Xixəsrin ortalarında İngiltərədə fabrik və zavodlar bütün sənaye sahələrində üstünlük təşkil edirdilər.İngiltərə burjuaziyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi



Yüklə 453,5 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü453,5 Kb.
#104206
  1   2   3


Ingiltərə- XIXəsrin ortalarında İngiltərədə fabrik və zavodlar bütün sənaye sahələrində üstünlük təşkil edirdilər.İngiltərə burjuaziyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. XIX əsrin ortalarında fabriklərə lazım olan avadanlıqlarıın, dəzgah və maşınların özü də artıq maşınlar vasitəsilə hazırlanırdı. Bu, artıq sənaye çevrilişinin başa çatması demək idi.

Sənaye məhsullarına görə İngiltərə dünyada 1-ci yerə çıxdı. İngiltərənidünyaemalatxanası adlandırırdılar. Sənayenin inkişafı nəqliyyata, ilk növbədə parovozlu dəmir yollarına tələbatı artırdı. İlk dəmir yolu 1825-ci ildə İngiltərədə çəkildi. İlk paroxod ABŞ-da meydana gəlsə də, İngiltərədə daha geniş yayıldı.Sənayenin inkişaf etməsi, maşınların tətbiqi işsizlər ordusunun sayının artmasına səbəb olurdu. İşsizlər bunun səbəbini maşın-dəzgahlarda gördüklərindən onları sındırırdılar. Sənayenin coşqun inkişafı 1825-ci ildə İngiltərədə dünyada ilk dəfə olaraq iqtisadi böhrana səbəb oldu.

1832-ci ildə parlament islahatı keçirildi. “Çürük yerlər”in bir çoxu ləğv edildi, sənaye şəhərləri palataya deputatlar göndərmək hüququ əldə etdilər. Bununla da sənaye burjuaziyası hakimiyyətdə təmsil olunmağa başladı.

XIX əsrin ortalarına qədər İngiltərə sənaye və ticarətin inkişafına görə, dəniz qüdrətinə görə dünyada I yerə çıxdı. Dünya bazarında ingilis mallarının rəqibi yox idi. İngilis burjuaziyası dünya ölkələri arasında inhisarçı (inhisar – fəaliyyətin hər hansı bir sahəsində müstəsna vəziyyət) vəziyyətini qoruyub saxlamışdı. O ilk dəfə xaricə əmtəə deyil, həm də kapital ixrac etməyə başladı.

Parlamentli monarxiya olan İngiltərəni 2 siyasi partiya növbə ilə idarə edirdi: 1. Mühafizəkarlar (iri sahibkarlar, bankilər, gəmi sahibləri); 2. Liberallar (torpaq sahibləri, sənaye burjuaziyası). 1866-cı ildə London mitinqində fəhlələr sərbəst toplaşmaq hüququ aldıqdan sonra ölkəni “kişilər üçün ümumi seçki hüququ” tələbi ilə çıxışlar bürüdü. Nəticədə 1867-ci ildə II parlament islahatı keçirildi. Şəhərdə evi olan və ya mənzil kirayə edən bütün kişilər seçki hüququ əldə etdi.

İngilis müstəmləkəçiləri güclü hərbi dəniz donanmasından istifadə edərək ən mühüm strateji məntəqələrin ələ keçirilməsinə başladılar. Cəbəlüttariq, Ədən, Keyptaun, Sinqapur, Honkonq kimi dayaq məntəqələri ingilislərin əlində idi. İngiltərə Hindistanı xammal mənbəyi və satış bazarına çevirdi. “Ağ koloniyalar” salmaqla İngiltərə Avstraliya və Kanadanın yerli əhalisinin əksəriyyətini fiziki cəhətdən məhv etdi. 1867-ci ildə Kanadaya dominion hüququ verildi.

1
Fransa.
804-cü ildə Senat Napoleon Bonapartı I Napoleon adı ilə imperator elan etdi. 1803-cü ildə İngiltərə və Fransa arasında hərbi əməliyyatlar başladı. 1805-ci ildə Fransaya qarşı Avropa dövlətlərinin yeni koalisiyası (İngiltərə, Rusiya, Avstriya) yarandı. 1805-ci ilin oktyabrında Trafalqar burnu yaxınlığında Nelsonun ingilis donanması fransızları məğlub etdi. Napolein 1805-ci ildə Vyananı tutdu. Dekabrın 2-də Austerlits döyüşündə Rusiya ilə Avstriyanı məğlub etdi. 1805-ci ildə Avstriya ilə Fransa arasında müqavilə imzalandı. 1806-cı ildə Prussiyanı məğlub etdi. Berlinə daxil olan Napoleon “Kontinental blokada” haqqında dekret imzaladı. Bu dekretə görə Fransadan asılı olan ölkələrə İngiltərə ilə ticarət etmək qadağan oldu. 1807-ci ildə Fridland döyüşündə Rusiya məğlub oldu. Tilzit sülh müqaviləsi imzalandı. Rusiyada “Kontinental blokadaya” qoşuldu.

Fransa və Prussiya arasında sülh müqaviləsi imzalandı. Polşa torpaqları (Seleziyadan başqa) Prussiyanın əlindən alındı. Fransadan asılı Varşava hersoqluğu yaradıldı. Arası kəsilməyən müharibələr, iqtisadiyyatın zəifləməsi, vergilər,orduya çağırışlar, işsizlik Napoleon imperiyasını zəiflətdi. 1810-1811-ci illərdə asılı ölkələrdə milli-azadlıq hərəkatı yüksəldi.

1812-ci ildə sərhədi keçərək Rusiyaya daxil olan Napoleon sentyabrda Borodina döyüşündə qalib gəlsə də, böyük itki verdi. Moskvaya daxil olsa da, tezliklə geri çəkildi. Rusiyadakı uğursuzluq imperiyanın süqutunun başlanğıcını qoydu. 1813-cü ildə İngiltərə, Rusiya, İsveç, Prussiya və Avstriyadan ibarət yeni antifransa koalisiyası yaradıldı. Oktyabr ayında (Leypsiq) xalqlar döyüşündə müttəfiqlər Napoleon ordusunu məğlub etdilər. 1814-cü il yanvarında müttəfiqlər Napoleonu Elba adasına sürgün etdilər. 1814-1815-ci illərdə Elba adasından qaçaraq Parisə daxil olan Napoleon yenidən taxta çıxdı. Hakimiyyətdə cəmi 100 gün qala bildi. 1815-ci ildə Vaterloo döyüşündə məğlubiyyətə uğradı. Müqəddəs Yelena adasına sürgün edildi.

1848-ci il fevral inqilabının qələbəsindən sonra iyul monarxiyası devriıdi. Fransada II Respublika quruldu. 1851-ci ildə dekabrın 2-də dövlət çevrilişi edən Lui Napoleon bir il sonra III Napoleon adı ilə imperator elan edildi. II imperiya yarandı. III Napoleon iyulun 19-da Prussiya ilə müharibəyə başladı. Sentyabrın 4-də inqilab nəticəsində imperiya devrildi. Fransada III Respublikanın yaradıldığı elan edildi. 1871-ci il martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası meydana çıxmışdı.

Almaniya. XIX əsrin əvvəllərində Almaniya feodal dağınıqlığı halında qalmaqda idi. Vyana konqresinin qərarına əsasən “Almaniya ittifaqı” təşkil edildi. Onun daxilində iki dövlət – Prussiya və Avstriya arasında mübarizə gedirdi. Almaniya sənaye istehsalının həcminə görə İngiltərə və Fransadan geri qalırdı. Çünki: a) siyasi pərakəndəlik mövcud idi. b) vahid pul, ölçü, çəki sistemləri yox idi. c) mülkədar torpaq sahibliyi, mütləqiyyət quruluşu və s. qalmaqda idi.

1848-1849-cu illərdə Almaniyada inqilab başladı. Bu inqilab burjua-demokratik inqilabı idi. İnqilab məğlub olsa da, Almaniya kapitalizm inkişafı yoluna daxil oldu. 1850-1870-ci illərdə dəmir yolları çəkilişinə, buxar maşınlarının sayına görə, kömür istehsalına görə Almaniya artıq Fransanı ötüb keçmişdi.

Prusiyya kralı I Vilhelm 1862-ci ildə OttoBismarkı I nazir təyin etdi. Avstriyanı məğlub edən Prusiyya 22 dövlətdən ibarət Şimali Alman İttifaqını

1870-1871-ci illərdə Fransa-Prusiyya müharibəsindəqalib gələn Prusiyya Versalda Almaniya imperiyasının yarandığını elan etdi. 1871-ci ildə Ümumalman konstitusiyası qəbul edildi. 1890-cı illərdə sənaye çevrilişi başa çatdı. Almaniya XIX əsrin sonlarında sənaye məhsulu istehsalına görə dünyada ABŞ-dan sonra II yerə çıxdı.

Almaniya 1879-cu ildə Avstriya, 1882-ci ildə isə İtaliya ilə hərbi ittifaq bağladı. Avropada ilk hərbi blok olan “Üçlər ittifaqı” yarandı.Buna cavab olaraq Rusiya Fransa ilə yaxınlaşdı. Onlar arasında bağlanmış 1893-cü il konvensiyası ilə “Antantanın” əsası qoyuldu.

İtaliya. XIX əsrin I yarısında İtaliya üçün siyasi pərakəndəlik, kiçik feodal dövlətlərində hökmdarların özbaşnalığı, katolik kilsəsinin ağalığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması xarakterik idi. Avstriya zülmü ölkənin iqtisadi və mədəni inkişafına mane olurdu.

XIX əsrin 30-cu illərindən başlayaraq İtaliyanın “yuxarıdan” və “aşağıdan” birləşdirilməsi tərəfdarları fəallaşdılar. 1831-ci ildə yaradılan “Gənc İtaliya” təşkilatı aşağıdan birləşdirilməsi (inqilabı demokratik cərəyan) tərəfdarı idi. Onun fəal üzvlərindən biri C. Haribaldi idi.1848-ci il yanvarında Siciliyada başlananüsyan İtaliyanın cənubuna, Neapola yayıldı. Lakin üsyanlar Avstriya ordusu tərəfindən yatırıldı.

Noyabr ayında Romada üsyan baş verdi. 1849-cu ildə Roma respublika elan edildi. Lakin Fransa prezidenti Lui Napoleon papanın Romada hakimiyyətini bərpa etdi. Konstitusiyası olan yeganə İtaliya dövlətinin – Sardiniyanın başçılığı altında İtaliyanın yuxarıdan birləşdirilməsi (mötədil) cərəyanının başçısı Komillo Kavur idi. 1860-cı ildə Siciliyada kəndli üsyanından istifadə edən Haribaldi özünü qırmızı köynək geymiş “minlər” dəstəsi ilə Siciliyanın paytaxtı Palermonu tutub, Burbonlar sülaləsini devirdi. O, Neapolu da tutdu. Lakin Kavur Sardiniya ordusunu Neapola yeritdi və Haribaldini ölkəni birləşdirmək prosesindən uzaqlaşdırdı. Ümumxalq səsverməsi yolu ilə Neapol Sardiniyaya (Pyemonta) birləşdirildi. 1861-ci ildə Sardiniya kralı II Emmanuil Viktor İtaliya kralı elan edildi. 1866-cı ildə Venesiya, 1870-ci ildə Papa vilayəti birləşdirildi. Beləliklə, İtaliyanın birləşdirilməsi başa çatdı. 1871-ci ildə Roma İtaliyanın paytaxtı oldu. Papanın dünyəvi hakimiyyətinə son qoyuldu. İtaliyanın birləşdirilməsi nəticəsində 2 əsas vəzifə yerinə yetirildi: 1) Siyasi dağınıqlığa son qoyuldu; 2) İtaliya Avstriya zülmündən azad oldu.

Avstriya-Macarıstan. XIX əsrin I yarısında Avropanın çoxmillətli imperiyalarından olan Avstriyanı Habsburqlar sülaləsi idarə edirdi. Baş nazir Metternix qatı mühafizəkar idi. İmperiyada hakim millət avstriyalılar idi. Dövlət idərələrində, məhkəmə və məktəblərdə alman dili işlənə bilərdi. Slavyan xalqları, eləcədə macarlar, italyanlar, rumınlar milli ayrı-seçkiliyə məruz qalırdılar. İqtisadiyyatın inkişaf səviyyəsinə görə Avropa ölkələrindən geri qalırdı. 1848-ci il martın 13-də Vyanada üsyan başladı. Üsyançıların tələbi ilə Metternix vəzifəsindən çıxarıldı, aprel ayında Konstitusiya qəbul edildi. Konstitusiyaya əsasən 2 palatalı reyxstaq çağırıldı. Oktyabrın 6-da Vyanada yenidən üsyan başladı. Xəyanət nəticəsində hökumət üsyanı yatıra bildi.

1848-ci il martın 15-də Macarıstanda inqilab başladı. 1849-cu ilin yazında Avstriya hərbi qüvvələri ölkədən çıxarıldı. Macarıstan parlamenti ölkənin müstəqilliyini elan etdi. Vəkil Layoş Koşutun başçılığı ilə yeni inqilabi hökumət təşkil olundu. Macarıstandakı inqilabı öz qüvvəsi ilə yatıra bilməyən Avstriya imperatoru “Avropa jandarmı” adını almış Rusiya çarı I Nikolaya müraciət etdi. 1849-cu ildə macar inqilabçılarının inadlı müqavimətinə baxmayaraq üsyan yatırıldı. Üsyançılara qanlı divan tutuldu. Avstriyada baş verən inqilabların çatışmazlıqlarına baxmayaraq inqilabın müsbət nəticələri də oldu: 1) habsburqlar monarxiyasınınhakimiyyəti məhdudlaşdırıldı; 2) 2 palatalı reyxstaq yaradıldı; 3) bir sıra feodal qaydaları ləğv edildi; 4) feodal mükəlləfiyyətlərindən ödənclə azad olmaq haqqında qanun verildi; 5) mülkədarların kəndlilər üzərində məhkəmə və polis ağalığı ləğv edildi. Bütün bunlar imperiya ərazisində kapitalizmin daha surətlə inkişafına yol açdı.

Rusiya.XIX əsrin əvvəllərində Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətinə çevrildi. Lakin ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən geri qalırdı. 1801-ci ildə saray çevrilişi nəticəsində I Pavel öldürüldü. I Aleksandr taxta çıxarıldı. 1821-1822-ci illərdə Ukraynada “Cənub cəmiyyəti”, Peterburqda “Şimal cəmiyyəti” yaradıldı.

Cəmiyyətlər 1825-ci il dekabrın 14-də Nikolayın and içmə mərasimində çevriliş etmək istəyirdilər. Lakin onlar Senat meydanına toplaşana qədər mərasim həyata keçirilmişdi. I Nikolaya sadiq qüvvələr üsyançıları darmadağın etdi. Bu üsyan tarixə “Dekabristlər üsyanı” kimi daxil oldu.

1861-ci il fevralın 19-da II Aleksandr təhkimçilik hüququnun ləğv edilməsi haqqında “Əsasnamə” imzaladı. Şəxsən azad olan kəndlilərə torpaq verilirdi. 1864-cü ildə quberniya və qəza miqyasında seçkili hakimiyyət orqanları olan Zemstvo idarələri yaradıldı. Onlar təsərrüfat və mədəniyyət məsələləri ilə məşğul olurdular. 1864-cü ildə məhkəmə, 1870-ci ildə şəhər, 1874-cü ildə hərbi islahatlar keçirildi. XIX əsrin 60-70-ci illərindəki islahatlar burjua xarakteri daşıyırdı.

XIX əsrin ortalarında Rusiyanın xarici siyasətində əsas məsələ “Şərq məsələsi” idi. Şərq məsələsinin mahiyyəti Türkiyənin hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və Yaxın Şərqdə təsir dairəsi uğrunda Avropanın iri dövlətləri arasında gedən mübarizə təşkil edirdi. 1853-cü ilin iyunundaRusiyanın Moldaviya və Valaxiyanı işğal etməsi ilə Osmanlı imperiyası ilə Rusiya arasında müharibə başladı. 1853-cü il noyabrın 18-də Sinop buxtasında dəniz vuruşmasında Rus donanması qalib gəldi. Bu hadisə İngiltərə və Fransanın 1854-cü ildə müharibəyəqoşulmasına səbəb oldu. Bundan sonra Osmanlı imperiyasının qoşunları fəallaşdı. 1856-cı il martın 30-da Parisdə müttəfiqlərlə Rusiya arasında sülh müqaviləsi imzalandı. Bu müharibədə Rusiya məğlub oldu. Sülh müqaviləsinə görə: 1) Rusiya Qara dənizdə hərbi donanma saxlamaq, sahillərdə qalalara sahib olmaq hüququndan məhrum oldu. 2) Bessarabiyanın cənub hissəsi Türkiyəyə verildi. 3) Rusiya Qarsı Türkiyəyə, müttəfiqlər isə Sevastopolu və d. işğal olunmuş şəhərləri Rusiyaya qaytardı. 4) Dardanel boğazı və Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan edildi.

1877-1878-ci illərdə yeni Rusiya-Türkiyə müharibəsi başladı. Müharibə Osmanlı imperiyasının məğlubiyyəti ilə nəticələndi. Avropa dövlətlərinin yeni koalisiyası ilə üzləşəcəyindən ehtiyat edən Rusiya 1878-ci il martın 9-da San-Stefanoda (Yaşılköy) Türkiyə ilə sülh müqaviləsi imzalandı. Bu sülhə görə: 1) Bolqarıstanın şimal hissəsi müstəqil dövlət elan edildi; 2) Çernoqoriya və Serbiyanın müstəqilliyi Türkiyə tərəfindən tanındı; 3) Rumıniya müstəqil elan edildi. 4) Rusiya Qars vilayətini və Bessarabiyanı ələ keçirdi.

ABŞ. Müstəqil dövlətin yaranması, əlverişli təbii şərait, hərbi xərclərin az olması ABŞ-da iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaratmışdı. ABŞ gəmiçiliyin inkişafına görə İngiltərədən sonra II yeri tuturdu. 1800-cü ildə prezident seçilən T. Cefferson ölkənin inkişafı üçün tədbirlər gördü. Seçki senzi ləğv edildi, dövlətçilik möhkəmləndirildi, borclular və məhbuslar üçün humanist qanunlar qəbul olundu.

İngiltərənin ŞimaliAmerikadakı müstəmləkələrinigeri qaytarmaq cəhdi 1812-ci ildə yeni müharibəyə səbəboldu. Müharibə1814-cü ilin dekabrında imzalanmış Kent müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə, İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaqdan əl çəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində II istiqlaliyyət müharibəsi adlanır.

XIX əsrin əvvəllərində Avropa dövlətlərinin bir-biri ilə apardıqları müharibələr ABŞ-a öz ərazilərini artırmağaimkan verdi. 1803-cü ildə Fransa Luizananı ABŞ-a satmalı oldu. ABŞ-ın ərazisi iki dəfə artdı. 1818-ci ildə Florida İspaniyanın, 1845-1846-cı illərdə Texas və Şimali Kaliforniya Meksikanın əlindən alındı. İqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yolla gedirdi.

XIX əsrin əvvəllərində Şimal ştatlarında quldarlıq ləğv edilsə də, Cənub ştatlarında qul əməyinə əsaslanan plantasiyalar üstünlük təşkil edirdi. Burada irqçilik daha dərin kök salmışdı. XIX əsrin I yarısında ABŞ-ın prezidentləri əsasən plantatorların (quldarların) nümayəndələrindən seçilirdi.

Quldarlıq ölkənin sənayecə inkişafı yolunda başlıca maneə idi. 1860-cı ildə respublikaçıların nümayəndəsi Avraam Linkoln prezident seçildi. Cənub ştatı buna cavab olaraq 1861-ci ildə (7ştat) ittifaqdan çıxdı. Ayrıca konfederasiya yaradaraq C. Devisi prezident seçdi. Ölkədə vətəndaş müharibəsi başlandı. Vətəndaş müharibəsinin əsassəbəbi sənaye baxımından inkişaf etmiş Şimalla quldarlığın hökm sürdüyü Cənub ştatları arasında ziddiyyətlərin kəskinləşməsi idi. 1862-ci ildə “Homstedlər haqqında” qanun qəbul edildi. Qanuna görə torpaq becərmək istəyən hər bir amerikalı Qərb torpaqlarından pulsuz olaraq 160 akr (65 ha) torpaq ala bilərdi. 1862-ci ilin sentyabrında “Azadlıq haqqında bəyannamə” imazaladı. Bu bəyannamədə 1863-cü ilin yanvarın 1-dən quldarlığın ləğv olunduğu elan edildi. Bütün bunlar inqilabın II mərhələsində şimalın üstünlüyünü təmin etdi. 1864-cü ildə general Şermanın başçılıq etdiyi Şimal ordusu cənubluları məğlub etdi. 1864-cü il seçkillərində A. Linkoln 2-ci dəfə prezident seçildi. Quldarlar üzərində tam qələbə çalındı. 1865-ci ildə Qrantın başçılıq etdiyi şimal ordusu Konfederasiyanın paytaxtı Riçmondu tutdu. Müharibə başa çatdı. Aprelin 14-də Vaşinqtonda teatr tamaşası zamanı A. Linkoln öldürüldü. 1866-cı ildə zəncilərin vətəndaşlıq hüquqları haqqında qanun təsdiq edildi. 1870-ci ildə dərisinin rəngindən asılı olmayaraq kişi cinsindən olan bütün amerikalılara seçki hüququ verildi.

Türk dünyası və Qafqaz xalqları

XIX əsrin əvvəllərində.

Osmanlı imperiyası. XIX əsrin əvvəllərində Osmanlı imperiyasında istehsal olunan kənd təsərrüfatı məhsullarına Avropa dövlətlərində tələbat artsa da, ölkə iqtisadiyyatı dərin böhran keçirirdi. Bu dövrdə də mühafizəkarlar yeniçərilərin köməyi ilə islahatlara mane olurdular. III Səlim yeniçərilərin bir hissəsini göndərmək istədikdə onlar 1805-ci ildə qiyam qaldırdılar. Bu zaman III Səlim qətiyyətsizlik edərək hərbi islahatlar haqqında fərmanı ləğv etdi, yeni təşkil olunmuş korpusu buraxdı. Qiyamçılar III Səlimi taxtdan salıb IV Mustafanı taxta çıxardılar. III Səlimi IV Mustafanın göstərişi ilə öldürdülər. Bir qədər sonra IV Mustafanın özünü də öldürdülər. II Mahmudu taxta çıxardılar.

Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiyanı yaxınlaşdırdı. 1805-ci ildə onlar arasında müqavilə imzalandı. Rus gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı. Austerlis döyüşündən sonra III Səlim Fransa ilə yaxınlaşdı. 1806-cı ildə Osmanlı imperiyası ilə Rusiya arasında müharibə başlandı. Osmanlı dövləti məğlubiyyətə uğradı. 1812-ci il mayın 16-da Buxarest sülhü bağlandı. Sülhün şərtlərinə görə: 1. Bessaribiya Rusiyaya keçdi; 2. Dunay çayında gediş-gəliş hüququ təsdiq edildi; 3. Moldava və Valaxiya Osmanlı dövlətində qaldı, Serbiyaya isə özünüidarə hüququ verildi.

1821-ci ildə Moreyada yunanlar Osmanlı dövlətinə qarşı üsyan qaldırdılar. Rusiya, İngiltərə, Fransa bundan istifadə edərək Yunanıstana muxtariyyət verilməsini tələb etdilər. Rədd cavabı alan İngiltərənin və Fransanın donanması 1827-ci ilin oktyabrında Navarin limanında türk donanmasını məğlub etdilər. 1828-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında yeni müharibə başlandı. Müharibə 1829-cu il sentyabrın 2-də Ədirnə sülhünün imzalanması ilə başa çatdı. Sülhün şərtlərinə görə: 1. Yunanıstan müstəqillik əldə etdi; 2. Dunay mənsəbindəki adalar Rusiyaya keçdi; 3. Valaxiya, Moldova və Serbiyaya daxili muxtariyyət verildi; 4. Anadoludakı bir sıra qalalar Rusiyanın tabeliyinə verildi; 5. Rus ticarət gəmilərinin boğazlardan sərbəst keçməsi təmin olundu.

1839-cu ildə II Mahmud vəfat etdi. Oğlu Əbdülməcid hakimiyyətə gəldi. Həmin ilin noyabrında Mustafa Rəşid paşanın komissiyası tərəfindən hazırlanan sultan Əbdülməcidin ali fərmanı (xətti-şərifi) Gülxana sarayında elan edildiyindən “Gülxana xətti-şərifi” adlanırdı. Bu fərmana Osmanlı tarixində “Tənzimati-xeyriyyə” deyilir. Tənzimatın II mərhələsi 1856-1870-ci illəri əhatə edir. Bu islahatlar elə bir dəyişikliyə səbəb olmadı. Ağır vəziyyətə dözməyərək sultanı devirmək istəyənlər Güləli həbsxanasına salındı.

1
Mərkəzi Asiya,

Qazaxıstan,

Volqaboyu,

Ural türkləri.


876-cı il mayın 30-da Midhət paşa tərəfdarları sultan Əbdüləzizi taxtdan salıb, əvvəl V Muradı, sonra II Əbdülhəmidi hakimiyyətə gətirdilər. 1876-cı ildə Midhət paşanın hazırladığı konstitusiya qəbul olundu. Lakin II Əbdülhəmid az sonra Midhət paşanı sürgün etdirib, “Yeni osmanlıların” parlament seçkilərində iştirakına imkan vermədi. Konstitusiya əməl olunmadı. 1889-cu ildə İstanbulda hərbi tibb məktəbinin kursantları “İttihad və tərəqqi” cəmiyyəti yaradaraq türk burjua-demokratik hərəkatının əsasını qoydular. Cəmiyyətin üzvləri və tərəfdarları “Gənctürklər” adlanırdı. “Gənc türklər”in əsas tələbləri 1876-cı il konstitusiyasının bərpa ediıməsi idi.

XIX əsrin əvvəllərində Mərkəzi Asiya və Qazaxıstanınkənd təsərrüfatında irəliləyiş müşahidə olunurdu. Buxara, Xivə xanlıqlarında sənətkarlıq, xırda kustar peşələr inkişafda idi. Pambıqçılıq, ipəkçilik, xalçaçılıq atçılıq, qaragül dəriləri istehsalı geniş yayılmışdı. Bu regionda İngiltərə və Rusiyanın maraqları toqquşurdu. Rusiya Mərkəzi Asiyanın işğalını 3 mərhələdə həyata keçirmişdi. 1. 1864-1865-ci illərdə Kokand xanlığının çox hissəsi ələ keçirildi; 2. 1866-1873-cü illərdə Buxara və Xivə xanlıqları tabe edildi. 1865-ci ildə Daşkəndi işğal edən ruslar 1867-ci ildə mərkəzi Daşkənd şəhəri olmaqlaTürküstan general-qubernatorluğu yaratdılar. 1868-ci ildə Buxara əmiri ruslara qarşı “müqəddəs müharibə” cihad elan etdi. Lakin ruslar Səmərqəndi tutdular. 1868-ci il iyunun 23-də Buxara əmiri ilə Rusiya arasında bağlanan sülh müqaviləsinə görə Türküstan general-qubernatorluğu tərkibində Zərəfşan mahalı yaradıldı. 1873-cü il sentyabrın 18-də bağlanmış müqaviləyə görə Buxara əmiri Rusiyanın hakimiyyətini qəbul etdi və ona xarici ölkələrlə müstəqil əlaqələr yaratmaq qadağan edildi. 1873-cü ildə Xivəni işğal edən ruslar Xivə xanı ilə müqavilə bağladılar. Bu xanlıq da Rusiyanın himayəsinə keçdi və təzminat ödədi; 3. 1875-ci ildə Kokandda Rusiya əleyhinə baş vermiş üsyandan istifadə edən II Aleksandr 1876-cı ildə Kokand xanlığını ləğv etdi. 1881-ci ildə Göytəpə, Aşğabad, 1884-cü ildə Mərv ruslar tərəfindən işğal edildi. Türkmənistanın işğalı başa çatdı. 1895-ci ildə Pamirin ələ keçirilməsi ilə Rusiya Mərkəzi Asiya və Qazaxıstanın işğalını başa çatdırdı.

Qafqaz xalqları.XIX əsrin başlanğıcında Rusiya Qara dəniz və Xəzər dənizi hövzələrində, Orta və Yaxın Şərqdə öz təsirini gücləndirmək üçün Cənubi Qafqazın işğalına böyük əhəmiyyət verirdi. Bu istiqamətdə ilk addım Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi oldu. 1801-ci il sentaybrın 12-də çar I Aleksadrın verdiyi manifestlə Kartli-Kaxetiya çarlığı ləğv olundu, Rusiyanın əyalətinə çevrildi. 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsi dövründə Ahalsıx, Ahalkələk, digər bölgələr Rusiya tərəfindən zəbt olundu. Cənubi Qafqazın Rusiyaya qatılması prosesi demək olar ki, başa çatdı. Şimal Qafqazın dağlıq bölgələrini Rusiyanın işğal etməsi yerli əhalinin müqavimətinə səbəb oldu. 1817-ci ildə general Yermolovun göstərişi ilə Qroznı qalasının əsası qoyuldu. Bundan sonra rus hərbi hissələri Çeçenistanın və Dağıstanın içərilərinə doğru irəliləməyə cəhd etdilər. 1820-ci illərdə Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə daha geniş vüsət aldı. Bu mübarizədə Şimali Qafqaz xalqları müridizm bayrağı altında birləşdilər. Hərəkata əvvəlcə Qazı Məhəmməd və Həmzət bəy başçılıq etdilər. Onlar öldürüldükdən sonra rəhbərlik Şamilə keçdi. Şeyx Şamil güclü dövlət -imamət yaratdı. 1859-cu ilə qədər Rusiyaya qarşı dağlıların milli-azadlıq mübarizəsinə (1834-1859) başçılıq etdi. 1864-cü ildə Şimal-Qərbi Qafqaz xalqları müqaviməti dayandırdılar. Bütün Qafqaz Rusiyanın tərkibinə daxil oldu. 1866-1868-ci illərdə Şimali Qafqazın bütün əyalətlərini əhatə edən kəndli islahatları keçirildi.

Asiya ölkələri XIX əsrdə.

İran. XIXəsrin əvvəllərində İran feodal, bəzi yerlərdə yarımfeodal münasibətlərin tam hökm sürdüyü aqrar bir ölkə idi. İran qeyri-məhdud feodal monarxiyası idi. Ölkəni mənşəcə türk olan Qacarlar sülaləsi idarə edirdi. Fətəli şah (1797-1834) çox nadir hallarda feodalların və ali ruhanilərin məşvərətçi şurasını çağırırdı. Dövlət idarə işləri baş vəzirin əlində cəmləşmişdi. Ölkə vilayətlərə və əyalətlərə bölünürdü. XIX əsrin I rübündə Cənubi Azərbaycanın hakimi Fətəli şahın oğlu Abbas Mirzə idi.

1814-cü il noyabrında İngiltərə ilə İran arasında Herat üstündə münaqişə İranın məğlubiyyəti ilə nəticələndi. 1841-ci il oktyabrında İngiltərə ilə İran arasında ticarət müqaviləsi imzalandı. Qeyri-bərabər şərtlərlə imzalanmış bu müqavilə nəticəsində İran iqtisadi cəhətdən İngiltərədən asılı vəziyyətə düşdü. 1845-ci ildən İran getdikcə Avropa dövlətlərinin xammal mənbəyi və satış bazarına çevrilirdi.

Babilər üsyanından sonra bazarla, ticarətlə əlaqəsi olan torpaq sahibləri bir sıra islahatlarkeçirilməsini zəruri hesab edirdilər. İslahat tərəfdarlarına Nəsrəddin şahın baş vəziri Mirzə Tağı xan başçılıq edirdi. İran qoşunlarının baş komandanı təyin edilmiş Mirzə Tağı xan Əmir Nizam titulu almışdı. O, dövlət hakimiyyətini möhkəmlətməyə, ordunu və maliyə sistemini yenidən təşkil etməyə çalışırdı. Mirzə Tağı xanın 1850-1851-ci illərdə keçirdiyi islahatlarda kəndlilərin hədsiz istismarının və onların vəziyyətini müəyyən qədər yaxşılaşdırmaq nəzərdə tutulmuşdu. İslahat əleyhidarları Mirzə Tağı xana qarşı hücuma keçdilər. 1851-ci ildə onlar Mirzə Tağı xanın baş vəzir vəzifəsindən kənarlaşdırıldı. Kaşan şəhərinə sürgün edilən vəzir 1852-ci ilin yanvarında orada öldürüldü.İnigilispərəst Ağa xan Nuri baş vəzir vəzifəsinə təyin edildi. O, islahat və yenilikləri ləğv etdi, əvvəlki qayda və qanunları bərpa etdi.

XIX əsrin II yarısında xarici kapitalın İrana axını prosesi gücləndi.

Hindistan. İngiltərə Hindistanın işğalını Ost-Hind şirkətinin əli ilə həyata keçirirdi.1849-cu ildə Pəncabın tutulması ilə Hindistanın işğalı başa çatdı. İngilislər Hindistanda 3 növ torpaq vergi sistemi tətbiq edirdilər: 1. Rəiyyətvari (kəndlilərin içərisində olan); 2. Müvəqqəti zəmindarlıq; 3. Daimi zəmindarlıq.

XIX əsin II yarısı Hindistanın xammal mənbəyinə çevrilməsi prosesi başa çatmışdı. ABŞ-da başlanmış vətəndaş müharibəsi nəticəsində bu ölkədən Avropaya pambıq gətirilməsi azadlığı üçün hind pambığına tələbat çoxaldı. Hindistana kapital qoyuluşu artdı. Ölkədə ağır vergi sistemi, milli zülm, yerli əhalidən orduda xidmət edənlərin II dərəcəli hərbçi sayılması, əmək haqlarının istənilən vaxt kəsilməsi, hindli zabitlərin ingilis zabitlərinə nisbətən pis yaşaması, hindlilərin zorla xristianlaşdırılacağı haqqında xəbərlər ölkədə yeni üsyana gətərib çıxartdı. Bu üsyan Sipahilər (Sipahi – döyüşçü deməkdir) üsyanı(1857-1859) adını aldı.

Üsyan 1857-ci ilin mayında Mirut şəhərində başlandı. ÜsyançılarDehlini ələ keçirib, Moğol sülaləsidən olan Bahadır şahı hökmdar elan etdilər. Üsyan müstəmləkəçilər əleyhinə milli-azadlıq hərəkatına çevrildi. Üsyanının əsas hərəkətverici qüvvəsi kəndlilər, şəhər yoxsulları, sənətkarlar idi. Hərəkatda iri feodallar iştirak edirdi. Sipahilər üsyanı 1859-cu ildə amansızlıqla yatırıldı. Məğlubolma səbəbləri: 1. Vahid mərkəzdən idarə olunması; 2. Hərəkatın pərakəndə xarakter daşıması; 3. Müstəmləkəçilərin nizami orduya və texniki üstünlüyə malik olması; 4. Hərəkatda feodalların iştirak etməsi; 5. Hərəkat rəhbərlərinin şəxsi və tayfa mənafeyini güdməsi və s.

Sipahilər hərəkatının nəticələri: 1. 1858-ci ildə Ost-Hind şirkəti ləğv olundu; 2. Hindistanın Böyük Britaniyanın müstəmləkəsi elan edildi və orada ingilislərin birbaşa idarəçiliyi yarandı; 3. Hərbi hissələrdə ingilislərin sayı artırıldı. 1885-ci ildə Hindistanda xalq hərəkatına rəhbərlik etmək üçün Ümumhindistan Milli Konqresi yaradıldı. İngilislər burada da “parçala, hökmranlıq et” prinsipindən istifadə edərək hindli fraksiyasını təmsil edən Tilakla müsəlmanların lideri Seyid Əhməd arasında ziddiyyətləri kəskinləşdirdi.

Çin. XIX əsrin əvvəllərində Ost-Hind şirkəti vasitəsilə Çindən çay, çini qablar, ipək ixrac edərək onun dəyərini gümüşlə ödəyirdi. 1757-ci il fərmanını tez-tez pozan ingilislər tiryək alverini getdikcə genişləndirirdilər. Tiryək ticarətinə ABŞ-da qoşulmuşdu. Onun əsas mərkəzi Konton şəhəri idi. Çin imperatoru 1839-cu ildə tiryəklə dolu olan bütün əcnəbi gəmilərinin Çin sahillərindən uzaqlaşdırılması haqqında fərman verdi. Bundan narazı qalan İngiltərə 1840-cı ildə I tiryək müharibəsinə (1840-1842) başladı. Yaxşı təlim görmüş ingilis qoşunu Kontonu blokadaya aldı, ABŞ eskadrasını göndərdi. Çətin vəziyyətə düşən Tsin hökuməti Daqu şəhərindəki danışıqlardan sonra 1840-cı ilin noyabrından tiryək ticarətinə icazə verdi. Lakin Çin xalqı partizan dəstələri yaradaraq ingilis qoşunlarına zərbələr endirdi. Məğlub olan Çin 1842-ci il avqustun 29-da Nankində ingilislərlə sülh müqaviləsi imzaladı. Müqaviləyə görə ingilislər Çinin 5 şəhərində, o cümlədən Şanxayda konsulluq açmaq, ticarət etmək hüququ aldılar. Bununla da “Açıq qapı” adlı siyasətin əsası qoyuldu. Honkonq adası İngiltərənin ixtiyarına keçdi. 1843-cü ildə ingilislər Çini burada işləyən vətəndaşlarına eksterritoriallıq (toxunulmazlıq) hüququ verən yeni müqavilə imzalamağa məcbur etdi. ABŞ, Fransa, Rusiya da Çinlə qeyri bərabərhüquqlu müqavilələr bağladılar.

1856-1860-cı illərdə yeni tiryək müharibələri baş verdi. 1858-ci ildə artıq paytaxt Pekinin təhlükə altında olduğunu görən Çin hökuməti ingilis-çin və fransız-çin müqavilələri imzaladı. Bu müharibələrdə Çin məğlub oldu. İngiltərə və Fransa 1860-cı ilin oktyabrında Çin ilə Pekində müqavilələr imzaladılar. Pekin müqavilələrinə görə Çin İngiltərə və Fransaya hərəsinə 8 milyon yuan təzminat verməli idi. Koulun yarımadası İngiltərənin himayəsinə keçdi. Tiryəkin açıq satışına icazə verildi.

1840-cı illərdə Çinin müstəmləkə əsarətinə salınması və daxili irticaya qarşı başlanmış ümumxalq mübarizəsinin başçısı Xuan Sütsüan idi. 1850-ci ildə güclü üsyan baş verdi. Üsyançılar ümumi bərabərlik ideyası təbliğ edir və “Səmavi ümumi rifah dövləti” (çin dilində “Taypin tyanqo”) yaratmağa çağırırdılar. Bu ideyanın ardıcıllarını taypinlər adlandırırdılar. 1852-ci ilin axırlarında taypinlər Nankini tutdular, onu yeni dövlətin paytaxtı Xuan Sütsüanı isə onun imperatoru elan etdilər. İmperator üsyanı yatırmaq üçün bütün qüvvələri səfərbər etdilər. Ona ingilis, fransız və ABŞ silahlı qüvvələri həlledici yardım göstərirdilər. 1864-cü ilin yayında Taypin dövləti süqut etdi. Taypinlər hərəkatı Çində kapitalizmin meydana gəlməsi və inkişafı üçün yol açmışdı.

Çinin bölüşdürülməsinə ilk addımı İngiltərə və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Koreya uğrunda mübarizə 1894-1895-ci illər Çin-Yaponiya müharibəsinə səbəb oldu. Müharibədə Çin məğlub oldu. 1895-ci ilin aprelində Çinlə Yaponiya arasında imzalanmış müqaviləyə görə Çin Koreyanın müstəqilliyini tanıdı, Tayvan və Lyaodun Yaponiya verildi. Çin böyük məbləğdə təzminat ödəməli oldu.

Yaponiya. XIX əsrin əvvəllərində Yaponiyanı Tokuqava nəslindən olan Syoqun idarə edirdi. Bu dövrdə Yaponiyada müxtəlif torpaq mülkiyyəti formaları vardı. İmperatorun mülkləri ilə yanaşı, syoquna, knyazlara və bütpərəst monastrlara məxsus torpaqlar da mövcud idi. Syoqun və knyazlar həmin torpaqların bir hissəsini öz vassallarına verirdilər.

Syoqunun hələ 1721-ci ildə verilmiş fərmanı ilə şəhərlərin ticarət-sələmçi kapitalı becərilməyən torpaqlardan istifadə hüququ almışdı. Bu tədbir sonralar, habelə XIX əsrin əvvəlində samurayların torpaq mülkiyyəti üzərindəki inhisarını əsaslı surətdə zəiflətmişdi.

Yaponiyada xristianlığın yayılması hökuməti narahat edirdi. Buna görə də syoqun əsrin ortalarında Yaponiyanın “qapalı ölkə” elan edilməsi haqqında fərman verdi. Yaponiya sahillərinə yaxınlaşan hər hansı bir xarici gəmi dərhal bütün heyəti ilə məhv edilirdi. Bu qapalılıq tam şəkildə tətbiq edilmirdi. Belə ki, Yaponiya Çin və Koreya ilə məhdud şəkildə olsa da, Hollandiya ilə ticarət əlaqələri saxlayırdı.

Bu dövrdə İngiltərə, Fransa, Rusiya və ABŞ-ın Yaponiyanı xarici aləm üçün açmaq təşəbbüsləri nəticəsiz qalmışdı. I tiryək müharibəsi başa çatdıqdan sonra İngiltərə, Hollandiya, ABŞ Yaponiyanın sərhədlərini xarici ticarət üçün açmağı tələb etdilər, əks halda Yaponiyanı Çinin vəziyyətinə salacaqları ilə hədələdilər. Beləliklə, Yaponiya “qapalılıq” siyasətindən imtina etmək məcburiyyətində qaldı. 1854-1858-ci illərdə Yaponiyaya ABŞ və Avropa dövlətlərinin iqtisadi ekspansiyası güclənmişdi.

1867-ci ildə 15 yaşlı Mutsixito imperator taxtında əyləşdirildi. İmperator tərəfdarları ilə Syoqun arasında başlanan münaqişə 1868-ci il yanvarında silahlı toqquşmaya gətirib çıxartdı. Syoqun qüvvələri məğlub oldular, paytaxt Yedo şəhəri antisyoqun qüvvələrə təslim edildi.

Syoqunatın süqutu bütün xalqın vahid cəbhədə birləşməsi, güclü kəndli üsyanları və şəhər yoxsullarının mütəşəkkil çıxışları nəticəsində mümkün olmudu.

1868-1873-cü illərdə ölkədə burjua islahatları keçirildi. Bütün ölkə miqyasında işlənən pul vahidi iyena qəbul edildi. Yedonun adı dəyişdirilərək Tokio adlandırıldı. 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası qəbul edildi.

Dünya ölkələri mədəniyyəti XIX əsrdə.

X
Avropa və Rusiya

mədəniyyəti.


IX əsrin əvvəllərində İngiltərədə əyirici maşınlar, mexaniki toxucu dəzgahlar artıq geniş tətbiq edilirdi. Buxar maşını ilə təchiz edilmiş fabriklər tikilirdi. Fransada başlanan sənaye çevrilişi 1830-1840-cı illərdə Qərbi Avropanın başqa ölkələrinə və ABŞ-a yayılmışdı. Pambığı çiyiddən ayıran maşının ixtira edilməsi istehsalını asanlaşdırırdı, pambıq istehsalının inkişafına təkan verdi.

XIX əsrin əvvəllərində fransız mühəndisi Jakkard parçanın maşınla hazırlanması sahəsində yeni bir ixtira etdi. Onun toxucu dəzgahında rəngli parçalar hazırlanırdı. 1820-ci illərdə buxar maşınları ilə işləyən çay paroxodlarından istifadə edirdilər. Bu dövrdə Rabitə də təkmilləşdirildi.

XIX əsrin axırlarında Alman mühəndisi Q. Daymler benzinlə işləyən mühərrik düzəltmişdi. O, K. Bentslə birlikdə benzin motorlu avtomobilin ilk nümunəsini yaratmışdılar. ABŞ mühəndisi T. Edisonun elektrik lampalarını ixtira etməsi nəticəsində elektrik enerjisindən küçələrin və evlərin işıqlandırılmasında geniş istifadə olunmağa başlandı. Amerika alımi A. Bell ilk telefon aparatını yaratmışdı.

XIX əsrin I yarısında ədəbiyyatda romantizm cərəyanı üstünlük təşkil edirdi. İ. V. Höte və C. Bayron bu cərəyanın ən görkəmli nümayəndələri idilər. XIX əsrin II yarısında Avropa ölkələrində ədəbiyyatda 3 cərəyan mövcud idi: Simvolizm; Naturalizm; Tənqidi realizm. F. Şopen Polşa musiqi mədəniyyətinin ən yaxşı cəhətlərini öz əsərlərində əks etdirirdi.

XIX əsrin I yarısında təhkimçilik hüququ və mütləqiyyət Rusiyada mədəniyyətin inkişafına mənfi təsir göstərirdi. Çoxsaylı istedadlı rəssamlar, aktyorlar, musiqiçilər təhkimçilik əsarətində idi. Popov Peterburqda dünyada ilk radiostansiya və radioqəbuledici qurğunun işini nümayiş etdirmişdi. XIX əsrin əvvəllərində Karamzin və Jukovski əhəmiyyətli rol oynamışdılar. Yeni rus ədəbiyyatının əsl yaradıcısı Puşkin rus realizminin banisidir.

X


Osmanlı imperiyası

Məkəzi Asiya

Qazaxıstan

Volqaboyu

Ural türklərinin

mədəniyyəti.


IX əsrin əvvəllərində Osmanlı dövlətində dini məktəb və mədrəsələr mövcud idi. Sultan II Mahmudun dövründə həyata keçirilən hərbi və inzibati islahatlar təhsil almış kadrların vacibliyini tələb edirdi. II Mahmud mədrəsələrlə yanaşı dünyəvi ibtidai məktəblər açılması qərarına gəlmişdi. 1868-ci ildə İstanbul da açılan “Sultan litseyi” Osmanlı imperiyasında maarif sahəsində diqqətə layiq hal oldu.1869-cu ildə xalq təhsili haqqında qanun qəbul edildi. 1851-ci ildə İstanbulda Elm Komitəsi – ilk Türk Elmlər Akademiyası yaradıldı. Bu dövrdə yeni bədii ədəbiyyat nəsr, nəzm və dramaturgiya yaranırdı. Yeni osmanlıların ən görkəmli nümayəndəsi şair Namiq Kamal həm də tarixi romanların müəllifidir. İlk milli dram teatrı 1850-ci illərin sonunda fəaliyyətə başlamışdı. İlk rəssamlıq məktəbi 1882-ci ildə açılmışdı.

Mərkəzi Asiya, Qazaxıstan, Ural və Volqaboyunda maarifin inkişafı uzun illər İslam dini ilə bağlı olmuşdu. Buxara, Səmərqənd, Kazan, Ufa və Orenburqdakı iri mədrəsələrdə təhsil almış tanınmış din xadimləri dərs deyirdilər. XIX əsrin II yarısında Z. X. Furkatın bədii yaradıcılığında tənqidi realizm və demokratik ideyalar əsas yer tuturdu. Abay Kunanbayev öz şeirlərində cəmiyyətdəki qüsurlara, maarifə və elmə yüksək qiymət veriridi.

Q
Qafqaz xalqlarının

mədəniyyəti.



Çin, Hindistan

İran, Yaponiya

mədəniyyəti.
afqazda maarif sahəsi Rusiyanın müstəmləkəçilik məqsədlərinə xidmət edirdi. Şimali Qafqazda ilk məktəb 1820-ci ildə Nalçikdə açılmışdı. XIX əsrdə

elm də inkişaf edirdi. Kabardinli tarixçi Noqomov “Adıgey xalqlarının tarixi” əsərini yazmışdı. XIX əsrin əvvəllərində Qafqaz xalqlarının ədəbiyyatında milli istiqlaliyyət və müstəmləkə zülmünə qarşı mübarizə öz əksini tapmışdı. Şimali Qafqaz dağlıları arasında qəhrəmanlıq mövzusunda olan mahnılar geniş yayılmışdı.

XIX əsrdə Çində elmi biliklərin inkişafında müəyyən irəliləyişlər baş vermişdi. Çin ədəbiyyatında və ictimai fikrində taypinçi ideyaların təbliği mühüm yer tutmağa başlamışdı. Çin ədəbiyyatının inkişafında 1830-1840-cı illərdə yaradılan və bir sıra mütərəqqi ədəbiyyat xadimlərini birləşdirən Sunyan ədəbiyyat assosiasiyası böyülk rol oynamışdı.

1821-ci ildə görkəmli alim, filosof, həm də məşhur islahatçı Ram Mohan Ray Hindistanda ilk dəfə benqal dilində jurnal nəşr etdirməyə başladı. XIX əsrin II yarısı Hindistan mədəniyyəti tarixinə Benqal intibahı dövrü kimi daxil olmuşdu.

İranın iqtisadi və siyasi geriliyi, feodal qaydalarının hökmranlığı mədəniyyətin inkişafına da öz təsirini göstərirdi. XIX əsrin ortalarında Mirzə Tağı xanın islahatları İranda mədəniyyətin inkişafına müsbət təsir göstərmişdi. 1851-ci ildə Bilik evi adlandırılan Darülfünün açılması İranın mədəni həyatında çox mühüm hadisə idi.

XIX əsrin I yarısında Yaponiyada bədii ədəbiyyatın inkişafı “Bunka-bunsyey” mərhələsi kimi tanınır. Bu dövr incəsənətinin əsas forması ağac üzərində Yaponiya təbiətini və xalqın sadə həyatını əks etdirən rəngli qravüralardan ibarət idi.


Avropa ölkələri, Rusiya və ABŞ

XX əsrin əvvəllərində.


İngiltərə. XX əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəllərdə olduğu kimi qalırdı. Qanunverici hakimiyyət İcmalar palatası və Lordlar palatasından ibarət olan parlamentə məxsus idi. Bu dövrdə mühafizəkarlar arasında ixtilafdan istifadə edən liberallar seçkidə qalib gəldilər. Liberal hökumətin başçısı Devid Lloyd Corc idi.

İngiltərə yenə də dünya ticarətində və kapital ixracatında birinciliyi qoruyub saxlayırdı. London dünyanın ticarət və maliyyə mərkəzi idi. Funt-sterlinq beynəlxalq valyuta rolunu oynayırdı. İngiltərədə qabaqçıl texnologiya az tətbiq edildiyinə görə ABŞ və Almaniyadan geri də qalırdı.

İngiltərənin müstəmləkələrini genişləndirmək cəhdi yeni müharibələrə səbəb oldu. Cənubi Afrikadakı Transvaal və Oranj (Narıncı çay) respublikaları müstəqilliklərini qoruyub saxlayırdılar. Bu respublikaların əhalisi olan burlar (holland, fransız, alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. İngilis-bur müharibəsi qüvvə üstünlüyünə malik olan 1902-ci ildə ingilislərin qələbəsi ilə qurtardı. 1902-ci ilin iyun ayında bağlanan sülh müqaviləsindən sonra bütün Cənubi Afrikanın işğalı başa çatdı. 1910-cu ildə isə Transvaal və Oranj respublikaları “Cənubi Afrika İttifaqı” adı altında dominion hüququ aldılar.

XX əsrin əvvəllərində ingilis-alman münasibətləri kəskinləşdi. Almaniya ilə müstəmləkələr uğrunda mübarizə İngiltərə və Fransanı yaxınlaşdırdı. Onların arasında 1904-cü ildə “Səmimi saziş” imzalandı. 1905-ci ildə İngiltərədə nəhəng gəmilərin istehsalına başlanıldı. 1907-ci ildə Peterburqda ingilis-rus sazişinin bağlanması ilə “Antanta”nın (ürəkdən razıyam deməkdir) yaradılması başa çatdı. Antanta hərbi, siyaisi blok idi.

Fransa. XX əsrin əvvəllərində Fransada yeni sənaye sahələri – avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil və aviasiya istehsalına görə Fransa Avropada I yerdə idi. Lakin sənayenin ümumi inkişafına görə Fransa ABŞ və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı da lənğ inkişaf edirdi, bank kapitalı sürətlə artırdı.

1901-ci ildə formalaşmış sol radikal partiyası xırda burjuaziya və orta burjuaziyanın bir hissəsinin arasında böyük nüfuza malik idi. 1902-ci ildə keçirilən seçkilərdə Radikallar partiyası Deputatlar palatasında ən çox yer aldılar. E. Komb başda olmaqla “Sol blok” hökuməti yaradıldı. Bu hökumət kilsənin fəaliyyətini məhdudlaşdırmaq üçün qanun verdi. Elə buna görə E. Komb 1905-ci ildə istefa verdi. 1906-cı il seçkilərində qalib gələn radikalların yeni hökumətinə J. Klemanso başçılıq etdi.

1911-ci ildə Mərakeş üstündə Fransa-Almaniya münaqişəsi yenidən kəskinləşdi. 1912-ci ildə Fransa-Rusiya arasında hərbi dəniz konvensiyası imzalandı.

Almaniya. XX əsrin əvvəllərində Almaniyanın iqtisadi inkişafı, inhisarların yaranması prosesi davam edirdi. 1900-cü ildə Almaniya polad istehsalında İngiltərəni ötərək, dünyada ABŞ-dan sonra 2-ci yeri tuturdu. 1912-ci ildə Almaniya sənaye istehsalının həcminə görə İngiltərə və Fransanı ötüb keçmiş, dünyada ABŞ-dan sonra 2-ci yerə çıxmışdı. Almaniyada kənd təsərrüfatı inkişaf surətinə görə sənayedən geri də qalırdı. 1900-1903-cü illərin dünya iqtisadi böhranı Almaniya hakim dairələrinin ekspansionist meyllərinin güclənməsinə, satış bazarları və nüfuz dairələri uğrunda mübarizəyə imkan yaratmışdı.( Ekspansiya – dövlətin öz nüfuz dairəsini diplomatik, iqtisadi və hərbi üsullarla başqa dövlətlərdə genişləndirməyə yönədilmiş siyasəti).İngilis-alman mənafeləri Balkanlarda, Yaxın Şərqdə, Afrikada və Asiyada toqquşurdu. Osmanlı imperiyası ilə 1903-cü ildə Berlin-Bağdad dəmir yolunun çəkilməsi üçün Almaniya arasında müqavilə imzalandı. Dünyanı yenidən bölüşdürmək istəyən Almaniya “dinc nüfuzetmə” siyasətindən istifadə etməklə yanaşı, Açıq-aşkar müharibə xətti götürürdü. “Şərqə hücum şüarını irəli sürən almanlar 1905-ci ildə baş qərargah rəisi Şliffenin rəhbərliyi ilə 2 cəbhədə (həm Fransa, həm də Rusiya) müharibə planı (Şliffen planı) hazırladılar. Dünya müharibəsi təhlükəsi günbəgün artırdı.

Rusiya. XX əsrin əvvəllərində Rusiyada kapitalizmininkişafı xeyli sürətlənmişdi. 1904-1905-ci illərin Rusiya-Yaponiya müharibəsində rus ordusunun ağır məğlubiyyəti ölkədə mövcud quruluşa qarşı narazılığı kəskin surətdə artırdı. Bu narazılıq özününən kəskin təzahürünü 1905-1907-ci illərdə baş vermiş burjua-demokratik inqilabında tapdı. 1905-ci il yanvarın 9-da Peterburqda keşiş Qaponun başçılığı ilə keçirilmiş nümayiş hökumət qoşunları tərəfindən gülləbaran edildi. Qanlı bazar günü adı almış bu hadisə bütün Rusiyanı sarsıtdı. Peterburqda başlanan inqilab tezliklə bütün imperiyaya yayıldı. 1905-ci il yanvarın 9-dan dekabr ayınadək davam edən inqilabın I mərhələsində inqilab özünün ən yüksək pilləsinə qalxmışdı. Sonrakı illərdə tətil böyüyüb Ümumrusiya siyasi tətilinə çevrildi. 1905-ci il oktyabrın 17-də imperator II Nikolay əsas siyasi azadlıqları bəyan edən Manifest imzalamağa məcbur oldu. 1905-ci il dekabrın 9-dan 19-na kimi silahlı üsyan baş vermişdi. Ordunun vasitəsilə hökumət üsyanın gedişini öz xeyrinə dəyişdirə bildi.

1906-1907-ci illərdə fəaliyyət göstərmiş I və II Dövlət Dumaları islahat tələbləri ilə hökumətdə ciddi narahatlıq doğurdu. Ona görə imperator 1907-ci il iyunun 3-də II Dumanı qovdu. Bu inqilabın sonu demək idi. I rus inqilabı öz qarşısına qoymuş olduğu əsas vəzifələrdən heç birini yerinə yetirə bilmədi. 1906-cı ildə Nazirlər Şurasının sədri təyin edilmiş P. A. Stolıpin öz dövrünün böyük islahatçısı idi. Onun keçirdiyi torpaq islahatı kəndli icmanın aradan qaldırılmasına yönəldilmişdi. II Nikolayın 1906-cı il noyabrın 9-da icmaların dağılması haqqında fərmanı 1910-cu il iyun qanunu ilə qüvvəyə mindi. Lena qızıl mədənlərində 1912-ci ilin aprelindəfəhlələrin gülləbaran edilməsi yeni əzəmətli tətillər üçün güclü təkan oldu.

ABŞ. XXəsrin əvvəllərində ABŞ-ın coşğun iqtisadi inkişafı üçün əlverişli şərait yaranmışdı. Sənaye istehsalının həcminə görə ABŞ dünyada I yerə çıxdı. Bu dövrdə ABŞ-da yeni sənaye sahələri avtomobil, elektrotexnika, neft və kimya sənayesi surətlə inkişaf edirdi. İqtisadiyyatın bütün sahələrində inhisarların təsiri güclənmişdi. İlk tresti Con Rokfeller yaratmışdı. I Dünya müharibəsi ərəfəsində “Standart Oyl” tresti dünyada ən böyük neft inhisarlarından birinə çevrilmişdi. ABŞ-ın digər ən iri inhisarçı D. Morqanın “Polad tresti” idi.

1900-1903-cü illərin dünya iqtisadi böhranı ABŞ-dan yan keçməmişdi. Orta və xırda burjuaziya nümayəndələri böhrandan çıxmaq üçün islahatlar keçirilməsini tələb edirdilər. Reformist xəttin ən görkəmli nümayəndələri T. Ruzvelt və V. Vilson idilər. 1900-cu il prezident seçkilərində respublikaçı U. Makkinli prezident oldu. 1901-ci ildə sentyabrında Makkinli sui-qəsd nəticəsində öldürüldü. Həmin ildə konstitusiyaya görə vitse prezident T. Ruzvelt prezidenti əvəz etdi. Ruzvelt hökuməti xarici siyasətdə böyük dəyənək, yəni zor işlətmək siyasətini davam etdirirdi. 1908-ci ildə prezident seçkilərində qalib gələn Uilyam Taftın vaxtında da bu siyasət davam etdirilirdi. ABŞ-ın Latın Amerikası ölkələrini əsarət altına salan bu siyasət isə “dollar diplomatiyası” adını almışdı. 1912-ci il seçkilərində V. Vilson demokratlar partiyasının nümayəndəsi prezident seçildi. Onun hakimiyyət illəri “Yeni demokratiya” adlandırıldı. Vilson seçki sisteminin demokratikləşdirilməsi üçün 1913-cü ildən senatorların bilavasitə xalq tərəfindən seçilməsi haqqında konstitusiyaya edilən 17-ci düzəliş qüvvəyə mindi. Əmək nazirliyi də yaradıldı.


Türk dünyası və Qafqaz xalqları

XX əsrin əvvəllərində.

Osmanlı imperiyası. XX əsrin əvvəllərində Osmanlı imperiyasının iqtisadi vəziyyəti pisləşmiş, xarici ölkələrdən asılı vəziyyətə salınmışdı. Xaricilərin ən çox qazanc əldə etdiyi sahələrdən biri dəmir yolları idi. Almaniyanı özlərinə rəqib sayan Rusiya və İngiltərə 1908-ci ilin iyununda Reveldə (Tallin) keçirilmiş görüşdə Osmanlı imperiyasını bölüşdürmək məsələsində razılıq əldə etdilər.

1907-ci ilin sonunda Parisdə İttihad və Tərəqqi və digər təşkilatların birləşmiş qurultayı çağırıldı. Qurultayda 1875-ci il konstitusiyasının bərpası və Əbdülhəmid hakimiyyətinin silahlı üsyan yolu ilə devrilməsi barədə qərar qəbul etdi. Tarixdə Gənc türklər adını almış inqilab 1908-1909-cu illəri əhatə edir. Sultan II Əbdülhəmid 1908-ci il iyulun 23-də 1876-cı il konstitusiyanın bərpa edilməsi və parlament seçkiləri keçiriləcəyi haqqında fərman imzalamağa məcbur oldu. Osmanlı dövləti konstitusiyalı monarxiya elan edildi. II Əbdülhəmidin 32 illik diktatura rejiminə son qoyuldu. 1908-ci il noyabrında parlamentin ilk iclası çağırıldı. 1908-1909-cu illərdə Səid paşa, Kamil paşa, Süleyman paşa Gənc türklərin razılığı ilə təşkil olunmuş hökumət kabinetinə başçılıq etdilər. 1909-cu ildə II Əbdülhəmid ingilislərin müdadiə etdiyi “Əhrar” (liberallar) və ruhani “İttihadi müsəlman” (müsəlman cəmiyyəti) təşkilatına arxalanaraq İstanbul qarnizonunun köməyi ilə əksinqilabi çevriliş edərək hakimiyyətə qayıtdı. Buna cavab olaraq 1909-cu il aprelində “Gənc türklər” Şövkət paşanın komandanlığı altında Makedoniyadakı ordunu İstanbula yeritdi. 1909-cu ilin aprelində Sultan II Əbdülhəmid hakimiyyətdən uzaqlaşdırıldı. Onun qardaşı V Mehmet Rəsad sultan elan olundu. Gənc türklər inqilabı Osmanlı imperiyasının siyasi quruluşunu dəyişmədi. Bu inqilab yuxarı təbəqələrin inqilabı idi.

Bolqarıstan, Yunanıstan və Çernoqoriyadan ibarət “Balkanittifaqı”na daxil olan ölkələr 1912-ci il oktyabrında Osmanlı imperiyasına müharibə elan etdilər. Beləliklə, tarixdə I Balkan müharibəsi adlandırılan müharibə başladı. Müharibəyə hazır olmayan osmanlı qoşunları ilk günlərdən geri çəkilmək məcburiyyətində qaldılar. Belə vəziyyəti gözləməyən Avropa ölkələri təşvişə düşərək 1913-cü il mayın əvvəllərində barışıqsazişi imzalatmağa nail oldular. Mayın 30-da Londonda sülh müqaviləsi imzalandı. Müqavilənin şərtləri: Osmanlı imperiyası Balkanlarda, Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya müstəqil knyazlıq elan edildi. Avstriya-Macarıstan və Almaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiyaya və Yunanıstana qarşı qoşun çıxartdı. 1913-cü il iyunun 30-da II Balkan müharibəsi başlandı. Müharibə avqustun 30-da Bolqarıstanın məğlubiyyəti ilə başa çatdı. “Gənc türklər” bundan istifadə edib, Ədirnə və onun ətrafındakı əraziləri geri qaytardılar.

X
Mərkəzi Asiya

Qazaxıstan

Volqaboyu

və Ural türkləri.


X əsrin əvvəllərində Mərkəzi Asiya və Qazaxıstanın iqtisadi və siyasi sosial həyatında xeyli dəyişikliklər baş verdi. 1906-cı ildə Orenburq-Daşkənd dəmir yol xətti işə düşdükdən sonra Rusiyanın mərkəzi bölgələri ilə əmtəə dövriyyəsi xüsusilə artmışdı. Köçərilikdən oturaq həyata keçid genişlənirdi. Türküstanda kəndlilərdən alınan vergilər ildən-ilə artırdı. 1904-cü ildə köçürmə haqqındakı qəbul edilmiş qərara görə, gəlmə ruslar 15 il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən, o cümlədən əsgərlikdən azad olunur, onlara borc verilirdi.

Krımdakı torpaqların mülkədar və varlı kəndlilərin əlində cəmləşməsi artır, ortababların mövqeyi möhkəmlənir, yoxsul təsərrüfatların xüsusi çəkisi aşağı düşürdü. Əkinçilikdə taxılçılıq üstünlük təşkil edirdi. Tatarıstanda demək olar ki, torpaq sahələrinin böyük bir hissəsi mülkədarlara və dövlətə məxsus idi. Başqırdıstanın kənd təsərrüfatında kapitalizmin inkişafı sosial təbəqələşməyə səbəb olmuşdu ki, bu da öz növbəsində kənd burjuaziyası və yoxsulların sayını artırmışdı. Türküstanda sənayenin müxtəlif sahələrində müəyyən irəliləyişlər hiss olunurdu. Regionda 208 pambıqtəmizləmə və 37 şərab zavodu fəaliyyət göstərmişdi.

Bu dövrdə Krım, Volqaboyu və Sibirdə sosial-siyasi vəziyyət gərgin idi. Çarizm bu bölgələrin xalqlarını iqtisadi və milli əsarət altında saxlayırdı. 1905-1906-cı illərdə keçirilmiş Ümumrusiya Müsəlmanları qurultayları türk xalqlarının təşkilatlanmasında böyük rol oynamışdı. Stolıpinin aqrar islahatlarının tərkib hissəsini kəndlilərin köçürülməsi təşkil edirdi. Demək olar hər il Mərkəzi Asiya və Qazaxıstana 8 min rus ailəsi köçürülür və yerli əhalidən alınmış torpaqla təmin edilirdi.Ümumiyyətlə, türk ölkələrində Stolıpinin torpaq islahatı məhdud şəkildə həyata keçirilsə də, kənddə qolçomaq və yoxsulların sayını nisbətən artırmış, kapitalist münasibətlərini genişləndirmiş, bank-kredit sistemi güclənmiş, yeni sənaye sahələri meydana gəlmiş, burjua-fəhlələrin təşəkkülünə səbəb olmuşdu. Yeni torpaq siyasəti ölkədəki aqrar böhranı aradan qaldırmadı. Stolıpin islahatları milli ucqarlarda ictimai-siyasi vəziyyəti xeyli dərəcədə kəskinləşdirdi.

Qafqaz xalqları. XX əsrin əvvəllərində Qafqazın sosial-iqtisadi inkişafında müəyyən dəyişikliklər baş vermişdi. Rusiyada kapitalizmin inkişafı Qafqazda da sosial münasibətlərə təsir göstərirdi. Dağ-mədən sənayesində neft çıxarılmasında yeni nailiyyətlər əldə edilmişdi. Kənddə sosial təbəqələşmə nəticəsində meydana gəlmiş kənd burjuaziyası-qolçomaqlar kənd əhalisinin az bir hissəsini təşkil etmələrinə və təsərrüfatların 10%-nə sahib olmalarına baxmayaraq, əmtəəlik taxılın böyük bir hissəsini onlar verirdilər. Bununla bərabər, əkinçilik alətləri hələ də təkmil deyildi, kənlilərin iş heyvanları çatışmırdı. 1903-cü ildə Şimali Qafqazda bütün təsərrüfatların 44,1%-nin atı yox idi.

1900-1903-cü illərin iqtisadi böhranı zəhmətkeşlərin onsuz da ağır olan vəziyyətini daha da pisləşdirdi. 1905-ci ilin yanvar-fevral aylarında Qroznıda, Maykopda, Stavropolda, Dərbənddə və b. yerlərdə tətil və nümayişlər baş vermişdi. I rus inqilabı başa çatdıqdan sonra da, Qafqazda həyəcanlar və çıxışlar davam etdirilirdi. Bunu nəzərə alan Qafqaz canişini 1907-ci il iyunun 7-də diyarda fövqəladə vəziyyət tətbiq olunduğunu elan etmişdi. Eyni zamanda iri şəhərlərə və dəmir yolu stansiyalarına əlavə qoşun hissələri gətirilmişdi.

Asiya ölkələri XX əsrin əvvəllərində.

İran. XX əsrin əvvəllərində İran müstəqilliyini xeyli dərəcədə itirmişdi. Ölkənin ağır vəziyyəti ehtiyac içində boğulan əhalini mövcud rejimə qarşı ayağa qaldırmışdı. 1905-ci il dekabrında ali ruhanilərin çağırışı ilə 5 mindən artıq, nümayişçi Tehranın cənubundakı şah Əbdüləzim məscidində bəstdə oturdular. Bəstiçilərin bir sıra tələblərini hökumət qəbul etməyə məcbur oldu. 1906-cı il yanvarında tələblərin bir neçəsi qəbul olundu. Bəstdə oturanlar evlərinə qayıtdılar. 1906-cı il avqustunda şahın konstitusiya haqqında fərmanı dərc edildi, Əsasnamə imzalandı. Həmin ilin oktyabr-noyabr aylarında Məclisə seçkilər keçirildi. Dekabrda Müzəffərəddin şah konstitusiyanın I hissəsini təsdiq etdi.

1907-ci ilin yanvarında artıq vəfat etmiş Müzəffərəddin şahın oğlu Məhəmmədəli taxt-taca sahib oldu. O, 1907-ci ilin oktyabrında “Əsas qanuna əlavələr” adı altında konstitusiyanın II hissəsini təsdiq etdi. Əsas qanunun qəbul edilməsi inqilabın I mərhələsi başa çatdırıldı. Rusiya və İngiltərənin köməyinə arxalanan şah 1908-ci ilin iyununda Tehranda hərbi vəziyyət elan etdi. Tehrandakı hərbi cevrilişdən sonra Təbriz şəhəri 1908-1909-cu illərdə İran inqilabının alınmaz qalasına çevrildi.

1909-cu ilin iyulunda Gilan fədailəri və bəxtiyarı dəstələri Tehrana daxil oldular. Vəziyyətin çıxılmazlığını görən şah Rusiyanın Tehrandakı səfirliyində sığınacaq tapdı. Milli Məclisin fövqəladə iclası Məhəmmədəli şahın devrilməsi və onun yerinə 14 yaşlı oğlu Əhmədin İran şahı təyin olunması haqqında qərar qəbul etdi. 1909-cu ilin noyabrında II Məclisin ilk iclası keçirildi. Devrilmiş Məhəmmədəli şah hökumətə qarşı silahlı mübarizə təşkil etdi. Rusiya öz qoşunlarını ölkənin şimal, İngiltərə isə cənub hissəsinə yeritdi. Müdaxiləçilərin köməyindən istifadə edən şah tərəfdarları 1911-ci ilin dekabrında yenidən əksinqilabı çevriliş etdilər. Şah hakimiyyəti bərpa edildi. Beləliklə, İranda antifeodal xalq inqilabını boğa bildilər. İnqibaının məğlubiyyətinin əsas səbəbləri hərəkatda bütün xalq kütlələrinin birgə hərəkət etməməsi, rəhbərliyin zəifliyi, əhalinin inqilabi mübarizə təcrübəsinin olmaması, Rusiya və İngiltərənin hərbi müdaxiləsi idi.

Hindistan. XX əsrin əvvəllərində Hindistanda kapitalizm əsasən yüngül sənaye sahələrində, xüsusilə də toxuculuq sənayesində inkişaf edirdi. Bu zaman ölkədə qatı müstəmləkəçi siyasəti vitse-kral lord Kerzon (1899-1905) həyata keçirirdi. İngilis özbaşnalığına cavab olaraq ingilis malları baykot edilməsinə başlanıldı. Bu, Hindistan tarixində ümumxalq hərəkatı idi.1907-ci ildə baş verən quraqlıq kəndli çıxışlarına səbəb oldu.

XX əsrin əvvəllərində Hindistan Milli Konqresində 2 cinah yarandı: B. Tilakın başçılıq etdiyi sol (ifrat) cinah Hindistan Respublikası yaratmaq tələbi ilə çıxış edirdi. 1908-ci ildə onu həbs edib 6 il müddətinə katorqa işlərinə məhkum etdilər. Tilakın mühakiməsinə etiraz edən 100 min nəfərdən çox fəhlə Bombeydə 6 günlük siyasi tətilə başladı. İngilis müstəmləkəçiləri bu tətili yatıra bildilər.

Çin. XX əsrin əvvəllərində Çin yenə də geri qalmış yarımmüstəmləkə idi. 1905-ci ildə Birləşmiş ittifaq adlı gizli təşkilat yarandı. Ona Sun Yatsen başçılıq edirdi. 1906-cı ilin sonlarında Sun Yatsen “Üç xalq prinsipi” adlanan müddəalarını irəli sürdü: Millətçilik; Demokratizm; Xalq rifahı.

1911-ci il oktyabrında Uçan şəhərində üsyan inqilabın başlanğıcı oldu. Həmin ilin axırında Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq mancur əsarətindən azad edildi. 1912-ci il yanvarın 1-də Sun Yatsen prezident vəzifəsinin icrasına başladı. Fevral ayında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. Aprelin 1-də liberalların təzyiqi ilə Sun Yatsen istefa verdi. Yuan Şikay respublikanın prezidenti seçildi. Avqust ayında Birləşmiş ittifaq ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda II inqilab adlandırılan üsyanlar baş verdi. Xarici müdaxiləçilər inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. II inqilab məğlub oldu. 1911-1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən birini monarxiyanı devirmək vəzifəsini yerinə yetirə bildi.

Yaponiya. XX əsrin əvvəllərində Yaponiya iqtisadi cəhətdən Avropanın digər böyük dövlətlərindən və ABŞ-dan hələ geridə qalırdı. 1904-cü il yanvarında rus-yapon müharibəsi başlamışdı. May ayında Port-Artur qalası mühasirəyə alındı. Dekabrda Port-Artur qalası təslim oldu. 1905-ci ilin fevralında o dövrün ən böyük döyüşlərindən olan Mukden döyüşündə də rus ordusu ağır məğlubiyyətə uğradı. May ayında Susima dəniz döyüşündə rus eskadrası, tamamilə məhv edildi. Müharibə başa çatdı. Həmin ilin avqustunda ABŞ-ın Portsmut şəhərində sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən Rusiya Yaponiyanın Koreyanı işğal etməsini təsdiq etdi. 1910-cu il avqustun 22-də Koreya Yaponiyanın protektoratına keçdi.

Mədəniyyət XX əsrin əvvəllərində.

X
Avropa

Rusiya, ABŞ

mədəniyyəti.


X əsrin əvvəllərində məhsuldarqüvvələrin sürətlə artması əhalinin yeni təbəqələrinin mədəniyyətə qovuşmasına təkan verirdi. Ticarətin genişlənməsi və rabitə vasitələrinin inkişaf etməsi ilə birlikdə millətlər arasında mədəniyyət nailiyyətlərinin mübadiləsi də genişlənirdi. Alman alimi Albert Eynşteyn nisbilik nəzəriyyəsinin əsas ideyalarını dərc edirdi. Biologiya sahəsində əsaslı irəliləyişlər baş verirdi. Q. Mendel tərəfindən irsiyyətin bəzi qanunlarının kəşfi yeni elmin Genetikanıninkişafının başlanğıcını qoydu. Ədəbiyyat sahəsində də ciddi irəliləyişlər baş verirdi. Musiqi sənətində də realizm və xəlqilik təşəkkül tapırdı.

Rusiyanın kapitalizm yolu ilə inkişafı elm, maarif, incəsənətin də yüksəlişinə səbəb olmuşdu. İ. İ.Meçnikov özünün əsərlərini çox mühüm bir problemə - orqanizmin yaşaması və ölmünə həsr etmişdir. İ. P. Pavlov şərti reflekslər haqqında təlim yaratmışdı ki, bu da insan beynində gedən bir çox problemləri aydınlaşdırmağa imkan verirdi.1898-ci ildə Moskva Bədaye teatrı fəaliyyətə başlamışdı. Bu teatrda 2 istedadlı sənətkar K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko fəaliyyət göstərirdi.

XX əsrin əvvəlləridə inkişaf edən sənaye müəyyən bilik ehtiyatına malik olan ixtisaslı kadrları tələb edirdi. Bu amil ABŞ-da məcburi ibtidai təhsilin tətbiq edilməsini şərtləndirmişdi. ABŞ elm sahəsində Avropa ölkələrindən geri qalırdı. Riyaziyyat sahəsində E. T. Bell, C. L. Kulic böyük nailiyyətlər əldə etmişdilər. Amerika ədəbiyyatında realizm və sosial tənqidə sadiq olan yazıçılardan biri Mark Tven idi. T. Drayzerin yazdığı “Kerri bacı” romanı amerikan ədəbiyyat tarixində böyük əhəmiyyətə malik idi. “Martin İden” romanında C. London onu çox narahat edən mövzuya – yazıçı və cəmiyyət mövzüsüna müraciət etmişdir. U. Xomer ABŞ rəssamlarının klassikisayılırdı. 1883-cü ildə Nyu-Yorkda “Metropaliten” opera teatrı açılmışdı.

G


Osmanlı imperiyası

Mərkəzi Asiya

Qazaxıstan

Volqaboyu

Ural türklərinin

mədəniyyəti.


ənc türklər inqilabındansonra Osmanlı imperiyasında maarif sahəsində xeyli irəliləyişlər olmuşdu. 1900-cu ildə İstanbul Univeristetində yeni fakültələr təşkil edilmişdi. 1913-cü ildə ibtidai məktəblərdə yeni qanun həyata keçirilirdi. Əsrin əvvəllərində Balıkəsir şəhərində kütləvi kitabxana açılmışdı. Osmanlı dövlətinin ədəbi mühitində də xeyli dəyişikliklər olmuşdu. Demokratik maarifçiliyə əsaslanan görkəmli şair Tofiq Fikrət ölkənin həyatında baş verən mühüm məsələləri şərh edirdi. Onun Qədim tarix poemasında cəmiyyətin inkişafında elmi bilik və idrakın mühüm əhəmiyyət kəsb etdiyi bildirilirdi. Osmanlı satirasının görkəmli nümayəndəsi Ömər Seyfəddin olmuşdur. 1914-cü il İstanbulda yaradılan “Osmanlı incəsənət məbədi” teatr sənətinin inkişafına kömək etmişdi. Osmanlı dövlətində kino sənəti özünün tarixini 1914-cü ildə Sultan ordusunun zabiti Fuat Uzkınayın çəkdiyi qısametrajlı sənədli filmin yaranmasından başlayır. Milli bədii kinomatoqrafiyanın əsasını yazıçı, dramaturq, jurnalist Sedat Semavi qoymuşdu.

Türküstanın qabacıl dünya görüşlü ziyalıları təhsil sahəsində islahatların keçirilsməsini zəruri sayırdılar.İslahatçılar 1905-1906-cı illərdə keçirilmiş müsəlman qurultaylarında hazırlanmış yeni tədris proqramı əsasında yeni üsullu (üsuli cədid) məktəblərin yaranmasına çalışırdılar. Mərkəzi Asiya və Qazaxıstanda elmin inkişafında müəyyən irəliləyişlər olmuşdu. Kazan quberniyasında mütərəqqi görüşlü ziyalılar ümumi ibtidai təhsilin ana dilində olmasını, qız məktəblərinin açılmasını, dünyəvi məktəblərin sayca artırılmasını, bütün milli məktəblərdə dərslərin vahid tədris proqramı əsasında keçirilməsini tələb edirdilər. Bu illərdə Volqaboyu türklərinin ilkmilli teatrları yaranmağa başlamışdı.

H
Hindistan

Çin, İran

mədəniyyəti.
indistanın iqtisadi inkişafı və müstəmləkə əsarətinə qarşı milli-azadlıq hərəkatının yüksəlməsinə ölkədə mədəniyyətin inkişafına da öz təsirini göstərirdi. Maarifçi Raxman Ray ilk dəfə olaraq qədim abidələrin öyrənilməsinə başlamışdı. Hindistan müsəlmanlarının tarixi problemlərinin araşdırıcısı Səid xan idi. Hind ədəbi dilinin və ədəbiyyatının inkişafı hind millətinin formalaşmasında mühüm rol oynamışdı. Benqal ədəbiyyatı qabaqcıl mövqeyini davam etdirirdi. Benqal yazıçısı R. Taqorun yaradıcılığı bu dövrdə çiçəklənmə mərhələsində idi. R. Taqora Nobel mükafatı verilmişdi.

Çində də elmi biliklərin və maarifin inkişaf etdirilməsi sahəsində bir sıra irəliləyişlər başvermişdi. Bu irəliləyişlərdən ən mühümü ölkəninbir çox şəhərlərində Pekində, Nankində, Şanxayda, Kantonda Avropa tipli məktəblərin yaranması idi. 1907-ci ildə Çində Bahar günəşi adlı ilk peşəkar teatrın əsası qoyulmuşdu.

XXəsrin əvvəllərində İran mədəni inkişaf cəhətdən digər Şərq ölkələrindən geri qalırdı. 1905-1911-ci illər inqilabının təsiri altında ədəbiyyatda yeni meyl meydana çıxmışdı. İnqilab dövrünün demokratik ruhlu mətbuatında Əşrəfəddin Kaşani, Əli Əkbər Dehxuda və b. şair və yazıçıların xalqın oyanışına kömək edən əsərləri dərc olunurdu. İranda teatr olmamasına baxmayaraq, səhnə əsərləri də yaradılırdı.



Yüklə 453,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin