Energetik resurslar -Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji mənbələrinin məcmusu energetik resurslar adlanır. təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur.
Buna görə təbii resursların belə təsnifatı ekoloji təsnifat da adlanır.
Təbii resurslar – material və əmək resursları kimi bütün resursların tərkib hissəsi olub maddi və mənəvi rifah əldə etmək üçün mənbədir. Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Bioloji resurslar: bura biosferin mühit əmələgətirən bütün canlı komponentləri (produsentlər, konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir. Bura bitki resursları, mədəni bitkilər, mənzərəli landşaftlar, heyvanat aləmi resursları, ev heyvanları, mikroorqanizmlər və s. aiddir. Bioloji resurslar sırasında genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.
Mineral resurslar: bura litosferi təşkil edən, istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar təsərrüfatlarda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal, ya filiz halında olur ondan metal alınır və ya qeyri-filiz halında olur, ondan qeyri-metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da tikinti materialı kimi istifadə olunur.
Energetik resurslar: Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji mənbələrinin məcmusu energetik resurslar adlanır. təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur.
Buna görə təbii resursların belə təsnifatı ekoloji təsnifat da adlanır.
Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Bərpa olunma təbii artım və ya başqa təbii bərpa siklindən istifadə edilmə ilə baş verə bilər, məsələn meşə kəsildikdən sonra ya özü ya da meşə əkini hesabına bərpa olunur, su hövzələrində məişət tullantılarından öz-özünə təmizlənmə baş verir.