3. İqtisadiyyatın dövlət tənzimlənməsinin vəzifələri
İqtisadiyyatın dövlət tənzimlənməsinin obyektiv mümkünlüyü, iqtisadi inkişafın, istehsalın təmərküzləşməsinin və kapitalın müəyyən səviyyəsində meydana çıxır. Bu mümkünlüyün həqiqətə çevrilməsi iqtisadiyyatın dövlət tənzimlənməsinin qarşıya çıxardığı problemləri həll etmək imkanı ilə bağlanmalıdır.
Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsi təkrar istehsal prosesinin tərkib hissəsidir. O, müxtəlif vəzifələri yerinə yetirir.
a) iqtisadi artımı stimullaşdırmaq;
b) məşğulluğu tənzimləmək;
v) sahə və regional struktur irəliləyişlərini maraqlandırmaq;
q) ixracı dəstəkləmək;
d) prioritet sahələri müəyyənləşdirmək.
İqtisadiyyatın dövlət tənzimlənməsinin konkret istiqaməti hər hansı bir ölkədə müəyyən dövrdə iqtisadi və sosial prioritetlərin mürəkkəbliyi və xarakteri ilə müəyyən olunur.
Məsələn, müəyyən əlamətlərdən asılı olaraq iqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmi Qərbi Avropa ölkələrindən, Fransada, Almaniyada, Niderlandda, Skandinaviya ölkələrində, Avstriyada, İspaniyada geniş inkişaf etmişdir. İnkişaf etmiş Asiya və Latın Amerikasında da müəyyən qədər iqtisadiyyatın dövlət tənzimlənməsindən istifadə olunur. Amerika, Kanada və Avstraliyada iqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmindən məhdud çərçivədə istifadə olunur. Bu onunla əlaqədardır ki, həmin ölkələrdə müharibə olmamış, ölkənin sosializm qütbləşməsi getməmiş, xüsusi mülkiyyət və azad sahibkarlıq geniş inkişaf etmişdir. Bununla yanaşı iqtisadi konyukturanın pisləşdiyi, işsizlik və inflyasiyanın artdığı halda həmin ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsi zərurəti yaranmışdır.
Dostları ilə paylaş: |