1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Dövlət idarəetməsinin funksional strukturu



Yüklə 41,48 Kb.
səhifə8/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Dövlət və bələdiyyə qisa

10.Dövlət idarəetməsinin funksional strukturu. Dövlət idarəetmə sisteminin təşkili və səmərəli fəaliyyətinin təmin olunması, ilk növbədə, dövlət idarəçiliyinin məqsədlərinin, prinsiplərinin və təşkilati strukturunun müəyyənləşdirilməsini tələb edir.Müxtəliflər xarakterli dövlət orqanları mövcuddur:1. Funksional - dövlətin müəyyən funksiyalarını yerinə yetirən struktur kimi orqan; 2. Hüquq - müəyyən səriştəsi (səlahiyyətlər məcmusu)olan dövlət-hakimiyyət səlahiyyətli qurum kimi;3. Sosioloji -sosioloji idarəetmə siyasi xarakter daşıyır və onun əsas məqsədi ali dövlət orqanları tərəfindən müəyyənləşdirilir.İqtisadiyyatda dövlət strukturu çox komponentli, çox səviyyəli və çoxfunksionallı kompleksləri əks etdirir. Həll olunası vəzifələrin xarakterindən, maliyyələşmə mənbələrindən asılı olaraq dövlət bölməsinin strukturunu aşağıdakı kimi təsnifləşdirmək olar:1.Dövlət mülkiyyətli müəssisələr və ona daxil olan subyektlərin mülkiyyətləri:a) dövlət əmlaklı rəsmi müəssisələr b) mərkəzi bank və infrastruktur xarakterli institutlar. c) Büdcə bölməsi:a)müdafiə b) təhsil, mədəniyyət və incəsənət c) elm və elmi xidmət e) məhkəmə və hüquq mühafizə orqanları j) mənzil-kommunal təsərrüfatı2. Bələdiyyə müəssisələri.3. İçtimai təşkilatlar.Dövlət idarəetmə strukturunun təşkilati əsaslarının formalaşmasında müəyyən bir neçə tipindən istifadə olunur:1.Xətti forma. 2.Funksional forma-dövlət orqanlarında idarəetmənin konkret funksiyalarının aparılmasına xüsusi olaraq uyğunlaşdırılmış, seçməyə icazə verən yüksək peşəkar mütəxəssislər yaradırlar. 3.Xətti-funksional forma - əvvəlki iki əsas strukturun vəhdətini təmin edir. 4.Matris forma. Dövlət idarəetmə strukturu ümumilikdə ierarxik pilləli formada olur,strukturun düzülüşü bir-birini tamamlayan funksiyaları yerinə yetirən dövlət orqanları sistemində təşkil edilmişdir.

12.Dövlət və bələdiyyə idarəetməsində insan amili və dövlətin kadr siyasəti.Yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və social-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkçə dövlət idarəçilik organlarının mövcud olması kifayət deyil.İdarəçilik növləri içərisində ən mürəkkəbi və çoxsahəlisi dövlət idarəçiliyidir. Dövlətin qarşısında çoxsaylı müxtəlif problemlər durur. Dövlət bəzən bu qədər müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir və düzgün paylaşdırılmır və nəticədə problemlər yaranır. Bu problemlərdən azad olunmağın ən faydalı yolu idarəçilik yükünün azaldılması və dövlət idarəetməsində idarə olunan obyektlərin bəzilərinə özünü idarəetmə imkanlarının verilməsidir.Bu gün yerli özünüidarə dünya ölkələrinin əksəriyyətində konstitutsiya quruluşunun əsası, xalq hakimiyyətinin spesifik forması əhalinin yerli əhəmiyyətli məsələlərinin müstəqil həllinə qərar verən yerli özünüidarə orqanlarını seçmək və onlara seçilmək hüququnun verilməsidir.1991-ci il oktyabr ayının 18-də dünyanın siyasi xəritəsinə yeni bir dövlətin- Azərbaycan Respublikasının adı daxil oldu. Yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq ölkədə ictimai həyatın bütün sahələrində tədricən yeniləşmə, müasirləşmə prosesləri baş verdi. Bu proseslər bütövlükdə ölkədə, o cümlədən yerlərdə idarəetmə sisteminin yenidən qurulmasını tələb etdi ki, bu da demokratikləşmə prosesinin başlanğıcı kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına səbəb oldu.


Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin