardımlı bölgəsi olmuş olsun,çünki Savalan dediyimiz müqəddəs dağ ,Zərdüştün dağı və peyğəmbərliyə çatma dağıdır.Zərdüşt bu dağa çıxıb orada Tanrısı ilə danışıb vəhy və ilhamlarını alarmış və boşuna bu dağa"Sav.Alan" (sifarış,tapşırıq,buyuruq alma) yeri deyilməyib.Savalan dağı ilə Yardımlının məsafəsi çox azdır və bu Zərdüşt peyğəmbər üçün çox bir əlverişli və rahat iş sayılırmış ki Yardımlı ilə Savalan arasını gedib-gəlsin və istədiyi zaman öz yaşadığı yerdən-obadan durub gəlsin savalan dağına. Bu məsələ bizdə bu ehtimalı çox gücləndirir ki Zərdüşt peyğəmbər, Yardımlı bölgəsində özəlliklə də Yardımlının"Abasallı" ya"Abbasabad" və yaxud "Avaş"ında yerləşmiş olsun.Zərdüşt peyğəmbər də başqa peyğəmbərlər kimi,öz ata-babaları və tayfasının türlü-türlü Tanrılar,Devlər, Tanrıçalar,butlar,cinlər,pərilər,yeraltı və yerüstü tanrıların həddindən artıq çoxaldığı və qaynayıb-coşduğu zamanı , Turanın Azərbaycanda sərgilənmiş və Azərbaycanın çənub bölgəsində(indiki Astara,Lənkəran, Masallı,Lerik, Yardımlı, Cəlil abad,Biləsuvar,Muğan yaylası,Germi,Pars abad,Ərdəbil) müxtəlif növlü və tipli Tanrılar ordusu və covqalarının"Günəş Tanrısı"önündə parad keçirdikləri zamanda, bu tanrılar ordusuna qarşı öz peyğəmbərlik risalətini və həmçinin mübarizəsini və barışmaz müharibəsini,Tək tanrılıq uğrunda başlayır,tibqı özündən sonra gələn Hz.İbrahim, Hz.Musa, Hz.İsa və Hz. Mohəmməd kimi böyük peyğəmbərlər sayağı. Onlarda elə bir şəraitdə və zamanda doğulub boya-başa çatırdılar ki tək tanrılıq yerinə,neçə tanrılıq,topluma və bəşəriyyətə hakim idi və o zaman onlar Tək bir göy tanrısının hökmünü yaymaq və bərqərar etmək üçün,bütün tanrılarla savaşa qalxıb və sonda da bu ağır risalətini və öhdəsinə götürdüyü soromluluğu yerinə yetirirdi.Amma bunu da unutmayaq ki yer üzündə və bəşər tarixində Azərbaycanlı Türk peyğəmbəri Zərdüşt,bütün peyğəmbərlər içində,ilk tək tanrılıq və tohidə çağıran rəsul və peyğəmbərdir.Deməli bizim bu hesabımızla yer üzündə ilk neçə tanrılığın da qurucusu və yaradanları Azərbaycan türkü olub və bəşər tarixində ilk tohidə çağıran və tak tanrılığın da yaradanı və qurucusu və bəşəriyyətə ithaf edən də Azərbaycan türkü və peyğəmbəri olubdur.Zərdüşt Azərbaycan mühitində, öz çevrəsində yüzlərcə böyük-kiçik Tanrıları,ilahələri,cinnləri ,mələkləri , devləri,Firiştələri və onların adına və ünvanına Moğların bəşərə və topluma hakimiyyətini və iqtidarını nəzərə alaraq , Azərbaycan tanrılarının müharibəsinə qalxdı. Zərtüşt anası "Doğdu"dan doğulduqdan sonra göz açıb öz doğma yurdu Azərbaycanda yüzlərcə tanrıların hakimiyyətini və onların bəşərə necə moğlar vasitəsilə olunan zülmləri və zəli kimi qanlarının sorulduğunu görüb,bu neçə minillik staja malik iqtidarın qarşısında bir sədd kimi durmağı özünə,tak göy tanrısı uğrunda bir peyğəmbərlik borcu bilib və ömrünün sonuna qədər din xadimləri olan moğlar və hakimlər qarşısında öz barışmaz savaşına davam etdirdi.Zərdüşt bu neçə tanrılıq və böyük-kiçik tanrıları məhz indiki quzey Azərbaycanın cənub zonasında özəlliklə də Yardımlı panteonunda görürdü.O Tanrıların o bölgədə məbədlərini, moğların necə xalqın əfkarına, ruh-i rəvanına,həyatına, məişətinə,gəlirinə-çıxarına hakim olduğunu və bu tanrılar adı altında onlara necə zülm etdiklərini görərək, bu moğlarla, qaravanlarla və Tanrılarla muharibəyə qalxdı. Zərdüşt öz peyğəmbərlik fərmanlarını ,tanrı buyuruqlarını almaq üçün dağa gəlməli idi və bu işdə zərdüştə ən əlverişli kutsal və tanrısal dağ ,elə Savalandan başqa bir dağ ola bilməz idi və Zərdüştün el-obasına və yer-yurduna yaxın olan əzəmətli və tanrısal dağ ,yenə də Savalan idi. Biz çox ehtimal veririk ki Zərdüşt peyğəmbərin doğulduğu və boya-başa çatdığı yer Azərbaycanda Urmiya yox,bəlkəm də Ərdəbil bölgəsi və çevrəsi olmuş ola.Çün ki Quzey azərbaycanın və eyni halda Ərdəbil bölgəsinin və eyni haldaYardımlının qədim Turan və Azərbaycan Tanrılar panteonu və tanrılar covqasının yurdu, məskəni olmağını göz önünə alaraq ,"Abasallı","Abbas abad" və "Avaş" kənd və toponimlərini Zərdüşt peyğəmbərin doğulduğu yer və boya-başa çatdığı və eyni halda Savalan dağını,peyğəmbərliyə çatdığı yer olduğunu fikirləşmək olar. Bu türk panteonunun böyük Tanrısı Azərbaycandan Afrikanın Misirinə də yol açıb və Misir tanrılar panteonunda özünə özəl bir yer tutur və"Apis" formunda özünü təzahur edir."Apis" Misir panteonunda, "Müqəddəs buğa" ,"kutsal tanrı" ,"kutsal buğa tanrısı" kimi vəzifə daşıyır.Bu Apis tanrı Misirin Memfis şəhərində sitayiş olunurdu və Memfis şəhərini yaradan tanrı sayılırdı.9 Bu buğa tanrısı olan "Abis"//"Apis" qədim Misir mifologiyasında"Osiris"və "Ptah" tanrıların bəlgəsi və simgəsi sayılırmış."Apis" alnı ağ buğa olub və gahdan da başı buğa başı olan insan obrazında təzahur tapıb,bir halda ki alnının ağlığı hilal şəklində göstərilib... Apis buğa tanrısı ,rəsmlərdə başında Günəş diskili tacı olan bir buğa kimi çəkilibdir və gahdan da başında Ay diskili tacı olan bir buğa başlı kişi kimi rəsm olunubdur və bu rəsmlərin yuxarısında iki əfi kobra ilanı da rəsm olunub ki Oziris`in səltənət və hökmranlıq nişanını özləri ilə daşıyırlar. 10 "Abıs" eyni halda Roma Tanrılar panteonunda,bir Tanrıça kimi də zihur edir və adı "Ops" kimi gedir.Bu tanrıça Saturn tanrının bacısı və həm də eşi sayılır.11 "Abıs" sözü qədim türk termini olan "Abuçka" sözündə də özünü əks etdirir.Abuçka sözü əslində həmən Abısqa/Abısğa (=koca,böyük,kocaman) deməkdir.12 Bu söz eyni halda Xəzər dənizində ki "Abıskun"(=Günəş tanrısı)adası adında da özünü əks etdirir.Abıs/Abis türk sözünün İngilis dilinə keçərək "Dərin" anlamıda vardır və bu anlam da,bu sözün mifik anlamından törənir.İngiliz dilində "Ab.bess",müqəddəs ana, rahibələr başçısı,kilisə və məbəd müdürü deməkdir və"Abyss" ,dənizin dərinliyi və dibi,"abide"/ "abode",daimilik ,əbədilik, itaət,söz dinləmək və birisinə uymak,davamcı və ardıca getmək deməkdir.Həmçinin "awake"sözü,ayıq ,oyaq, bir işə qalxmaq,bir sorumluğu üzərinə götürmək və iradə etmək və məcazi anlamı peyğəmbərliyə qalxmaq və peyğəmbərlik etmək deməkdir. Awake --->Avac(k)--->Avas ---->"Avaş" və"Abas" ----> Abbas(=aqil,zəki,dolu,coşub-daşan, qalxmaq ,qiyama və üsyana qalxmaq,peyğəmbərliyə qalxmaq) Avas /Abbas/Abis türk sözünün"AB"(=Ata,Tanrı)hissəsi ("b" hərfi və səsinin"n" səsinə çevirilməsini qədim türk dillərində nəzərə alaraq) əslində qədim şumer Tanrısı olan"An"Tanrısı bərabəridir.Bu türk sözü elə bu anlamda ingilis dilinə yol tapıb və işlənməkdədir. "Abaasi"/"Abasi",Saka türklərin mifologiyasında "yer altı devlərin adı"deməkdir.Abasılar xalqı udub və onların həyatına xəstəlik və mərəz bəxş edib və öz qurbanlıqlarının qanı ilə təskin tapırmışlar.13 "Abıs"//"Abas" adı qədim Yunan və Roma mifologiyasında geniş yayılmış adlardan sayılır.Bu ad 10 adam üçün qeyd olunub ki birisi də, Türk soylu "Abant" tayfasının qəhrəmanı"Abey"adır . 14 Bizcə daha bir ehtimala görə Yardımlının"Abbas"adı ilə başlanan kəndlərinin adı ,elə bu Türk qəhrəmanı ,yəni Abant Türklərinin qəhrəmanı "Abey" ya"Abay"(Abaz)ilə də ilgili ola bilər,yəni qədim Türklərin Günəş Tanrısının təzahürü və obrazında çıxış edən qəhrəmanın adı ilə də ilgisi olmuş olsun. Abıs ----> Abes ----> Abez ----> ("z">"y")Abey//Abay. Bu prosesi əksinə də belə göstərmək olar: Abey//Abay -----> (y">"z") Abez//Abay -----> Abes//Abas ----->Abıs //Abas ----> Abbas

Abasabad kendinin ustunden çekilmish foto şəkili göndərən Yardımlıdan :Bəhram Əhədov Eçara kəndi Azərbaycanın Yardımlı rayonun toponimlərindən birisi də "Eçara" kəndidir. Eçara həmçinin "İcarə" formunda , Cəlilabad rayonunda ,bir kəndin adıdır.Eçara adı haqqında öndə gedən güclü versiaları burada qeyd və açıklamak istəyirik.Birinci versiya bu ki ,bu toponimin adı qədim Şumer türkcəsində işlənən "E" (=ev,məskən,yurd-yuva) və qədim türkcəsində işlənən "Sar"/"Şar"/"Çar"(=Ay,Ay kürəsi, məcazi olaraq "Şah","ölkə başçısı",Sultan) və Akkadca sonradan artırılan "U" hərfinin tərkibindən yaranmış ad ola bilər, ümumiyyətdə anlamı "Ay evi","Ay Allahı Sar`ın evi" və ya "Şahın evi","Şah əyləşən yer", "paytaxt" deməkdir.Qədim sözlərin Akkadca mıx yazısında,sonuna "u" hərfi və saiti artırılma,Akkad dili yazısında,bir səciyyəvi haldır və Akkadca yazının özəlliklərindən və xarakterlərindən sayılırmış.Bizim bu sözümüzə quvvət,deməliyik ki"Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə,Mesopotamia mifləri və əfsanələrində,özəlliklə də Akkadların mifologiasında "Assara" (Essara) adlı bir Tanrı vardır ki adı lövhlərdə "Mazdaku" və "Mazaş" Tanrıların adı ilə birgə çəkilibdir.15 Belə görünür ki Akkadların bu Tanrıları,Türk soylu Şumerlərin panteonundan alınma bir Tanrıdır və "ç" samitinin Akkad dilində olmadığı üçün,"s"samitinə çevirirərək,"Essara" formuna çıxarılıbdır. Bununla da"Essara","Eçara"nın başqa fonetik variantı sayılır. Bir güclü ehtimal bu ki,bu toponimin adı qədim Türk dilində işlənən"is"/"iş"(= od,atəş,Günəş) və qədim türk sözü "ar"/ "arı"(= qırmızı,qızarmış,müqəddəs ,kutsal,Tanrı) sözlərin tərkibindən yaranmış ad olsun və bütövlükdə anlamı "Günəş Tanrısı", "müqəddəs günəş Tanrı" ,"qırmızı günəş" deməkdir. "İs"/"İş" qədim türk sözü ,Türk dilinin inkişafı prosesində,bir kök kimi ,çoxlu türk sözlərinin törənişində geniş rol oynayıb və ondan "işıq","İşıltı","isti", "işartı", "işın" kimi sözlər törəmiş və yaranmışdır. Eçara kəndindən bir görüntü /Şəkili göndərən Bəhram Əhədov "Mir Əli Seyidov"un dediyinə görə "is" sözünə "od" anlamında Dədə Qorqud boylarında və çağdaş Azəri dilində rastgəlirik.Misal üçün Qorqut boylarında deyilir :"zira Dədə Qorqut vilayət issi idi" və başqa örnək : "Almaq dilərəm qoynuma,lakin .... issiz və rtubətli səninçün .16Bizcə bu ikinci ehtimalın əsasında və "işara"//"işaru" // "isara"nın anlamına görə(Qırmızı Günəş Tanrısı),Azərbaycan Türk mifi,həmən "Həyat ağacı" ya "Dünya ağacı"anlamında olmalıdır.Deməli pirlərdə, ocaqlarda və ziyarətgahlarda ağacdan olan dirəyə ki nəzir və hacət diləmək ağacı sayılırmış, ona Azərbaycan Türkləri və özəlliklə də Yardımlı bölgəsində,ona "Açıra" deyilirmiş və zaman sürəsində "A" saiti "E"yə çevirilərək, "Eçara" formuna düşübdür. Belə düşünülür ki qədim Türk xalqı,özəlliklə də Azərbaycan Fin-Oyğır türk tayfaları bu nəzir və hacət ağacına,öz dilədiyi hacətlərinin və düyünlərinin açarı bildiyi üçün,bu ağaca(açılma və açma sözündən tutaraq) "Açıra" və yaxud "Açar"deyirmişlər və semit soylu akkadların yazı dilində bu Türk mifik sözünün sonuna"u"saiti artırlanaraq "Açaru" və sonra "Açara"formuna düşmüş olubdur.Açar/Açır --->(akkadca"u"artırlanaraq) Aşir+u ---> Aşiru ---> Aşira ---> Aşirə .Bizcə bir ehtimala görə bu türk mifinin adı "Açar.ağ" ya "Açır.ağ" olmuş olsun və adın sonundakı yumuşaq "ğ" samiti düşərək, "Açara" ya "Açıra" formasına düşmüş olsun. "Açarağ" ya "Açırağ" adın tərkibində işlənən "Açar" /"Açır" ,burada yəni "düyün açan","müşgül güşa","çətinliyi çözən" və "Ağ" isə yəni "Tanrı"dır və ümumiyyətdə adın anlamı "Düyün açan Tanrı","Çətinliyi çözən Tanrı","işkil açan Tanrı","Çarə edən Tanrı" deməkdir. Açar.ağ ----> Açara ----> Eçara Daha bir güclü ehtimala görə çox mümkün ki bu Azərbaycan Türk mifinin adı əslində "Ağ.çara" olmuş olsun və anlamı da "Çarə bulan Tanrı" ,"Düyün açan Tanrı" ,"Düyünlərin çarəsini edən Tanrı" olmuş olsun. Bizcə indiki Türk dilində işlənən "Çarə" sözü də həmən bu Türk Tanrısının adından götürmə söz və termindir və hətta türkcə işlətdiyimiz "Açar" sözü də ,elə həmən bu Türk mifi və Tanrısının adıdır ki işlədirik və bu sözün ilk hissəsini (Aç) kök qərar verərək ,ondan müxtəlif türk sözləri (açmaq,açılan,açılmış,açıq,açı,və...) yaradılıb. Deməli belə bir nəticəyə çatırıq ki Yardımlının "Eçara" kənd adı bir əsil Türk və Azərbaycan mifi və Tanrısıdır və anlamı "Düyünləri Açan Tanrı" ,"Hacətləri verən Tanrı" deməkdir. Ağ.çara ----> Açara ---> "Eçara". Bizcə qədim Semit soylu xalqların mifologiasında "Asherah" (Aşerə),dişisəl Tanrılığın (İştarut və Astarte Tanrıçaların) bəlgəsi sayılırmış və bunu mifolog "Jean.C.Cooper" də yazıbdır. Cooper(kuper) "Aşera" haqqında yazır ki "Aşera" bu iki Tanrıçanın bəlgəsi olan ağacdır ki ümumiyyətlə bir ağac dirəyi və sütunu kimi ,nəzir edilən yerdə ya nəzir yerində (pirlərdə,ocaqlarda və ziyarətgahlarda olduğu kimi nəzir və hacət ağacı./F.C.) təsəvvür olunurdu və eyni halda Ağac Tanrısının bəlgəsi və nişanəsi kimi sayılırdı.17"Dünya Mifləri Ensiklopediası"nın yazdığına əsasən , "Aşera"(Asherah) orta doğu mifləri və əfsanələrində,özəllilə də"Ugarit"mifologiası və əfsanələrində , "EL" Tanrinin zövcəsi və arvadı sayılırmış.Aşera "Kən`an" ölkəsinin dişisəl Tanrılarından sayılırdı.Gahdan bir ağac dirəyi və sütunu "Aşerah" adına ki "Baal" Tanrısının dişiliyinin bəlgəsi sayılırmış, yerə tikib bərkidərmişlər. "Aşerah" Dəniz xatını`nın və dərya mələkəsinin adı idi ki "Baal" və bacısı "Anat" ondan istəyirlər ki onları "EL" Tanrinin yanında şəfaət (tapşırıb ,ara düzənlik,vəsatət) etsin və "Baal" Tanrısı üçün bir ev və məbəd`in tikilməsinin icazəsini və iznini alsın. Aşire /Aşira bir ağac dirəyindən qayırılmış bir heykəldir ki göyün mələkəsi və qadınların hacət və niyazlərı və diləklərinin çin edəni sayılırmış. "Aşera" ,"Baal"ilə birlikdə, Kən`anilərin erkək və dişi "Büt"lərinin və eyni halda onların "Nəsil artımı","Artım" Tanrıları sayılırdı. 18 Biz Ensiklopedianın bu verdiyi informasiadan belə nəticə çıxardırıq ki "Aşera" və yaxud "Eçara", eradan əvvəl 5-6-cı minilliklərdə Şərqi Türkistandan köçmüş Anadoluda məskunlaşmış Fin-oygır Türklərinin (Dünya Tarixşunaslıq elmində "Ugarit" mədəniyyəti adı ilə tanılan) mifi və dünya ağacı ya həyat ağacı sayılırmış və bu türksoyluların yeni məskunlaşmış "Kən`an"(daha doğrusu "kün.An"=Günəş Tanrısı) adlı yurdlarının, qadınları hacətləri və diləklərinə çatdıran və onların düyünləri və çətinliklərini açıb-çözən ilahəsi kimi sayılırdı ki sonralar bu ilahə Mesopotamiya panteonuna da yol açıb və Akkadların panteonunda özünə özəl yer tutur. Bizcə bu ilahənin adının tərkibində olan "Aş" ya "Eş" əslində həmən Türk dilindəki "Aç" ya "Aç"dır və eyni halda türk sözü "Ağac"ın sonluq tərkibi olan "Ac"dır, yəni Ac//Aç//Aş hissəsidir. Ağac//Ağaç//Ağaş. Bu hesab ilə məlum olur ki "Eçara"nın "Eç" hissəsi həmən Ağaç sözünün "Aç" hissəsi ilə eyni sözdür.Deməli "Eçara"dakı "Eç"in bir anlamı da"Açmaqdan" başqa ,"Ağac" deməkdir. "Eç"in başqa fonetik variantı olan "Eş" və "Aş"(ç---->ş) əslində həmən qədim Türk dilində işlənən "Yeş"//"Yaş"// "Yış" (=yaşıllıq , yeşillik) deməkdir.Qədim protürklər bu ana söz"Yaş"dan tutaraq çoxlu kələmələr və sözlər yaradıblar,örnək üçün,"Yaşağu,Yaşamaq , Yaşarmaq,Yaşığ,Yaşıl,Yaşlağ,Yaşlığ ,Yış"kimi sözlər.19 Qədim Türk sözü olan"Yış",Türk qamusunda,"Cəngəl", "ormanlıq","Ağaçlıq","Meşəlik","Meşəli dağ" anlamındadır. 20 "Aş"//"Əş"in başqa fonetik variantı olan "As","Əs",Güney Azərbaycanın Xalxal şəhərinin yaxınlığında yerləşən, cəngəllik və ağaclar ilə örtülü olan"Əsalim" bölgənin adında özünü əks etdirməkdədir.Bəlli olalı bu ki"Eçara" adının "Eç" hissəsi,"Açmaqdan" başqa,"Ağaç","Yaşlıq", "Yaşıllıq" ,"sululuq","yağış və yağıntı","Şeh və çığ", "Həyat", "yaşam" ,"dirilik","iç duyğu","Aşk və sevgi","göyərti","Göy və göylük" ,"məhsuldarlıq və məhsul artımı","həyat ağacı", "Dünya ağacı" və hətta "Dünya"və "Aləm" anlamlarını da özündə daşımaqdadır.Elə bu "Eçara"nın Eç" sözündən və onun başqa fonetik variantlarının əsasında,yəni"Aç//Ac//As// Aş sözlərin tərkibindən, Qədim protürklər yüzlər kələmələr və terminlər müxtəlif yönlü anlamlar daşımada olan sözləri misal üçün"Acun", "Asiman" ,Açina" ,"Aşina","Ağac"kimi sözləri yaradıblar.Elə Eçaranın yaşıllıq ,sululuq və yağış-yağıntı anlamı əsasındadır ki indiki Suriyanın şimalında məskun türk Fin-Oygırların yurdu "Kənan"da ("John Gray"in "Yaxın Doğu Mitolojiası"nın əsasında),Rüqəyyə Behzadi öz"Qafqaz , Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar" adlı əsərində yazır ki "Baal"//"Bell" mifologiasında ,"Bel"in 3 qızı ya xatınından söz açılır ki birisi məhsuldarlıq və artım, biri isə yağış və yağıntı və üçüncüsü isə "şeh və çığ " bəlgələri sayılırmış. "Baal"//"Bel" mifik himasəsində "Athara"dan ad aparılır ki əslində onu Surianın səhrasında məskun olmuş tayfalar pərəstiş edirdilər,amma sonra bu tayfalar Kən`anda yerləşdikdən sonra ,onu su və suvarma Tanrısı adlandırdılar və bunun üçün də Ərəb dilində ,"Athara",su vermə və suvarma anlamındadır" . 21 "Athara" ----> Azara ----> Asara ----> Aşara ----> Açara ----> "Eçara". Görünür ki bu türk mifi ,Surianın və Ərəbistanın semit soylu xalqları arasında"su verib suvarma,suya doldurub doyuzdurma " anlamını əldə edibdir və bu özəllik və xarakterlə tanınıbdır. Azərbaycanın bu mifi də ,başqa Türk miflərində olduğu kimi ,Azərbaycanın ərazi sərhədlərindən eşiyə çıxıb,başqa qarələrə də yol açıb və digər xalqların mifologiasında özünə yer tutub və mifik vəzifəsini daşımaqda olubdur.O sıradan Avropanın şimalı, Fars xalqı,Semit soylu xalqlar(Akkad,Babil),qədim Rum (Roma),Yunan,Hindistan və sairəni saymaqolar. Azərbaycan Türk mifi Eçara,"Dünya Mifləri Ensiklopediası"- nın yazdığına görə ,qədim Roma mifologiası və əfsanələrində "Eceria"(Egeria) adı ilə ,Roma şəhərinin ilahələrindən biri sayılırmış və ilkin zamanda, çeşmələr və bulaqlar ilahəsi sayılırmış və onu sitayiş və pərəstiş etmə,çəngəllər və meşəliklərin ilahəsi "Diana" ilə ilgili olubdur. Roma mifologiasının əsasında, "Eceria" ,Roma padişahı "Numa Pompilius"un məsləhət verəni imiş. O onun xatını ya dostu olub və ümumən gecələr bir-birilə görüşərmişlər.Dini siyasəti və eyni halda duaları və virdləri,Eceria padişaha öyrədirmiş. Padişahın ölümündən sonra,Eceria bir o qədər göz yaşı tökdü ki göz yaşları bir bulağa çevirildi.Qədim Roma qadınları onu sitayiş edirdilər və boylu olan zamanı,ona qurbanlıq verərmişlər ,ki doğum zamanı, çox ağrı çəkməsinlər. 22 "Eçara"türk mifik adı,"Esir" formantında, Avropanın şimal bölgəsində yerləşən Eskandinavialıların əfsanələri və mifologiasında,"Norse"adlı miflərin,Tanrılar grupunun cəm bağlanmış adıdır ki 12 Tanrı və 26 ilahələri varları idi. Bunların hamısının qaldıqları yer "Asgard" idi. 23"Eçara" Azərbaycan mifi,qədim Finlandianın milli və əcdadi əfsanələrində,"Acatar"adı altında,ağaclar və cəngəllər ruhu kimi özünü əks etdirməkdədir.Deməli Finlandiada "Eca" (Aca,Eça) mif adından sonra,"Ra" yerinə"Tar"(=Tanrı) gəlibdir.24"Eçara" türk mifi Afrika mifologiasında "Ace" (Aca,Eca,Eça),Dahumi qəbiləsinin "Ov qoruyucusu və ovu dəstəkləyən Tanrı" sayılırmış. 25 "Eçara" mifi Hindistan mifologiasında "Açarya" formunda,nəzm və düzən yaradan anlamında olubdur.26 "Eçara",yəhudilər arasında da "Aşera" adında ,nəsil artımı və aşk və sevgi ilahəsi kimi pərəstiş və sitayiş olunurdu. Bir başqa rivayətdə deyilir ki "Aşera"yəhud ölkəsində "İştar"in şərəfinə həsr olunan ağacdan qayırılmış tapınaqlardan ibarətdir.27 "Eçara",Mezopotamiada qədim Babil mifologiasında özünü "Eşarra"kimi göstərməkdədir. Bu mifologiada "Eşarra" böyük Tanrıların yığıncaq və sığınacaq yeri kimi bir bina və məbəd göstərilir. "Dünya Miflər Ensiklopediası"na görə bu Tanrılar sığınacağını "Marduk" ,"Tiyamat"ı öldürdükdən sonra güya tikir və bu həmən "EA"nın yaratdığı "Abzu"dan ülgü olaraq, səbəb olur ki "Anu","Enlil" və "Ea", onda(Eşarra`da) öz yerlərini işqal etsinlər. 28 Yardımlının Eçara kəndi / Şəkili göndərən Yardımlıdan :Bəhram Əhədov Bizcə Azərbaycanın Yardımlı bölgəsinin "Eçara" kənd əhalisinin ulu əcdadının bir qısmı indiki gürcüstanın "Soxomi"və"Gudauti" arasında yerləşmiş "Eşeri" toponimində məskun olmuşlar və öz yaşadıqları toponimə də, öz sevib-tapındıqları Tanrı və ilahələrinin adını qoyurlar.Əlbət də bu olay olan zamanı ,eradan çox əvvəllərə ,yəni o zamana ayiddir ki Qafqaz və Azərbaycan bölgəsində ,Türksoylu xalqlar və tayfalardan başqa, bir soy və etnos yaşamayırdı və hələ Hind-Avropa dilli xalqlardan(Hay, Gürcü,hind,Fars) və Ərəbdən ,bölgədə nə iz var idi və nə toz. O zamanki indiki Gürcüstan ərazisində yalnız Abxaz Türk tayfası yaşayırdı yəni eradan əvvəl ,3-cü minillikdə.Bu Türk tayfası "Abxaz"ların qurduğu və yaratdığı yerli mədəniyyət və kültür,"Məfrağ"dövrü kültürünə ayid özəl və möhtəşəm bir mədəniyyət sayılır.İndiki Gürcüstanın bütöv ərazisi,qədim Türk soylu(prototürk) xalqlar və tayfalarının yeri-yurdu və məskəni idi.Gürcüstanın bütöv başa-baş ərazisində görünən və tapılan arxaik və arkeologik əsərlər və tapıntılar,hamısı qədim Türk xalqların və tayfalarının tarixi, kültür və mədəniyyətinin izləri və örnəkləridir,ki indi, sonradan gələn Gürcü adlanan "KARTVEL"lərin adına qurtulub,səbt olunub yazılıbdır.Bizə çox aydındır ki indiki Gürcü sayılan xalq,əslində indiki Hay-Ermənilərində olduğu kimi,bir türk etnosunun adını daşımaqdadılar və indiki Gürcü sayılan və adlanan xalq,bu önəmli konuya da fikir verməli və bu milli-soy kimliyi düyününü və gizli qalmış etniki problemini də çözməlidir. Onların indiki yaşadığı ərazi ,düzdür ki Türk soylu və Türkdilli Gürcü xalqına ayıddir və ərazinin adı da Gürcüstan gedir,amma [öz soyadları əslində "Kartvel" gedir29],ki bu da, yenə də onların ilk öncə "Sa-Kartvel-Ebi" adlı türk torpağında yerləşdikləri üçündür.Çünki "Kartvel-Ebi" adı da özü mifik ,Türk Tanrısı adıdır və bəllidir ki bu yerdə yaşayan Türklər öz pərəstiş etdikləri "kartvel-Ebi" Tanrının adını öz yaşadığı toponimə vermişdi.Bizə belə məlum olur ki,indiki Gürcü adlanan xalqın da talehi və etnik vəziyyəti , etnogenizması ,etnik mənsubiyyəti və etnik milli metirkası və pasportu , Hay-Ermənilərinin etnik kimliyinə tay bir şeydir,və bu konunun üstündə ciddi və aktiv şəkildə işləməlidilər.İndiki Gürcülər,və ya "Kartvel"lər çalışmalıdılar ki öz doğru-düzgün soy-köklərini Şərqi Avropanın bölgələrində arayıb-axtarsınlar və onu rəsmən elan etsinlər. Əlbət də bu mövzu və konu indiki "Hay-Erməni"lərinə də ayiddir və onların haqqında ,özlərinə ayid yazılmış məqalədə, geniş şəkildə,öncə yazmışıq. Bizcə Yardımlının "Eçara" kənd adının etimologiası ,hədindən artıq geniş bir mifologia sahəsini əhatə edir və çox geniş bir mifik özəllikləri və xarakterlərinə malik bir mifik addır və hər xalqın özünə və mədənəniyyətinə ,kulturuna ,inancına ,coğrafi və ekosisteminə ayid ,mifik xarakterini daşımaqdadır. Azərbaycanın Türk mənşəli "Eçara" mifi ,ən çox semit soylu xalqların mifologia meydanında ,gözə çarpaz şəkildə cövlan edib özünü göstərməkdədir. Azərbaycanın bu Eçara mifi , Şumer türkləri və eyni halda Kən`ani Fin-Oygır türklərinin Ogarit mədəniyyəti vasitəsilə Mesopotamia semit soylu xalqlarının mifologiasına keçərək ,"İşhara" adlı ilahə kimi özünü əks etdiribdir. Bu ilahəni "Jeremy Black" və "Anthony Green"in yazdıqlarına görə ,"Mesopotamianın cənubunda pərəstiş və sitayiş edirdilər. İşhara zahirən "Dagan"la (bir eşi və arvadı kimi) ilgidədir. Bu ilahəni "Aşk və sevgi" Tanrısı kimi ,Babil mifologiasının "İştar"ı və Şumer Türklərinin "İnana"sı ilə birgə tuturlar. Bu ilahə eyni halda "Savaş" və heyvanlar iç-alatı orqanları ilə "öngörülük" və qeybdən demə xarakterlərilə də ilgilidir.Bu ilahə ,"Ana ilahəsi" kimi də özünü əks etdirməkdədir və o yeddilik Dev-Tanrıların anası da sayılır.Bu Türk Mezopotamia ilahəsinin bəlgəsi "Bəşmu" adlı bir ilandır ki "Kassi"lər dövründən beləyə də,əqrəb,ilanın yerini tutdu. "İşhara" Astronomi baxımından,Əqrəb burcları deyilir.Bu adla bir önəmli ilahə ,şərqi Anadoluda "Hurri"lərin ziyarətgahında və eyni halda surianın şimalında pərəstiş və sitayiş olunurdu ki yeraltı dünya ilə ilgili ilahə sayılırdı" .30 Yardımlının"Eçara"toponiminin mifik adı,eyni halda "Jeremy Black"və"Anthony Green"in dediyinə görə,Şumer mifologiasında, "Umma"şəhərinin yerli tanrısının məbədi və ziyarətgahının da adı olubdur. Yardımlının bu toponimin izahının başlanışında qeyd etdiyimiz kimi,iki hissəyə "E" və "Çara"ya bölsək, o zaman bu kənd adınin anlamı ,"Çara"nın evi" olur.Bu əsasda deyə bilərik ki "Eçara"nı ,semit soyluların dilində "ç"səsinin olmadığına görə "Eşara"demək olar. Azərbaycan Türk mifi "çara"nı, Mezopotamianın indiki "Tell Agrab" şəhərində pərəstiş və sitayiş edirdilər."Çara" və yaxud "Şara" Tanrısı, Mesopotamia və Babil`in"Anzu"əfsanəsində,o sıra tanrılardan sayılır ki,ondan istədildi ki "Anzu" ilə savaşsın və onunla vuruşub aradan aparsın.Bu onun savaş və vuruşqanlığından nişanədir və belə bəlli olunur ki savaşqanlıq və döyüşkənlik Tanrısı sayılırmış.O, İnana`nın yeraltı dünyasından qayıtdığından sonra,onunla bey`ət(Tabeçilik) eliyən,üç ilahədən birisi sayılır.31Biz bu "Eçara" haqqında verdiyimiz məlumatlardan,belə əldə olunur ki "Eçara" toponiminin anlamı çox geniş və əhatəlidir ,və çox yönlü bir Türk mifi sayılır.

Yardımlının Eçara kəndi / Şəkili göndərən Yardımlının Vərgədüz kənd sakini Bəhram Əhədov ALAŞAR (ALIŞAR)KƏNDİ Aəzərbaycanin Yardımlı rayonu və eyni halda Lənkəran və Cəlilabad Rayonlarının digər bir toponimi"Alaşar" ya "Alışar" kəndidir. Alaşar adı və onunla tərkiblənmiş toponim adlarını, toponimiya alimləri ,başda B.Budaqov və N.G.Məmmədov olmaqla,"Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" adlı toponimik əsərdə belə ad aparıblar və onların izahını və etimologiasını çox ötərgi ,üzdən keçmə ,əsası olmayan , başqa bir xalq dilinə mənsub edərək ,qıssaca və kankret olaraq belə izahlandırıblar:

ALAŞAR-BUROVAR SIRA DAĞLARI. Lənkəran r. Oroni-min tərkibindəki Alaşar sözü talışca «alçaq dağlar»,«burovar» komponenti isə «hündür», «yüksək» anlayışını bildirir.

ALAŞAR KƏNDI. Cəlilabad r. Alaşar kənd adının mənası talış dilində «alçaq dağlıq yer» deməkdir.

ALIŞAR KƏNDI. Yardımlı r. Alışar ALAŞAR toponiminin təhrif olunmuş formasıdır. ALAŞAR Talışca «alçaq dağlıq yer» deməkdir. Bax: ALAŞAR kəndi 32



Görünür burada da ,bu Türk mənşəli və açıq-aşkara Türk sözlərinin tərkibindən yaranmış bu kutsal mifik Türk adını da ,Azərbaycan toponimiyası üzrə çalışan alimlər,başda Budaqov və N.G.Məmmədov olaraq , onu qədim Azərbaycan-Türk toponimiya Atmosferinə ,və bu ərazinin toponimiya uslub, şivə və qanun-qaydasına haykırı və əks olaraq , onun izah və açıklamasından aciz qalaraq ,yalnız çarəni toponimin yaşını neçə minilllik kiçildib-azaldaraq ,sonradan və yeni gəlmiş bir xalqın dilinə mənsub edərək,onun dili əsasında yorumlayıb, açıklamışlar, halbuki bu adın tərkibində olan qədim türk sözləri ,bar-bar bağırıb Türk mənşəli və qədim türk din və inancı olan Günəş pərəstliyə və Oğuz-buğa mədəniyyətinə ayid olduğunu deyir. Hal bu Alimlər və onların Encyklopedia yazan yardımcıl toponimşunas alimləri,nə hesab-kitab əsasında bu açıq-aşkara Türk mifik adını Azərbaycan toponimiya ruhuna və atmosferinə biganə və tanış olmayan başqa bir dilin əsasında yorumlayıb və izahlandırıblar,bizə məlum deyil .Bizcə Azərbaycanın və o sıradan Yardımlı ,Cəlilabad Rayonlarında yerləşmiş bu toponimin də adı, Azərbaycan Türk mifik adlarından biridir və bu toponim adı haqqında ,biz tərəfdən irəli sürülən ən güclü versiaları burada qeyd etmək istəyirik. Bizcə bu toponimin ad, qədim mifik Türk sözü olan "AL" (=yüksək,uca,qırmızı, yanar,odlu) və "Aş"(As sözünün başqa fonetik variantı= Od,Günəş) və "Ar"(= müqəddəs, kutsal ,Tanrı) sözlərinin tərkibindən yaranmış addır və bütövlükdə anlamı, "Müqəddəs Günəş Tanrısı" deməkdir. Çox ehtimal verilir ki adın ikinci hissəsi "Aşar" ,son minilliklərdə mezopotamiya panteonuna daxil olmuş həmən "Aşur"/"Asur" Tanrısı olmuş olsun və bu Tanrını sevən xalq da ,bu tapındığı Tanrısının adı ilə "Aşur" və yaxud "Asur" adlansın. Çünki mifologiya elmi və mifologlar tərəfindən verilən "Aşur"// "Asur" Tanrısının anlamı və izahı ,bizim yuxarıda qeyd etdiyimiz anlam və izah ilə tam oxşarı və uyarı vardır. Haydeh Moayeri ,dünya mifologların nəzəriyyələri və əsərləri əsasında hazırladığı öz Arkeologiya Ensiklopediasında, "Assur" Tanrısının izahında, "Günəş Tanrısı" yazıb və sonra yazıblar :"Assur" şəhərinin və eyni halda "Aşşur" ölkəsinin ən böyük və önəmli Tanrısı".33 "J.C.Cooper" ,"Aşşur"// "Assur" adıının Mifologia açısından, izahında yazır :" Şamaş və Ashur//Assur Şumer və semit mifologiasında ,"Günəş Tanrısı sayılırlar və qanadlı günəş disk ilə göstərilir". 34 Bizcə əyər Yardımlının bu kənd adını "Alışar" kimi nəzərdə alsaq ,daha bir ehtimala görə,bu ad çox mümkün ki qədim Türk mifik sözü "AL" və öncə"Eçara" kəndi haqqında danışdığımız "Eçara" mifik adının tərkibindən yaranmış olsun,yəni "Al"+"İç"+"Ara" = Aliçara ----> Alişara -----> Alışar (=müqəddəs aşk və sevgi ilahəsi,Müqəddəs bulaq Tanrısı).Biz belə düşünürük ki toponimin ikinci hissəsi,"Aşar" // "Asar" Türk mifi ,Hind mifologiasında "Asura" formasında özünü göstərməkdə olubdur."Asura" Richard Kavendish`in yazdığına görə Hind mifologiasında,böyük dev Tanrılara deyilirmiş ki eyni halda sehr-cadı güclərə və quvvələrə malik idilər və Tanrılar duşmanı sayılan varlıqlar imiş . 35 Bizcə Yardımlının "ALIŞAR" kənd cəmaətinin ulu əcdadının bir qismi də indiki Van gölü ətrafında ,qədim Türk dövlətlərindən olan ,Ermənistan dövlətinin və daha doğrusu"Azərbaycanın ilk rəsmi təşəkkül tapmış Mana// Manna adlı dövləti" tərkibində olan ölkənin ,sakinləri olmuş və öz tapındıqları "Aliç"(Alis/Aliş, Alış) Tanrının adı şərəfinə,"Aliş" tayfası adlanıb və məskun olduqları ölkə və yurdun adı da, Tanrılarının adı şərəfinə ,"Aliş" və yaxud "Alşi" adlanmışdır. Rüqəyyə Behzadi , "Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar"adlı əsərində, "O.R.Gurney"in"Hittitlər" adlı əsərinə və həmçinin "Sirarpie Der Nersessian"ın,"The Armenians" adlı əsərinə istinad edib yazırlar ki,Ermənistan haqqında ən qədim və arxaik olan sənəd,Ermənistanın müxtəlif bölgələrində yaşayan xalqlar və əhalinin haqqında yazılmış (Boğazköy`dən tapılmış) Hittit lövh və gil tabletlərin üzərindəki yazılardır.Hittit şahı"Subi Luliumas"(eradan əvvəl 1347-1388) və oğlu "Mursilis" (eradan əvvəl 1320-1347) salnamələri, Hittitlərin kiçik şahlıq sülalərinə və bir az onlardan cənuba doğru,"Suhma","İshuwa" və"Alshi" xalqlarına qarşı, aparılmış muharibələrdən hekayət edir.36 Deməli bu informasiadan məlum olunur ki Qədim Türk Ermənistan dövlətinin (daha doğrusu Assurca"Mini" və yaxud Türklərin dilində "Manna" dövlətinin) cənub bölgəsində yaşayan və məskun tayfalardan birisi də "Alshi" ya "Aliş" türk tayfası olubdur ki həmən Yardımlı bölgəsində olan "Alışır" və yaxud "Alaşar" kənd sakinlərinin ulu əcdadı və eyni halda Cəlilabad rayonun "Alaşar" və Astara və Lerik zonalarındakı "Alaşa" kənd sakinlərinin ulu əcdadı ilə bir nəsildən və tayfadan olublar. "Alış(=Türk panteonundan olan Tanrılardan biri) + "Ir" (= yer,yurd,məskən,vətən,topraq) = Alış Tanrının evi və yurdu . Əyər bu toponimin adını "Alaşar" nəzərdə tutsaq ,o zaman belə açıklamak olar : "Alaş"(=Alaş adlı Türk tanrısına mənsub xalq ya tayfa) +"Ar"(Türk tayfa adlarının sonunda gələn "EL" ,"xalq" anlamı bildirən şəkilçi və həmçinin "qırmızı günəş Tanrısı"ına mənsub anlamında olma şəkilçi) = [Alaş tayfası, Alaş Tanrısına mənsub el ya tayfa] . Əlbətdə bu zamankı Ermənistan(eradan əvvəl 1388-ci il) xalis bir Türk dövləti və xalqı sayılırmış və bu qeyd olunan zaman ,hələ Avropadan köçüb gəlmiş "HAY" xalqından (daha doğrusu Karpat dağları bölgəsindən köçüb gələn Serb-Xorvatlar nəslindən [Qırbat/Kırbat/Cırbat/Sırbat] xəbər yox idi və Balkanlardan Anadoluya girmiş Avropa dilli adsız qalmış xalq ,Türk dövləti və ərazisi sayılan Frigiyada yerləşmiş bu adsız xalqın ,sonra Türk dövləti və ərazisi olan Ermənistan[[(Assurca Armini // Ermini :Türkcə Er (=yer,yurd, ölkə,ərazi)+"Minni"/"Mini"( Manna ölkəsinin qədim Assurca yazılış forması) ="Er.Minni"//"Er.Mini" və yaxud "Ar.mini"]] və Orartu ölkəsinə gəlmələri, bizim bu haqqında danışdığımız tarixdən,800-1000 il sonradır.Bu gərçək adı bəlli olmayan Avropa kökənli xalqın ,Ermənistan və Orartu dövləti ərazisinə köçmələri ,eradan əvvəl 5-ci yüzilliyə ayid olan bir olaydır və bunu artıq dünya tarixşunaslıq elmi və tarix alimləri də e`tiraf edirlər və hətta Hay-Erməni Tarixçiləri də iqrqr edirlər. Halbuki bizim yuxarıda danışdığımız Türk Ermənistanı, həmən Azərbaycan-Türk dövləti və ölkəsi olan , "Mana" və yaxud "Manna"dır və artıq ,bu zaman hələ Avropa dilli və soylu köçəri "Hay"lardan heç nə xəbər yox idi,və onlar eradan əvvəl sonuncu minilliyin ikinci yarısından beləyə, Ermənistan (=Manna) bölgəsinə köçməyə başlayıblar və bizim bu iddiamızı Herand Pasdırmaciyan ,"Ermənistan Tarixi" adlı əsərinin 20-ci səhifəsində də təsdiqləyir və yazır ki"xalis Hind -Avropa soyundan olan Hay-Erməni tayfalarının gəlməsindən öncə,eradan əvvəl 7-8-ci yüzilliklərdə ,burada "Xaldi" adında yerli avtoxton xalq məskun və yaşayırdı ki bunların ölkəsi "Orartu" adlanırdı. 37 "Rüqqəyyə Behzadi öz "Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar" adlı əsərinin 63-cü səhifəsində, Yunan Antik müəllifləri Herodot və Eudoxus kimilərinə istinad edərək yazır ki Ermənilər(Hay-Ermənilər/F.C) ,Friggiyadan köçüb bu bölgəyə muhacirət etmişlər,amma Çağdaş Hay-Erməni Tarixçıləri ,o yerdə ki Hay-Erməni xalqının kök və mənşəyi və Hay-Erməni xalqının təşəkkülü haqqında söhbət və mübahisə gedəndə, çoxlu "Furat" çayı axarında "ARMENİ SHUBRİA" (ERMƏNİ ŞUBRİA) qrup xalqına istinad edib dayanıb dirənirlər.Bu qrup xalq ,Van gölünün qərbində yerləşirdilər. 38 Bizcə çağdaş Hay-Erməni tarixçilərin bu "Armeni-Shubria" qrup xalq konusuna girişib dirənməkləri ,bizim Hay-Erməni xalqının Serb-Xorvat soyundan olma iddiamıza ,bir fakt və sənəd kimi də yardımcıl ola bilər. Bizcə dilçilik elmi əsasında "R"-"B" hərflərinin "Shurbia"(Şurbia) adında ,yerlərinin dəyişilməsi qanununu göz önünə alsaq, deyə bilərik ki tarix elmində yazılan "Shubria" adı ,əslində düzgün spel və tələffüzü "Shurbia"(Şurbia) olmuş və qədim müəlliflər "R" və "B" səslərinin ağızda ifa olunan zamanı yerlərini bir-birilə dəyişib və yaxud zamanla xalq diyalekt şivələrində "R","B" ilə dəyişilibdir və sonda "Armeni-Şurbia" və daha doğrusu "Armini-Surbia" adı , "Armeni-Şubria"ya çevirilibdir. Qarb//Qarp(tayfa və etnos adı) + Ut/at (qədim etnos və tayfa adların sonunda türkcə-moğulca cəm bildirən şəkilçi) = Qarb.at ----> C(k)arb.at ----> C(s)arb.at ----> Sarb.at ----> Sorb.at ----> Serb.at -----> Serb.ia Qar.bat ----> Kar.vat -----> Xar.vat -----> "Xarvatia" ya "Korvatia" Qarbia -----> Qorbia -----> Korbiya -----> C(k)orbia -----> C(s)orbia -----> Sorbia -----> Şorbia -----> ("r"-"b"yerlərinin əvəzlənməsilə ilə) Şobria .

Buradakı açıklamalardan ,bir sıra Tarixin küsüflərinin üzündən ,örtülmüş örtükləri bir yana vura bilərik və birisi bu ki "Karpat" sıra dağlarının adı Türkcədir və birdə bu ki bu sıra dağların həndəvərində və ətraf zonalarında yaşayan Avropa dilli və Avropa soylu aborigen xalqların da soy və nəsil adları ,elə bu Türk adlı sıra dağların adından götürülüb və işlənibdir və indiki Serblər və Korvat xalqları bu sıra xalqlardan sayılır ,yəni özləri dil və soy baxımından Türk olmayaraq, Türk adlı Karpat sıra dağlarının ətrafında gəlib sakin olub yaşadıqları üçün,həmən Türkcə oronim adını özlərinə soy kimi götürüblər və ya verilibdir.Buna misal olaraq Avropanın bir çox xalqlarının etnos adlarını saymaq olar və bunun da əsas səbəbi ,Avropa aborigen xalqlarının ,Türklərlə müqayisədə, uygarlıqdan çox geridə olduqlarından və eyni halda Avropa toponimlərinə ilkin ad qoymalar ,muhacirət etmiş qədim prototürklər tərəfindən olduğundan irəli gəlir. Biz buradan bir başqa çox əhəmiyyətli bir həqiqətin də üzündən və daha doğrusu bir tarixi küsüfün üzərinə örtülmüş pərdəni də ,bir kənara çəkib ata bilərik və o bu ki "Karpat" adlı sıra dağların əsil,həqiqi adının və eyni halda onun ətraf bölgələrdə yaşayan Avropa soylu "Serb" və "Korvat"(Xarvat) və Hay-Erməni adlanan xalqın etnos adlarının ,qədim Türk soylu və Türkdilli xalqı sayılan "Sarmatlar" və yaxud "Savrumat"ların adı ilə ilgili və alınma olduğunu da ələ gətiririk. Belə nəticə çıxartmaq olar ki Sarmat Türklərinin bu ərazidə məskun olub yerləşdiyi zaman ,indiki Karpat oroniminə də öz tayfa və etnos adını verib və yaxud demək olar ki bu sıra dağlar ,onun ətrafında məskun olmuş Sarmat Türklərindən ,öz adını alıb və sonra da onun ətraf bölgəsində yaşayan Avropa aborigen xalqlar və tayfalar da ,həmən adı türkcə olan Sarmat dağının adını ,özünə soyad və etnos adı kimi götürüb və ya onun adı ilə adlanıb və tanınıbdır.İndiki Serb xalqı,Xarvatlar və Hay-Erməni adlanan xalqda ,o sıra xalqlardan sayılır. Bizcə indiki Serb və Xarvat etnos adları ,Türk Sarmatların adı ilə bağlı və bu Türk tayfasının Karpat adlanan sıra-dağları ilə bağlı və alınmadır. Bizcə bu sıra-dağın adı əslində Sarmat Türklərinin onun ətəklərində sakin olduqları üçün ,bu etnosun adını əxz edib ,"Sarbat" ya "Sarvat" olmuş və sonralar qədim antik müəlliflər,bu adı Latincə "S"="C" olaraq,adı bu formada "Carbat" və "Carpat" qeydə alıblar. "Sarbat" Türkcə etnos adının anlamı əslində "Ay Tanrının yurdu","Ay Tanrının evi","Ay Evi" deməkdir. Hay-Ermənilər və onların soydaşları olan "Serb"lər və "Xarvat"ların adının kök və mənşəyi haqqında ,daha bir başqa ehtimalı da ,hətta zəyif görünməsinə rəğmən,burada yeri gəlmişkən ,söyləməmizə dəyər . Biz bu etnosların ad mənşəyi haqqında belə də düşünürük ki qədim türk soylu xalqlar (prototürklər),çox ehtimal ki"kirpi" dediyimiz heyvanı,Günəşin bəlgəsi və simgəsi kimi sayırmışlar və eləcə də bu simgə və bəlgə hesab etdikləri əsasda bu heyvana da "kirpi" adını vermişlər. "Kirpi" heyvan adı əslində iki hissədən təşkil tapıb,"kır"və"bi"."Kır" və onun başqa fonetik variantları "kor"/"Qır"/"Qor"/"Qir",qədim Türk dillərində od,atəş,Günəş anlamında işlənən bir söz və termin sayılırmış və "pi" və onun başqa variantı olan "Bi" isə qədim Türk dillərində "böyük" , "Sərvər","bəy","ağa" və "Tanrı" anlamında olan termindir. "Bi" əslində ,həmən türk dilində işlənən "Beyk" və "Bey" sözünün qıssalmış formasıdır və ifa zamanı "b","p"ya çevirilərkən,"Pi" formasına düşür. Deməli qədim türk xalqları ,indiki zamanda "Kirpi" dediyimiz heyvana , əslində "Qır.Bey" və yaxud "Kır.Bey" deyirmişlər və bu heyvan adı ,Türk mifologiası əsasında ona verilmişdir və qədim Türk dillərində, onun anlamı "Günəş sərvəri","Od ağası" ,"Günəş şuası sərvəri" və "Günəş şua Tanrısı" və yaxud "Nur Tanrısı və sərvəri" deməkdir.(Dırnağ arası bunu da qeyd etməliyik ki bu türkcə "Qırbey" sözünü Farslar bizdən alaraq onu "Qorbeh" formasında ,pişik heyvanına deyib işlədirlər və bunun özü də araşdırmağa dəyər ki necə olub Farslar bu sözü "Pişik"ə işlədiblər) Çox ehtimal ki oxucuda bu sual yarana bilər ki nə üçün və səbəb nədir ki qədim Türklər,bu "Kirpi" heyvanın adını,belə bir mifik anlam daşıyan bir ad qoymuş olsunlar?! Cavabda deməliyik ki bu heyvanın fiziksəl şəraiti belə ad qoyulmağa səbəb olubdur.Bu heyvanın bədəni (cismi)nin yuvarlaq və top formasında olması,zehində Günəşin yuvarlaqlığı və dairəviliyini xatırladır və digər tərəfdən də ,bu heyvanın üzərində olan saysız dikənləri isə,bizə Günəşin şualarını xatırladır və hər bir dikən,günəşin bir nur şuası hökmündədir.Göz qapağından çıxmış tüklərə də,Türklər "Kirpik" deyirlər və onun da səbəbi bu tüklərin biz-biz çıxmaları və formalarıdır ki "kirpi" heyvanının dikənlərini xatırladır. İnsanda bu orqanın əsil anlamı ,elə həmən kirpi heyvanında dediyimiz kimi "Günəş şuası Tanrısı" ,"Günəş Tanrısı" deməkdir ,çünki gözün kirpiyinin tükləri də biz-biz olaraq günəş şualarını bizə xatırladır və gözün yuvarlıqlığı da bizə günəşin yuvarlaqlığını və dairəviliyini bizə xatırladır. Bu fiziksəl səbəblərə görədir ki qədim Türklər və yaxud onların ulu əcdadları olan prototürklər, bu kirpi dediyimiz heyvana ,öz Türk mifologiasından qaynaqlanmış belə bir mifik və bəlgəsəl və simgəvi "Qır.bey"(Qırbi) və ya "Kır.bey"(kırbi) ad qoymuşlar. Heyvanın bu mifik adı ,Türklər vasitəsilə Avropa kökənli xalqların arasına da gedib və onlar da hərzamankı kimi ,Türk terminlərindən və adlarından, anlam dərinliyinə getmədən ,zahiri anlamlar özlərindən verib və həmən Türk kələmə və sözü ,öz dilləri üçün söz və termin kimi götürüb işlədiblər, baxmayaraq ki onların o türk kələməsinə özlərindən verdiyi anlam,türkcə mifik anlamından, yerdən göyə qədər fərq edir. Avropa dillilər bu heyvan adının birinci hissəsini yəni "kır" komponentini ,"k"nı "h"ya çevirərək "saç tükü" anlamında götürüb işlədiblər. "kır" ----> "xır" ----> "hır" -----> "Hair" . Çünki kirpi heyvanının dikənləri ,insanın saç tükü kimi oxşadıb,və sanki baş tükü kimidir. Bizcə belə ehtimal verilir ki Günəş Tanrıçılık dövründə ,Türk tayfalarından birinin(çox ehtimal veririk "krayit" ya "Qrayit" türk tayfası olmuş olsun ki biz onları səhv olaraq "Gəraylar","Gəray"kimi tanırıq və hətta bir növ şer və qoşma aşıq havalarında da bu Türk tayfasının adı ilə bağlı varımızdır ki "Gəraylı" kimi tanırıq) Tanrısının adı "Qırab"//"Kırap" yəni "Günəş Tanrısı" anlamında olmuş olsun. Qır(=od,atəş,Günəş)+"Ab"//"Abı"//"Aba"(=Ata,Tanrı) == "Günəş Atası","Günəş Tanrısı". Belə fikirləşmək olar ki bu qədim Türk tayfası ,avropanın indiki "Karpat" sıra dağlarının ətraf ərazisində məskunlaşıb və bu sıra dağlara da öz etnik adı ya Tanrısının adını vermişdir və ondan sonra bu adda ərazidə yaşayan və məskun olmuş Avropa kökənli xalqlar da həmən Türk adını başqa fonetika ilə daşımış olsunlar. Yəni Qırap adlı Türk tayfasının adı və onun Tanrısının adı şərəfinə ,o sıra dağlara "Qır.pat"//"Kır.pat" yəni "Günəş pərəstlərin yurdu", "Od və Atəş pərəstlərin yurdu" adı vermişlər. "Qır",od,atəş, günəş və "Bat" isə mərz ,sərhəd, yurd,vətən deməkdir.Bizcə Avropa kökənli xalqlar ,Qırab və yaxud Kırab Türklərinin bu sıra dağların ətrafında məskun olduqları əraziyə ,o Türklərin adı və Tanrısının adı ilə ilgili ,"Qırab.ar" və yaxud "Qırap.ar" da deyirmişlər. "Ar" ,"Er"in başqa fonetik variantı olaraq, qədim türk dillərində tayfa və etnos adları (Etnonimlərin) sonunda iştirak edən sözdür və gahdan "yer", "Yurd","vətən", "Torpaq","Ərazi" və əsil anlamda mifik baxımından "müqəddəs" , "kutsal" ,"qırmızı günəş" ,"Tanrı" deməkdir. Deməli belə nəticə çıxarmaq olar ki "Qırab"//"Qırap" adlı (=Günəş Tanrısına tapan)Türk tayfası ,vaxtilə Türkistan və Moğolistan bölgəsindən ayrılıb (ola bilər "Kırayit" tayfasından ayrılan bir hissə) gəlib Avropanın indiki "Karpat" adlanan sıra dağlarının ətraf bölgələri və ərazisində yerləşmiş və məskun olub və onların tayfa və tapındıqları Tanrı şərəfinə ,onlara Avropalılar "kır"lar ya "Xır"lar deyib və türklər də ,o əraziyə Türkcə "Qırab.ar"//"Qırap.ar" ya "Kırab.ar" // "Kırap.ar" deyiblər. Eyni halda o bölgədə və onların yaşadığı ərazidə olan sıra dağlara da ,onların adı ilə ilgili "Qır.pat"// "Qar.pat" və yaxud "kır.pat"//"Kar.pat" deyilib və adlanıbdır. Sonradan gəlib orada və bu türklərin ərazisində yerləşən və məskunlaşan Avropalılar da ,həmən Türkcə adları ,soy və etnos adı kimi də mənimsəyib ,özlərinə işlədiblər və çox ehtimal ki Avropalıların o bölgədə sayları və gücləri artdıqca , Türkləri sıxışdırıb başqa yerlərə köçürtməyə başarmış olublar və çox ehtimal ki "Kert" adasına köçmüş olsunlar və bölgədə bir az qalanları da, öz içlərində həll və asimila etmişlər.Bizim Hay-Ermənilər ilə Serblər və Xarvatların bir soydan və kökdən olduğu iddiamıza bu yuxarıda verdiyimiz informasiyalar ,yetərli görünməsə də ,yenə lazimi qədər bizi hədəfə və məqsədə yaxınlaşdırmış ola bilər. Çünki bu "Kır" və ya "Xır" adlı Türklərin tayfa adı ilə ilgili ,"kırpat" ya "Karpat" sıra dağları adı , "Kırvat" ya "Xırvat" və "Serb" ya "Serbia" adlı ,Avropalı xalq və ölkə adları, və həmçinin "Qırapar" adlı dil qrupu və qədim Erməni dilinin bu qrupa ayid olması nişanələrini və belə əlamətdar prinsiplərin olduğu və bir-biri ilə müqayisəsi,bizi bu iddiada bulunmağımıza ,səbəb olur və gerisi tarixçi uzmanlarına düşür ki bu istiqaməti tutub ,araşdırılsın və geniş səviyyədə tədqiqatlar aparılsın.Hər halda bu bir Tarixi layihədir və üzərində işlənməsinə dəyər. Avropanın ,özəlliklə də qədim Roma mifologiasında olan "Hirpi Sorani" və "Hirpini" kimi miflər və mifik obrazlar da ,məhz bu yuxarıda saydığımız sözlər ilə bağlı ola bilər ki bu da mifolog və Tarixçilərin üzərinə düşür. Əlbət də lazimdir qeyd edək ki Roma mifologiasında "Hirpi" sözü,"Kirpi" heyvanına ayid edilmir və "Qurd"a(canavara) deyilir və bizcə də bunun səbəbi ,bu Türk sözünün ,özündə daşıdığı həqiqi mifik mənasından irəli gəlir.Çünki "Hirpi" ,əslində türkcə "Kırpi" və ya "Qır.bi"dır və anlamı da yuxarılarda dediyimiz kimi , "Günəş Tanrısı", "Od və Atəş Tanrısı" ,"Nur və şua Tanrısı" deməkdir və ona görə ki Türk mifologiasında "Qurd"(Canavar) ,Günəşin bəlgələrindən və simvollarından sayılır,bunun üçün də "Roma" Mifologiasında "Kirpi" ,"Hirpi" formasında ,dağda yaşayan canavar anlamında işlənibdir və bu həqiqi anlamda işlənməsi ,Roma mifologiasının himi və əsasını qoyan, "Sabini" Türklərinin özləri və Türk mifləri və Tanrılarının iştirak etməsindən irəli gəlir. Hirpi ---->Xirpi----> Kirpi ----> C(K)irpi -----> C(s)irpi ----> Sirbi -----> Serb. Hirpi --->Xirpi//Kirpi--->Xırbi//Kırbi--->Xarbi//Korbi---> Xarvi//Korvi+(türk-monqol etnos sonluğu şəkilçisi)at == Xarvat//Korvat Hirpi ----> Xirpi -----> Kirpi -----> Kırp + (türk-monqol etnos sonluğu şəkilçisi)at == Kırpat ----> Karpat Hirpi ----> Xirpi ----> Kirpi ----> Kırpi ----> Qırpi//Qırapi + ar(türk etnoslarının sonluğunu təşkil edən və həmdə kutsal, müqəddəsTanrı anlamında) == Qırpar//Qırapar . Bizcə qədim "Alan" Türklərinin "Alania" adlanan ölkəsinin (14-cü əsr) "Aluşa" adlı toponimin adı da, bu Azərbaycanın cənub bölgəsində "Astara ,Cəlilabad ,Lerik və Yardımlı rayonlarındakı "Alaşa" və "Alışar" kənd adları ilə ilgili olması çox mümkündür. Biz hətta Hittitlər dövründə ,Anadoluda "Mushk" ya "Mushki" Türk tayfasının eradan əvvəl 1165-ci ildə,Furat çayının şimal bölgəsində ,yerləşdikləri "Alzi" toponimin adını da ,həmən Yardımlının "Alışı" ya "Alışar" və "Alaşa" kənd adları ilə ilgili və bir kökdən düşünürük və belə hesab edirik ki Yardımlı,Cəlilabad,Astara və Lerik zonalarındakı "Alaşa"/"Alışar" qədim kənd sakinlərinin ulu əcdadının bir qismi də Furat çayının şimalında "Alzi" bölgəsində məskunlaşıblar və sonra Hittit Türk dövləti Tarix səhnəsindən məhv olandan sonra ,Muşki Türkləri tərəfindən işqal olunub və Muşkilər orada sakinləşiblər. Muşki türklərinin adı ,Torat kitabında "Maşk" ya "Meshech" kimi qeyd olunub və Yafəsin evladlarından sayıldığını vurqulayır (Xilqət və yaranış səfəri,10-cu bab(fəsil),2-ci ayə). Toponimin adını ,Azərbaycan alimlərinin dediyinə görə "Alaşa" nəzərə alsaq, qeyd etməliyik ki Toratın "Əhd-i qədim"ində bu Alaşa adının oxşarı olan "Alişa"(Əlişə) adlı peyğəmbərdən ad çəkilir. "Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə "Alişa" Bəni-İsrail peyğəmbərlərindən birisi sayılır.O "Axtub"un oğlu və "Elyas" peyğəmbərin canişini və yerində oturanıdır."Alişa" "İliyah" ya "Elyas"ın işini və yolunu davam etdi. Bu mifik adlı "Alaşa" toponimi eyni halda Finiki Türklərinin səyahət və köçləri əsərində ,qədim Yunan mifologiasına da yol açıbdır. "Dünya M iflərinin Ensiklopediası"nın yazdığına görə,"Elisa" qədim Yunan əfsanələri və mifologiasında "Kartaj" mələkəsinin adıdır.Onun talehi Finiki xalqının Akdenizin batısına etdiyi köç və muhacirət ilə ilgilidir. 39 Toratda ona nisbət verilən möcizələrdən biri ,ölü uşağı diriltmək, Nööman adlı bir cuzam (yeyitmə) tutmuş xəstəni dərman və şəfa verməsi və borca düşmüş bir qadına yardım etmək və borcdan xilas etməsi qeyd olunubdur.Quran Kərimdə bu peyğəmbərin adı "Əlisə" kimi qeyd olunubdur. 40 Yardımlının bu toponiminin adını "Alışar" hesab etsək,bizdə belə bir təsəvvür də yaranır ,ki Azərbaycanın Yardımlı bölgəsinin "Alışar"və"Eçara" qədim kənd əhalisinin ulu əcdadı bir nəsildən və Türk tayfasından ola bilərlər və "Eçara" ,"Alışar" və "Alaşa" kəndlərin əhalisinin ulu əcdadının bir qısmı indiki gürcüstanın "Soxomi" və "Gudauti" arasında yerləşmiş "Eşeri"(Esheri) toponimində məskun olmuşlar və öz yaşadıqları toponimə də, öz sevib-tapındıqları Tanrı və ilahələrinin adını veriblar. "Al.Eşeri"-----> "Al.Eşari" -----> "Al.ışari" -----> "Alışar"

"Al"(=Tanrı) +"Eç//Eş"(=aşk,sevgi) +"Arı"(=müqəddəs,kutsal) = Müqəddəs aşk və sevgi Tanrısı .

ƏFÇƏDULAN KƏNDİ Azərbaycanın Yardımlı bölgəsinin digər bir kəndinin adı Əfçədulan`dır. Bu adda həmən toponim ərazisində axan bir çay və Hidronim də var.Bu yaşayış məntəqəsi və hidronimin adının etimologiasının açıklaması haqqında "B.Budaqov" və "N.G.Məmmədov"un başçılığı və nəzarəti altında yazılan AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı Ensiklopedik əsərində belə yazırlar: www.kitabxana.net – Milli Virtual Kitabxana

ƏVCƏDULAN ÇAYI. Yardımlı r. Hidronim Əvcədulan kənd adı və çay sözünün birləşməsindən yaranmışdır.

Bax: Əvcədulan kəndi.

ƏVCƏDULAN KƏNDI. Yardımlı r. Yaşayış məntəqəsinin adı mənası aydın olmayan əvcə sözündən və monqol mənşəli dolan etnonimindən ibarətdir. Oykonimin düzgün adı Əvcədolan olmalıdır.41



Bu toponimin adının ikinci hissəsinin,Türk-Monqol tayfası ilə ilgili olmağını,Azərbaycanın digər bir tədqiqatçı alimi (əslən Yardımlı rayonundan olan)Şahlar Məmmədov (Göytürk) də bir sıra alimlərin nəzərlərinə istinad edərək vurqulayıb,işarə edibdir.Şahlar Məmmədov Quzey Azərbaycanın cənub bölgəsi və özəlliklə dəYardımlı bölgəsinin toponimləri haqqında apardığı araşdırmaları əsasında,yazdığı toponimik məqaləsində, Əfçədulan toponimin etimologisının izahında sərihən belə qeyd edirlər ki "Vərgədüz i.ə.v.-də yerləşən bu kənd monqol işğalları dövründə (XIII) Azərbaycana köçürülmüş türkdilli dolon tayfasının adı ilə bağlıdır."42 Müəllif,ardıca oykonimin birinci komponentinin açıklamasında artırır ki "Oykonimin birinci komponenti - əfcə Yardımlı şivələrində işlənən əvləd/ öyləd sözünün fonetik variantı ilə əlaqədar olub “yaxın qohum”, “nəsil”, “ailə” mənasındadır. Əfcədulan “dolonlar, dolon tayfası” deməkdir. 43 Şahlar Məmmədovun ,adın ikinci komponentinə real baxışına və Türk Tarixi prinsiplərinə əsasən,onu Azərbaycan və o bölgənin real tarixi gedişatı əsasında açıklamağına rəğmən ,toponimin birinci komponenti yəni "əfcə" ya "əfçə"ni ,Yardımlı şivələrində işlənən "əvləd /öyləd" sözünün fonetik variantı ilə əlaqədar olduğunu qeydə almaq ,bizi çox fikirə və düşünməyə sövq verdi və bu ilgi və bağlantı haqqında çoxlu çalışıldı. Nəhayət bu ki çoxlu araşdırmalardan və əldə olan qamuslara və ensiklopedik əsərlərə müraciətdən sonra,və həmçinin sözün müxtəlif Türk dillərində mümkün olan müxtəlif fonetik variantlarını nəzərdən geçirdərək ,bu "əfcə" sözünün "evlad", "nəsil" anlamında olmasının mümkün olduğuna nail olamadık.Burada bunu qeyd etmək lazimdir ki, bizcə "əfcə" sözündə əyər birinci sait (ə) olmasaydı,o zaman bir ilgi tapmağın(az da olsa)imkanı bulunardı və burada,bu birinci"ə"saiti əngəl törədir.Amma toponimin ikinci hissəsinin Monqol işqalı dövrünə və Türk-Monqol tayfası sayılan "Dolonlar" ya "Dolon tayfası" ilə əlaqədə olmağını ,Şahlar Məmmədov`dan başqa bəzi alimlər və tədqiqatçılar da iddia edirlər.O sıradan N.G.Məmmədov, B.Budaqov və onların başçılıq etdiyi toponimşunas ekiplərini(Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" adlı əsərdə olduğu kimi) və M.Həsənov`u ad aparmaq olar.Yeri gəlmişkən bunu da qeyd edək ki Quzey Azərbaycanın cənub bölgəsində yerləşən toponimlərin etimologiyası haqqında geniş səviyyədə tadqiqat və araşdırma aparan az insanlar olub və o sıradan Yardımlı rayonun inzibati tabeçiliyində olan toponimlər və özəlliklə də oykonimləri haqqında,elmi və hər-tərəfli tədqiqat aparanlar, az və barmaq sayı həddində olub və bu üç-dörd tədqiqatçıdan başqa, qalanların yazıları çox səthi,qıssa izahlı bir oykonim siyahısıdır və sadəcə rayon kəndlərinin ad siyahısından başqa bir şey deyil.Yardımlı bölgəsi oykonimlərinin ,ad izahı və etimologiası haqqında geniş səviyyədə və toponimiya elminə layiq formada əmək qoyub energi sərf edən az-saylı tədqiqatçılardan birisi də "Şahlar Məmmədov" (Göytürk)dür. Əfçədolan toponimin ikinci komponentinin Monqollar işqalı dövrünün "Dolon" tayfasına bağlamaqda ,Şahlar Məmmədov ,M.Həsənov`dan da sitat gətirib belə yazırlar :" M.Həsənov bu oykonim barədə yazır: “Məlum tarixi həqiqətlərə görə, XII-XIII əsrlərdə monqollar Azərbaycan ərazisinə Orta Asiyadan bir neçə türkdilli tayfa köçürmüşlər ki, həmin tayfaların adı ilə bağlı respublikamızda indiyədək bir sıra tayfa adları yaşamaqdadır ... Yardımlı ərazisindəki Əfçədulan kəndinin adındakı “dulan” hissəsi də məhz türkdilli dolanlar tayfasına məxsusdur." 44 Ş.Məmmədov sonra qeyd edirlər ki " Müəllifin (M.Həsənov) fikrincə, Əfçə və dulan komponentlərinin hər ikisi türkdilli tayfanın adı ilə bağlıdır". Ş.Məmmədov`un qeydiyyatından məlum olalı bu ki tarixçilər və tədqiqatçılar Azərbaycan ərazisində ,ad tərkibində olan "Dulan"/"Dolan" oykonimləri ,məhz Monqol tayfalarından olan ,"Dolon" tayfası ilə bağlı bilirlər. Ş.Məmmədov öz məqaləsinin davamında Türk toponimlərinin "Dulan"/"Dalan" komponenti haqqında, "R.Eyvazova"dan sitat gətirirlər : "R.Eyvazova dolan/dalan toponiminin Əfqanıstan ərazisində bir çox yer adlarında mühafizə edildiyini göstərir:Qəznidə Dalan kəndi,Meymənədə Dalan kəndi,Bədəxşanda Dalan dərə ,Məzari-Şərifdə Dalan kutəl aşırımı, Pəncşirdə Dulanə kəndi. Müəllif daha sonra yazır:Azərbaycanın Hadrut rayonunda Dolanlar kəndi olmuşdur. Həmin kəndin adı hazırda Çənlibel adlanır.Lerik rayonunda Şingədulan kəndi vardır.Bizə görə, bu sözün ikinci tərəfi “dulan” həmin adla eynilik təşkil edir. (“Əfqanıstanda türk mənşəli toponimlər”, səh.208) 45 Ş.Məmmədov "Əfçədolan" haqqındaki məqaləsini başqa toponimist alimlərin görüşləri və nəzəriyyələri ilə zənginləşdirərək,bu toponimin hər tərəfli və neçə yönlü ,Türk-Monqol tayfası "Dolonlar" ilə bağlantısının güclü olduğunu göstəriblər. Məqalə müəllifi Rus toponimist və onomastikacı alimi "Nikonov"dan da bu haqda sitat gətirib :" B.A.Nikonov “Zametki po oronimii Kirqizii” məqaləsində yazır ki, dolan monqolca “yeddi” deməkdir.“Yeddi” bütün xalqlarda mistik saylardandır. ”Dolan” adının hansı mənaları ola bilər? “Yeddi aşırım”, “yeddinci aşırım”, “yeddinci çay” və s. Bu dolon etnonimi ilə bağlamaq doğrudur.Bunu monqolca “yeddinci” mənalı Dolon şəxs adı ilə əlaqələndirmək olar. 46 Bizə görə Nikonov`un monqolca "Dolan" sözünün "Yeddi" ədəd sayı anlamında olduğu , qədim Türk-Monqol mifologiasında göyün 7 qat olduğu inam və inancdan irəli gəlib qaynaqlanır. Yəni göyün yeddi qatdan ibarət olduğuna görə də "Tolan" //"Dolan" sözünü "yeddi"(7) say ədədi anlamında götürüblər. "Tolan" // "Dolan" bizim araşdırmalarımıza görə əslində qədim Türk-Monqol mifologiasında "Göy" anlamında olmalıdır və "göy" (səma) yeddi qatdan oluşaraq ,böyük səmavi Tanrıların ,o sıradan Günəş,ay,ulduzların seyr və gəzinti hövzələri sayıldıqda , Monqollar da onu həmçinin "yeddi" ədəd sayı anlamında işlədiblər. Bizcə indiki Türk dilində "keçid", "gəzişib-dolaşma yeri","iki sahə və açıklığı bir-birinə çatışdıran və qovuşduran zolaq yol" seyrangah və gəzinti sahəsi" anlamında işlənən "Dalan" sözü də əslində həmən "Dolan"//"Tolan" sözünün fonetik variantı sayılır və eyni formada və anlamda olan sözlərdilər."Dalan" əslində mürəkkəb qədim türk sözüdür və "Dal" və "An" sözlərinin tərkibindən yaranmış sözdür. "Dal"ın qədim türk dilində müxtəlif məna çalarları var və ən köklüvə ilkin anlamı Günəş işığı və nur şuasıdır. "Dal"ın başqa(ikinci-üçüncü-...) məna çalarları "ağac dalı" ,"aslan və at yalı",...dır. "An" isə "GöyTanrısı" və digər çaları "cəm şəkilçisi"dir. Günəş Tanrısının şualarının yayınlandığı və batan yer ,Göy (səma) olunca ,göy üzünə və səmayə "Dal.an" demək olar. Günəş və ay tanrılarının göyün üfüqündə ,məşriqdən məğribə dolaşıb gəzişməsi sahəsi olduğu üçün, bu göy sahəsinə ,"Dolan" (=dolaşıb dolanmaq yeri) və yaxud "Dalan" demək olar. "Dalan"ın başqa fonetik variantları da var : "Zalan" və "Salan" ki hər ikisi də "Açık və geniş sahə","Açıklıq" ,"Fəraxlıq" , "genişlik" deməkdir. "Zalan"ın "an" hisəsi salınaraq ,indilikdə "Zal" formunda "Rus" dilində işlənməkdədir və "Salan"da ikinci "a" saitinin "o"ya çevirilməsi ilə latin,İngilis dilində "Salon" formasında işlənilir.Deməli buradan nəticə çıxarılır ki Nikonov`un iddiasına rəğmən "Yeddi"(7) say ədədi, Monqol dilində ,"Dolan" ya "Tolan"ın əsil və həqiqi anlamı yox bəlki də məcazi anlamıdır və göyün 7qatdan yaranması ideya və inancından irəli gəlir və bəzi Türk-Monqol Tayfalarının da bu adı özlərinə bir etnos adı seçmək də,həmən bu inancdan irəli gəlir.Məqalə müəllifi Ş.Məmmədov sonra Qırğız əfsanələrindəki "Dolon" nəslinə işarə edir və yazırlar :" Qırğız əfsanələrində Dolon nəsli vardır. Tədqiqatçılar onu təxminən XII əsrə aid edirlər. A.X.Xasanov şəcərəni XV əsrə çatdırır. C.M.Abramzon Dolonu qırğızların etnomənşə şəcərəsinin başçısı hesab edir.(Onomastika sredney Azii. M.,Nauka, 1976, səh.103) 47 Ş.Məmmədov eyni halda N.K.Antonov`un "Dolon" haqda mülahizələrini burada sitat gətirir ki "nikonov"un nəzərinə rəğmən,bəzi tədqiqatçılar "tulan" sözünü (özəlliklə də "tu" hissəsini), Yeddi(7) say ədədi yox,bəlki də"Beş"(5) say ədədi nəzərdə tuturlar.Antonov`un dediyi bu məqalədə belə gətirilibdir : " N.K.Antonov yazır ki,Tuolan sözünü “tu” – beş sayından törəmiş monqol mənşəli “tuulan” – beş yaşlı sözü ilə də əlaqələndirirlər.Cağatay dilində tolan - beş yaşına çatmış at mənasında işlənmişdir ki,bunun semantikası yakut dilindəki tuolan sözü ilə üst-üstə düşür.Güman ki,bu sözlər monqol mənşəli “beş”mənalı “tu” sayından deyil,türk mənşəli tul,tol, tuol kəlmələrindən törəmədir.Bəlkə də yakut dilindəki tuolan, elə həmin dildəki tuollan (dolu, polnıy) sözü ilə yaxın olmaqla “zahiri görkəmi gözə gəlimli” mənasında olan “tuolun”-la əlaqəlidir.(Materialı po istoriçeskoy leksike yakutskoqo yazıka,1971, səh.60).48 Ş.Məmmədov (Göytürk) məqaləsinin sonunda Azərbaycan tarixçi alimi "Q.Qeybullayev"in Türk-Monqol tayfaları haqda əsərləri və mülahizələrinə və onun bu konuda dərdə dəyib, yararlı olmasına işarə edib ,"Əfçədolan" toponiminin etimologiası haqqında məqaləsini sona verirlər. Ş.Məmmədov qeyd edirlər :" Türk-monqol tayfaları haqqında daha geniş məlumatlara Q.Qeybullayevin “Monqolskie toponimı v Azerbaydjana”(İzv., AH Az.SSR, ser. ist. filols. i prava,1981,N3) və “O proisxojdenii nekotorıx etnotoponimov Azerbaydjana - Dolanlar, Onqutlu, Aratkənd, Ələt, Alar, Kərki,Qılıçlı)”(Dokl. AH Az.SSR, 1981, N2) məqalələrində rast gəlinir". 49 Bizə görə Azərbaycan və Türk toponimiasına hakim mifik atmosferi göz önünə alaraq ,R.Eyvazova`nın Əfqanistan ərazisindəki ad apardıqları kənd adlarını ,Türk-Monqol tayfası "Dolanlar" ilə ilgili olmağı və yaxud Yardımlı ,Lerik və Hadrut bölgələrindəki "Dolan"//"Tolan" tərkibli toponimlərin hamısını yalnız ,Türk-Monqol etnonimi ilə bağlamaq ,qane edici olmayacaq.Əlbət də o toponimlər ki adları sadəcə "Dolanlar"dır və yaxud "Dolan"ın müxtəlif formaları ilə "lar"(etnos adların sonunda gələn şəkilçi) tərkibli kənd adlarını ,Türk-Monqol "Dolan"/"Dolon" etnosu ilə bağlamaq və ilgiləndirmək olar,amma Lerik rayonun "şingədulan" və ya Yardımlının "Əfçədulan" kənd adını bu Monqol dövrünün hadisələrinə və onların Azərbaycan ərazisində yerləşmələrinə bağlamaq mümkün deyil ,çünki bu toponim adları mifik addılar və qədim Azərbaycanın Türk mifologiasından qaynaqlanmış mifik və Tanrısal adlardılar və Azərbaycan xalqının Tanrılar panteonundan götürülmüş və seçilmiş adlardılar. Qədim Türk tayfalarının adlarının tərkibində özəl bir sonluqların olması bizim üçün bəlli və səciyyəvi haldır. Bu özəl sonluqlardan birisi də "lar" sonluğudur və bu səbəbdən biz sonluğu "lar" olan "Dolan" /"Tolan" tərkibli kənd adlarını (Dolanlar) ,Dolan tayfasına bağlamaqın tərəfdarı olmasaq da , əleyhinə də deyiliz. Çünki bunların hər birisinin tam arxayınlıqla etimologiasını bəlləndirmək ,özəl və geniş hərtərəfli tədqiqat tələb edir və hələlik ,tam isbatlanmayınca ,reaksia göstərmək olmaz ki Monqol tayfasının bu bölgəyə gəlişi ilə bağlıdır yoxsa Azərbaycan mifologiası ilə bağlıdır. Amma "Əfçədulan" və "şingədulan" adları ilə ilgili ,iddia edə bilərik ki bu adlar Azərbaycan-Türk mifologia və mithologiası ilə bağlı bir mifik və Tanrı adlarıdır və Azərbaycan-Türk mifləri panteonundan çıxma adlardır.Yardımlı Əfçədolan toponiminin zahiri və hərfi mənasını belə izahlandırmaq olar: bu toponimi əslində "Ofçə dalan" kimi bərpa etmək lazimdir.Adın ilk hissəsi olan "əfçə"ni əslində "ofçə"(=yel,tufan, girdbad, fırtına, burulğan) və adın ikinci hissəsi isə"dalan" (=koridor,sallon, keçid,kanal , məcra,axan yolu,cövlangah,seyrangah,gəzib-dolanma yeri, qədəmgah) kimi göstərmək olar ki bütünlükdə bu kənd adının hərfi mənası"Yel-tufan tutan yer","fırtına tutan yer",Yel-fırtına, burulğan tutan yer"deməkdir."Əfçə" ya "Ofçə"nin kökündə"əf "ya"of " və yaxud "üf " türk sözü durur ki anlamı "yel"dir.Türk sözü olan"üfürmək","üfürücü", "üfləyici" və digər bu sayaq sözlər də,elə həmən bu"üf"/"əf"/"of" sözündən alınma və yaranma sözdür."Of"un başqa fonetik variantı sayılan "op" ya "opu" sözü bizim qədim türkcəmizdə işlənən terminlərdən birisi sayılırdı.H.M.Xudiyev və Ə.A.Quliyev birgə yazdıqları "Qədim Türk Abidələrinin Sözlüyü" adlı əsərin 79-cu səhifəsində "opu" sözünün qarşısında ,anlamını belə yazırlar: OPU = çarx , çərx , girdab , burulğan. 50 Əfcədulan kəndi / Şəkili göndərən Yardımlı Rayonundan Bəhram Əhədov Bu kənd adının etimologiasının kök araşdırmasını ,ancaq Azərbaycan Türk mifologiası əsasında açıklamak olar,çünki bu toponim də Azərbaycanın başqa əksər toponimlərində olduğu kimi ,Türk mifik bir ad sayılır və bunun üçün də onun etimologiası və yorumunun açarı ,yalnız Azərbaycan Türk mifologiasıdır və qeyr-i bu,mümkün deyil və başqa bir yollar və qeyr-i Azərbaycan mifologiası,bir yol bulmaq və aramaq ,toponimin açıklanmasına kölgə sala bilər. Əfçədolan adının izini və kökünü biz qədim Türk xalqı sayılan ,Fin-Oyğır Finiki Türklərinin panteonunda tapa bilərik. Biz burada əldə etdiyimiz mümkünləri və güclü versialarını gətirməklə bu amacımıza nail olmaq istəyirk. Əfçədolan türk mifik adı ,bizcə iki hissənin "Əfçə" və "Dolan"nın tərkibləşməsindən yaranıb və Azərbaycan Türk mifologiasının miflərindən birisi sayılır. Bu mif,Azərbaycan mifologiasında bir neçə bəlgəsəl anlamları özündə daşımaqdadır. Bizim araşdırmalarımızın əsasında,belə düşünmək olur ki Yardımlının bu toponiminin adı qədim Türk Azərbaycan Fin-Oyğırlarının mifologiasında olan Taxıl tarlalarının Allahı ilə bağlı bir mifik addır. Bu mifik adın bir neçə müxtəlif ,anlam çalarları vardır və onlardan birisi həmən Taxıl tarlası Tanrısıdır.Bu adın daha bir anlam çaları,Taxılı qıl-qılçığından arıtdayan yel Tanrısıdır və həmçinin digər bir mifik anlam çaları ,"tarla və bostan qarası" tanrısıdır.Bizcə adın ilk hissəsi "Əfçə",anlam baxımından, müxtəlif məna çalarları varıdır. Bu məna çalarlarından birisi,"Yel","Əsinti", "fırtına" ,"külək" deməkdir. "Əfçə"nin bu məna çalarını , Azərbaycan Türkləri,indiki zamanda ,öz danışıq dilində işlətməkdədir. Azərbaycan türkcəsində bu söz "Əfsə", "əfsəmək" kimi özünü qorumaqdadır və işlənilir. Azərbaycan türkcəsində,əfsəmək yəni "Yelə vermək",Taxılı biçib qurtarandan sonra,dəni