1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Dəyişikliklərin və innovasiyaların idarə edilməsi



Yüklə 41,48 Kb.
səhifə6/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   2   3   4   5   6   7   8   9   ...   17
Dövlət və bələdiyyə qisa

7. Dəyişikliklərin və innovasiyaların idarə edilməsi. Dəyişikliklər labüd olaraq biznesin bütün səviyyələrində insanlarda qeyri-müəyyənlik yaradır və onların müqavimət göstərməsinə səbəb olur. Dəyişiklik prosesi ərzində düzgün zamanlamaya malik olan və mütəmadi olaraq həyata keçirilən aydın və praktik ünsiyyət dəyişikliyin uğurlu olması üçün çox vacibdir. Dəyişiklik proqramı mütəmadi olaraq yenidən qiymətləndirilməli və tənzimlənməlidir.Timbildinq fəaliyyətləri dəyişikliklərə ehtiyac olduğunu başa düşmək üçün effektiv alətdir.Onlar dəyişikliyi gerçəkləşdirmək və həmin dəyişikliklə əlaqədar ortaya çıxa biləcək məsələləri müzakirə etmək üçün qeyri-formal məlumatlandırma strategiyalarının hər kəsə məlum olan üsuludur.İnnovasiya layihələrinin hazırlanması və həyata keçirilməsi ideyanın yaranmasından qərarın qəbul edilməsinə qədər üç fazanı – innovasiyaya qədər, innovasiya və istehsal fazalarını əhatə edir. Qərarları qəbul etmək üçün həlledici mərhələ innovasiyaya qədər olan mərhələdir. Yalnız bu mərhələdə həyata keçirilən və yüksək dərəcədə əsaslandırılmanı təmin edən kompleks şəkildə və variantların tətbiqi ilə aparılan dərin tədqiqatlardan sonra innovasiya ideyası dövrün ikinci və üçüncü fazalarında reallaşdırılacaq müfəssəl şəkildə hazırlanmış layihəyə çevrilir. İnnovasiya riskləri. Risklər və nəzərdə tutulmayan xərclər hər zaman nəzərə alınır, lakin müasir dövrdə onların sayı əhəmiyyətli dərəcədə artmışdır. Dövlət inzibati-idarəetməsi üçün o bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd qrupa ayrılır:  siyasi risklər – vergi qoyuluşu, amortizasiya və s. sahələrdə dövlət tənzimləmə sisteminin dəyişdirilməsi, siyasi qeyri-sabit və forsmajor şəraitin yaranması;  iqtisadi risklər – resursların və ya xərclərin, inflyasiyanın səviyyəsinin və s. kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi;  texniki risklər – layihədə istifadə olunan texnologiyaların, tikinti konstruksiyalarının və s. etibarlılığının təhlilinin kifayət qədər dəqiq olmayan dərəcədə qiymətləndirilməsi;  ekoloji risklər – layihənin həyata keçirilməsi prosesində ekoloji normativlər sahəsində qanunvericiliyin gözlənilmədən sərtləşdirilməsi, yaxud investisiyadan əvvəlki və layihədən əvvəlki əsaslandırma zamanı təbiətin qorunması tələblərinin kifayət qədər nəzərə alınmaması.İnnovasiyaların tətbiq edilməsinin müasir təşkilati formaları.Dövlət inzibati-idarəetmə sistemində innovasiyaların tətbiq edilməsinin üç müxtəlif formaları əmələ gəlib – ardıcıl, paralel və inteqral.


Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin