3. Davranış tərzi və həyat təcrübəsindəki müxtəliflik (fərqlilik). Bu, fərlilliklər də münaqişənin baş verməsi imkanını artıra bilər. Yüksək dərəcəli avtoritar, ehamçı, «özünə hörmət» anlayışına laqeyd yanaşan xarakterli adamlar münaqişəyə daha tez girirlər. Həyat təcrübəsində, dəyərlərdə, təhsildə, stajda, yaşda, sosial həyat tərzində olan müxtəlifliklər (fərqliliklər) müxtəlif bölmələrin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığa öz təsirini göstərir, bəzən onlar arasında bir-birini dərk etmə dərəcəsini aşağı salır.