qıl-qılçıqdan və qabıqdan və çör-çöpündən ayırmaq və təmizləmək üçün ucadan ya ucalıqdan ,əsən yelin qarşısına verərək sovurmaq deməkdir.Toponimin adının ikinci hissəsi olan "dolan" isə ,türk dilində müxtəlif anlam və məna çalarları var ,və "əfçə" sözünün "yel" və "əsinti" anlamına uyğun ,lazimi məna çalarını göstərmək məcburiyyətindədir və "əfçə"nin "yel" anlamına uyğun ,"dolanan","fırlanan", "hərəkətdə və əsmədə" olan anlamını daşımaqda və göstərməkdədir.Deməli bu anlamların əsasında "Əfçədolan" yəni "əsən yel","əsən yel Tanrısı" deməkdir. "əfçə"(=yel) +"dol"(=əsən,seyr edən,fırlanan ,gəzən) +"An"(=Tanrı) == əsən yel Tanrısı. İndiki Azərbaycan Türkcəsində işlənən "dolanmaq","dolanan","dolan-gəz" və bu kimi sözlər də ,elə həmən bu qədim türk sözü olan "Dol" sözündən alınma və yaranma sözlərdir."Dol"un Azərbaycan mifologiasında daha bir mifik anlam çaları da,məhsul və taxıl dəninin dolması ilə bağlıdır.Qədim Azərbaycan və Türk mifologiasında ,"DOL" taxıl ilahəsi"nin adıdır.Biz araşdırmalarımızdan belə düşünürük ki bu ilahə və Tanrıça ,taxıl tarlasını qoruyan və eyni halda taxıl məhsulunun dənə dolması və taxıl dənini dolduran bir Tanrıça və ilahədir.Elə bu tarla qoruyuculuğu sifət və vəzifəsindən irəli gələn bir mifik obrazı da,onun "Tarla və Bostan qaravulluğu"dur ki əkinçi və tarla iyəsi ,hasıl və məhsulunun ,ziyan verən və məhsulu yeyən heyvanlardan və quşlardan yana qorunmasına görə, ağacdan və taxtadan bir əldə qayırma bostan və tarla qaravulçusu düzəldib ,ona paltar geydirib ,əlinə əlcək geydirib və başına da bir papaq qoyub ,tarlanın ortasında yerə tikirmiş ki məhsul,heyvanlar və quşlar tərəfindən zərər görməsin.Elə tarla ilahənin bu vəzifəsinə görə də,Türklər onun adını (dol) ,tarla və bostan qarası kimi anlam və məna daşıdığını da düşünüb,ona nisbət veriblər.Deməli "Doll" ın bir anlamı da "Qolçaq" ,"Tarla qolçağı" və "tarla-bostan qaravulçusu"dur. Tarla və Bostan Qarası Bu Türk mifi avropaya da yol tapıb və onların dilində də"qolçaq"və "Tarla-bostan qarası" anlamında işlənməkdədir. J.C.Kooper bu haqda yazır :"Tarla və taxıl qolçağını ya qarovulcusunu , xərmən olmuş taxılın zuğlarından düzəldib və bir "Böyük Ana" ,"Böyük ilahə" formasına salıb ,əyninə paltar geydirib və gələn xərmən zamanına qədər saxlayıb və sonra onu aradan aparırdılar.Bu qolçaq ya gəlincik,"Taxıl Tanrısı"- nın "doğuş" ,"böyümə" , "ölüm" və yenidən "doğuş"unun bəlgəsidir.Qolçaq ya gəlincik və yaxud "Taxıl qızı"(Taxıl bakirəsi) ,taxıl dənəsinin və həmçinin gələcəkdə böyüyən körpə və artımlı-bərəkətli taxıl xərmənlərinin də bəlgəsi sayılır və eyni halda"Taxıl İlahəsi"("Taxıl Anası"ya"Taxıl bakirəsi")nin də bəlgəsi və simgəsidir.Bu qolçaq ya gəlincik ,son biçilmiş taxılın zuğlarından düzəlirdi və xərmən vaxtı bir sıra xass və özəl ayin və törənlər ilə,əkin sahənin ya tarlanın arxa tərəfinə aparılırdı və bu qolçaq ya gəlinciyi ağlaşma, hüzn,əza və matəm ilə yerdə torpağa basdırardılar və sonra şad və şən huralar ilə torpaqdan baş qaldırıb qalxırdı ki buda "Taxıl Tanrısı"nın ölümü və yenidən dirilməsi anlamına gəlir. Bir qolçaq ya tarla və bostan qarası, o tarlanı və əkin sahəsini tılsimlərdən,cadılardan,pərilərdən və şərr quvvələrin zərər və ziyanından və şərrindən ,gələn xərmənin zamanına qədər qoruya bilər".51 Ehtimal verilir toponimin "əfçə" hissəsi Mesopotamia mifologiası və əfsanələrinə ,özəlliklə də "Şumer" mifologiasına daxil olaraq"Əməş"//"Emeş" formasında,əkin və əkinçilik və nəbati həyatın Tanrısı kimi özünü əks etdirmiş ola. "Dünya Mifləri Ensiklopediası"na görə Onu "Enlil" Tanrı yaradıbdır. 52 "Emeş" ----> əməş ---->əmşə ----> əmçə ----> əbçə ----> əvçə ----> əfçə . Bu Türk- Azərbaycan mifi Avropanın şimalında Selt Türkləri vasitəsilə də özünü "Dylan" formunda əks etdirir.Veyls-İrlandia mifologiasında ,"Don" tanrının oğlanları sayılan "Dylan"lar ,dəniz ilə ilgili əfsanəvi qəhrəmanlar sayılırlar.53 Bu Azərbaycan mifi adının tərkibindəki "Dolan",Latin mərkəzi Amerkanın Mekzika Maya mədəniyyətinin və mifologiasının qurucularının şəhəri adında özünü əks etdirir. Richard Kavendish`in yazdığına görə mərkəzi Mekzikada məskun olmuş "Toltek"lərin bir bölümü olan "Nava"lar , "Tolan" şəhərini inşa edirlər..."Nava"ların Tanrıları burada yerləşirdi. 54 Əfçədolan mifik adın birinci hissəsi olan "Əfçə", böyük okiyanın adalarından birisi olan "Samua" adasında"Afa" formunda özünü göstərir. "Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə "Afa" ,Samua adasının mifologiasında ,fırtına və külək Tanrısı sayılır. 55 Əfçədulan Azərbaycan Türk mifinin izlərini ,Azərbaycan Türkxalqının əfsanələrində ,özəlliklə də Dədə Qorqut dəstanlarında həmçinin görmək olar.Bu Yel və fırtına Tanrısı,Dədə Qorqud dəstanlarında ,özünü "Tulu quş" və "Tulu quşun yavrusu" öbrazında ,özünü əks etdirməkdədir. Əfçədulan əslində Azərbaycan mifologiasının "Fırtına Kuşu"nun digər bir obrazıdır. Əfçədulan kəndindən bir görüntü / şəkili göndərən ,Yardımlıdan :Bəhram Əhədov Bizim bir sıra araşdırmalarımızdan belə məlum olunur ki "əfçətulan" Azərbaycanın "Fırtına quşu" ya həmən Dədə Qorqut dəstanlarındakı "Tulu quş" və "Tulu quşun yavrusu" deməkdir.Əfçətulan toponim adında kı "tulan" hissəsi ,həmən "quş" deməkdir.Azərbaycan tədqiqatçısı əslən Yardımlı rayonun "Gilar" kəndindən olan Firudin Gilar Bəg  ,"ölümdən sonra həyat?" adlı məqaləsində bu quşa başqa bir açıdan yanaşıb və onu açıklayıbdır. "F.Gilar Bəg" Tulu quş haqqında belə yazır :"... Müsəlman mənbələrində quş rəmzi – uzaq məsafələri qət edən və ehtiyacı olanlara yardım göstərən, mistik gücə malik Simurq quşu mənasındadır. Azərbaycan nağıllarına görə bu quşun vətəni Qaf (Qafqaz) dağıdır. Avestaya görə isə bu quş, dənizdə bitmiş mifik ağacda yaşayır. Erməni mifologiyasına görə Aragil ölkəsindəki insanlar ölüm vaxtı qanad geyərək Aragil hacıleylıyinə çevrilirlər və Ermənistana uçurlar. 56 Bizcə Firudin Gilar Bəgin bu izahatından belə nəticə çıxartmaq olur ki "əzrail","Cəbrail","İsrafil" kimi dini-ruhani mələklər də "Tulu"(quş) sanılırlar.Yəni "Tulu"nun obraz çalarlarından birisi də "Qanadlı Mələk" ,"Mələk Quşu" və "cin" deməkdir.Bizim bu iddiamıza subut olaraq,"F.Gilar Bəg"in məqaləsinin bu bölümünü burada gətirməyi lazim görünür."F.Gilar Bəg" Azərbaycan mifi "Tulu quş"un ruhani obrazını açıqlayarkən sonra kitab-i Dədə qorquda istinadən ,Azərbaycan xalqının bu mifik-epik epizodlarına işarə edib belə qeyd edir :" Kitabi-Dədə Qorqudda Qazan xan «Tülü quşun yavrusu” adlandırılır və o özü bildirir ki, onun “Ağ sunqur quşu erkəyindən bir kökü vardır”. Bu kitabda ərənlər quş kimi təsvir olunurlar və onların bir yerə getmələri “qondu” sözü ilə ifadə olunur. Kitabdakı: “Əzrail göyərçin kimi quş olub uçdu”, “göy üzündən al qanadlı Əzrail uçub gəldi, köksünə basıb qondu”, “ağ saqqallı baban yeri uçmaq olsun”, “Qab qayalar başında yuva quran, Qadir ulu Tanrıya yaxın uçan”, “qanadların ucu qırılmasın” və s. bu tip ifadələr onu göstərir ki, burada söhbət əsasən ruhlar dünyasından gedir.57 Biz "F.Gilar Bəg"in məqaləsinin bu bölümündən ,digər bir nəticəyə də çatırıq və o bu ki ,Azərbaycanın və eyni halda Yardımlı panteonun"əfçədulan" mifi ,bu panteonun "Anzu" mifi ilə eynidir və hər ikisi də bir anlamdadır və hər ikisinin də anlamı "Fırtına quşu" deməkdir. "Fırtına quşu" ,əfçədulanın ən qabarıq mifik çalarlarından biri sayılır.Atif İslam Oğlu İslamzadə,Folklorşünaslıq Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün , "Oğuz Epik Ənənəsində Qazan Xan obrazı" adlı təqdim edilmiş dissertasiyasının I fəslin əvvəli olan ilk yarımfəsilində “Qazan obrazının xan statusu və zoomifoloji modelinin semantikası”nı açıklayarkən I yarımfəsildə daha sonra Qazan xan obrazının “Zoomifoloji modeli”nin semantikasını aşkarlatmışdır.Belə ki, Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu bir bütöv sistem olub,müxtəlif semantik səviyyələrdən təşkil olunur. Bu sistemdə zooloji səviyyə ilkin, arxaik semantika kimi diqqəti cəlb edir. “Tülü quşun yavrısı”, “Amit soyının aslanı”, Qaracuğın qaplanı”, “Qonur atın iyəsi” kimi təyinlər bu cəhətdən araşdırılmışdır.“Tülü quşun yavrısı” təyin-titulunda göstərilir ki, “Tülu quşun yavrusu” təyini mifologem olaraq aşkarlanır. Bu anlamın eynizamanda mətn boyu səpələnmiş, müxtəlif sözlüklərlə ifadə olunan,lakin anlam baxımından eyni semantik cərgəyə aid olan digər mifologemlər ilə bir mifoloji kompleksdə mif motivi olaraq birləşməsi, mətndə əhəmiyyətli struktur səviyyələri meydana çıxarır.“Tülü quşun yavrısı” inanc işarəsidir. Günəşi simvolizə edir. Oğuzun işıq anlamını proyeksiyalandırır. 58Atif İslamzadə`nin bu məqaləsindən maraqlı bir nəticə almaq olur və o bu ki "Tulu" ya "Tulan" mifi ,Azərbaycan və oğuz Türk xalqının Dədə Qorqud epik qəhrəmanı "Qazan xan" obrazının zoomifik çalarlarından birisini təşkil edir və qazan xana həsr olunmuş zoomifik sifətlərdən və nişanələrdən birisi sayılır.Mehran Baharlı Azərbaycanın bumifi haqqında söhbət açarkən kitab-i Dədə Qorqutun İkinci Boy :Salur Qazan’ın Evinin Yağmalandığı Boyuna istinad edərək,Tulu quşun yavrısı haqqında öz məqaləsində belə yazır : Dədə Qorqut kitabında belə bir tərkib var :Tulu quşun yavrusu. Bu tərkibdəki "Tulu" kələməsinin oxunuş və anlamlındırmasında çeşitli düşüncələr ortaya atılmışdır. Onu "Tüylü"(tüklü) oxuyanlar olduğu kimi ,"Tülək"(alıcı quş) sifəti ilə kökdəş sayanlarla Salur boyunun onqunu olub,kəkliyə bənzəyən avcı və alıcı "Berkut" quşu ilə ilgiləndirənlər olmuşdur. Qazaq və Qırqızların bu quşu "Tuluqus" adlandırdıqları savlanmışdır.59


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin