Pisever-geceleri


TƏŞƏYYÜ MƏQAMININ İZAHI HAQQINDA AYƏ VƏ RƏVAYƏTLƏR



Yüklə 5,47 Mb.
səhifə13/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

TƏŞƏYYÜ MƏQAMININ İZAHI HAQQINDA AYƏ VƏ RƏVAYƏTLƏR


Qısaca desək alim, hafiz, mühəddis olan və alimlərinizin də onunla iftixar etdiyi belə bir kəs, öz sənədiylə mö᾽təbər kitabı «Hilyətul-övliya»da İbni Abbasdan belə nəql edir: «Bəyyinə» surəsinin 7-8-ci ayələri ‒

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِىَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِىَ رَبَّهُ3

‒ nazil olduqda, Rəsulallah (s) Əli ibn Əbu Talibə xitabən belə buyurdu: «Ya Əli! «xəyrül-bərriyə»dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd, sən və sənin şiələrindir. Qiyamət günü sən və şiələrin, Allahın sizdən, sizin də Allahdan razı və xoşhal olduğunuz halda gələcəksiniz».

Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi «Mənaqib» kitabının 17-ci bölümündə, sizin böyük müfəssirlərinizdən olan Hakim Əbül Qasım Ubeydullah bin Əbdullahil əl-Həskani «Şəvahidut-tənzil fi qavaidil-təfsil» və Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayətut-Talib», Sibt ibin Cuvzi «Təzkirətul-xuvasul-uməti fi mə᾽rifətil-əimməti» kitabında, Munzir bin Məhəmməd bin Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, (sizin böyük alimlərinizdən olan) Hakim Əbu Əbdullah Hafiz, mərfu4 bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-mö᾽minin Əli ibn Əbu Talibin (kərimullah vəchihu) katibi Yezid bin Şərahil o həzrətin belə buyurduğunu eşdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi köksümün üzərində ikən, buyurdu: «Ya Əli! Allah-təalanın; «İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir» buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, «غراً محخلين»1 deyə çağrılacaqsınız».

Yenə iftixar edilən alimlərinizdən olan və Hicri IX əsrdə əhli-sünnət camaatının, təriqinin mücəddidi2 olaraq tanınan Cəlaluddin Siyuti, «Dürrül-Mənsur fi kitabillahi bil-Mə᾽sur» təfsirində zamanın fəzilətlilərindən və böyük alimlərinizin e᾽tibar etdiyi şəxslərdən olub, İbni Əsakiri Dəməşki3 adıyla məşhur olan Əbül-Qasim Əli bin Həsəndən, o da Peyğəmbərin (s) böyük əshabından olan Cabir bin Əbdullah Ənsaridən o həzrətin belə dediyini nəql edir: «Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxta Əli bin Əbi Talib (ə) otağa daxil olduqda, Peyğəmbər buyurdu: «Canım əlimdə olana and olsun ki, bunun (Həzrət Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər». Bu əsnada zikr edilən ayə (İnnəlləzinə amənu…) nazil oldu».

Yenə eyni təfsirdə İbni Ədidən, o da İbni Abbasdan belə rəvayət etmişdir: «Həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əmirəl-mö᾽minin Əliyə (ə) belə buyurdu: «Sən və şiələrin, qiyamət günü Allah sizdən, sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz».

«Mənaqibi-Xarəzmi»nin ΙX bölümündə Cabir bin Əbdullahdan belə nəql edilmişdir: «Rəsulallahın (s) hüzurunda idik. Əli (ə) bizə doğru gəldi, Peyğəmbər, «Qardaşım Əli yanınıza gəldi» buyurdu. Sonra Kə᾽bəyə tərəf yönəldi və Əlinin (ə) əlini tutub, belə buyurdu: «Canım əlində olana and olsun ki, bu Əli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar».

Rəsulallah (s) daha sonra belə buyurdu: «Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır».

Bu əsnada daha əvvəl zikr olunan ayə nazil oldu; artıq o zamandan e᾽tibarən, Əli (ə) bir qrup camaatın arasında göründükdə, Peyğəmbərin əshabına; «Yaradılmışların ən xeyirlisi gəldi» dediyini nəql edirlər.

Yenə İbni Hacər, «Səvaiq»in XΙ babında sizin böyük fəqih və alimlərinizdən olan hafiz Cəmaləddin Məhəmməd bin Yusif Zərəndi əl-Mədənidən nəql etmişdir ki, zikr edilən həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əliyə (ə) buyurdu: «Ya Əli! Sən və şiələrin xeyrul-bəriyyəsiniz4; Sən və şiələrin, qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə, qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər».

Həzrət Əli; «Düşmənlərim kimdir?» dedikdə, Rəsulallah (s) «Səndən təbərri5 edən və sənə lə᾽nət oxuyan kəslərdir», -deyə buyurdu.

Yenə sizin muvassiq6 alimlərinizdən olan Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətül-kubra» kitabında və mütəəssib İbni Hacər «Səvaiqül-Mühriqə»də həzrət Peyğəmbərin (ə) möhtərəm zövcəsi və mö᾽minlərin anası Ümmü-Sələmədən Rəsulallahın belə buyurduğunu nəql etmişlərdir: «Ya Əli! Sən, əshabın və şiələrin cənnətdə olacaqsınız; sənin düşmənlərin isə, cəhənəm atəşindədirlər».

Xarəzm xətiblərinin ən üstünü Muvəffəq bin Əhməd «Mənaqib» kitabının 19-cu bölümündə sənədiylə Rəsulallahın (s), həzrət Əliyə (s) belə buyurduğunu nəql edir: «Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa bin Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mö᾽minlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də, o həzrət haqqında həddi aşan ğulat1. Ümmətimdə sənin haqqında üç firqə olacaq: Bir firqə mö᾽min olan şiələrin, bir firqə əhd və bey´əti pozan düşmənlərin, bir firqə də, azğın olan və sənin haqqında həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin cənnətdəsiniz, şiələrinin dostları da cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlar isə, cəhənnəm odundadırlar».

Söhbət bu yerə yetişdikdə, əzan səsi eşdildi, ağalar namaz qılmaq üçün ayağa durdular. Namaz qıldıqdan sonra çay içməklə məşğul olunduğu vaxda camaat namazını qılmaq üçün məscidə gedən möhtərəm seyid Əbdülhay ağa da namazı qılıb, geri döndü və «Ev yaxın olduğu üçün bu bir neçə cild kitabı da özümlə gətirdim. Bunlar, «Təfsiri-Siyuti», «Məvəddətül-kurba», «Müsnədi Əhməd bin Hənbəl» və «Mənaqibi-Xarəzmi»dir» dedi2.

Kitabları açıb eyni söylənilən hədislər və məsələni tə᾽yid edən digər bir neçə hədis də oxundu. Ağaların rəngi dəyişdi, xüsusiylə öz tə᾽qibçilərinin yanında məhcub3 olduqları diqqət çəkirdi. Bu vaxt bir az öncə zikr edilən hədisi «Məvəddətül-kurba» kitabında oxudular; üstəlik yeni qarşılaşdıqları digər iki hədisi də oxudular. Rəvayət edilir ki, Rəsulallah (s) belə buyurdu: «Ya Əli! Yaxın bir zamanda sən və şiələrin Allahın sizdən, sizin də Allahdan razı olduğunuz bir halda Onun huzurunda olacaqsınız, düşmənlərin isə qəzəbli və (boyunlarında halqalar olduğuna görə) başları yuxarı doğru bir halda Allahın huzuruna olarlar».



vətçi: «Baxın bunlar Qur᾽ani-kərim və öz kitablarınızda yazılmış olan sağlam hədislərlə tə᾽yid olan və qısaca olaraq nəql etdiyimiz möhkəm dəlillərdir. Əgər sabaha qədər əzbərdən və qarşınızdakı bu kitabların üzündən hədəf və məqsədi isbat etmək istəsəm, Allahın yardımıyla buna qadirəm. Guman edirəm ki, anlaşılmamazlıqların aradan aparılması üçün misal olaraq nəql etdiyimiz bu qədər rəvayət yetərlidirsə, qardaşlar artıq bundan sonra düşmənlərin azğın sözlərini gərək dillərinə gətirməsinlər. Xaricilər, nasibilər və Əməvilərin uydurduqları sözlərə uyaraq, hər şeydən xəbərsiz avam xalqa, «Şiəliyi quran yəhudi Əbdullah bin Səbadır» deyərək, məsələni yanlış olaraq onlara bildirməyin.

Möhtərəm ağalar, biz şiələr yəhudi deyilik; biz Məhəmmədiyik. Həzrət Əlinin (ə) tə᾽qibçilərini «şiə» adlandıran da, məl᾽un Əbdullah bin Səba deyil; Rəsulallahın (s) şəxsən özüdür. Biz Əbdullah bin Səbanı münafiq və məl᾽un bir kəs bilirik. Dəlil və bürhansız da, heç bir fərd və ya dəstəyə uymayın.

Sizin dediyiniz kimi, həzrət Əlinin (ə) tə᾽qibçilərinin şiə olaraq adlandırılması, Osmanın zamanında olmamışdır. Rəsulallahın (s) öz zamanında o həzrətin xas səhabəsinə «şiə» söyləyirdilər. Çünki Hafiz Əbu Xatəmi Razi alimlər arasında mütədavil (e᾽tibar edilən) kəlamların təfsirinə yazdığı «Əz-zinət» kitabında belə yazır: «İslamda Rəsulallahın (s) öz zamanında ortaya çıxan ilk ad «şiə»dir. Əshabdan dörd nəfəri «şiə» ləqəbiylə çağırırdılar: Əbuzər Ğəffari; Salman Farsi; Miqdad bin Əsvədi Kəndi və Əmmar bin Yasir.

Qardaşlar düşünün, əgər bu termin bid᾽ət olsaydı, Rəsulallahın zamanında həzrətin məxsus əshabından olan dörd nəfəri «şiə» ləqəbiylə çağırmaları və Peyğəmbərin (s) də bu kəlmənin bid᾽ət olduğunu bilib, onları nəhy etməməsi mümkündürmü?! Bu səbəbdən, onların ‒ Əli şiələrinin qurtuluş əhli olduğunu həzrət Peyğəmbərin (s) bilavasitə özündən eşitmiş olduqları mə᾽lum olur. Baxın, buna görə belə bir məqamla iftixar edirdilər və əshab, aşkar şəkildə onları şiə adıyla çağırırdı».




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə