SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


DOQQUZUNCU DƏRS BRAHMAN AYİNİ (1)



Yüklə 1,94 Mb.
səhifə10/43
tarix28.02.2020
ölçüsü1,94 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

DOQQUZUNCU DƏRS




BRAHMAN AYİNİ (1)




VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR


Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi:

Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı allahlara sitayişdən, onların hüzurunda qurbanlıq kəsməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. İkinci dəyişiklik isə dinin ictimai yönümü baxımından baş verdi. Onlar bu ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeyə sahib oldular.

Bu dəyişikliklərdən sonra veda dövrünün klassik anlayışı öz yerini brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq öz çiçəklənmə dövrünü başladı. Brahman ayinində müqəddəs veda kitablarının öz əvvəlki e`tibar və dəyərini saxlamasına baxmayaraq, əsas me`yar brahman və upanişad kitabları idi. Buna əsasən brahman ayinini üç əsas istiqamətdə araşdırmalıyıq:

1. İdeoloji dəyişikliklər;

2. İctimai proseslər;

3. Müqəddəs kitablar.

Bu dərsdə veda ayininin ideoloji dəyişikliklərdən bəhs olunacaq, qalan iki istiqaməti gələn dərsdə tədqiq edəcəyik.

İDEOLOJİ DƏYİŞİKLİKLƏR


Brahmanların veda ayinində yaratdıqları ən mühüm ideoloji dəyişiklik onların nicat və qurtuluş anlayışına verdikləri yeni tə`rif idi.

Veda ayininin tə`rifinə uyğun olaraq insanların nicat və qurtuluşu mə`budların, xüsusilə atəş allahı olan Aqninin razılığını əldə etməklə müyəssər olur. Bu da qurbanlıq mərasiminin təşkil olunması ilə mümkündür. Yeni tə`rifin müddəalarına görə isə brahmanlar nicat və qurtuluşun aləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanları tanımaqla müyəssər ola biləcəyi fikrindədirlər. Buna əsasən veda dinində zahiri və əyani olaraq keçirilən qurbanlıq mərasimi brahmanizmdə öz yerini batini mərasimə verdi.

Brahman ayininin əsas ideoloji prinsipləri aşağıdakılardır:

1. Brahmana e`tiqad;

2. Atmənə e`tiqad;

3. Karma;

4. Tənasüx;

5. Mukşa (nicat yolu).



1. BRAHMANA E`TİQAD:


Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin özü, həqiqəti, zatı, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur.

Upanişadda brahman belə təqdim olunur: - Odur fənaya uğramayan əbədi allah! Elmli, hər yerdə olan və dünyanın gözətçisi! Odur varlıq aləminin hökm verəni!”

Başqa bir yerdə isə belə deyilir: - O vahid və sonu olmayan fərd aləmi yuxudan oyatdı.” - Əslində dünyanın əvvəlində brahman idi. Onun dörd tərəfdən heç birində ucu-bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gücü ilə dərk oluna bilməz. O, göyün, kainatın ruhu idi və dünya fənaya uğradığı vaxtda yalnız o qalacaqdır. O, aləmi sonsuz göylərdə oyatdı və o sıx yığılmış xəyal toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq saçan parlaq günəşin kütləsində yanar bir od, tüstüsüz alov kimi nur ələyir! Onun hərarəti ilə qidalar mə`dəyə gedir. Buna görə onu atəşdə, qəlbdə hazır, günəşin daxilində mövcud adlandırırlar.”

Upanişadın başqa bir yerində brahmanın xüsusiyyətləri barədə deyilir: - O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdədir. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey brahmandan yaranır və ona qayıdır.”


2. ATMƏN


Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən ibarətdir.

Upanişad bu barədə belə deyir: “ - Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur. Sonra deyilir: “ - Onun yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə görünməz, eşidilməzdərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir nəzarətçi!”

Bu ifadələrdən belə mə`lum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, yə`ni “sənin ruhun” sözü işlədilmişdir.

Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur və ona atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu mə`na sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.

Atmən ilə brahman arasında müəyyən mə`nada ayrılmaz birlik vardır və onun müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:

- Mənim qəlbimin daxilində olan ruh - düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən-göydən böyük, səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!”

Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana - fəna mərhələsinə keçsinlər. Yə`ni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mə`nasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, çətinlik və kədərin mə`nası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir.

Brahmanların e`tiqadına görə atmən (yə`ni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və mə`budların hamısı - yeni bədənlərdə öz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.


3-4. KARMA VƏ TƏNASÜX


Öyrəndik ki, brahmanların e`tiqadına uyğun olaraq atmən əzəli və əbədi olmaqla brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nöqsan, şər və əzab-əziyyət yol tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud karmadır. Karma atməni özünə tabe edərək onun ruhunu müəyyən şəklə salmış insani əməl və rəftarlardır.

Bu e`tiqada əsasən insan murdar və pis əməllər törətməsə öldükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl - karma törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara keçərək yenidən həyat sürəcəkdir. İxtiyari deyil icbari olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, müsibətləri yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu proses terminologiyada “samsara”, yaxud tənasüx və ya hülul adlandırılır.

Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı cəsədə keçir və nəticədə öz əməlinin bəhrəsini görür. Upanişadlar bu barədə deyirlər: - Həyatlarında gözəl və bəyənilən əməl sahibi olanların ruhları ölümdən sonra pak və bəyənilən bətndə bir brahman1 qadının, yaxud da kşatriyə2 və yaxud da visiyə1 qadının bətnində özünə yer tapır. Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir.2

Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, tənasüx və nəsil artımı ardıcıl surətdə insan əməlinə münasib şəkildə təkrar olunur. Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi də mümkündür və bunun əksi də ola bilər.


5. MUKŞA (NİCAT YOLU)


Öyrəndiyimiz kimi, brahmanların e`tiqadına görə insan dünyada çirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, çoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə müşaiyət olunacaqdır. Çünki həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də nə saleh, nə də çirkin əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş yalnız mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var-dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - daha ali və daha aşağı dərəcəyə böldüyü3 hissədə belə deyir:

- Daha ali elm – azadlıq elmi atməndə (yaxud insan varlığının həqiqəti və ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yə`ni nicat və qurtuluş yoluna çatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin şadlığında, əzəliyyət və əbədiyyət nə`şəsində qərq olacaq, aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, samsaranın qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olacaqdır.”


SUAL VƏ TAPŞIRIQLAR


1. Veda və brahman ayini baxımından qurtuluşun tə`rifi necədir?

2. Brahman kimdir və onun üzərinə hansı vəzifələr düşür?

3. Atmənin mə`nası nədir və onun brahmanla nə kimi əlaqəsi vardır?

4. Varlıqların brahmanla olan əlaqəsi necədir?

5. Brahman ayinində qurtuluş yolu nədir?
Brahman ayini nöqteyi-nəzərindən tənsüxü izah edin.

Müəllimin köməyi ilə və e`tiqadlar dərsində öyrəndiyiniz ideoloji arqumentləri nəzərə almaqla, brahman ayininin e`tiqadi prinsiplərini araşdırıb təhlil edin.





Kataloq: uploads
uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə