Təsdiq edirəm: Kafedra müdiri “ ” 20 IL Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 46,66 Kb.
tarix22.06.2018
ölçüsü46,66 Kb.
#54488

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

“___”____________20___ il



Fənn proqramı (sillabusu)

Kafedra Dizayn

Fənnin adı Mühit dizaynın əsasları

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2015 semestr VI

Fakültə Memarlıq

Qrup 113a3

Tədris yükü: seminar (məşğələ) 75saat, Cəmi 75 saat.

Kredit: 3

Auditoriya: №



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Rəsulova Zəminə Maşalla, asisstent

Kafedranın ünvanı: A.Sultanova, korpus III ot.401.

Məsləhət saatları:

E-mail ünvanı: -

İş telefonu: 4391045



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. “Dizayn əsasları”-Y Hacıyeva,R.M. Həsənov.

2. “Dizayn tarixi”-T.Ş.Bəkirova

3.” Mühit dizayn “ fənnindən bakalavr ücün fənn proq. Ə.Z.Vəkilova ,

L.F.Nəsənova, S.Q.Süleymanova.
4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

“Memarlıq mühitinin dizaynı”nəzəriyyəsinin və təcrübəsinin əsasa suallar ilə tələbələri tanış etmək və bu sahə üzrə tələbələrin professional hazırlığını təmin etmək.

-Mühit müxtəlifliyini nəzəri baxımdan dərk etmək;

- Mühit təşkilinin üsulları və prinsiplərilə tanış olmaq;

-Mühit kompleks layyihələndirilməsində, şəhər fraqmentlərində kompoziya quruluş və qanunauyğunluğunu tədbiq etmək.Kursun əsas vəzifələri – tələbələri mühit anlayışı ilə tanış etmək, həmçinin, tələbələrə, mühit mövqeyindən, təyinatından və statusdan asılı volaraq, şəhər daxilində kompleks şəkildə layihələndirilməsini öyrətmək. “Şəhər mühitinin dizaynı” , “Mühit dizaynının əsasları”və “Dizayn əsasları” fənnlərinin bir istiqaməti kimi professional hazırlıqda yer tutur. “Mühit dizaynının əsasları” fənni mühit layihələndirməsində bədii obrazın tektonik təşkili, miqyas koordinasıyası və emosional oriyentasiyası haqqında anlayışlar işıqlandırılır.

Kursu qurtaran zaman tələbələr nəyi bacarmalı, bilməli və anlayışı olmalıdır:

Anlayışı olmalıdır:

-Mühit müxtəlifliyində şəhər və onun fraqmentlərinin təhlili haqqında;

-Mühitin yerləşmə prinsipləri haqqında biliyiə malik olmalıdır.

Bilməlidir:

-Muhit dizaynın nəzəri əsasları nədən ibarətdir;

-Mühit dizaynı hansı prinsiplər əsasında qurulur;

Bacarmalıdır:

-Mühit layihələndirilməsində hansı üsullardan istifadə edilməlidir;

-Mühit müxtəlifliyinin (makro , mezo və mikro mühit) şəraitə və miqyasına uyğun işləmə prinsiplərini.



5. Fənnin təqvim planı:

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mühit dizaynında bionik formalar. Tapşırığın verilməsi.

2

28.01

2

İlk eskiz layihəsi.

2

04.02

3

Bədii konstruksiyalaşdırmada komp. formayaranma vasitələrinin istismarı.

2

11.02

4

Memarlıq – bionik modelləşdirmə.

2

18.02

5


Prototip modelinin miqyasının seçimi.

2

25.02

6

Eskizlərin müzakirəsi.

2

04.03


7

Model elementlərinin açılışlarının işlənib – hazırlanmsı.

2

11.03


8

Model elementlərinin qrafik təsviri.

2

18.03


9

Modelin rəng xarakteristikasının

2

25.03


10

Model rəng xarakteristikasının işlənib – hazırlanmsı.

2

01.04


11

Maketin işlənməsi üçün materialın seçimi.

2

08.04

12

Fərdi məsləhətlər.

2

15.04


13

Fərdi məsləhətlər.

2

22.04


14

İşin yekunlaşdırılması.

2

29.05


15

Təqdimat forması: 50x50 ölçüsündə planşet üzərində cizgi və maket həlli.

2

06.05


5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Dizaynın sənaye inqilabı ilə əlaqəli yaranması.

2.

Dizaynın yaradıcıları.

3.

Dizayn məktəbinin yaranması və formaları.

4.

Firma üslubunun tarixi və şəraiti.

5.

Dizaynda forma və funksiya vəhdədi.

6.

Dizaynda rəng və onun funksiyaları.

7.

Dizaynda marketinq və onun əsaları.

8.

Qrafik dizaynın prinsipləri.

9.

Modanın yaranması və inkişaf mərhələsi.

10.

Əşya mühitinin dizayn tərtibatı.

11.

Müxtəlif funksiyalı məkanların dizayn həlləri.

12.

Uşaq məkanlarının dizayn tərtibatı.

13.

Memarlıq məktəblərinin XX əsrdə vəzifələri.

14.

Reklam dizaynı və onun yaranması.

15.

Reklam dizaynı və onun növləri.

16.

Reklam dizaynında konstruksiyalar.


KURS TAPŞIRIQLARININ MÖVZUSU
Mühit dizaynın əsasları”fənni üzrə memarlıq-dizayn layihələndirməsinə dair tapşırıqlar:

I mərhələ. Təbiətəbənzər formaların və konstruksiyaların modelləşdirilməsi (sorma-suuksiya əlaqəliyi) mövzusu üzrə kurs tapşırığı:

Mövzuların adları:


  1. Memarlıq bionikasında modelləşdirmə.

  2. Memarlıq bionikası – memarlıqda formayaranma metdodu kimi.

  3. Prespektiv modelləşdirmə və bədii konstruksiyalaşdırma – gələcəyin imkanları kimi.

Tapşırığa giriş mühazirəsi. Təbiəət formalarının sonsuz xəzinəsini tədqiq edən memarlıq bionikası, memarlığın sosional-funksional, bədii və texniki-iqtisadı aspektlərini həll edir və insanların estetik zovqlərinin formlaşmasında aparıcı yer tutur.

Memarlıq bionikasının müasir naliyyətləri canlı təbiətin ayrı-ayrı vasitə və prinsiplərinin istifadəsindən irəli gəlir. Canlı təbiəət və memarlıq eyni biofiziki şəraitlərdə inkişaf edirlər. Canlı orqanizmlərin inşaat fəaliyyəti həmçinin memarlıqda olduöu kimi inşaat materiallarının və iş istehsalının müəyyən sisteminin (texnologiyalarının) yaradılmasıilə əlaqılidir. Memarlıq bionikasının “sintezləşdirmə” rolu canlı təbiətlə qarşılıqlı əlaqədə olan mühitin yaradılmasına yol açan bütün formayaranma faktorların iqlimlə qarşılıqlı əlaqəsinin kompleks tədqiqinə əsaslanır.

Hal-hazirda memarlıqda təbiətin konstruktiv sistemlərinin qurluş prinsiplərini və təbii strukturların iqlimlə qarşılıqlı əlaqə vasitələrinin istifadəsi daha geniş yayılmışdı. Konustruksiyaların səmərəliliyi və yeni texniki həllərin tətbiqi üzrə işlər həyata keçirilir, memarlıq – konstruktiv elementlərin unikasiyası, standartlaşması və quraşdırılması metodları inkişaf etdirilir. Təbiət qanunlarının tədqiqi əsasında yaranan təbii formalara bənzər kostruksiyalar möhkəmlik və eyni zamanda yüngüllük prinsiplərinə əsaslanır. Təbiətin tədqiqi, canlı strukturlarının modelləşdirilməsi və onların riyazi dərk edilməsi, həmşinin memarlıq – bionika təcrübəsi mühəndis və memarlıq elimində bəzi nəzəri nəticələrin uzə çıxarılmasına və memarlığın mahiyyətinin dərk edilməsinin dərinləşdirilməsinə imkan verir.
Tapşırıq: “Təbiətəbənzər formalaraın və konustruksiyaların modelləşdirilməsi”

(Canlı təbiət prtotiplərinin istifadəsi ilə həcmi-məkan kompazisiyasının modelləşdirilməsi).

Əsas məsələlər. Modelləşdirmə təcrübəsinin mənimsəməsi canlı təbiət qanunlarının əsasında memarlıq-dizayn məsələlərinin həlli zamanı layihə faliiyəti imkanlarının genişlənməsinə və zənginləşməsinə səbəb olur.


  1. Canlı təbiət prototiplərinin seçimi. Bionik tədqiqat. Verilən modelin struktur həlli.

  2. Bədii konstruksiyalaşdırmada kompazisiya formayaranma vasitələrinin istifadəsi.

  3. Memarlıq-bionik modelləşdirmə. Prototip medelinin miqyasının seçimi.

  4. Model elementlərinin açılışlarının işlənib-hazırlanmas və qrafik təsviri.

  5. Modelin rəng xaraktetristikasının işlənib-hazırlanması.

  6. Maketin işlənməsi üçün materialın seçimi.

  7. Maketləşdirmə təcrübəsinin istifadəsi.

  8. Təqdimat forması: 50x50 ölçüsündə planşet üzərində cizgi və maket həlli.



6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Tələbənin semestr boyu mühit dizaynı kursunun qavraması yekun semestrdə imtahanla nəticənələnir. Tələbə mühit dizaynı və onu təşkil edənləri müstəqil yaradıcılıq növü kimi bilməli, dizaynın üslub prinsiplərinin digər incəsənət üslublarının yaranma prinsipləri ilə qarşılıqlı əlaqələrini başa düşmək, öz işində əldə olunmuş nailiyyətləri estetik, səmərəli və yaradıcı formada istifadə etmək, proffessional üsulları və faktları yaradıcılıq fəaliyyətində tətbiq etmək qabilliyyətinə malik olmalıdır.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: Rəsulova Z.M. ( )

26” Yanvar 2015 il.
Yüklə 46,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin