Vibrasiya – yüksək tezlikli, kiçik amplitudlu mexaniki rəqslərdir. Yaranma mənbəyinə görə vibrasiyaların aşağıdakı növləri qəbul edilib.
nəqliyyat vibrasiyaları, avtomobillərin yollarda və ərazilərdə hərəkətindən yaranır.
nəqliyyat – texnoloji vibrasiyalar, stasionar vəziyyətdə texnoloji əməliyyatlar yerinə yetirən maşınların işi və istehsalat binasının xüsusi hazırlanmış hissəsində və sənaye sahələrində hərəkət etdirilməsi zamanı yaranır;
texnoloji vibrasiyalar stasionar maşınların işi zamanı yaranır və ya vibrasiya mənbəyi olmayan işçi yerə ötürülür.
yerli vibrasiyalar, insana əlləri vasitəsilə ötürülən.
Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiyanın insan orqanizminə təsiri onun amplitudu və tezliyi ilə müəyyən edilir. Tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur.
25. Elektromaqnit şualanması
Avtomobil nəqliyyatının mənfi təsirlərindən biri də avtomobillərin elektromaqnit şüalanmasıdır. Elektromaqnit şüalanmasının səbəbi biri-birini yaradan və biri-biri ilə qarşılıqlı əlaqədə olan burulğanlı elektrik və maqnit şüalanmalarının olmasıdır. Müxtəlif diapazonlu elektromaqnit sahələri – radio və televiziya siqnalları şəklində kodlaşdırılmış məlumatın ötürülmə mühitidir. Elektromaqnit sahəsi radiotexnika, televiziya, radioastronomiya, radiolokasiyada olduğu kimi bütün elektrik cihaz və qurğularında da istifadə olunur. Elektromaqnit çirklənmə (antropogen və ya elektromaqnit smoq şəklində elektromaqnit maneə) – insana neqativ təsir edən müxtəlif tezlikli elektromaqnit sahələrinin toplusudur. Bəzi tədqiqatçılar son 60 – 70 il ərzində meydana çıxan və formalaşan elektromaqnit smoqunu hazırda insana mənfi təsir edən ən güclü amillərdən biri hesab edir. Avtomobil müqayisədə daha azgüclü şüalanma mənbəyidir, lakin elektromaqnit şüalanması problemi mövcuddur, bu küçələrdə avtomobillərin sayının çoxluğu və nəqliyyat axınının yaşayış sahələrinə daxil olması ilə bağlıdır. Elektromaqnit dalğalarının canlı orqanizmlərə təsiri mürəkkəbdir və lazımi qədər öyrənilməyib. Orqanizmlə qarşılıqlı əlaqəyə girdikdə elektromaqnit dalğaları qismən qaytarılır, qismən onlarda yayılır və udulur. Benzin mühərrikli avtomobillərdə elektromaqnit sahəsinin yaranmasının əsas səbəbi alışma sistemi, ilk növbədə isə alışma şamları, paylayıcı, yüksək voltlu naqillərdir. Şüalanma intensivliyinə görə sonrakı yerlərə generatorlar, gərginlik nizamlayıcıları daxildirlər.
EMS-nin gərginliyi xüsusən, elektrik ötürücü xətlərin, radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının yaxınlığında kəskin yüksəlmişdir. EMS-in bioloji təsirinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – əsəb (sinir), immunitet və endokrin sistemləri olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək- damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar. EMS-in təsiri, xüsusən ana bətnindəki körpələr, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün təhlükəli sayılır. Böyük şəhərlərdə EMS-in intensivliyi şəhərdən kənardakı səviyyəni 1000 dəfə keçir. Moskvada yalnız son illər elektromaqnit çirklənməsi 20 – 30 dəfə artmışdır.