18. Azərbaycanda yerli özünü idarəetmə orqanları.Yerli özünüidarəetmə orqanları, ictimai maraqları təmin etmək, iqtisadiyyatı və sosial-mədəni sahəni inkişaf etdirmək və əhalinin həyatının digər yerli məsələlərini həll etmək üçün öz ərazisində ictimai idarəetmə funksiyalarını həyata keçirmək üçün yaratdığı bələdiyyə orqanlarıdır. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilimişdir. Halbuki Azərbaycanda yerli özünü idarəetmə ənənələri və bələdiyyələrin yaranma tarixi heçdə 12-dekabr 1999-cu ildən başlamır.Tarixə nəzər yetirilərsə Azərbaycanda ilk yerli özünü idarəetmə sistemi hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövürdə formalaşdığının şahidi olarıq. Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir qeyri–dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri verir. bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər.Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır, onlar öz funksiyalarını yerinə yetirmək üçün həmin vəsaitlər barədə sərbəst sərəncam verə bilərlər. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri konstitusiya ilə, yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin heç olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olmalıdır, bunların dərəcəsini yerli özünüidarə orqanlarının qanunda göstərilən hüdudlarda müəyyənləşdirməyə ixtiyarlıdırlar. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı çəkilən xərclərin dəyişməsini mümkün qədər təmin edə bilsin.Yerli özünüidarə orqanlarına verilən subsidiyalar imkan daxilində müəyyən layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Subsidiyaların verilməsi yerli özünüidarə orqanlarının özlərinin səlahiyyətləri sahəsində siyasət seçimində əsas sərbəstliyinə ziyan vurmamalıdır. Kapital qoyuluşları üzrə xərclərin maliyyələşdirilməsi üçün yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə milli borc kapital bazarından istifadə edə bilməlidir.