1. Qafqaz dil ailəsi


Krımın neolit dövrü arxeoloji abidələri



Yüklə 34,89 Kb.
səhifə5/6
tarix26.11.2023
ölçüsü34,89 Kb.
#135815
1   2   3   4   5   6
Ə. Səid. Arxeologiya

4. Krımın neolit dövrü arxeoloji abidələri.
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir.
Bu dövrdə:

  1. Təbii sərvətlərdən istifadə üsulları formalaşdı

  2. Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi

  3. Toxa ilə torpağı şumlayırdılar

  4. İstehsal təsərrüfatın yarandı

  5. Əhali oturaq həyata keçdi

  6. Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı

  7. Sənətkarlıq yarandı

  8. Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər

  9. Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı

Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və. s tapılmışdır.
Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır:

  • "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu;

  • daşların deşilməsi və cilalanması üsulları mənimsənildi;

  • toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı;

  • əhali oturaq həyata keçməyə başladı.

  • evlər dairəvi formada idi.

Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir.
Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdənçüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.


Yüklə 34,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin