Təlim hesabatı
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP
Dekabr 2013
Sənəd haqqında məlumat
|
Tarix
Layihə nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
Tarix
Layihə nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
Bu hesabat bütün əvvəlki versiyaları qüvvədən salır və onlardan üstündür.
Əlaqə
Dr. Georg Petersen
HYDROC Consult
Siegum 4, 24960 Siegum, Almaniya
+49-172-4509149
gpetersen@hydroc.de
www.hydroc.de
Bu hesabat su ehtiyatları üzrə beynəlxalq ekspert tərəfindən 11-15.11.2013 və 12-17.12.2013-cü il tarixlərdə edilmiş səfər zamanı keçirilmiş təlimi təsvir edir.
1. Texniki tapşırıq
Vəzifə və öhdəliklər
• BSİ üzrə təlim keçmək.
• SEİİ tərcübəsi üzrə təlim keçmək.
Nəticə/Məhsullar
Təlimin keçirilməsi və təlim sonrası icmal hesabatı
Su ehtiyatları üzrə ekspertin öhdəlikləri çərçivəsində üç rəsmi təlim və fasiləsiz “iş yerində hazırlıq” keçirilmişdir.
Qeyri-rəsmi “iş yerində hazırlıq” müxtəlif millli layihə ekspertləri ilə müxtəlif müzakirələr, ümumi vəziyyətlər və yanaşmaların əsasları barədə izahatlar, həmçinin, qabaqcıl beynəlxalq təcrübələrdən nümunələrin təmin edilməsi formasında aparılmışdır.
Rəsmi təlimlər üç modul üzrə keçirildi:
-
Konseptual modelləşdirmə (SEİİ, BSİ hazırlanması) (3 saat)
-
SEİİ praktikası (3 saat)
-
İqlim dəyişikiyi aspektləri (2 saat)
1. Konseptual modelləşdirmə modelin qurulmasının müxtəlif aspektlərinə, modelin qurulmasına dair tələblərə və ümumi “modelləşdirmə düşüncəsi”nə (məs, təbii ekoloji göstəricilərin riyazi alqoritmlərə çevrilməsi, o cümlədən əlaqədar çatışmazlıqlar və sadələşdirmə zərurəti). Təlimin keçirilməsində məqsəd iştirakçıları qarşıdakı SEİİ və BSİ tapşırıqlarına hazırlamaq idi. Təlim zamanı nümayiş etdirilmiş təqdimat bu Qoşmaya əlavə edilir.
2. SEİİ praktikası ümumi SEİİ yanaşması və tərkib elementləri, eləcə də yeraltı suların birgə su idarəetməsi yanaşmasına daxil edilməsi zərurəti üzərində quruldu. Təlim zamanı nümayiş etdirilmiş təqdimat bu Qoşmaya əlavə edilir.
3. İqlim dəyişikliyinin aspektləri o cümlədən onların təsirləri müzakirə edildi. Bu zaman “BMT-nin ölkələr üzrə iqlim dəyişikliyi məlumatları”nda təqdim edilən iqlim üzrə məlumat topluları istifadə edildi. “Ermənistan” üzrə məlumat toplusu Azərbaycanı da 4 diapazonlu GSM ilə əhatə edir. Hesabat http://country-profiles.geog.ox.ac.uk linkində əldə edilə bilər.
Rəsmi təlimlərdə iştirak edən yerli heyət:
-
Mətanət Musayeva, hidroloq
-
Emil Sultanov, hidrometriya üzrə mütəxəssis
-
Rövşən Abbasov, institusional/gender/maraqlı tərəflərin iştirak üzrə baş mütəxəssis
-
Elman Ələsgərov, CİS üzrə mütəxəssis
3. Təlimlər haqqında tövsiyələr
Təlimlər çərçivəsində təlim iştirakçıları iə müzakirələr zamanı iştirakçılar üçün faydalı olacaq əlavə təlimlərlə bağlı bir neçə məqam iştirakçılar tərəfindən qeyd olundu və ya xahiş edildi:
-
2014-cü il üçün nəzərdə tutulduğu kimi, hidroloji modelləşdirmə üzrə təlim: müvafiq müfəssəl təlim təklifi “D4- Təlim planlaşdırılması haqqında hesabat” adlı məhsulda təqdim edilir.
-
Su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar təlim (yəni su ehtiyatlarının tam qiymətləndirilməsi üçün zəruri olan formal məqamlar və müxtəlif elementlərin/sahələrin birlikdə necə işləməsi) 2014-cü ildə su ehtiyatları üzrə planlaşdırılan qiymətləndirmələrin və əlaqədar tapşırıqların uğurlu tamamlanması üçün zəruri olacaq. Su ehtiyatlarının qiymətləndirilməsinin konsepsiyaları, kontenti və məqsədləri və onun elementlərinin, təqdimat formasının və zəruri təhlillərin təlimçilər tərəfindən başa düşülməsi daha da yaxşılaşdırılmalıdır. 2014-cü ildə fəaliyyətlərin əvvəlində müvafiq təlim keçirilməli və ardınca “iş yerində” təlim keçirilməlidir.
-
Su ehtiyatlarının qiymətləndirilməsinin müxtəlif elementləri, xüsusən tələbat əsasında sektorlar üzrə təhlil (məs. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının su tələbatı üzrə təhlili, əhalidən asılı olan tələbatın qiyməltəndirilməsi və s.) barədə təlim
-
Axınlar, xüsusən də qayıdan axınlar, yerüstü və yeraltı sular arasında qarşılıqlı əlaqə və s. istifadəçi tərəfindən daha geniş başa düşülməsi üçün təlim. Bu, xüsusilə sistemin başa düşülməsi üçün önəmli olacaqdır.
İştirakçıların hələ ki, bu baxımdan real təcrübəyə az malik olduqlarını nəzərə alaraq, müxtəlif nümunələrə nəzər yetirilməsi və iştirakçıların prosesləri başa düşməsi və onları öz təcrübələrində tətbiq edə bilmələrini təmin etmək üçün iş yerində təlimin davam etməsi tövsiyə edilir.
Qoşma: Təqdimatlar
-
Conceptual Modelling.ppt
-
IWRM.ppt
Dostları ilə paylaş: |