63. Şüar bayraq kimi bələdçidir, əlamətdir və bir ölkənin, bir xalqın yolu səhv getməsinə imkan vermir.
Əsas etibarı ilə bir ölkədə, bir quruluşda şüarların əhəmiyyəti çoxdur. Hər bir ölkədə müxtəlif şüarlara qarşı mübarizənin özünəməxsus həssaslığı, incəliyi var. Əgər o xalq, yaxud onların rəhbərləri şüarlara qarşı necə mübarizə aparıldığını düzgün bilməsələr, böyük ziyanlara uğrayacaqlar.
Əlbəttə, bəzən bəzilərinin belə dediklərinin şahidi oluruq ki, bu gün şüar vaxtı yox, əməl vaxtıdır. Bu söz doğru deyil. Baxmayaraq ki, bu sözü deyənlərin bəzilərinin niyyəti xoşdur, demək istəyirlər ki, yalnız şüarla kifayətlənmək olmaz. Ölkəni yalnız şüarla idarə etmək olmaz. Bu, doğru sözdür.
Şüarla nəinki bir ölkəni, bir kəndi belə abad etmək, idarə etmək olmaz. Şüarla yanaşı əməl də lazımdır. Lakin bəziləri qərəz, bəziləri sadəlövhlükdən, bu sözə başqa məna verirlər. Elə göstərmək istəyirlər ki, şüarı bir kənara qoymaq lazımdır. Bu, yanlışdır. Şüar bayraq tək bələdçidir, əlamətdir. Şüarsız əməl də əməlsiz şüar kimidir.
Bir xalq hara getmək istədiyini, nə etmək istədiyini bilmək üçün öz şüarlarını aydın şəkildə qoruyub saxlamalıdır. Əgər şüarlar aradan qalxsa, səhrada heç bir əlamət, bələdçi olmadan yol gedən çoxlu sayda insan şəklini alacağıq. Şüarın xüsusiyyəti budur ki, bir xalqı, bir ölkəni yolunu azmağa, səhv getməyə qoymur. O zaman bu özü də şüar olsun və deyək: "Həm şüar, həm əməl, əməllə yanaşı şüar, şüar sayəsində əməl".
İran xalqının ümdə şüarı "istiqlal", "azadlıq" idi və "İslam Respublikası" ilə sonuclandı. Zaman keçdikcə, inqilab nə qədər irəli getdisə, bu "istiqlal" və "azadlıq şüarı" daha da aydınlaşdı, daha da cilalandı. Yəni o şüarlardan yeni şüarlar meydana gəldi, yolu müəyyənləşdirdi. O şüarlardan biri hegemonizmlə mübarizə şüarı idi1.
Dostları ilə paylaş: |