İkinci variant – seçim sayını məhdudlaşdıran parametrik prosedur.
Bu halda tədqiq olunanın qarşısına qrup üzvlərindən ciddi şəkildə qeydə alınmış sayda,məsələn,25 nəfərdən yalnız 4-5 nəfər seçmək tələbi qoyulur.Sosiometrik seçimin sayca məhdudlaşdırılması-sosiometrik,yaxud limit məhdudlaşdırılması adlanır.Hesab olunur ki,bu,sosiometrik nəticələrin etibarlılığını artmaqla yanaşı ,nəticələrin statistik işlənməsinidə asanlaşdırır.Psixoloji baxımdan belə məhdudlaşdırma tədqiq olunan daha diqqətli olmağa,mərkəzləşməyə,öz cavablarına məsuliyyətlə yanaşmağa, yayınma ehtimalı üzərində düşünməyə vadar edir.
Burada üzərində bir qədər dayanmalı olduğumuz daha bir məsələ də var.Sosiometrik məhdudlaşdırma zamanı tədqiq olunanlara müstəqil seçim imkanı verildikdə onlar özləri qrupdaxili münasibətlər üçün təsiredici imkanlara malik olan şəxsləri seçirlər,hansı ki,həmin şəxslər bütün qrup üzvləri üçün maraqlı obyekt heab olunurlar.
Hazırdaa “sosiometrik məhdudiyyət”adı altında 25 nəfərlik qrupda 4-5 nəfərin seçilməsi əlverişli variant sayılır.Bu variantda nəticələrin eyni qaydada hesablanması üçün yeni ölçü tətbiq edilir.Həmin ölçü seçilmiş qrupun ümumi kəmiyyətini ifadə edir.Həmin ölçü d-sosiometrik məhdudiyyət adlanır.O,4-5 nəfərlik qrupun sayını ifadə edən kəmiyyətdir.d-nin ölçülməsi və xarici şərtlərin ona uyğun standartlaşdırılması müxtəlif hesablamalarla aparılır.Bu baxımdan d bütün qrup üçün təxmini seçim ehtimalıdır.Belə ehtimalın müəyyənləşdirilməsində C.Moreno və E.Cenninqs aşağıdakı formulu irəli sürmüşlər:P(A)=d/N-1.
Burada P(A) - təxmini hadisə ehtimalı;N- bütün qrup üzvlərinin sayıdır.
Adətən P(A) – nın ölçüsü 0.20 – 0.30arasında götürülür.Bu ehtimalı formula gətirərək d-ni müəyyənləşdirmək mümkündür.Bunun üçün məlum N –nin sosiometrik vəziyyətini qrupun ölçülməsi məqsədilə seçilmiş sosiometrik məhdudiyyət(qrup) sayəsində əldə edirik.
Parametrik prosedurun çatışmazlığı qrupdakı qarşılıqlı münasibətlərin müxtələfliyini açmaq imkanlarının azlığı ilə bağlıdır.Bu yolla yalnız subyektiv əlaqələrin mənasını aydınlaşdırmaq olur.Belə yanaşma qrupun sosiometrik quruluşu üçün səciyyəvi olan daha tipik kommunikativ münasibətləri öyrənməyə imkan verir.Bunu da qeyd etmək lazımdır ki,sosiometrik məhdudiyyət proseduru vasitəli ilə qrup üzvlərinin emosional ekspansivliyi geniş şəkildə öyrənmək də mümkün deyildir.
Dostları ilə paylaş: |