1. Dövlət və bələdiyyə idarəetməsinin müasir yanaşmaları


Dövlət idarəetməsində informasiya texnologiyalarının rolu



Yüklə 41,48 Kb.
səhifə10/17
tarix22.01.2023
ölçüsü41,48 Kb.
#122427
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Dövlət və bələdiyyə qisa

14. Dövlət idarəetməsində informasiya texnologiyalarının rolu.Sürətlə dəyişən dünyanın hazırkı dövrünü İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı xarakterizə edir. İKT artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib və bizi əhatə edən bütün sahələrə geniş şəkildə sirayət edib.İKT-nin nə dərəcədə yüksək tətbiq edilməsi bir ölkənin təhsil səviyyəsi, intellektual potensialı, insan kapitalına verilən dəyər və s. kimi göstəricilərdən asılıdır. Bu isə süni intellektdən geniş istifadə, istehsalın avtomatlaşdırılması, robotlaşma, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir.Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Bir ümumiləşdirmə aparsaq, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması üçün daima islahatların aparıldığını görərik.Əsas istiqamətlər: İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, eyni zamanda, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım və s. nəzərdə tutulur. "Elektron Hökumət"in yaradılması.Son illər ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri "Elektron Hökumət"in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. "Ağıllı kənd təsərrüfatı" - istehsal üçün tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq məqsədilə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edən yeni bir konsepsiyadır. 5 komponent üzrə icra ediləcək layihə yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrindən ibarətdir.


Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin