Qısaca ona belə tərif vermək olar: Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri
nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.
Beynəlxalq Hüquq normaları dövlətlərarası münasibətlərin demək olar ki hər bir aspektini əhatə
edir(dəniz, hava, kozmik fəza və s.).
Bu normalar vasitəsilə beynəlxalq ticarət həyata keçirilir: Ətraf mühitin mühafizəsi, insan hüquqlarınn beyn. mudafiəsi, cinayətkarların verilməsi və s. kimi
dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beyn hüquq diplomatiya və xarici siyasətlə üzvi
surətdə bağlıdır. Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə beyn. hüquqa uyğun
olmalıdır.
3) Beynəlxalq hüquq normaları: anlayışı, xüsusiyyətləri, təsnifatı Beynəlxalq hüquq normaları-dövlətlər və digər subyektlər arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir. Bu normalar Dövlətlərin
qarşılıqlı razılığı əsasında yaranır. Bütün dünya dövlətlərinin(əsas və hegemon dövlətlərin razılığı
lazımdır) qəbul etdiyi normaları, yeni yaranmış dövlətlər onu nə imtina edə bilər, nə də ona riayət
etməmək kimi hüququ yoxdur.
Bir neçə xüsusiyyəti vardır:
➢ Beynəlxalq hüquq dövlətlər və digər subyektlər arasında yaranan münasibətləri nizama
salır.
➢ Beynəlxalq sistemdə qanunverici orqan yoxdur. Heç bir təşkilat və ya orqan, o cümlədən
BMT hüquq norması yaratmaq səlahiyyətinə malik deyildir.
➢ Beynəlxalq sistemdə, mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq
Hüquq normalarının yerinə yetirilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır.
Növləri: Ərazi sferasına görə 3 yerə bölünür:
1. Ümumi normalar-Jus Cogens normaları(imperativ norma). 1969-cu il Beyn.Müqavilələr
Hüququ haqqında Vyana konvensiyasında 53-cü maddədə Jus Cogens normasının anlayışı
verilmişdir.
2. Regional normalar 3. İki tərəfli normalar. Nizama salma üsuluna görə 2 növünü ayırmaq olar:
1. İmperativ normalar-məcburi, qəti normadır, heç bir norma ilə əvəz oluna bilməz(yanlız
ondan bir üst səviyə norma olarsa olar). Əgər hər hansî bir müqavilədə pozularsa, həmin
müqavilə etibarsız olur.
2. Dispozitiv Norma- alternatif davranış variantı nəzərdə tutan normalardır. Burada normalar
imperativ norma pozulmamağ şərtiylə dəyişə bilir.
Qeyd : dispozitiv norma pozularkən derekret dövlət ilə zərərçəkən dövlət arasında görüş olur.
İmperativ norma pozulsa universal görüş keçirilir.