Olanlar: 3
dərəcəsi olur: 1-ci dərəcə:adenoidlər yalnız burun-udlağın tağında yerləşir və xış
sümüyünün yuxarı 1/3 hissəsini tutur; 2-ci dərəcə: adenoidlər burun-udlağın
xeyli hissəsini tutur və xoanaların yuxarı 2️⃣/3 hissəsini qapayır; 3-cü dərəcə:
adenoidlər xoanaları tam qapayır.
246. Anginaların hansı klinik forması olmur ?-❗ ❗ -
Olur: kataral, lakunar,
folikullyar.
247. Ağız – udlağın müayinəsi üçün nə istifadə edilir ?-
Farinqoskopiya- şpatel
vasitəsilə müayinə.
248. Tonzilektomiyaya əks – göstəriş nədir ?-
Qanyaradıcı sistəmin xəstəlikləri və
qanın laxtalanması zəif olan şəxslərdə operasiya əks-göstərişdir.
249. Xroniki faringitlərin klinik formaları hansılardır ?-
Kataral; hipertrofik;
atrofik.
250. Xroniki tonzillitin obyektiv əlamətlərinə nə aid deyil ?-❗ ❗ -
Aiddir:
badamcıqlar gövşək və deşik-deşik olur; badamcıqların sərbəst səthi ilə damaq
qövslərinin bitişmələri tez-tez olur; kəskinləşmələr zamanı çənəaltı və boyun
limfa düyünləri boyüyür.
251. Udlaqarxası abses hansı yaşda müşahidə olunur ?-
Erkən uşaqlıq dövrlərində
zəifləmiş uşaqlarda olur.
Qeyd:
Udlaqarxası abses 5-6️⃣ yaşdan sonra az müşahidə
olunur.Ona görə cavab-5-6️⃣ yaşa qədər uşaqlarda-da düşə bilər.
252. Dil badamcığının fleqmonoz iltihabı zamanı hansı əlamət olmur ?-❗ ❗ -
Olur: yüksək temperatur; baş ağrısı; udma və danışma zamanı şiddətli ağrılar; dil
kökündə qızartı,ödem (ödem bəzən qırtlaq girəcəyinə və qırtlaq qapağınada
yayıla bilir); xəstədə boğulma təhlükəsi olur; abses yetişir və onun inkişafı
boyunun xarici örtüklərinə doğruola bilir; ağız boşluğu dibində yaxud çənə
bucağına şişkinlik və qırmızılıq olur.
253. Lakunar anginanı hansı xəstəlikdən fərqləndirmək lazımdır ?-
Difteriyadan
254. Peritonzillyar abseslər harada yerləşmir ?-
❗ ❗ -
Yerləşir: badamcıqyanı
birləşdirici toxumada, badamcığın yuxarısında,önündə və ya arxasında əmələ
gəlir.Badamcığın aşağı qütbü yanında və ondan bayıra tərəf olan birləşdirici
toxumadada yerləşə bilir.
255. Peritonzillyar absesin ağırlaşması nə ola bilməz ?-❗ ❗ -
Ağırlaşmaları:
boyunun dərin fleqmonası; qırtlağın ödemi; sepsis.
256. Atrofik faringit zamanı xəstələr nədən şikayət edir ?-
Boğazda daimi
quruluqdan; qartmaqların əmələ gəlməsindən; burun və burun-udlaqda atrofik
proseslərdən.
257. Follikulyar angina üçün hansı əlamət xarakter deyil ?-❗ ❗ -
Xarakterikdir:
Hər iki badamcıq qızarmış və şişmiş olur; selikli qişasında çoxlu miqdarda sancaq
başı boyüklüyündə sarımtıl-ağ girdə nöqtələr meydana çıxır-bunlar badamcıqların
irinləmiş folikullarıdır; irinləmiş folikullar badamcıqyanı toxumaya açılarsa
badamcıqyanı abses əmələ gəlir; temperatur yüksəlir-40°-yədək və daha çox;
boğazda,başda və ətraflarda ağrılar olur; ümumi halsızlıq olur; limfatik düyünlər
böyüyür və ağrılı olur; qanda leykositoz müşahidə olunur; həmçinin burun-udlaq
və dil badamcıqları da zədələnə bilər.
258. Kəskin faringit üçün hansı əlamət xarakterdir ?-
Udlaqda quruluq, zəif ağrı
yaxud gərginlik hissi, göynəmə; udlağın selikli qişası hipərəmiyalaşır, ayrı-ayrı
yerlərində selikli-irinli sekretlə örtülmüş olur;udlağın dal divarının selikli
qişasında qırmızı dənələr şəklində çoxlu folikullar görünür; dildə qızartı, şişkinlik
olur.Temperatur normal yaxud subfebril olur, ümumi hal pozulur(halsızlıq).
259. Udlaq badamcığının böyüməsi zamanı adenoid toxuması nə qədər
böyüyür?-
Damaq qövslərinin arxasınnan xaricə çıxaraq orta xətdə bir-birilə
birləşməsi qədər.
Dostları ilə paylaş: |