1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə9/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir.
Əvəz olunan resurslara istimə üçün istifadə olunan odun və daş kömürü göstərmək olar. Orqanizmlərin tənəffüsü üçün istifadə olunan oksigen əvəz olunmayan resursdur.
Tükənməyən resurslara Günəş enerjisini, okeanın su resurslarını, külək axınlarını, Yerin dərin qatlarında toplanan enerjini göstərmək olar. Planetdə neft ehtiyatları isə tükənmək üzrədir.

10. Atmosferin qaz resursları


Atmosfer (atmos − buxar və spháira − sahə yunan sözlərindən) Yerin ətrafında, onunla birlikdə fırlanan hava mühitidir. Atmosfer torpaq altında, torpaqda və onun üstündəki havanı da əhatə edir. Atmosferin kütləsi təqribən 5,51 ∙ 10 15 tondur.
Atmosferin qaz tərkibi. Atmosferdə yer səthi yaxınlığında (həcmcə) 78,1% azot, 20,9% oksigen, 0,9% arqon, az miqdarda karbon qazı, hidrogen və təsirsiz qazlar var. Atmosferin aşağı qatlarında
20 km hündürlüyə qədər su buxarları da olur (yer səthində tropiklərdə 3%-dən, Antarktidada
2*10-5 %-ə qədər). Hündürlük artdıqca su buxarının miqdarı sürətlə azalır. Qaz tərkibi 100 – 110 km-ə qədər demək olar ki, dəyişməz qalır.
Azot – atmosfer havasını təşkil edən əsas qazdır, tənəffüsə və yanmaya kömək etmir, lakin bitkilərin boyatması, heyvan və insanların həyatı üçün lazımdır. Azot yer qabığında olan mikroorqanizmlər tərəfindən hasil edilir.
Oksigen – həyat fəaliyyəti üçün havanın ən vacib komponentidir. Oksigen tənəffüs və yanma üçün lazımdır. Oksigen fotosintez prosesində yaşıl bitkilər tərəfindən – ildə 100 mlrd ton hasil edilir. Oksigen istehsalında əsas rolu fitoplankton oynayır, o atmosfer oksigeninin təqribən 70%-ni istehsal edir. Planetin oksigeni 5200 – 5800 ildən bir canlı orqanizmlər tərəfindən tam yeniləşir. İnsanın fəaliyyəti nəticəsində oksigenin havada miqdarı sürətlə azalır. Son 100 ildə oksigenin atmosfer havasındakı miqdarı 240 mlrd ton azalıb.
Ozon – elektrik boşalmaları (məsələn, ildırım çaxanda) və Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə atmosferdə yaranan atomar oksigenin, oksigen molekulları ilə birləşməsi ilə yaranır.
Karbon qazı – atmosferə yanacağın yandırılması, çürümə və üzvü maddələrin parçalanması, insan və heyvanların tənəffüsü zamanı daxil olur. atmosferdə karbon qazının ciddi artımı baş vermir – belə ki, bitkilər fotosintez prosesində onu udur. Hər il bitkilər atmosferdən 160 mlrd tona qədər karbon qazı çıxarır. Nəticədə karbon qazının faiz miqdarı kiçikdir və 0,03% təşkil edir.
Atmosfer havası – çox vacib təbii resursdur. Onun vəzifəsi – insanları, heyvanları və bitki aləmini həyati əhəmiyyətli qaz elementləri ilə (oksigen, karbon qazı) təmin etmək; temperatur dəyişmələrini azaltmaq (hava – isti və soyuğu pis keçirir); yer səthini kosmik, radioaktiv və ultrabənövşəyi günəş şüalanmasından, meteorit və digər kosmik cisimlərdən qorumaq, istehsalat proseslərini oksigen, azot, hidrogen və neytral qazlarla təmin etməkdir.

Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin