Qruparası münaqişə: Təşkilatlar bir çox qruplardan – formal və ya qeyri formaldan ibarət olurlar. Hətta, ən nümunəvi təşkilatlarda da belə qruplar arasında münaqişənin baş verməsi mümkündür. Qeyri-forml təşkilatlar belə hesab edirlər ki, rəhbərlik onlarla ədalətsiz hərəkət edir. Onda onlar daha sıx birləşərək rəhbərliklə “hesablaşmağa” can atacaqlar, əməyin məhsuldarlığını aşağı salacaqlar.
Çox zaman məqsəd müxtəlifliyi üzündən təşkilat daxilində bir-birindən asılı olan şöbələr münaqişə aparmağa başlayırlar. Məsələn, satış şöbəsi bir qayda olaraq aıcıya yönəldilir. Bu zaman o, istehsalat bölməsi kimi daha çox effektivliyin yuxarı qaldırılması və xərclərin aşağı salınmasına can atmır. Bu, nöqteyi-nəzərdən sifarişləri tez yerinə yetirmək üçün çoxlu miqdara mal (əmtəə) ehtiyatlarını tədarük edir. Deməli, xərcləri artırır ki, bu da istehsalat bömələrinin marqlarının əksinə olur. İri təşkilatlarda bir bölmə kənar müştərilər hazır məhsulu sataraq özünün gəlirini artırmağa çalışa bilər. Halbuki, digər bölmələrin tələblərini öz məhsulunu aşağı qiymətə satmaqla ödəyə bilər.
Münaqişənin konstruktiv (əməli) nəticələri. Münaqişənin bir neçə əsas konstruktiv (əməli) nəticələrini dürüst ifdə etmək olar. Bunlardan biri ondan ibarətdir ki, problem bütün tərəflər üçün qəbul edilə biləcək yolla həll edilməlidir. Nəticədə adamlar problemin həllində özlərinin iştirakını lazımi dərəcədə dərk edəcəkdir. Bu da öz növbəsində düşmənçilik, ədalətsizlik, fikrinin əksinə davranmaq məcburiyyətini minimuma endirəcəkdir.
Digər konstruktiv nəticə ondan ibarətdir ki, tərəflər daha artıq əməkdaşlığa meyl edəcəklər. Sonrakı münaqişə vəziyyətlərində artıq, bir-birilərinin ziddinə hərəkət etməyəcəklər.
Konstruktiv münaqişənin həll edilməsinin konstruktiv nəticələrindən biri – bu, məsələnin həlli üçün qəbul edələn qərarların keyfiyyəitinin yaxşılaşdırılmasıdır. Münaqişənin həll edilməsi prosesində komandanın üzvləri əlavə imkana malik olurlar ki, hər bir şeyi işləyib hazırlasınlar, hətta ziddiyyətli ideya və variantları da nəzərdən keçirirlər. Bütün nəticələr təhlil edilir.
Əgər münaqişənin idarə edilməsinin səmərəli (effektli) üsulu, yolu tapılmamışdırsa, onda aşağıdakı destruktiv nəticələr baş qaldıra bilər. Başqa sözlə desək, məqsədə çatmağa şərait yarana bilər:
- təmin olunmamaq, pis ruh yüksəkliyi, kadrların axıcılığının artması və məhsuldarlığın aşağı düşməsi;
- gələcəkdə əməkdaşlığa çox az dərəcədə inam;
- təşkilatın digər qrupları ilə səmərəsiz rəqabətin güclənməsi;
- digər tərəfin “düşmən” kimi təqdim edilməsi;
- öz məqsədlərinin müsbət, digər tərəfin məqsədlərinin isə, mənfi olduğunu göstərmək;
- münaqişə aparan tərəflər arasında qarşılıqlı hərəkətin və ünsiyyətin məhdudlaşdırılmsı;
- qarşılıqlı münasibət və ünsiyyətin azalması nəticəsində münaqişə aparan tərəflər arasında düşmnçiliyin artması;
- münaqişədə “qələbəyə” daha artıq üstünlük vermək, nəinki real problemin həllinə.
Münaqişənin həll edilməsində rəhbər faktiki səbəblərin təhlilindən başlamalıdır, sonra isə, müvafiq olan metodikadan istifadə edilməklə həll edilməlidir.
Dostları ilə paylaş: |