1 Beynəlxalq sistemin anlayışı


) Xalq və millətin Beynəlxalq hüquq subyektliyi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   6   7   8   9   10   11   12   13   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

 
10) Xalq və millətin Beynəlxalq hüquq subyektliyi 


Beynəlxalq birlik öz müqəddəratını təyin etmək hüququnu bütün millətlərə və xalqlara 
şamil etsə də, heç də hər bir millət və xalqa beynəlxalq hüququn subyekti kimi baxıla bilməz. 
Yalnız öz azadlığı uğrunda mübarizə aparan və dövlətlərarası münasibətlərdə millətin, yaxud 
xalqın adından çıxış etməyə qadir olan, vahid mərkəzlə birləşdirilmiş müəyyən hakimiyyət 
strukturlarını yaradan millət və ya xalq beynəlxalq hüququn subyekti statusuna iddia edə bilər. 
Faktiki olaraq bu cür strukturlar silahlı dəstələrdir, özü də dağınıq dəstələr deyil, çox vaxt 
eyni zamanda siyasi rəhbərlik kimi də çıxış edən vahid komandanlığa malik silahlı dəstələrdir.
 
Bununla yanaşı, belə bir fikir də söylənilir ki, suverenliyin əsas daşıyıcısı xalqdır və məhz 
o, beynəlxalq hüququn subyekti qismində çıxış edir. 
 
BMT Nizamnaməsinin 1-ci maddəsində işlədilmiş «Xalqların öz müqəddəratını təyin 
etməsi» terminində «xalq» anlayışı «millət» anlayışına nisbətən daha dəqiqdir, belə ki, ərazinin 
əhalisi çoxmillətli, yaxud hələ də millət kimi formalaşmamış ola bilər. 
Xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək prinsıpinin məzmununu açan bir sıra 
beynəlxalq sənədlərdə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-ci il 
Bəyannaməsi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi, 1993-cü il 
Vyana Bəyannaməsi daxildir. 
Ayrılmaq uğrunda silahlı mübarizə aparan xalqlar öz müqəddəratını təyin etmək prinsipinə 
əsaslanaraq onların beynəlxalq hüququn subyektləri kimi tanınmasına qəti iddia etməkdə 
haqlıdırlar. 
11) Beynəlxalq hökumətlərarası təşkilatların Beynəlxalq hüquq subyektliyi 
Öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün beyn.təşkilatlar bu və ya digər dərəcədə 
beynəlxalq-hüquqi subyektliyə malik olmalıdır. Lakin Beynəlxalq Təşkilatların hüquqi subyektliyi 
müəyyən xüsusiyyətlərə malikdir: 
1) Onların beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır(çünki beynəlxalq 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin