AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Menecment kafedrası
Bakalavr hazırlığı üçün “STRATEJİ MENECMENT” KURSU ÜZRƏ
Tədris proqramı
Fənnin kodu: 050407
Tərtib etdi:
Qəhrəmanova Şəhla Şəki qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Menecment” kafedrasının müəllimi
Bakı –2015
Kursun təsviri:
Müasir dövrdə işgüzar təşkilatın fəaliyyət strategiyasının seçilməsi menecerlərdən daha səriştəli, uzaqgörən, analitik təhlil və ünsiyyət qurma qabiliyyətinə malik olmağı tələb edir. Strateji menecment kursu tələbələrin bu sahədə bilik və bacarıq qazanmaları üçün tərtib edilmişdir və tələbələri strateji idarəetmənin əsasları, müasir idarəetmə metodları ilə tanış etmək, onlara vəziyyətlərə tənqidi yanaşmağı öyrənməyə, sahibkar kimi düşünməyin və hərəkət etməyin təşkilatın uğur qazanmasında rolunu başa düşməyə imkan yaratmaq məqəsdi daşıyır. Kursun tədrisi zamanı tələbələrin biznes aləmdə baş qaldıran problemlərin, daxili və xarici mühitin analizi, məsələlərin strateji həlli yollarının tapılması, strateji qərarların qəbul edilməsi üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək və konkret şəraitlər üzrə müzakirələrin aparılması və kazusların həlli üçün imkan yaradılacaq.
Kursun məqsədi:
-
Tələbələrin strateji menecment sahəsində nəzəri biliklərə və praktik bacarıqlara yiyələnməsinə nail olmaq və bununla da onların gələcək işgüzar fəaliyyətləri zamanı effektiv qərarlar qəbul etmələri üçün bünövrə yaratmaq.
-
Strateji menecment sahəsində hərtərəfli biliyə malik və dayanmadan dəyişən ətraf mühitdə təşkilatın həm operativ, həm də straetji fəaliyyətinin təşkilinə dəstək verə biləcək mütəxəssislərin hazırlanması;
-
Tələbələrdə yaradıcı strateji düşüncənin inkişaf etdirilməsi.
Məqsədə çatmaq üçün qarşıda duran tapşırıqlar əsasən aşağıdakılardan ibarətdir:
-
strateji menecmentin əsas nəzəri anlayışlarını öyrətmək;
-
təşkilatın daxili və xarici mühitni analiz etməyi öyrətmək;
-
tələbələrdə təşkilatın strategiyasının, niyyətinin və missiyasının hazırlanması, eləcə də məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi barədə təsəvvür yaratmaq;
-
tələbələrdə analitik və kreativ düşüncə qabiliyyətinin inkişafına çalışmaq, praktik şəraitlərin analizi və qiymətləndirilməsi zamanı müstəqil fikir yürüdə bilmə qabiliyyətinin inkişafına çalışmaq;
-
müxtəlif praktik metodlar (case study, rol oyunları, müzakirələr və debatlar, brain storming) vasitəsilə tələbələrin məqsədlərin müəyyənləşdirlməsi, strateji qərarların qəbulu və yerinə yetirilməsi, starteji analiz və qiymətləndirmə sahəsndə praktik bacarıqlara yiyələnmələrinə nail olmaq.
Kursu başa vurduqdan sonra tələbələrin aşağıdakı bilik və bacarıqlara yiyələnəcləri gözlənirlir:
-
daxili və xarici biznes mühitini analiz edə və qiymətləndirə bilmək;
-
müvafiq işgüzar şəraitləri qiymətləndirərək biznes planlar tərtib edə və strateji qərarlar qəbul edə bilmək;
-
korporativ və biznes səviyyədə strategiyaların hazırlanma prinsiplərini anlamaq;
-
təqdim etmə bacarıqlarını inkişaf etdirmək;
-
fikirlərini aydın və inandırıcı şəkildə başqalarına çatdıra bilmək;
Mövzular
Tarix (həftələr)
|
Mövzu
|
Saatlar
| -
|
Strateji menecmentin ümumi anlayışları
|
4
| -
|
Strateji idarəetmə prosesi
|
4
| -
|
Təşkilatın xarici mühitinin analizi və qiymətləndirilməsi
|
4
| -
|
Daxili mühitin analizi və qiymətləndirilməsi
|
4
| -
|
Strategiyanın işlənib hazırlanması
|
4
| -
|
Strategi səviyyələr
|
4
| -
|
Korporativ Sosial Məsuliyyət
|
6
| -
|
Fəaliyyətin planlaşdırılması və təşkili.
|
4
| -
|
Strategiyanın yerinə yetirilməsində insan resurslarının rolu
|
4
| -
|
Strategiyanın qiymətləndirilməsi
|
4
| -
|
Strateji idarəetmə və liderlik: öyrənən və etik təşkilatın yaradılması
|
4
| -
|
Etik qərarların qəbul edilməsi və etik idarəetmə
|
4
| -
|
Biznes, cəmiyyət və ətraf mühit
|
4
| -
|
Qeyri-hökumət sektorunda strateji menecment
|
4
|
15.
|
Beynəlxalq bazarlarda rəqabət
|
4
|
Cəmi
|
60 saat
|
Bölmə I. Strateji menecment haqda ümumi məlumat
Mövzu 1. Strateji menecmentin ümumi anlayışları (4 s.)
Strateji menecment nədir? Strateji menecmentin əhəmiyyəti. Strateji menecmentin mərhələləri. Strateji menecment prosesinin iştirakçıları. Strateji menecmentin əsas anlayışları: rəqabət qabiliyyəti, strategiya, təşkilatın niyyəti və missiyası, xarici mühitin verdiyi imkanlar və doğurduğu təhlükələr, təşkilatın daxili gücü və zəiif cəhətləri, uzunmüddətli məqsədlər, strateji qərar qəbuletmə, məqsədlər. Strateji menecmentin faydaları. Bəzi firmaların strateji planlaşdırma aparmamasının səbəbləri. Biznes və hərbi strategiyaların müqayisəsi. Müasir dövrdə strateji menecmentə təsir edən əsas amillər (auditoriya ilə müzakirə).
Mövzu 2. Strateji idarəetmə prosesi (4 s.)
Strateji idarəetmənin mərhələləri. Strateji analiz. Xarici mühit haqda məlumatların toplanması və analizi. Strategiyanın işlənib hazırlanması (formalaşdırılması). Strategiyanın yerinə yetirilməsi. Monitorinq və qiymətləndirilmə. Lazım gəldikdə strategiyaya dəyişikliklər edilməsi.
Bölmə II. Strateji analiz
Mövzu 3. Təşkilatın xarici mühitinin analizi və qiymətləndirilməsi (4 s.)
Xarici mühitin araşdırılması prosesi. Təşkilatın fəaliyyətinə təsir edən əsas xarici amillər: iqtisadi, sosial, mədəni, demoqrafik, siyasi mühit, hökumət orqanları, hüquqi və texnoloji amillər. Rəqib qüvvələr. Rəqib təşkilatlar haqqında məlumatların toplanması (competitive intelligence). Müqayisəli analiz: Porterin beş güc modeli. İşgüzar mühit və rəqiblər haqqında məlumat toplamayarkən hüquqi və etik məqamlara hörmət göstərilməsi. Faktlara əsalanan proqnozlaşdırma və ehtimal. SWOT analizi: ətraf mühitin yaratdığı imkanlar və təhlükələr.
Mövzu 4. Daxili mühitin analizi və qiymətləndirilməsi (4 s.)
Daxili mühit haqda məlumatların toplanması. Daxili audit prosesi. Əsas daxili qüvvələr: insan resursları, insan kapitalı, maddi-texniki və maliyyə resursları. Daxili idarəetmə: planlaşdırma və təşkiletmə.
Marketinqin fəaliyyəti. Müştəri bazasının analizi. Xidmət və məhsulların planlaşdırılması və satışı. Dəyər zənciri analizi. Funksional resurslar və bacarıqlar. Strategiya və firmadaxili mədəniyyət. SWOT analizi: təşkilatın güclü və zəif cəhətləri.
Bölmə III. Strategiyanın formalaşdırılması
Mövzu 5. Strategiyanın işlənib hazırlanması (4 s.)
Niyyətin və missiyanın işlənib hazırlanması. Təşkilatın siyasəti.
Məqsədlərin müəyyənləşdirilməsi. Strategiyanın hazırlanması zamanı gəlirlilik, effektivlik, genişlənmə və inkişaf, resurslardan səmərəli istifadə, nüfuz, sosial məsuliyyət, bazarda mövqe, texnoloji inkişaf və s. kimi amillərin nəzərə alınması.
Strateji səviyyələr: biznes strategiyası, korporativ strategiya, funksional strategiya.
Mövzu 6. Strategi səviyyələr (4 s.)
Biznes Strategiyası. Şəraitin analizi və biznes strategiyanın formalaşdırılması. Niyyətin və missiyanın işlənib hazırlanması və ya nəzərdən keçirilməsi. TOWS Matrisası əsasında alternativ strategiya hazırlanması. Rəqabətə əsaslanan strategiya. Əməkdaşlığı əsas götürən strategiya. Porterin generik rəqabət strategiyaları.
Korporativ strategiya. Təşkilatın fəaliyyət sahəsinin müəyyənləşdirilməsi. Genişlənmə strategiyası. Fəaliyyətin məhdudlaşdırlması strategiyası. Direksional strategiya. Portfel analizi. BSG matrisası.
Funksional strategiya. Marketinq. Maliyyə strategiyası. Tədqiqat və inkişaf. Operativ fəaliyyətin müəyyənləşdirilməsi.
Mövzu 7. Korporativ Sosial Məsuliyyət (4 s.)
Söz sahiblərinin (qərar qəbul etmə səlahiyyəti olan şəxslərin) sosial məsuliyyətləri. Təşkilatın fəaliyyətində maraqlı olan tərəflər: səhmdarlar, müştərilər, təchizatçılar, işçi heyət, hökumət orqanları, cəmiyyət, rəqiblər və s. Maraqlı tərəflərin mövqelərinin nəzərə alınması. Etik qərarların qəbul edilməsi. Qeyri-etik davranışın səbəbləri və nəticələri. “Həyəcan təbili çalanlar” (“whistle-blowers”). Korporativ sosial məsuliyyət və işgüzar etika ilə bağlı ziddiyətli fikirlər: Arçi Karol və Milton Fridman yanaşması.
Bölmə IV. Strategiyanın yerinə yetirilməsi və Qiymətləndirilməsi
Mövzu 8. Fəaliyyətin planlaşdırılması və təşkili. (4 s.)
Strategiyanın yerinə yetirilməsinə daxil olan əsas fəaliyyətlər: təşkilati fəaliyyətlərin yerinə yetirilməsi üçün proqramların hazırlanması; fəaliyyətlərə maliyyə vəsaitlərinin ayrılması üçün büdcənin hazırlanması; gündəlik işlərin həyata keçirilməsini təfərrüatları ilə göstərən prosedurların və fəaliyyət planlarının hazırlanması.
Fəaliyyət planı: Strategiyanın hazırlanması, yerinə yetirilməsi, nəzarətdə saxlanması və qiymətləndirməsi mərhələlərinin əlaqələndirilməsi. Yerinə yetiriləcək iş zamanı ehtiyacların dəqiq müəyyənləşdirilməsi. Effektivliyin qiymətləndirilməsinə və fəaliyyətlərin təkmilləşdirilməsinə kömək. Motivasiyanın artmasına kömək edən amillər. Yerinə yetirməyə əngəl törədən səbəblər.
Mövzu 9. Strategiyanın yerinə yetirilməsində insan resurslarının rolu (4 s.)
Təşkilatın məqsədlərinə çatmasında insan resurslarının rolu. Korporativ mədəniyyətin idarə olunması. Fəaliyyətin planlaşdırılması. Keyfiyyətli idarə etmə. Düzgün iş bölgüsü, motivasiya, irəli çəkmə. Münbit iş şəraitinin və erqonomik işlərin yaradılması. İşçilərin hüquqlarının pozulması halları və belə hallara qarşı mübarizə. Vəzifə səlahiyyətlərindən sui-istifadə. Diskriminasiya. Nepotism. Maraqların toqquşması. Şəxsi maraqlar və təşkilati maraqlar. İnsan resurslarının idarə edilməsində aparıcı beynəlxalq təcrübədən yararlanma. Müvafiq işçi heyətinin kənardan dəvət edilməsi (outsourcing).
Mövzu 10. Strategiyanın qiymətləndirilməsi (4 s.)
Qiymətləndirmənin davamlı surətdə aparılmasının vacibliyi. Audit. Perfomansın qiymətləndirilməsi və müvafiq təkmilləşdirici tədbirlərin görülməsi. Perfomansın qiymətləndirilməsi zamanı baş qaldıran çətinliklər. Effektiv qiymətləndirmə və nəzarət sisteminin işlənib hazırlanması. Fövqəladə hallara hazırlıq planı. İnformasiya sistemi. Təşkilatın yeniliklərə uyğun dəyişmə və çeviklik potensialının qiymətləndirilməsi.
Bölmə V. Starteji menecmentə aid vacib mövzular
Mövzu 11. Strateji idarəetmə və liderlik: öyrənən və etik təşkilatın yaradılması (4 s.)
Inteqrativ düşüncə. Dəyişikliklərə münasibətdə çevik olmağın vacibliyi. Səalhiyyətlərdən effektiv istifadə. Maarifləndirmə. Sosial bacarıq və vərdişlər. Etik rəhbərlərin xüsusiyyətləri. Etik davranış və daxili intizam qaydalarına riayət. Rəqabətdə etik məqamların gözlənilməsi. Multikulturalizm - mədəniyyətlərarası fərqlərə hörmətlə yanaşma. Fərdi və təşkilatı etika.
Mövzu 12. Etik qərarların qəbul edilməsi və etik idarəetmə
Biznesdə etik qərarların qəbulu edilməsinə təsir edən amillər: fərdi və təşkilati amillər, imkan və səlahiyyətlərdən sui-istifadə. Qərarların qəbulu zamanı etik normalara hörmət göstərilməsinin vacibliyi. İşgüzar aləmdə etik normaların gözlənilməsini təmin edən hüquqi normalar. Korporativ mədəniyyətin yaradılmasında rəhbərliyin rolu. Liderlik üslubunun etik qərarların qəbul edilməsinə təsiri. Etik rəhbərlərin xüsusiyyətləri: proaktivlik, maraqlı tərəflərin mövqelərinə hörmət göstərilməsi, şəffaflıq, səriştə, çalışqanlıq.
Mövzu 13. Biznes, cəmiyyət və ətraf mühit
İstehsalçıların hüquqi öhdəlikləri. İstehlakçıların hüquqlarına hörmət. Qanunvericiliyin tələblərinə əməl olunması. Məhsulun keyfiyyəti və təhlükəsizliyi. Qiymətin müəyyənləşdirilməsi. Qablaşdırma və etiketləmə. Aldadıcı reklamlar. İstifadəçisinin uşaqlar olduğu malların və dərman preparatlarının reklamına qoyulan xüsusi tələblər. (Mövzu ilə bağlı case study).
Biznes və ekologiya. Ekosistemlər. Ətraf mühitə ənənəvi biznes yanaşması. Ətraf mühitin qorunması etikası. Ətraf mühitin çirkləndirilməsi ilə bağlı məsuliyyət, bu sahədə beynəlxalq və milli qanunvericilik.
Mövzu 14. Qeyri-hökumət sektorunda strateji menecment (4 s.)
Cəmiyyət üçün nə daha vacibdir: biznes fəaiyyəti, yoxsa QHT? Gəlirsiz təşkilatların gəlir mənbəyi seçiminin əhəmiyyəti. Gəlir mənbəyi seçiminin strategiyanın formalaşdırılmasına, yerinə yetirilməsinə və qiymətləndirilməsinə təsiri.
Mövzu 15. Beynəlxalq bazarlarda rəqabət (4 s.)
Beynəlxalq işgüzar mühitin öyrənilməsi - hüquqi, siyasi, iqtisadi, sosial və mədəni mühit. Çoxtərəfli yanaşma ilə qlobal yanaşmanın müqayisəsi. İri sahibkarlıq fəaliyyəti və kiçik biznes. Beynəlxalq bazarlarda rəqabət aparmağın faydası və müvafiq risklər.
Dostları ilə paylaş: |