TariXİn küSÜFLƏRİ 9- cu məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (7-ci Bölüm)



Yüklə 273,29 Kb.
səhifə1/3
tarix22.01.2018
ölçüsü273,29 Kb.
  1   2   3

TARİXİN KÜSÜFLƏRİ 9- cu məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (7-ci Bölüm)

Yardımlı Rayonu: ABBASABAD – EÇARA – ALIŞAR – ƏFÇƏDULAN Kənd Adlarının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu/ Güney Azərbaycan / Urmiya / 18 – Oktyabr 2014

ABBASABAD kəndi Quzey Azərbaycanın Yardımlı rayonunda yerləşən toponimlərdən birisi də"Abbasabad" kəndidir.Bu kəndin etimologiası haqqında lazimi ehtimalları irəli sürməklə, çalışmışıq ki onu müxtəlif çəhətlərdən adını açıklamış olaq.Bu toponim adının ilkin hissəsi olan"Abbas" zahirdə ərəbcə şəxs adına oxşayır və Quzey Azərbaycanın Cəlilabad,Masallı və Yardımlı rayonlarının 4 kəndi və həmçinin bir məhlə adında özünü göstərməkdədir ki"Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" adlı əsərin qeydiyatına görə ibarətdilər : ABAZALLI KƏNDI. Cəlilabad r. Əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd Olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi.

ABBASABAD KƏNDI. Yardımlı r. Abbas – (Şəxs adı) və «abad» - abadlaşdırmaq deməkdir. Abbasabad k.

«Abbasın bina etdiyi kənd».

ABBASALILI KƏNDI. Cəlilabad r. Abbasalı – Şəxs adı və «lı» nəsil mənsubiyyəti bildirən şəkilçi ilə düzəlmişdir.

ABBASBƏYLI KƏNDI. Masallı r. Abbasbəyli - nəsil adıdır.

ABBASLI MƏHƏLLƏSI Masallı r. Abbaslı nəsil adı ilə məhəllə sözünün birləşməsidir.1 Görünür bu toponimlərin adlarının etimologiasını Azərbaycan akademik toponimşunas alimləri,başda" Budaq Budaqov" ,"N.G.Məmmədov" olaraq və onların bu əsərdəki digər akademik yardımcıları da,"Abbas" ilə başlanan bu qədim türk toponimlərini ,yalnız onların indiki zahiri tələffüzü və görünüşü əsasında izahlandırıb və"Abbas"sözünü bir sadə şəxs adı kimi qələmə verib və bu əski Türk tarixinə malik olan toponimlərin yaşını və stajını kiçildib,ərəblərin bu bölgəyə gəlmə zamanına və o zamandan beləyə ,ayid olmasını və ya Fəthəli şahın oğlu "Abbas Miraza" ilə ilgili göstərmişlər, halbuki Azərbaycan və digər türk toponimlərinin yaranma və ad qoyma tarixləri ,ən azı eradan əvvəl 3-cü,4-cü minilliklərə ayiddir və ərəblərin bu bölgəyə (İran və Azərbaycana və Türkistana) gəlmələri,Tarix zamanı baxımından,çox yeni və cavandır və ən qədimi 1450 ildir və Türk dünyası toponimləri və o sıradan Azərbaycan və onun Yardımlı ,Cəlilabad və Masallı toponimlərinin qidməti və yaşı ,Tarixdən öncəki minilliklərə ayiddir,yəni o çağlara ayiddir ki qədim Türklərin ulu əcdadından (protürklərdən)başqa bir xalq və soy bu ərazidə yaşamırdı və məskun deyil idi. Çox təəsüflər olsun ki Azərbaycan toponimiyası ilə məşqul olan alimlər ,Azərbaycan toponimləri ilə çalışan zaman ,yalnız bu toponimlərin indiki zahiri görünüşü və təhrifə uğramış forması əsasında,baxıb qəzavət edib hökm veriblər.Buna örnək üçün "Azərbaycanın Lənkəran Regionu Toponimlərinin İzahlı Lüğəti" əsərinin ekip müəlliflərini ad aparmaq olar.Bizim keçmiş Azərbaycan toponimiyasına ayid məqalələrimizdə deyildiyi kimi , yenə də təkrar olaraq ,vurqulamalıyıq ki Azərbaycan və digər Türk toponimlərinin adları ,yalnız Türk mifologiası dənizindən qaynaqlanan bir həqiqətdir və elə-belə sıradan biri olan şəxs adları və yaxud sərkərdə ya şah-sultan adı ilə bağlı olmayıbdır. Abasabad kend girishi /şəkili göndərən Vərgədüz kənd sakini Bəhram Əhədov c:\users\azerbaycan\pictures\untitled.bmp Azərbaycan vikipediya saytının yazısına görə : "Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında pornayım tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Qeyd edək ki, Pornayım tayfa arealı çox genişdir. Həmin tayfanın müasir sakinləri təkcə Yardımlıda deyil,Cəlilabad və Lerik ərazisində də yaşayır.Lerik və Cəlilabad ərazisindəki Uran/Oran sakinləri pornayım tayfasına mənsub olduqlarını qeyd edirlər. Fikrimizcə, türksoylu Oran və Pornak tayfalarının tarixi əlaqələri daha dərindən öyrənilməlidir.Bu,cənub bölgəsindəki bəzi mübahisəli məsələlərin həlli üçün faydalı ola bilər.



Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır[1]. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809-1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi.Qala İran dövlət xadimi,Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826-1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır. Mənbələrdə 1828-30-cu illərdə baş vermiş hadisələrlə əlaqədar İrəvan xanlığının Vedibasar, şərur və Sürməli mahallarında Abbasabad adlı kəndlərin azərbaycanlı əhalisi haqqında məlumat verilir[2]. Kənd yerli əhali arasında Quzeykənd adıyla da tanınır." 1 Yardimli rayonun Abasabad kendi https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/1507985_479819858818561_4617603518410453178_n.jpg

Bu informasiayadakı oykonimin adı haqqında verilən izaha baxarkən,görünür Azərbaycan Alimlərinin,başda B.Budoqov və "N.G.Məmmədov" kimi alimlər olmaqla ,"Abbas" şəxs adı ilə ilgili,Abbasabad kəndinin izahı,Azərbaycan vikipediasının yazarlarına da,öz təsirini qoyub və vikipediada özünü əks etdirməkdədir.Azərbaycanda (quzeyli-güneyli) və qərbi Azərbaycan (=Ermənistan) ərazilərində "Abbas" şəxs adı ilə yaranmış və qeydə alınmış kənd adlarımız çoxdur və bizim burada Abbasabad kəndi haqqında yazdığımız izahlar və yorumlar ,eləcə də "Abbas" adı tərkibli başqa kəndlərə də ayid və yetərlidir.Abbasabad kəndin adının zahiri görünüşü ərəbcə olan"Abbas"adı ilə ilgili görünür və xalq da bunu Abbas adlı şəxs ilə(Abbas Mirza Fəthəli şahın oğlunun adı ilə) ilgiləndirir,halbu ki bu kəndin adının ərəbcə şəxs adı olan "Abbas" ilə heç bir ilgisi yoxdur və təkcə fonetik oxşarlığı var və digər tərəfdən də Azərbaycan kəndlərinin yaranma tarixləri ,tarixin ən dərin qatlarına yə`ni eradan neçə minilliklər öncəyə gedib çıxır. Bizim əyər bu kənd haqqında iddiamız yanlış və yersiz də olmuş olsa,yenə də başqa "Abbas" tərkibli kənd adları ilə("Abasxanlı"kəndi Ağsu r. ,"Abışabad" və "Abazlı" kəndləri Cəlilabad r.,"Abasqulular" kəndi Tovuz və Goranboy r. ,"Abasbəyli" kəndləri Masallı və Qazax r. ,"Abasalılı" kəndi Neftçala r. və "Abbas" kəndi "Şəki" r.) ilgili və geçərlidir.Bu kəndin adı əslində "ABISABAT" ya "ABISBAT" kimi bərpa etmək lazimdir. Bu qədim bəşər yaşayış məskəni olan indiki "Abbasabad" kənd adı, qədim türkcə olan "Abıs"/"Abis" və "Bat" sözlərinin tərkibindən yaranmış addır."Bat" qədim türkcə sözdür və bir çox Türk mənşəli və Türk kökənli toponim adlarında özünü əks etdirir. Hər hansı bir toponimin adının tərkibində olursa,o toponimin Türk kökənli və Türk mənşəli olduğuna dəlalət edər. "Bat" qədim Türk dillərində "hasar","tıfar"," sədd", "bənd" və məcazi olaraq "qala" ,"kənd","şəhər", "yaşayış məskəni" ,"yurd-yuva" anlamında olubdur və çağdaş əsrlərdə onu yanlış olaraq Farsca "abad" bir söz kimi göstərib və qeydə alıblar, halbuki bu söz əslində türkcə olan"Bat"sözüdür və onun böyük miqyasda başqa formantı da "Batan"dır ki böyük şəhər və ölkəyə deyilirmiş (misal olaraq Ekbatan ,Aturpatan) və yurd,ölkə,vətən anlamındadır.Azərbaycan Türklərinin indiki zamanda işlətdiyi "Vətən" sözü də türk kökənli və türk mənşəli sözdür və əslində həmən qədim türk sözü "Batan"dır ki "Patan" da onun başqa fonetik variantı sayılır və Fars-Ərəb-Roma-Yunan –Erməni-Hind-Sanskrit dillərinə ayid olan bir söz deyil. ."Pat" sözünü ki bütün alimlər və tədqiqatçılar onu iran mənşəli və qədim Fars və pəhləvi və Ari mnşəli söz hesab edirlər,Türk dilinə mənsub bir kələmədir və əslində onu "Bad" formunda bərpa etmək lazimdir."Bad"qədim türk dilində "duvar,hasar,sədd"deməkdir.Bu türk sözü indiki zamanda Azərbaycan xalqının dilində,su arxı və kanalının önündə "Bəd"//"Bənd" vurmaqda işlənir(=sədd vurmaq ya sədd çəkmək və suyun ağzını başqa bir səmtə yönəltmə) bu sözü farslar türklərdən alaraq çeşitli sözlər və terminlər yaradıblar , və hətta bu sözü "bənd" kimi də "su və arx suyu önünü kəsib bağlamaq" anlamında onlar da işlədirlər.Türkcə olan "bad" (bad sözünün başqa varyantı) Azərbaycanın qədim tarixi şəhəri olan "Dərbənd" şəhərinin adında da işlənibdir.Bu şəhərin adı özəl təbii və coğrafi şəraitinə görə ona türklər "Dar bəd"// Dər bəd // Dər bənd (=duvar çəkilmiş dar keçid,sədd çəkilmiş dar keçit) adı veriblər.Eyni halda çörək yapıb pişirmə təndirin ağzının dövrəsində olan mühiti diklikə (ki təndirin dövrəsindəki torpaq onun içinə ağnamasın deyə),bir duvar kimi çəkilibdir, deyilir.Bu təndirin ağzının dövrə mühitinə çəkilən diklikə "Təndirin Badı" deyilir. Bu türkcə olan "Bad" sözü,Fars dilində işlənən"bad"(=yel, nəsim, ruzgar) sözünə heç bir ayidatı yoxdur və təkcə fontik və tələffüz oxşarlığı var."Bad" türk sözü,vahid və tək bir sədd ya duvara,hasara işlənən bir sözdür.Azərbaycan türkləri qədim türk sözü olan "Batan"sözünü bir az fonetik dəyişiliklə VƏTƏN formunda , yurd,ölkə,ata-baba yurdu,doğulduğu və boya başa çatdığı yer kimi işlədirlər.Bu türk sözünü(semit soylu xalqlar) ərəblər də bizdən alaraq "vətən" kimi işlədirlər və bu sözü kök qərar verərək 10`lar ərəbcə söz düzəldiblər. Türklər də toponimlərə Tanrılar və ilahələrin adlarını vermə əsasında, Maday(midia) Türkləri də öz şəhər və paytaxtlarının adını tanrı adı və tanrı rəngi və simgəsi olan "AĞ/AK/AQ" sözünü "batan" sözü ilə birləşdirərək"Akbatan"qoydular.Bəlkədə Manna-Madaylardan da çox-çox qabaqlar,türklər bu qalanı ya şəhəri tikmişdilər,hər halda bu şəhərin adı tarixdə madaylarla üzə çıxıb və qeyd olunub."Akbatan" yə`ni "Ağ (tanrı) evi / Ağ tanrının yurdu /Ağ ev /Ağ şəhər" . Bu türk şəhərinin adını Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş "Ağdam" şəhəri ilə və Türkiyyədəki "Akşehir" və "Aksaray" şəhərləri adları ilə və anlamları ilə muqayisə etmək olar. Qədim Maday-Manna Türklərin bu şəhərinin ad tərkibindəki ilkin hissəni "EK" nəzərdə alsaq,və "Ek"(Ök,Ög)in qədim Türk dillərində "ANA" anlamı daşımağını (Ögey//Ökey//Ekey ana sözündə analıq anlamında olduğu kimi),nəzərdə tutsaq,o zaman bu qədim Türk şəhər və paytaxtın (Ekbatan)adının anlamı "Ana vətən", "Ana yurd","Doğma yurd","Ana ilahənin yurdu" deməkdir.Azərbaycanın müxtəlif bölgələrində o sıradan Naxçıvanda "Batan"la bitişik ,kənd adları (Albatan , Arbatan) indi də mövcüddur.Qədim türkcə olan "Abıs"/ "Abis" titul bildirən bir ad olub və onun anlamı Türk xalqları arasında, "Din atası","Din başçısı və ağ saqqalı","Dini lider" , "Dini rəhbər","papaz","ruhani ata","ruhani din keşişi", "savadlı din alimi", "müqəddəs ata","peyqəmbər","Allahın rəsulu", "Tanrının elçisi" deməkdir.Bu titul bildirən ad Zərdüşt dinindən də çox-çox qabaqlara,yə`ni Günəş pərəstlik dövrünə ayid,titul və məqam bildirən bir addır. "Abıs" türk sözünün başqa variantları da "Abis"/ "Abiş"dır. Bu ad qədim türkcə olan "Ab"/"Aba"(Ata-Tanrı) və "is"/"us" / "as"(=Od,Günəş) sözlərinin tərkibindən yaranıb və bütövlükdə anlamı"Günəş Ata", "nurlu ata","od və işıq ata" ,"müqəddəs ata","kutsal ata ,fərasətli və zəki ata","peyğəmbər ata,Tanrı elçisi"və"kutsal Tanrı rəsulu"dur. Ab/Aba türk sözü bir çox türk şahlar və sultanlarının ad tərkibində iştirak edib. Misal üçün 8-ci əsrdə yaşamış Altay Telenqutlarının sərkərdəsi,17-ci əsir Teleutların xanının adı,çuvaş türklərində raic və mərsum"Abayak"adı, "kas" ya "kassi" türklərinin eradan öncə 2-ci minilliyin yarısında "Abirattaş"adlı şah və hökmranın adı,e.ö 8-ci əsirdə "Abitikna" adlı qala türk –Manna ölkəsində,Turanın böyük və qudrətli sərkərdəsi"Abrasiyab"adının ilk hissəsində yerləşən "Ab" sözü,Siraq//şiraq adlı türk qəbilənin xaqanının "Absaq" adında,Saka türkləri sultanı"Urnet"in atası"Ababus"un adında, Holaku`nun oğlu "Abaqa"nın adında,Oğuzların 24 boyundan birisi olan "Abçar"ın adında,Alban hökmranlarından olan "Abikaz"ın adında və digər bu,sayaq adlarda.2ABIS/ABIZ adı Azərbaycan türkləri arasında işlənən bir ad olub.Bu ad Azərbaycanda özəlliklə də Alban höküməti vaxtında və Alban türklərinin xristiyan dinində olduğu zamanlar,türk xalq arasında geniş yayılan və işlənən bir ad sayılırmış. Misal üçün 551-595 –ci illərində Alban türk katolikosunun adı "Abıs" ya "Abız"iymış.Bu xristiyan keşişin adını tarixdə "Abas" kimi qeyd ediblər.3 "Abas"/"Abıs" qədim tarixçi müəlliflərin yazılarında "Apas" formunda qeyd olunubdur. Alban türk katolikosunun adı(551-595)tarixdə"Abas"kimi qeyd olunub. Bu keşişin adının,ərəbcə olan"Abbas" adı ilə heç bir ilgisi yoxdur.Bu türk-Alban keşişin adını Tatar türklərinin dilində rayic olan muasir"Apaz" ,"Abas" adları ilə muqayisə etmək olar.Altay-Oralik dilində işlənən"Apo"(=Yaşı keçmiş ,qocaman, ağsaqqal) sözüdə "Ab"/ "Abı"türk sözü ilə bir kökdən və mənşə`dəndir.4İndiki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndi "Abaş"ın adı da həmən bu "Abıs" türk sözündən alınmadır və bu türk kəndin adı əslində "Abas"iymış.Bu kənd Azərbaycanın şərur-sürməli mahalına ayid bir Azərbaycan kəndi idi və 1828-1830 illərində, Erməni adladırdığımız "HAY"lar anti-türk Rusların köməyi və dayaq durması ilə ,bu kəndin türk əhalisini zorla və silah gücünə eşiyə çıxardıb və bunların yerinə öncədən planlanmış olaraq, İrandan və Türkiyyədən köç etmiş "HAY"lara verildi. Abaş/Abas/Apas/Abıs Alban türk xristiyan keşişi və din mollası deməkdir.Yardımlı rayonun Viləş boyu uzanan bağlı-bağatlı "AVAŞ" kəndinin adı da bu dediyimiz məquləyə və konuya ayitdir. Əski türk mifologiasıında "Abası"adlı tanrı da vardır. abası:kötülüğünden korunmak için kurban sunulan kötü ruh. http://galeri.uludagsozluk.com/r/195746/+ Bizim bu "Abıs" türk adla ilgili, indiki Ermənistanda digər bir türk-Azərbaycan kəndimiz də var və onun adı muasir çağdaş "Abbas Abad"dır. Bu kəndin adı əslində "Abas oba" ya "Abıs oba"iymış. Abıs oba ya Abas oba "Müqəddəs atanın yurdu və obası","peyğəmbərin el-oba yurdu"deməkdir və belə məlum olur ki "Müqəddəs ata" ,"peyğəmbər" bu kəndin yerində sakin iymiş və bu kəndin yeri onun iqamətgahı və qaldığı-yaşadığı yer`iymiş.5 Əski türklərin peyğəmbəri "Zərdüşt"ün dini kitabının adı da həmən bu türkcə "Abıs" sözündən alınaraq, qoyulubdur. "Avesta" dini kitabın adını əslində gərək "Abısta" və daha doğrusu "Abıs Ata" kimi bərpa etmək lazimdir. Zərdüşt dininin kitabının adı , Zərdüştün özünə mənsub olaraq ,"Abısta"//"Abıs.ata",anlamı "Müqəddəs Günəş Tanrısı", "Müqəddəs Ata" ,"Kutsal Din Atası","Müqəddəs peyğəmbər " ,"Tanrının kutsal elçisi", "kutsal Tanrı"deməkdir. Abıs.Ata---->Abıs.ta -----> Avısta -----> Avesta.6. Abıs türk sözü,türklərin köç vasitəsilə özəlliklə Azərbaycan ərazisindən dünyanın başqa yerlərinə də gedib və o yerlərdə də xalqın geniş şəkildə mifik–dini inanc və məfkürəsini təşkil edibdir.Bu türk mifik termini Azərbaycanın ərazisindən köçlər vasitəsilə Afrikanın "Niceriya"sında "Abası" kimi yaşamaqda olubdur.Niceriyada "Abası" ilk qadın və kişini yaradan tanrı kimi tanınır.7Abıs tanrısı zərdüşt dini məfkürəsi əsasında,kötü niyyətli quraqlıq və qıtlıq tanrısı və dev kimi tanıddırılır və sonda su və yağmur tanrısı "Tiştər" ona qalib gəlir.8 Abıs tanrısı (günəş tanrısı) ,zərdüşt dinində "ƏPUŞ"adlanır. Abıs --->Abus---> Apus---> Apuş ---> Əpuş. c:\users\azerbaycan\pictures\untitled.bmp Yardimli rayonun Abasabad kendi / Şəkili göndərən Bəhram Əhədov Bizcə belə düşünülür ki"Abasallı","Abbas Abad"və "Avaş" kəndləri qədim türk buğa mədəniyyəti ilə ilgili toponimlər imiş və demək olar qədim buğa mədəniyyətinin(Oğuz mədəniyyətinin) əsas mərkəzi və qaynağı sayılırmış, çünki bu toponimlərin adı belə göstərir. Eyni halda bu toponimlər Türk peyğəmbəri olan "Zərdüşt"ilə də ilgili toponimlərdilər və belə düşünülür ki Zərdüştün əsas ilham qaynağı məhz Azərbaycanın Ərdəbil vəYardımlı bölgəsi olmuş olsun,çünki Savalan dediyimiz müqəddəs dağ ,Zərdüştün dağı və peyğəmbərliyə çatma dağıdır.Zərdüşt bu dağa çıxıb orada Tanrısı ilə danışıb vəhy və ilhamlarını alarmış və boşuna bu dağa"Sav.Alan" (sifarış,tapşırıq,buyuruq alma) yeri deyilməyib.Savalan dağı ilə Yardımlının məsafəsi çox azdır və bu Zərdüşt peyğəmbər üçün çox bir əlverişli və rahat iş sayılırmış ki Yardımlı ilə Savalan arasını gedib-gəlsin və istədiyi zaman öz yaşadığı yerdən-obadan durub gəlsin savalan dağına. Bu məsələ bizdə bu ehtimalı çox gücləndirir ki Zərdüşt peyğəmbər, Yardımlı bölgəsində özəlliklə də Yardımlının"Abasallı" ya"Abbasabad" və yaxud "Avaş"ında yerləşmiş olsun.Zərdüşt peyğəmbər də başqa peyğəmbərlər kimi,öz ata-babaları və tayfasının türlü-türlü Tanrılar,Devlər, Tanrıçalar,butlar,cinlər,pərilər,yeraltı və yerüstü tanrıların həddindən artıq çoxaldığı və qaynayıb-coşduğu zamanı , Turanın Azərbaycanda sərgilənmiş və Azərbaycanın çənub bölgəsində(indiki Astara,Lənkəran, Masallı,Lerik, Yardımlı, Cəlil abad,Biləsuvar,Muğan yaylası,Germi,Pars abad,Ərdəbil) müxtəlif növlü və tipli Tanrılar ordusu və covqalarının"Günəş Tanrısı"önündə parad keçirdikləri zamanda, bu tanrılar ordusuna qarşı öz peyğəmbərlik risalətini və həmçinin mübarizəsini və barışmaz müharibəsini,Tək tanrılıq uğrunda başlayır,tibqı özündən sonra gələn Hz.İbrahim, Hz.Musa, Hz.İsa və Hz. Mohəmməd kimi böyük peyğəmbərlər sayağı. Onlarda elə bir şəraitdə və zamanda doğulub boya-başa çatırdılar ki tək tanrılıq yerinə,neçə tanrılıq,topluma və bəşəriyyətə hakim idi və o zaman onlar Tək bir göy tanrısının hökmünü yaymaq və bərqərar etmək üçün,bütün tanrılarla savaşa qalxıb və sonda da bu ağır risalətini və öhdəsinə götürdüyü soromluluğu yerinə yetirirdi.Amma bunu da unutmayaq ki yer üzündə və bəşər tarixində Azərbaycanlı Türk peyğəmbəri Zərdüşt,bütün peyğəmbərlər içində,ilk tək tanrılıq və tohidə çağıran rəsul və peyğəmbərdir.Deməli bizim bu hesabımızla yer üzündə ilk neçə tanrılığın da qurucusu və yaradanları Azərbaycan türkü olub və bəşər tarixində ilk tohidə çağıran və tak tanrılığın da yaradanı və qurucusu və bəşəriyyətə ithaf edən də Azərbaycan türkü və peyğəmbəri olubdur.Zərdüşt Azərbaycan mühitində, öz çevrəsində yüzlərcə böyük-kiçik Tanrıları,ilahələri,cinnləri ,mələkləri , devləri,Firiştələri və onların adına və ünvanına Moğların bəşərə və topluma hakimiyyətini və iqtidarını nəzərə alaraq , Azərbaycan tanrılarının müharibəsinə qalxdı. Zərtüşt anası "Doğdu"dan doğulduqdan sonra göz açıb öz doğma yurdu Azərbaycanda yüzlərcə tanrıların hakimiyyətini və onların bəşərə necə moğlar vasitəsilə olunan zülmləri və zəli kimi qanlarının sorulduğunu görüb,bu neçə minillik staja malik iqtidarın qarşısında bir sədd kimi durmağı özünə,tak göy tanrısı uğrunda bir peyğəmbərlik borcu bilib və ömrünün sonuna qədər din xadimləri olan moğlar və hakimlər qarşısında öz barışmaz savaşına davam etdirdi.Zərdüşt bu neçə tanrılıq və böyük-kiçik tanrıları məhz indiki quzey Azərbaycanın cənub zonasında özəlliklə də Yardımlı panteonunda görürdü.O Tanrıların o bölgədə məbədlərini, moğların necə xalqın əfkarına, ruh-i rəvanına,həyatına, məişətinə,gəlirinə-çıxarına hakim olduğunu və bu tanrılar adı altında onlara necə zülm etdiklərini görərək, bu moğlarla, qaravanlarla və Tanrılarla muharibəyə qalxdı. Zərdüşt öz peyğəmbərlik fərmanlarını ,tanrı buyuruqlarını almaq üçün dağa gəlməli idi və bu işdə zərdüştə ən əlverişli kutsal və tanrısal dağ ,elə Savalandan başqa bir dağ ola bilməz idi və Zərdüştün el-obasına və yer-yurduna yaxın olan əzəmətli və tanrısal dağ ,yenə də Savalan idi. Biz çox ehtimal veririk ki Zərdüşt peyğəmbərin doğulduğu və boya-başa çatdığı yer Azərbaycanda Urmiya yox,bəlkəm də Ərdəbil bölgəsi və çevrəsi olmuş ola.Çün ki Quzey azərbaycanın və eyni halda Ərdəbil bölgəsinin və eyni haldaYardımlının qədim Turan və Azərbaycan Tanrılar panteonu və tanrılar covqasının yurdu, məskəni olmağını göz önünə alaraq ,"Abasallı","Abbas abad" və "Avaş" kənd və toponimlərini Zərdüşt peyğəmbərin doğulduğu yer və boya-başa çatdığı və eyni halda Savalan dağını,peyğəmbərliyə çatdığı yer olduğunu fikirləşmək olar. Bu türk panteonunun böyük Tanrısı Azərbaycandan Afrikanın Misirinə də yol açıb və Misir tanrılar panteonunda özünə özəl bir yer tutur və"Apis" formunda özünü təzahur edir."Apis" Misir panteonunda, "Müqəddəs buğa" ,"kutsal tanrı" ,"kutsal buğa tanrısı" kimi vəzifə daşıyır.Bu Apis tanrı Misirin Memfis şəhərində sitayiş olunurdu və Memfis şəhərini yaradan tanrı sayılırdı.9 Bu buğa tanrısı olan "Abis"//"Apis" qədim Misir mifologiyasında"Osiris"və "Ptah" tanrıların bəlgəsi və simgəsi sayılırmış."Apis" alnı ağ buğa olub və gahdan da başı buğa başı olan insan obrazında təzahur tapıb,bir halda ki alnının ağlığı hilal şəklində göstərilib... Apis buğa tanrısı ,rəsmlərdə başında Günəş diskili tacı olan bir buğa kimi çəkilibdir və gahdan da başında Ay diskili tacı olan bir buğa başlı kişi kimi rəsm olunubdur və bu rəsmlərin yuxarısında iki əfi kobra ilanı da rəsm olunub ki Oziris`in səltənət və hökmranlıq nişanını özləri ilə daşıyırlar. 10 "Abıs" eyni halda Roma Tanrılar panteonunda,bir Tanrıça kimi də zihur edir və adı "Ops" kimi gedir.Bu tanrıça Saturn tanrının bacısı və həm də eşi sayılır.11 "Abıs" sözü qədim türk termini olan "Abuçka" sözündə də özünü əks etdirir.Abuçka sözü əslində həmən Abısqa/Abısğa (=koca,böyük,kocaman) deməkdir.12 Bu söz eyni halda Xəzər dənizində ki "Abıskun"(=Günəş tanrısı)adası adında da özünü əks etdirir.Abıs/Abis türk sözünün İngilis dilinə keçərək "Dərin" anlamıda vardır və bu anlam da,bu sözün mifik anlamından törənir.İngiliz dilində "Ab.bess",müqəddəs ana, rahibələr başçısı,kilisə və məbəd müdürü deməkdir və"Abyss" ,dənizin dərinliyi və dibi,"abide"/ "abode",daimilik ,əbədilik, itaət,söz dinləmək və birisinə uymak,davamcı və ardıca getmək deməkdir.Həmçinin "awake"sözü,ayıq ,oyaq, bir işə qalxmaq,bir sorumluğu üzərinə götürmək və iradə etmək və məcazi anlamı peyğəmbərliyə qalxmaq və peyğəmbərlik etmək deməkdir. Awake --->Avac(k)--->Avas ---->"Avaş" və"Abas" ----> Abbas(=aqil,zəki,dolu,coşub-daşan, qalxmaq ,qiyama və üsyana qalxmaq,peyğəmbərliyə qalxmaq) Avas /Abbas/Abis türk sözünün"AB"(=Ata,Tanrı)hissəsi ("b" hərfi və səsinin"n" səsinə çevirilməsini qədim türk dillərində nəzərə alaraq) əslində qədim şumer Tanrısı olan"An"Tanrısı bərabəridir.Bu türk sözü elə bu anlamda ingilis dilinə yol tapıb və işlənməkdədir. "Abaasi"/"Abasi",Saka türklərin mifologiyasında "yer altı devlərin adı"deməkdir.Abasılar xalqı udub və onların həyatına xəstəlik və mərəz bəxş edib və öz qurbanlıqlarının qanı ilə təskin tapırmışlar.13 "Abıs"//"Abas" adı qədim Yunan və Roma mifologiyasında geniş yayılmış adlardan sayılır.Bu ad 10 adam üçün qeyd olunub ki birisi də, Türk soylu "Abant" tayfasının qəhrəmanı"Abey"adır . 14 Bizcə daha bir ehtimala görə Yardımlının"Abbas"adı ilə başlanan kəndlərinin adı ,elə bu Türk qəhrəmanı ,yəni Abant Türklərinin qəhrəmanı "Abey" ya"Abay"(Abaz)ilə də ilgili ola bilər,yəni qədim Türklərin Günəş Tanrısının təzahürü və obrazında çıxış edən qəhrəmanın adı ilə də ilgisi olmuş olsun. Abıs ----> Abes ----> Abez ----> ("z">"y")Abey//Abay. Bu prosesi əksinə də belə göstərmək olar: Abey//Abay -----> (y">"z") Abez//Abay -----> Abes//Abas ----->Abıs //Abas ----> Abbas

c:\users\azerbaycan\pictures\untitled abbasabad.bmp Abasabad kendinin ustunden çekilmish foto şəkili göndərən Yardımlıdan :Bəhram Əhədov Eçara kəndi Azərbaycanın Yardımlı rayonun toponimlərindən birisi də "Eçara" kəndidir. Eçara həmçinin "İcarə" formunda , Cəlilabad rayonunda ,bir kəndin adıdır.Eçara adı haqqında öndə gedən güclü versiaları burada qeyd və açıklamak istəyirik.Birinci versiya bu ki ,bu toponimin adı qədim Şumer türkcəsində işlənən "E" (=ev,məskən,yurd-yuva) və qədim türkcəsində işlənən "Sar"/"Şar"/"Çar"(=Ay,Ay kürəsi, məcazi olaraq "Şah","ölkə başçısı",Sultan) və Akkadca sonradan artırılan "U" hərfinin tərkibindən yaranmış ad ola bilər, ümumiyyətdə anlamı "Ay evi","Ay Allahı Sar`ın evi" və ya "Şahın evi","Şah əyləşən yer", "paytaxt" deməkdir.Qədim sözlərin Akkadca mıx yazısında,sonuna "u" hərfi və saiti artırılma,Akkad dili yazısında,bir səciyyəvi haldır və Akkadca yazının özəlliklərindən və xarakterlərindən sayılırmış.Bizim bu sözümüzə quvvət,deməliyik ki"Dünya Mifləri Ensiklopediası"nın yazdığına görə,Mesopotamia mifləri və əfsanələrində,özəlliklə də Akkadların mifologiasında "Assara" (Essara) adlı bir Tanrı vardır ki adı lövhlərdə "Mazdaku" və "Mazaş" Tanrıların adı ilə birgə çəkilibdir.15 Belə görünür ki Akkadların bu Tanrıları,Türk soylu Şumerlərin panteonundan alınma bir Tanrıdır və "ç" samitinin Akkad dilində olmadığı üçün,"s"samitinə çevirirərək,"Essara" formuna çıxarılıbdır. Bununla da"Essara","Eçara"nın başqa fonetik variantı sayılır. Bir güclü ehtimal bu ki,bu toponimin adı qədim Türk dilində işlənən"is"/"iş"(= od,atəş,Günəş) və qədim türk sözü "ar"/ "arı"(= qırmızı,qızarmış,müqəddəs ,kutsal,Tanrı) sözlərin tərkibindən yaranmış ad olsun və bütövlükdə anlamı "Günəş Tanrısı", "müqəddəs günəş Tanrı" ,"qırmızı günəş" deməkdir. "İs"/"İş" qədim türk sözü ,Türk dilinin inkişafı prosesində,bir kök kimi ,çoxlu türk sözlərinin törənişində geniş rol oynayıb və ondan "işıq","İşıltı","isti", "işartı", "işın" kimi sözlər törəmiş və yaranmışdır. c:\users\azerbaycan\pictures\untitled əfçə.bmp Eçara kəndindən bir görüntü /Şəkili göndərən Bəhram Əhədov "Mir Əli Seyidov"un dediyinə görə "is" sözünə "od" anlamında Dədə Qorqud boylarında və çağdaş Azəri dilində rastgəlirik.Misal üçün Qorqut boylarında deyilir :"zira Dədə Qorqut vilayət issi idi" və başqa örnək : "Almaq dilərəm qoynuma,lakin .... issiz və rtubətli səninçün .16Bizcə bu ikinci ehtimalın əsasında və "işara"//"işaru" // "isara"nın anlamına görə(Qırmızı Günəş Tanrısı),Azərbaycan Türk mifi,həmən "Həyat ağacı" ya "Dünya ağacı"anlamında olmalıdır.Deməli pirlərdə, ocaqlarda və ziyarətgahlarda ağacdan olan dirəyə ki nəzir və hacət diləmək ağacı sayılırmış, ona Azərbaycan Türkləri və özəlliklə də Yardımlı bölgəsində,ona "Açıra" deyilirmiş və zaman sürəsində "A" saiti "E"yə çevirilərək, "Eçara" formuna düşübdür. Belə düşünülür ki qədim Türk xalqı,özəlliklə də Azərbaycan Fin-Oyğır türk tayfaları bu nəzir və hacət ağacına,öz dilədiyi hacətlərinin və düyünlərinin açarı bildiyi üçün,bu ağaca(açılma və açma sözündən tutaraq) "Açıra" və yaxud "Açar"deyirmişlər və semit soylu akkadların yazı dilində bu Türk mifik sözünün sonuna"u"saiti artırlanaraq "Açaru" və sonra "Açara"formuna düşmüş olubdur.Açar/Açır --->(akkadca"u"artırlanaraq) Aşir+u ---> Aşiru ---> Aşira ---> Aşirə .Bizcə bir ehtimala görə bu türk mifinin adı "Açar.ağ" ya "Açır.ağ" olmuş olsun və adın sonundakı yumuşaq "ğ" samiti düşərək, "Açara" ya "Açıra" formasına düşmüş olsun. "Açarağ" ya "Açırağ" adın tərkibində işlənən "Açar" /"Açır" ,burada yəni "düyün açan","müşgül güşa","çətinliyi çözən" və "Ağ" isə yəni "Tanrı"dır və ümumiyyətdə adın anlamı "Düyün açan Tanrı","Çətinliyi çözən Tanrı","işkil açan Tanrı","Çarə edən Tanrı" deməkdir. Açar.ağ ----> Açara ----> Eçara Daha bir güclü ehtimala görə çox mümkün ki bu Azərbaycan Türk mifinin adı əslində "Ağ.çara" olmuş olsun və anlamı da "Çarə bulan Tanrı" ,"Düyün açan Tanrı" ,"Düyünlərin çarəsini edən Tanrı" olmuş olsun. Bizcə indiki Türk dilində işlənən "Çarə" sözü də həmən bu Türk Tanrısının adından götürmə söz və termindir və hətta türkcə işlətdiyimiz "Açar" sözü də ,elə həmən bu Türk mifi və Tanrısının adıdır ki işlədirik və bu sözün ilk hissəsini (Aç) kök qərar verərək ,ondan müxtəlif türk sözləri (açmaq,açılan,açılmış,açıq,açı,və...) yaradılıb. Deməli belə bir nəticəyə çatırıq ki Yardımlının "Eçara" kənd adı bir əsil Türk və Azərbaycan mifi və Tanrısıdır və anlamı "Düyünləri Açan Tanrı" ,"Hacətləri verən Tanrı" deməkdir. Ağ.çara ----> Açara ---> "Eçara". Bizcə qədim Semit soylu xalqların mifologiasında "Asherah" (Aşerə),dişisəl Tanrılığın (İştarut və Astarte Tanrıçaların) bəlgəsi sayılırmış və bunu mifolog "Jean.C.Cooper" də yazıbdır. Cooper(kuper) "Aşera" haqqında yazır ki "Aşera" bu iki Tanrıçanın bəlgəsi olan ağacdır ki ümumiyyətlə bir ağac dirəyi və sütunu kimi ,nəzir edilən yerdə ya nəzir yerində (pirlərdə,ocaqlarda və ziyarətgahlarda olduğu kimi nəzir və hacət ağacı./F.C.) təsəvvür olunurdu və eyni halda Ağac Tanrısının bəlgəsi və nişanəsi kimi sayılırdı.17"Dünya Mifləri Ensiklopediası"nın yazdığına əsasən , "Aşera"(Asherah) orta doğu mifləri və əfsanələrində,özəllilə də"Ugarit"mifologiası və əfsanələrində , "EL" Tanrinin zövcəsi və arvadı sayılırmış.Aşera "Kən`an" ölkəsinin dişisəl Tanrılarından sayılırdı.Gahdan bir ağac dirəyi və sütunu "Aşerah" adına ki "Baal" Tanrısının dişiliyinin bəlgəsi sayılırmış, yerə tikib bərkidərmişlər. "Aşerah" Dəniz xatını`nın və dərya mələkəsinin adı idi ki "Baal" və bacısı "Anat" ondan istəyirlər ki onları "EL" Tanrinin yanında şəfaət (tapşırıb ,ara düzənlik,vəsatət) etsin və "Baal" Tanrısı üçün bir ev və məbəd`in tikilməsinin icazəsini və iznini alsın. Aşire /Aşira bir ağac dirəyindən qayırılmış bir heykəldir ki göyün mələkəsi və qadınların hacət və niyazlərı və diləklərinin çin edəni sayılırmış. "Aşera" ,"Baal"ilə birlikdə, Kən`anilərin erkək və dişi "Büt"lərinin və eyni halda onların "Nəsil artımı","Artım" Tanrıları sayılırdı. 18 Biz Ensiklopedianın bu verdiyi informasiadan belə nəticə çıxardırıq ki "Aşera" və yaxud "Eçara", eradan əvvəl 5-6-cı minilliklərdə Şərqi Türkistandan köçmüş Anadoluda məskunlaşmış Fin-oygır Türklərinin (Dünya Tarixşunaslıq elmində "Ugarit" mədəniyyəti adı ilə tanılan) mifi və dünya ağacı ya həyat ağacı sayılırmış və bu türksoyluların yeni məskunlaşmış "Kən`an"(daha doğrusu "kün.An"=Günəş Tanrısı) adlı yurdlarının, qadınları hacətləri və diləklərinə çatdıran və onların düyünləri və çətinliklərini açıb-çözən ilahəsi kimi sayılırdı ki sonralar bu ilahə Mesopotamiya panteonuna da yol açıb və Akkadların panteonunda özünə özəl yer tutur. Bizcə bu ilahənin adının tərkibində olan "Aş" ya "Eş" əslində həmən Türk dilindəki "Aç" ya "Aç"dır və eyni halda türk sözü "Ağac"ın sonluq tərkibi olan "Ac"dır, yəni Ac//Aç//Aş hissəsidir. Ağac//Ağaç//Ağaş. Bu hesab ilə məlum olur ki "Eçara"nın "Eç" hissəsi həmən Ağaç sözünün "Aç" hissəsi ilə eyni sözdür.Deməli "Eçara"dakı "Eç"in bir anlamı da"Açmaqdan" başqa ,"Ağac" deməkdir. "Eç"in başqa fonetik variantı olan "Eş" və "Aş"(ç---->ş) əslində həmən qədim Türk dilində işlənən "Yeş"//"Yaş"// "Yış" (=yaşıllıq , yeşillik) deməkdir.Qədim protürklər bu ana söz"Yaş"dan tutaraq çoxlu kələmələr və sözlər yaradıblar,örnək üçün,"Yaşağu,Yaşamaq , Yaşarmaq,Yaşığ,Yaşıl,Yaşlağ,Yaşlığ ,Yış"kimi sözlər.19 Qədim Türk sözü olan"Yış",Türk qamusunda,"Cəngəl", "ormanlıq","Ağaçlıq","Meşəlik","Meşəli dağ" anlamındadır. 20 "Aş"//"Əş"in başqa fonetik variantı olan "As","Əs",Güney Azərbaycanın Xalxal şəhərinin yaxınlığında yerləşən, cəngəllik və ağaclar ilə örtülü olan"Əsalim" bölgənin adında özünü əks etdirməkdədir.Bəlli olalı bu ki"Eçara" adının "Eç" hissəsi,"Açmaqdan" başqa,"Ağaç","Yaşlıq", "Yaşıllıq" ,"sululuq","yağış və yağıntı","Şeh və çığ", "Həyat", "yaşam" ,"dirilik","iç duyğu","Aşk və sevgi","göyərti","Göy və göylük" ,"məhsuldarlıq və məhsul artımı","həyat ağacı", "Dünya ağacı" və hətta "Dünya"və "Aləm" anlamlarını da özündə daşımaqdadır.Elə bu "Eçara"nın Eç" sözündən və onun başqa fonetik variantlarının əsasında,yəni"Aç//Ac//As// Aş sözlərin tərkibindən, Qədim protürklər yüzlər kələmələr və terminlər müxtəlif yönlü anlamlar daşımada olan sözləri misal üçün"Acun", "Asiman" ,Açina" ,"Aşina","Ağac"kimi sözləri yaradıblar.Elə Eçaranın yaşıllıq ,sululuq və yağış-yağıntı anlamı əsasındadır ki indiki Suriyanın şimalında məskun türk Fin-Oygırların yurdu "Kənan"da ("John Gray"in "Yaxın Doğu Mitolojiası"nın əsasında),Rüqəyyə Behzadi öz"Qafqaz , Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar" adlı əsərində yazır ki "Baal"//"Bell" mifologiasında ,"Bel"in 3 qızı ya xatınından söz açılır ki birisi məhsuldarlıq və artım, biri isə yağış və yağıntı və üçüncüsü isə "şeh və çığ " bəlgələri sayılırmış. "Baal"//"Bel" mifik himasəsində "Athara"dan ad aparılır ki əslində onu Surianın səhrasında məskun olmuş tayfalar pərəstiş edirdilər,amma sonra bu tayfalar Kən`anda yerləşdikdən sonra ,onu su və suvarma Tanrısı adlandırdılar və bunun üçün də Ərəb dilində ,"Athara",su vermə və suvarma anlamındadır" . 21 "Athara" ----> Azara ----> Asara ----> Aşara ----> Açara ----> "Eçara". Görünür ki bu türk mifi ,Surianın və Ərəbistanın semit soylu xalqları arasında"su verib suvarma,suya doldurub doyuzdurma " anlamını əldə edibdir və bu özəllik və xarakterlə tanınıbdır. Azərbaycanın bu mifi də ,başqa Türk miflərində olduğu kimi ,Azərbaycanın ərazi sərhədlərindən eşiyə çıxıb,başqa qarələrə də yol açıb və digər xalqların mifologiasında özünə yer tutub və mifik vəzifəsini daşımaqda olubdur.O sıradan Avropanın şimalı, Fars xalqı,Semit soylu xalqlar(Akkad,Babil),qədim Rum (Roma),Yunan,Hindistan və sairəni saymaqolar. Azərbaycan Türk mifi Eçara,"Dünya Mifləri Ensiklopediası"- nın yazdığına görə ,qədim Roma mifologiası və əfsanələrində "Eceria"(Egeria) adı ilə ,Roma şəhərinin ilahələrindən biri sayılırmış və ilkin zamanda, çeşmələr və bulaqlar ilahəsi sayılırmış və onu sitayiş və pərəstiş etmə,çəngəllər və meşəliklərin ilahəsi "Diana" ilə ilgili olubdur. Roma mifologiasının əsasında, "Eceria" ,Roma padişahı "Numa Pompilius"un məsləhət verəni imiş. O onun xatını ya dostu olub və ümumən gecələr bir-birilə görüşərmişlər.Dini siyasəti və eyni halda duaları və virdləri,Eceria padişaha öyrədirmiş. Padişahın ölümündən sonra,Eceria bir o qədər göz yaşı tökdü ki göz yaşları bir bulağa çevirildi.Qədim Roma qadınları onu sitayiş edirdilər və boylu olan zamanı,ona qurbanlıq verərmişlər ,ki doğum zamanı, çox ağrı çəkməsinlər. 22 "Eçara"türk mifik adı,"Esir" formantında, Avropanın şimal bölgəsində yerləşən Eskandinavialıların əfsanələri və mifologiasında,"Norse"adlı miflərin,Tanrılar grupunun cəm bağlanmış adıdır ki 12 Tanrı və 26 ilahələri varları idi. Bunların hamısının qaldıqları yer "Asgard" idi. 23"Eçara" Azərbaycan mifi,qədim Finlandianın milli və əcdadi əfsanələrində,"Acatar"adı altında,ağaclar və cəngəllər ruhu kimi özünü əks etdirməkdədir.Deməli Finlandiada "Eca" (Aca,Eça) mif adından sonra,"Ra" yerinə"Tar"(=Tanrı) gəlibdir.24"Eçara" türk mifi Afrika mifologiasında "Ace" (Aca,Eca,Eça),Dahumi qəbiləsinin "Ov qoruyucusu və ovu dəstəkləyən Tanrı" sayılırmış. 25 "Eçara" mifi Hindistan mifologiasında "Açarya" formunda,nəzm və düzən yaradan anlamında olubdur.26 "Eçara",yəhudilər arasında da "Aşera" adında ,nəsil artımı və aşk və sevgi ilahəsi kimi pərəstiş və sitayiş olunurdu. Bir başqa rivayətdə deyilir ki "Aşera"yəhud ölkəsində "İştar"in şərəfinə həsr olunan ağacdan qayırılmış tapınaqlardan ibarətdir.27 "Eçara",Mezopotamiada qədim Babil mifologiasında özünü "Eşarra"kimi göstərməkdədir. Bu mifologiada "Eşarra" böyük Tanrıların yığıncaq və sığınacaq yeri kimi bir bina və məbəd göstərilir. "Dünya Miflər Ensiklopediası"na görə bu Tanrılar sığınacağını "Marduk" ,"Tiyamat"ı öldürdükdən sonra güya tikir və bu həmən "EA"nın yaratdığı "Abzu"dan ülgü olaraq, səbəb olur ki "Anu","Enlil" və "Ea", onda(Eşarra`da) öz yerlərini işqal etsinlər. 28 c:\users\azerbaycan\pictures\untitled.bmp

Yüklə 273,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə