1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə7/20
tarix30.04.2023
ölçüsü400,34 Kb.
#126099
1   2   3   4   5   6   7   8   9   10   ...   20
1. Ekologiya haqq nda mumi m lumatlar. Ekologiya yunan m n li (1)

9. Resursların təsnifatı.
Resurs dedikdə insanın öz ehtiyacını və arzularını təmin etmək üçün təbii mühitdən əldə etdiyi hər bir şey nəzərdə tutulur. İnsan cəmiyyətinin təbiətə təsiri üç istiqamətdə gedir:
− təbii resursların götürülməsi, emalı və onların bərpası; − təbii şəraitdən istifadə və onlara təsir;
− təbii sistemlərin tarazlığının pozulması, onların qorunması və yenidən bərpası.
Təbiətdən istifadəçi kimi bütün hüquqi və fiziki şəxslər iştirak edir, belə ki, hər bir müəssisə və istənilən insan təbii resurslardan və ətraf mühitin şəraitindən istifadə edir. Təbiətdən istifadə rasional və qeyri-rasional həyata keçirilir. İnsanın tələbatını maddimənəvi tələbata bölmək olar. Təbii resurslar insanın maddi tələbatı ilə yanaşı müəyyən dərəcədə mənəvi tələbatını da ödəyir. Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Təbii resurslar - material və əmək resursları kimi bütün resursların tərkib hissəsi olub maddi və mənəvi rifah əldə etmək üçün mənbədir.
Bioloji resurslar – bura biosferin mühit əmələgətirən bütün canlı komponentləri (produsentlər, konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir. Bura bitki resursları, mədəni bitkilər, mənzərəli landşaftlar, heyvanat aləmi resursları, ev heyvanları, mikroorqanizmlər və s. aiddir. Bioloji resurslar sırasında genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.
Mineral resurslarbura litosferi təşkil edən, istifadə üçün yararlı bütün maddələr daxildir. Mineral xammal, ya filiz halında olur ondan metal alınır və ya qeyri-filiz halında olur, ondan qeyrimetal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da tikinti materialı kimi istifadə olunur.
Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz, qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.

Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin