1. Giriş. Fənnin məqsəd və vəzifələri Sənaye müəssisələrinin xarakterik xüsusiyyətləri Sənaye müəssisələrinin təşkilati strukturu



Yüklə 30,63 Kb.
səhifə3/8
tarix01.01.2022
ölçüsü30,63 Kb.
#106561
1   2   3   4   5   6   7   8
MÖVZU 1

Ümumi əmək bölgüsü – cəmiyyət daxilində baş verən əmək bölgüsüdür. İstehsalın sənayeyə, kənd təsərrüfatına, tikintiyə, nəqliyyata və s. bölünməsi ümumi əmək bölgüsünün nəticəsidir.

  • Xüsusi əmək bölgüsü– ümumi əmək bölgüsünün daha da differensiallaşması nəticəsində yaranır.Məs: sənayenin ayrı – ayrı sahələri bunun nəticəsində yaranıb.

  • Fərdi əmək bölgüsü – müəssisə daxilində yaranan əmək bölgüsü ilə əlaqədardır.

    Sənaye müəssisələrində əmək bölgüsünün funksional, texnoloji, peşə - ixtisas və əməliyyatlar üzrə növlərini fərqləndirirlər.Funksional əmək bölgüsü - dedikdə müəssisənin, əmək kollektivinin istehsal fəaliyyətində xidmət vəzifələrinin yerinə yetirilməsinə görə bölgüsü nəzərdə tutulur.Texnoloji əmək bölgüsü – məhsulun istehsalı prosesinin ayrı – ayrı mərhələlərə ayrılması ilə əlaqədardır.Peşə ixtisasına görə əmək bölgüsü – məhsulun mürəkkəblik dərəcəsi ilə əlaqədardır.Əməliyyatlar üzrə əmək bölgüsü istehsal prosesinin öz tərkib hissələrinə bölünməsinin və hər bir hissənin konkret iş yerinə təhkim olunmasını və onun bir və ya qrup işçi tərəfindən yerinə yetirilməsini zəruri edir.

    Müəssisə ərazisində sex və istehsal sahələrini yerləşdirmək məqsədilə xüsusi plan, baş plan işlənib hazırlanır.Bu plan işlənərkən aşağıdakı tələblərə əməl olunmalıdır:



    1. İstehsal və anbar binaları məhsul hazırlanmasının texnoloji ardıcıllığı üzrə yerləşdirilməli

    2. Yükdaşıma məntəqələri arasında məsafə mümkün qədər qısa olmalı

    3. Sex və istehsal sahələrinin binaları elə yerləşdirilməlidir ki, bunlar ən az xərclə gələcəkdə istehsalın genişlənməsinə, yenidən qurulmasına və texnika ilə silahlanma səviyyəsinin yüksəlməsinə şərait yaratsın

    4. Müəssisənin baş planı onun yerləşdiyi rayonun baş planına uyğun gəlməlidir

    İstehsal quruluşunun təkmilləşdirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

    1. Müəssisənin və onun istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən edilməsi

    2. Kiçik istehsalların birləşdirilməsi

    3. Sexsiz istehsal quruluşunun tətbiqi

    4. Əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında səmərəli nisbətlərin təmin olunması

    5. İstehsalın idarə edilməsində avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi

    6. İş yerlərinin atestasiyası

    Müxtəlif ölkələrin müxtəlif maddi istehsal sahələrində iri, orta və kiçik firmaların işləyənlərin sayına görə müəyyənolunma meyarı fərqlənirlər.Kiçik, orta və iri müəssisələrin müəyyən edilməsində işçilərin say həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı kimi təsbit olunmuşdur (cədvəl 2.1).

    Cədvəl 2.1



    Müəssisələrin işçilərin sayına görə qruplaşdırılması Sahə mənsubiyyətinə görə müəssisələrin növləri

    İşçilərin sayına görə qruplaşdırma

    kiçik

    orta

    iri

    Sənaye

    50

    51-300

    300-dən çox

    Yüklə 30,63 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin