Təhsil standartları- təhsil standartı dedikdə, təhsilin dövlət normaları kimi
nəzərdən keçirilməsi və ictimai ideala nail olmaq başa düşülür. Deməli, təhsil
standartı məzunların ümumi təhsil hazırlığına verilən tələblərin məcburi
səviyyəsidir. Təlimin və nəzarətin həmin tələblərə uyğun gələn məzmunu,
metodları, formaları və vasitələrini özündə əks etdirir. Bu isə “norma”,
“nümunə” və həm də “ölçü” dür. Beləliklə , təhsil standartları aşağıdakı
normativ sənədlərə əsasında götürülür, yəni , təhsilin məzmununu əks etdirən
sənədlərdə öz əksini tapır:
1.Tədris planı;
2.Tədris proqramı;
3.Dərsliklər və dərs vəsaitləri;
Tədris planı-məktəbin fəaliyyətini istiqamətləndirən normativ sənəddir. Tədris
planı təhsil nazirliyi tərəfindən təsdiq edilən sənəd olub, tədris ilinin müddətini,
rübləri, tətilləri, fənləri, fənlər üzrə saatların həftəlik və illik miqdarın əks etdirir.
Tədris planında məcburi fənlərlə yanaşı, fakultetiv məşğələlər və seçmə fənlər
də öz əksini tapır. Tədris planının vəzifəsi şagirdlərin hərtərəfli inkişafını təmin
etməkdir. Tədris planlarının təkmilləşdirilməsi cəmiyyətin sosial sifarişi nəzərə
alnmaqla aparılır;
Tədris proqramı-fənn proqramları tədris planının tələblərdə əsasən tərtib edilir.
Tədris proqramı təhsil nazirliyi tərəfindən təsdiq edilən sənəd olub hər bir fənn
üzrə təhsilin məzmununu və quruluşunu müəyyənləşdirir. Təhsil proqramları
quruluşunu görə iki kompanentdən ibarətdir:
1.İzahat vərəqi (giriş);
2.Təhsilin məzmunu;
Proqram şagirdin yaş və dərketmə səviyyəsinə uyğun olmalıdır. Proqramlar yeni
təlim texnologiyalarına əsaslanaraq təlim fəaliyyətinin səmərəli təşkilinə imkan
verməlidir.
Istər tədris planı, istər tədri proqramı sistematik və ardıcıl olmalı, müasir elmi
kəşflər öz əksini tapmalı, müasir tələblər
gözlənilməli, tərbiyəvi vəzifələr
gözlənilməli, şagirdlərin anlaq, yaş səviyyələy diqqət mərkəzində saxlanılmalı,
nəzəriyyə ilə təcrübənin vəhdəti gözlənilməli və fənlərarası əlaqəyə fikir
verilməlidir.