fakto, bu da real iştirakdır).
9) Dövlətlər Beynəlxalq hüququn əsas subyektləri kimi Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salan
hüquqi normalar sistemi kimi başa düşülür. Bunun nəticəsində dövlətlər beynəlxalq hüququn
subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir. Dövlətlər ilkin və universal
beynəlxalq-hüquqi subyektliyə malikdir.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər:
a)Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər (BMT Nizamnaməsinin 4-cü maddəsi)
b)BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-ci maddə);
BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT Nizamnaməsinin 93-cü maddəsi)
1933-cü ildə Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası
bağlanmışdır. Konvensiyanın 1- ci maddəsində deyilir:
«Beynəlxalq-hüquqi şəxs kimi dövlət bu meyarlara malik olmalıdır:
a) Daimi əhali-konkret bir əraziyə bağlı olan adamlar
b) Müəyyən ərazi-Hər hansı bir qurumun dövlət kimi fiziki mövcudluğu və fəaliyyət göstərməsi
üçün onu qonşu dövlətlərdən ayıran müəyyən ərazi.
c) Hökumət- Siyasi-hüquqi mövcudluğ üçün.
ç) Başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti-bu meyar hüquqi müstəqilliyin ön plana
çəkilməsini tələb edir.
Dövlət quruluşu formalarında hüquqi subyektlik fərqlidir.
Unitar dövlət-Ayrı-ayrı inzibati ərazi bölmələrində hüquq subyektliyi məsələsi ortaya
çıxmır, beyn. münasibətlərdə vahid subyekt kimi çıxış edir.
Federasiya-subyektlərinin beyn. hüquq subyektliyini təşkil edib etməməsi məsələsi
Konsttitusiyadan asılıdr.
Konfederasiya-Subyektləri daxili məsələlərdə mərkəzi hakimiyyət orqanlarına öz
səlahiyyətlərini güzəştə gedir, xarici əlaqələrdə konfederasiya subyektləri müstəqil beynəlxalq
hüququn subyekti kimi çıxış edirlər.