13. Dövlətin kadr siyasətinin formalaşması.Azərbaycan dövlətçiliyinin tarixində demokratik əsasda təşkil edilmiş və sistemli fəaliyyət göstərən yerli özünüidarə orqanı olmayıb. Bu məsələ ilk dəfə mərhum prezident Heydər Əliyevin şəxsən iştirakı və sədrliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.Bütövlükdə cəmiyyətdə demokratikləşmə prosesinin ümumi vəziyyətini əks etdirən bu problemlər bir tərəfdən obyektiv olaraq müstəqil dövlətçilik təcrübəsinin azlığı, yerli özünü idarəetmə sahəsində ənənələrin olmaması, cəmiyyətdə demokratik şüurun və demokratiya mədəniyyətinin nisbətən aşağı səviyyəsi, vətəndaş təşəbbüskarlığının zəifliyi ilə bağlı olsa da, digər tərəfdən əsasən bələdiyyə idarəçiliyi sahəsində yüksək ixtisaslı mütəxəssis kadrların çatışmaması ilə əlaqədardır.Azərbaycanın zəngin təbii sərvətləri var. Onlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar. Təbii sərvətlərdən və daxili potensial imkanlardan istifadə edən hər bir qurum dövlər büdcəsinin və yerli bələdiyyə büdcəsinin formalaşmasında iştirak etməlidir.Məlumdur ki, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçularının maaşına, yaxud digər cari xərclərə deyil, məqsədli social proqramların həllinə sərf edilməlidir.Bunlar həmin bələdiyyələrdə çalışan şəxslərin qanunları bilmədiklərini və təşkilatçılıq bacarıqlarının olmadığını göstərir. Bu problemlərin məqsədli həli üçün peşakar və işgüzar kadr potensialına ehtiyac yaranır.Ölkədə yerli özünü idarəetmə sisteminin inkişafına manə olan səbəblərin böyük bir hissəsi davranış amili ilə əhalinin bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır. Əhali nəinki yerli özüunuidarəetmənin qanunla müəyyən olunmuş imkanları haqqında , həm də yerli özünüidarəetmənin həyata keçirilməsi sahəsində öz rolunun əhəmiyyəti haqqında çox şeyi bilmir. Azərbaycanın təhsil sistemində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların peşakarlıq və idarəetmə sahəsində lazımi biliklrər və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədilə bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazırlanmalıdır. Tədris planı idarəetmənin əsas funksional sahələrini, o cümlədən dövlət və bələdiyyə idarəçiliyinin xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə-iqtisadiyyatın, vergi sistemini dövlət tənzimlənməsi, dövlət və bələdiyyə qulluğunun idarə olunması, informasiya, hüquq, insan ehtiyatlarını idarə olunması və s. əhatə edilməlidir.