Bərpa olunan enerji mənbələri və tullantılar
Bərpa olunan enerji mənbələri və tullantılar haqqında məlumat
Bərpa olunan enerji daimi təkrarlanan təbii proseslərdən alınan enerjidir. Bərpa olunan enerjinin günəşdən birbaşa və ya dolayısilə alınan və ya yerin dərinliklərində (təkində) əmələ gələn istilikdən alınan bir neçə növü var (günəş, külək, biokütlə, geotermal, hidro, bərk biokütlə, bioqaz və maye bioyanacaqların enerjisi). Tullantılar sənayenin, təşkilatların, müalicə (tibb) müəssisələrinin və ev təsərrüfatlarının tullantılarından əmələ gələn müxtəlif materiallardan ibarət yanacaqdır. Bu tullantılara rezin, plastik, neft qazıntılarının tullantıları və digər oxşar məhsullar aiddir. Tullantılar bərk və ya maye, bərpa olunan və ya bərpa olunmayan, bioloji parçalanmaya məruz qalmış və ya qalmamış ola bilər.
Bərk biokütlə (əsasən, qidanın hazırlanması üçün istifadə olunan odun) indiki zamana qədər ən əhəmiyyətli bərpa olunan enerji mənbəyi olaraq qalır, bu enerji növü ümumdünya ilkin enerji tədarükünün 10%-indən çoxunu və ya bərpa olunan enerji tədarükünün ümumi həcminin ¾ hissəsini təşkil edir.
1990-cı ildən başlayaraq bərpa olunan enerji mənbələrinin həcmi hər il orta hesabla 1,7% artır, bu da dünya ilkin enerji tədarükünün ümumi həcminin inkişaf tempindən bir qədər çoxdur. Xüsusən “yeni” bərpa olunan mənbələr üçün (külək və günəş enerjisi) inkişaf templəri yüksəkdir (ildə orta hesabla 19%).
İqlimin dəyişməsi haqqında müzakirələr istilikxana qazlarının tullantılarını azaltmaq üçün bərpa olunan mənbələrdən alınan enerjinin istifadəsi üzrə işlərin inkişafını stimullaşdırdı. Beləliklə, bu proseslərin monitorinqinə bərpa olunan enerji mənbələri və tullantılar haqqında məlumatların yığılma (toplanma) sisteminin möhkəmləndirilməsinə və etibarlı informasiyanın yayılmasına ehtiyac (tələbat) yaranır, çünki, bərpa olunan mənbələrdən alınan enerjinin böyük hissəsi (odun, günəş kollektorları) kommersiya bazarlarına daxil olmur və (və ya) uzaq rayonlarda yerləşir.
Sorğu bərpa olunan enerji mənbələrini və tullantıları üç əsas qrupa bölür:
I qrup gələcəkdə istifadə etmək üçün elektrik enerjisinə çevrilmə tələb edən məhsulları əhatə edir (məsələn, hidroenerji və ya günəş batareyalarından alınan enerji).
II qrup istehsal olunduqdan sonra çevrilmə və son istehlak sektorlarında çoxməqsədli istifadə üçün tədarük olunan məhsulları əhatə edir (məsələn, geotermal enerji və günəş istiliyinin enerjisi). Bu məhsullar öz təbiətinə görə ümumi qəbul olunmuş qaydada (anlayışda) saxlanıla bilmir və buna görə də, onlar üzrə anbarda olan ehtiyatların dəyişməsi haqqında hesabat məlumatları yığılmır.
III qrup istehsal olunduqdan sonra çevrilmələr və son istehlak sektorlarında müxtəlif məqsədlər üçün istifadə olunan məhsulları əhatə edir (məsələn, tullantılar, odun, bioqazlar və maye bioyanacaqlar). Bu məhsullar öz təbiətinə görə ümumi qəbul olunmuş qaydada (anlayışda) saxlanıla bilir və buna görə də, onlar üzrə anbarda olan ehtiyatların dəyişməsi haqqında hesabat məlumatları yığıla bilər.
Bərpa olunan ehtiyatlar və tullantılar
Elektrik enerjisinə çevrilmə tələb edən bərpa olunan ehtiyatlar və müvafiq texnologiyalar (I qrup)
Ehtiyatları dəyişdirilməyən bərpa olunan ehtiyatlar
(II qrup)
Ehtiyatları dəyişdirilən bərpa olunan ehtiyatlar
(III qrup)
Günəş fotoelementləri
Hidroenerji
Külək enerjisi
Qabarma, dalğa, okean enerjisi
Geotermal enerji
Günəş istiliyi
Qabarma, dalğa, okean enerjisi
Qabarma, dalğa, okean enerjisi
Sənaye tullantıları
Bioqazlar
Kommunal bərk tullantılar
Bərk biokütlə
Maye bioyanacaqlar
Bərpa olunan ehtiyatlar və tullantılar
Dostları ilə paylaş: |