1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Avtomobil nəqliyyatının hərəkət edən mənbələrindən ətraf mühitə atılan çirkləndirici maddələr



Yüklə 400,34 Kb.
səhifə15/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   ...   12   13   14   15   16   17   18   19   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

21. Avtomobil nəqliyyatının hərəkət edən mənbələrindən ətraf mühitə atılan çirkləndirici maddələr.
Ətraf mühitin çirklənməsində avtomobil nəqliyyatı başlıca rol oynayır. Avtomobil nəqliyyatı əsas etibarı ilə atmosferi çirkləndirir. Çirklənmə üç yolla baş verir:
− çıxış borusundan xaric olunan işlənmiş qazlarla;
− karter qazları ilə;
− yanacağın mühərrikin qidalanma sistemindən (çəndən, karbüratordan, süzgəclərdən, boru xətlərindən) buxarlanması ilə.
Nəqliyyat vasitələrinin hərəkəti zamanı havanın çirklənməsi yanacağın yandırılması hesabına baş verir.Avtomobil nəqliyyatı biosferi zəhərləyicidir. Məsələn, bir avtomobil bir ildə 15 min km yürüş etdikdə orta hesabla 1,8 ton benzin yandırır ki, bu benzinin alınması üçün 3 ton neft lazım gəlir. 1 kq benzinin yanması üçün 14,7 kq hava tələb olunur. Bu nisbəti və oksigenin havada miqdarını nəzərə alsaq avtomobilin il ərzində işlədəcəyi havanın hesabı miqdarı 27 ton, o cümlədən 5,6 ton oksigen təşkil edir. Hazırda Dünyada avtomobillərin sayının 1 mlrd-a çatdığını nəzərə alsaq avtomobil nəqliyyatının ehtiyacı üçün 3,0∙109 ton neft və 27∙109 tondan çox hava lazım olduğu məlum olur.

22. Avtomobil nəqliyyatının stasionar mənbələrindən ətraf mühitə atılan çirkləndirici maddələr.
Avtomobil nəqliyyatının stasionar mənbələrinin ətraf mühitin çirklənməsində rolu az deyil. Avtomobil nəqliyyatının stasionar mənbələrinin ətraf mühiti çirkləndirməsi nəqliyyat vasitələrinin təmiri sahələrində, köməkçi sahələrdə, təsərrüfat-məişət təyinatlı bina və tikililərdə (qazanxana, mehmanxana, vağzal, yeməkxana), yanacaqdoldurma məntəqələri, yanacaq anbarları, nəqliyyatın dayanacaq yerlərində baş verir. Nəqliyyat müəssisələrinin səth sularının tərkibində maye neft məhsulları, yuyucu, dezinfeksiyaedici, buzlaşma və donmaya qarşı reagentlər, metal emalında istifadə olunan qəlibləmə qarışıqları, məhlullar, akkumulyator batareyalarının istifadə edilmiş elektrolitləri, süni örtüklərin dağılma və şinlərin yeyilmə məhsulları olur. Çirkab sularında zəhərli maye maddələr: benzol, aseton, turşular, qələvilər, həll olmuş metallar (alüminium, berillium, xrom və b.), neft məhsulları olur.

Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin