World Vision International (Dünyaya Baxış)



Yüklə 6,58 Kb.
tarix09.07.2018
ölçüsü6,58 Kb.
#56194

World Vision International (Dünyaya Baxış)



Mental Health Initiative (Əqli Sağlamlıq Təşəbbüsü)

World Vision (Dünyaya Baxış) təşkilatı və Mental Health Initiative (Əqli Sağlamlıq Təşəbbüsü) qarşılıqlı əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizaiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyi strukturlarında uşaq və ailələrlə işləyəcək sosial işçilərin/keys menecerlərin daha professional və geniş miqyasda hazırlanmasında Azərbaycan Respublikası Təhsil Nazirliyinə texniki yardım etməyi planlaşdırır.


Bu məqsədlə, nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən, insan hüquqları və hüquq məsələləri, sosial iş və sosial siyasət üzrə təcrübəli mütəxəssislər və eyni zamanda zəngin nəzəri və praktiki təcrübəyə malik uşaq kliniki psixoloqları və ya uşaq kliniki sosial işçilər əməkdaşlığa dəvət olunur. Mütəxəssislərdən De-institutlaşdırma çərçivəsində sosial işçilərin/keys menecerlərin status, məsuliyyət və vəzifələrini əks etdirən işçi sənədin işlənilib hazırlanması gözlənilir.
Mütəxəssislər aşağıdakı meyarlara cavab verməlidir:


  • Social iş, hüquq, beynəlxalq hüquq, sosial siyasət, təhsil, psixologiya sahəsində ali təhsili olmalı;

  • Uşaq hüquqları və ya uşaq məsələləri üzrə ən azı 5 il təcrübəyə malik olmalı;

  • Müxtəlif proqram, hesabatların və digər dövlət sənədlərin hazırlanmasında təcrübəyə malik olmalı;

  • “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizaiya) və alternativ qayğı Dövlət Proqramı” haqqında məlumatı olmalıdır;

  • Azərbaycan və ingilis dillərini bilməli;

  • Beynəlxalq təcrübəyə malik olan mütəxəssislərə əlavə üstünlük veriləcəkdir.


Əməkdaşlıq müddəti: 4 ay

İş qrafiki: sərbəst
Ödəniş: aylıq

Ərizələr Azərbaycan, İnqilis ve Rus dillərində qəbul olunur. Ərizələri
elektron poçt vasitəsi ilə oksana_guliyeva@wvi.org ünvanına
5 Yanvar 2009-cu il tarixinə qədər göndərə bilərsiniz.

Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin