1 Beynəlxalq sistemin anlayışı


 İnkorporasiya (daxiletmə)



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   2   3   4   5   6   7   8   9   10   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

 
1. İnkorporasiya (daxiletmə). Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi 
dövlət tərəfindən müvafiq qaydada tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa 
milli hüquqa daxil edilir və milli hüquq normaları kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qayda 


da formulə edilir: «ölkələrində, o cümlədən Azərbaycan Res publikasında bu üsuldan istifadə olunur. 
 
 
 
2. Transformasiya (çevirmə). Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi 
sayılmır.Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilikaktları vasitəsilə daxil edilir (yəni 
beynəlxalq hüquq milli hüquqa “çevrilir”, «transformasiya edilir»).
Deməli, beynəlxalq normanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli 
məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya 
ölkolorindo, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür. 
7) Milli hüququn Beynəlxalq hüquqla qarşılıqlı təsiri haqqında 
Dövlətdaxili hüquq və Beynəlxalq hüququn qarşılıqlı fəaliyyəti onların qarşlıqlı təsiri 
növündə baş verir və bu zaman DH-təsiri bu hüququn tarixi inkişafı nəzərə alınmaqla ilkin 
xarakterə malikdir. Lakin belə ilkinliyin tanınması heç də dövlətdaxili hüququn beynəlxalq hüquq 
üzərində primatının tanınması kimi başa düşülməməlidir. 
Dövlətdaxili hüququn beynəlxalq hüquqa təsiri maddiprosessual təsir formalarında 
təzahür edir.
 
Maddi təsir – dövlətdaxili hüquq normalarının məzmununun beynəlxalq hüquq 
normalarının məzmununa təsir etməsidir. Dövlətdaxili hüququn hansı normaları maddi aspektdə 
beynəlxalq hüquq normalarının məzmununa təsir göstərə bilər?
1. Dövlətlərin 
xarici 
siyasət 
prinsipləri, 
xüsusən 
onların əsas qanunlarında 
möhkəmləndirilmiş xarici siyasət prinsipləri. Məsələn, Fransa burjua inqilabı nəticəsində 
meydana gəlmiş və Fransanın konstitusiyasında təsbit olunmuş dövlətlərin suveren 
bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət 
etmək və bu kimi prinsiplər beynəlxalq hüququn maddi normalarının inkişafına 
əhəmiyyətli təsir göstərmişdir. 
2. Dövlətin konkret xarici siyasət fəaliyyətini tənzim edən dövlətdaxili hüquq normaları. 
Məsələn, beynəlxalq müqavilələrin bağlanması, xaricilərin hüquqi vəziyyəti, dövlətlərin 
immuniteti və s. Dair qanunlar
3. Sırf dövlətdaxili münasibətləri tənzim edən, lakin bununla belə, dövlətlərarası əməkdaşlığı 
şərtləndirən dövlətdaxili hüquq normaları. Məsələn, insan hüquqları və azadlıqlarının 
qorunması və təmin edilməsi ilə bağlı hüquq normaları.
Dövlətdaxili hüququn beynəlxalq hüquqa təsirinin digər aspekti özünü prosessual 
müstəvidə göstərir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin