Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır


Varlıq aləmində həşərat və heyvanların rolu



Yüklə 2,8 Mb.
səhifə7/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   55

Varlıq aləmində həşərat və heyvanların rolu


Müxtəlif həşəratların, quru və dəniz heyvanlarının, quşların və sürünənlərin nə qədər faydalı olduğu tam mə`nada yalnız Allah-Taalaya mə`lumdur. Bu vücudların həyatın davamına müsbət tə`sirinin əsas səbəbi onların hər birinə hakim olan ilahi rəhmətdir.

Təbiət aləmində bitki və ağacların tozlanması ilə məşğul olan həşəratlar vardır. Ağaclar da insanlar kimi iki cinsə malikdir. Əgər erkək və dişi ağaclar arasında tozlanma getməsə heç bir meyvə gözləməyə dəyməz. Uyğun tozlanma prosesini həyata keçirən həşəratlar mövcuddur. Bu kiçik varlıqlar öz işlərini böyük ustalıqla yerinə yetirirlər. Maraqlı nöqtələrdən biri budur ki, bu həşəratlar armudun tozunu alma tozu, almanın tozunu heyva tozu ilə görüşdürmür. Ağaclar da bu həşəratları öz çiçəklərinin şirəsi ilə mükafatlandırırlar.

İri və xırda buynuzlu heyvanların xüsusiyyətlərinə nəzər salaq. Təbiətşünas alimlər deyirlər ki, təbiətdə hər bir şey mövcudların ehtiyacı qədərincədir. Əksər məməlilərin döşü sinəsindədir. Süd yığılan döşlərin bu nahiyədə yerləşməsi balaların qidalanması üçün daha münasibdir. Amma inək və qoyunlarda döş elə yerləşmişdir ki, bu döşdəki südü insanlar da rahat sağa bilirlər. Əgər başqa məməlilərdə yalnız balaların ehtiyacı qədərində süd olursa, inək və qoyundakı süd insana da çatır. İnsanların təkamülü üçün zəruri olan südlə bu sayaq tə`minat Allah-Taalanın rəhmət və lütfünün təzahürü deyilmi?

Qoyunun bütün üzvləri insan üçün çox faydalıdır. Onun yunu, əti, südü daim insanın ixtiyarındadır. Allah-Taala öz qüdrəti ilə bir heyvanda neçə növ xeyir qoymuşdur.

Bal arısına nəzər salaq. Nəbatat alimləri bildirirlər ki, bütün çiçəklərdə yalnız günün müəyyən bir vaxtında üç saat müddətində şirə olur. Bə`zi çiçəklər sübh erkən, bə`ziləri günorta, bə`ziləri isə günortadan sonra şirə verir. Bal arısı çiçəkləri çox yaxşı tanıyır. O hansı çiçəyin nə vaxt şirə verdiyini bildiyindən yalnız həmin vaxt çiçəyə yaxınlaşır. Bal arısı çiçəkdən çəkdiyi şirəni bütün dünya ne`mətlərinin fövqündə dayanan, çürüməyən bala çevirir. “Nəhl” surəsinin 69- cu ayəsində buyurulur: “Onda insanlar üçün şəfa vardır.” Bal arısının əsrarəngiz həyatı haqqında cildlərlə kitablar yazılmışdır. Bəli, Allahın rəhməti “hər şeyi” bürümüşdür.

Misilsiz hidayət ne`məti


Allah-Taala öz misilsiz rəhmət və lütfü ilə belə müəyyənləşdirmişdir ki, insanı müəyyən bir müddət dünyanın müəyyən bir guşəsində yerləşdirib onu təbiətin min bir ne`məti ilə bəhrələndirsin. Beləcə müxtəlif bitkilər, meyvələr onun ixtiyarına verildi, süfrəsi halal ətlərlə dada gəldi, yaşayışı zəruri vasitələrlə tə`min edildi. Bütün bu ne`mətlərin fövqündə insanı doğru yola yönəldən əql və düşüncə ne`məti durur. İnsan məhz əql yolu ilə Allah qarşısındakı vəzifələrini tanıyıb, bu vəzifələrə əməl edir. İnsan əql ne`məti vasitəsilə dünyanın müvəqqətiliyini anlayıb axirət həyatına üstünlük verir. İnsan bütün maddi və mə`nəvi ne`mətlər haqqında diqqətlə düşünə bilsə anlayar ki, Allahın «rəhimiyyə rəhməti» zahir və batini, qeyb və aşkarı, yeri və göyləri bürümüşdür. Hər bir ne`mət haqqında dərin mütaliədən sonra insan hiss edir ki, geniş ilahi məhəbbət ağuşundadır. Məhz bu zaman insan mə`rifət çırağının işığında imanın köməyi ilə dosta doğru hərəkətə başlayır. Eşq yoluna çıxmış insan bütün varlığı, könlü, cismi ilə Allahın hüzurunu hiss edib, təvazökarlıqla ibadətə məşğul olur.
Deyirəm ki, paksan, yoxdur şərikin,

Getmərəm ardınca başqa məlikin.

Yalnız dərgahında gəzərəm işıq,

Tovhid sarayına Sənsən yaraşıq.

Kərimsən, Həkimsən, Rəhimsən Allah,

Böyüklərdən böyük, Əzimsən Allah.

Ehtiyacdan, dərddən-qəmdən uzaqsan,

Hər zaman, hər yerdə varsan, oyaqsan.

Acizdir vəsfində ən iti qələm,

Oxşarsız, misilsiz, yeganəsən Sən.

İzzət də cəlal da, yəqin də Səndə

Ruh olmasa, nə var bu boş bədəndə?!

Gizlini, aşkarı bilməz özgəsi,

Həmd edir içimdə ruhumun səsi.

Görməkdə bilməkdə yoxdur oxşarın,

Sənsən düzümçüsü bağlı məzarın.

Çarəsiz dil-dodaq sitayişində

Yol birdir dünyanın keşməkeşində.


İnsan doğru yol və ilahi hidayəti seçməklə vəzifəsinə və halal-harama əməl etməklə Qur`ani-Kərimin buyurduğuna əsasən, çox böyük bir mükafata, rəhmətə çatır və Behiştə nail olur.

İlahi rəhmət


Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı “Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. “Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: “Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən mə`yus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qur`ani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: “O Allah bağışlayan və rəhimdir.”26 “Allah Öz bəndələrinə qarşı mehribandır.”27 “Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.”28 “Həqiqətən Allah bağışlayan və həlimdir.”29 “Allah böyük mərhəmət, ne`mət sahibidir.”30 “Allah əfv edən və bağışlayandır.”31 “Allah tövbələri qəbul edən və bağışlayandır.”32 “Allah rəhimlilərin ən rəhimlisidir.”33“Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.”34 Bu ayələrə diqqətlə nəzər saldıqda mə`lum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır.

Rəhmət haqqında rəvayətlər


Əbu Səid Xidri İslam Peyğəmbəri (s)-in belə buyurduğunu nəql edir: “Günahkar mö`minlər Cəhənnəmə aparıldığı zaman onlar Cəhənnəmdən çıxarılanadək Cəhənnəm odu onlara qarşı soyuyar. Bu zaman Allah-Taala mələklərinə buyurar: “Bunları Mənim fəzl və rəhmətimlə Behiştə aparın. Mənim mərhəmət və lütf dəryam sahilsiz, fəzl və ehsanım sonsuzdur.”

Əhli-beyt (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: “Qiyamət günü Allah-Taala iman əhlini bir nöqtəyə toplayıb buyurar: “Mən sizin boynunuzda olan haqqımdan keçdim, siz də bir-birinizə olan haqqınızdan keçin ki, Behiştə daxil ola biləsiniz.”

Başqa bir rəvayət də buyurulur: “Qiyamət günü gətirilən iman əhlinə belə buyurular: “Ey mənim bəndəm, ne`mətlərimə günahla cavab verdin, ne`mətlər artdıqca günahlarını artırdın.” Bəndə xəcalətdən başını aşağı salar. Rəhmət dərgahından ona xitab olunar: “Ey mənim bəndəm, başını qaldır. Səni günah etdiyin vaxt bağışlamış, günahlarına əfv qələmi çəkmişdim.”

Digər bir rəvayətdə oxuyuruq: “Bəndəni yaxın gətirərkən günahların çoxluğu səbəbindən başını aşağı salıb, xəcalətdən ağlayar. İzzət və rəhmət dərgahından xitab olunar ki: “O gün ki, günah edib gülərdin, səni utandırmadım. Bu gün ki, günah etməyə-etməyə xəcalət çəkib ağlayırsan, sənə necə əzab verim?! Günahlarını bağışladım, Cənnətə girməyin üçün icazə verdim!”

İslam Peyğəmbəri (s) buyurur: “Allahın rəhməti yüz qisimdir. Onlardan yalnız birini dünyada göstərib, bəndələri arasında paylayar. Rəhmətinin 99 qismini isə öz ehsan xəzinəsində saxlayaraq axirətdə üstünə bir qisim də əlavə edib bəndələrinə şamil edər.”35

Mühəddislər rəisi Şeyx Səduqdan rəvayət olunmuşdur ki, Mə`sum İmamlar (ə) buyurur: “Qiyamət qurulan zaman Allahın geniş rəhməti elə cilvələnər və günahkarlar dəstə-dəstə bağışlanar ki, hətta qovulmuş şeytan da bağışlanmaq tamahına düşər.”

“Biharul-ənvar”da (7-286) bir rəvayətdə buyurulur: “Mö`min bəndə qəbrə qoyulduqdan sonra qəbrin üstü torpaqlanar, dost-tanışlar onu tənha qoyub gedərlər. Allah-Taala lütf və rəhməti ilə xitab edər: “Ey Mənim bəndəm, bu qaranlıqda tək qaldın. Razılıqlarını qazanmaq üçün Mənə qarşı günah etdiyin kəslər səni tək qoyub getdilər. Bu gün öz rəhmətimlə sənə elə bir nəvaziş göstərərəm ki, xəlq olunmuşlar təəccüb edərlər.” Sonra mələklərə xitab olunar: “Ey Mənim mələklərim! Bəndəm qərib, kimsəsiz, çarəsiz qalmışdır. İndi qəbirdə Mənim qonağımdır. Gedin ona kömək edin, onun üçün Behiştə qapı açın, ətirli bitkilər və təamlar hazırlayın. Sonra onu Mənim ixtiyarımda qoyun. Ona Qiyamət gününə qədər munis olacağam.”



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə