Planlaşdırma və məqsədli proqramların məqsədi və vəzifələri Dövlət regional tənzimləmə və idarəetmənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif məqsədli proqramlar işləyib hazırlayır.
Dövlət proqramlarının işlənib hazırlanması aşağıdakıları nəzərdə tutur.
1) qarşıya konkret və ictimai əhəmiyyətə malik vəzifə qoyulur;
2) maddi, əmək, maliyyə resurslarının aşkara çıxarılması və onlardan istifadə əlaqələndirilir;
3) lazım olan maliyyə vəsaiti, maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi əsaslandırılır. Məqsədli proqramlar müvafiq olaraq dövlət büdcəsi, yerli büdcələr və büdcədənkənar mənbələr hesabına maliyyələşdirilir;
4) Dövlət proqramları adi (regional, sahə, ümumi sosial-iqtisadi inkişaf) və fövqəladə proqramlar ola bilər.
Adi proqramlar orta müddətli olmaqla adətən 3-5 il müddətinə tərtib olunur. Proqramın yerinə yetirilməsi gedişindən və digər səbəblərdən asılı olaraq onda düzəlişlər aparıla bilər. Hətta bəzi hallarda proqramın həyata keçirilmə müddəti uzadıla bilər.
Fövqəladə proqramlar böhran, kütləvi işsizlik, təhlükəli infilyasiya və b. kritik vəziyyətdə işlənib hazırlanır və bir qayda olaraq qısa müddət (1-2 il) üçün nəzərdə tutulur.
Plan və proqramlar regionların imkanlarından səmərəli istifadə etməklə ölkənin xarici bazara müxtəlif və rəqabət qabiliyyətli məhsullarla çıxmaq imkanlarını genişləndirir. Dünya dövlətləri arasında mövqeyinin qorunub saxlanmasına və daha da yaxşılaşmasına kömək edir.
Plan və proqramların tərtib olunması alimlər, müəssisə rəhbərliyi, layihə işçiləri, peşəkar mütəxəssislər və s. səfərbərliyə alınmaqla həyata keçirilir.
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ilə əlaqədar görülən bütün tədbirlər kimi məqsədli proqramlar, proqnozlar və perspektiv planlar da fəal regional siyasət aparılmasının tərkib hissəsidir.
Iqtisadi və sosial proqnozlaşdırma metodları altında, əvvəlki dövrün (retrospektiv) göstəricilərinə nəzərən obyektin xarici (ekzogen) daxili (endogen) əlaqələrini ifadə edən və onun haqqında gələcək dövr üçün müəyyən fikir yürütməyə imkan verən üsul və qaydaların məcmusu başa düşülür.
Yuxarıda göstərilən təsnifləşdirmə əlamətlərindən ən geniş istifadə olunanı, forma-laş¬dırma səviyyəsinə görə proqnoz metod aşağıdakı strukturda verilmişdir. Bu yuxarıda verilən ikinci və üçüncü əlamətləri də əhatələndirir.
Proqnozlaşdırma uzaq gələcək üçün iqtisadi-ictimai hadisələrin inkişaf istiqamətinin müəyyən edilməsi və həmin inkişafı səciyyələn¬dirən sistemin, hadisənin bu və ya digər istiqamətdə inkişaf ehtimalını göstərir.
Beləliklə, proqnoşlaşdırma gələcək inkişafın alternativ istiqamə¬tini müəyyən edən elmi fəaliyyətdir. Bu alternativ inkişaf trayektoriyası xarici əlamətlərin təsirini nəzərə almalıdır.
Proqnozlaşdırma obyekti bütün hadisələr ola bilməz. Əgər hadisənin inkişafı bir cəhətlidirsə, burada proqnoz söyləmək ehtimalı azdır. Lakin əgər çoxlu sayda alternativ variantlar vardırsa, bu zaman proqnoz yeni informasiya verə bilər.
Deməli, proqnozlaşdırma elə prosesləri əhatə edir ki, onların plan¬laş¬dırılması ya mümkün deyil, ya da ki, elə diapozonda müm¬kündür ki, onların proqnozlaşdırılmasına mövcud metodlar: balans və normativ metodlar təsir göstərmirlər.
Bir sıra qərb ədəbiyyatlarında proqnoz, qabaqcadan fikir söyləmək, qabagı görmə məfhumları arasında fərq qoyulmayaraq onları plan və ya plan-proqnoz kimi qələmə verirlər.
Yəni iqtisadi proqnozlaşdırma ictimai hadisələrin iqtisadi dərk edilməsi yolu ilə proqnozlarının hazırlanması prosesidir.
Proqnozlaşdırma, o cümlədən iqtisadi proqnozlaşdırma təbiət, cəmiyyət və təfəkkür qanunlarına əsaslanır. Beləliklə, iqtisadi proqnozlaşdırma qabaqcadan görmənin üç formasına əsaslanmalıdır:
- Hipoteza, proqnoz, plan.
Hipoteza – ümumi nəzəriyyə səviyyəsində elmi uzaqgörənliyi səciyyələndirir. Bu, o deməkdir ki, hipotezanın qurulması əsasında nəzəriyyə durur və həmin nəzəriyyə əsasında tədqiq olunan obyektin səbəb nəticə qanunauyğunluğu başa düşülür.
Proqnoz-Hipoteziya nisbətən daha geniş mənaya malikdir. Belə ki, proqnoz hadisənin keyfiyyət və kəmiyyət tərəflərini səciyyələndirir. Proqnoz konkret tətbiqi nəzəri əsasa malikdir.
Plan - dəqiq ifadə olunmuş məqsəddir.
Öz məqsədinə görə iqtisadi proqnozlaşdırma ayrılır:
- Makroiqtisadi səviyyədə;
- Struktur (sahələrarası, regionlararası) proqnozları;
- Xalq təsərrüfatı komplekslərinin proqnozlaşdırılması;
- Sahə və regional proqnozlaşdırma.
Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər:
- cari, cəld, əməli (1 aya qədər)
- qısa müddətli proqnozlar (1 aydan 1 ilədək)
- orta müddətli proqnozlar (1 –5 il)
- daha uzun müddətli proqnozlar (15 ildən yuxarı)
Əhatə etdiyi dövrə görə proqnozlar fərqləndiyi kimi daxili məzmununa və funksiyalarına görə də fərqlənirlər.
Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur:
1. Istehsal münasibətlərinin inkişafı.
2. Sosial-iqtisadi və elmi-texniki tərəqqinin nəticələri.
3. Iqtisadi inkişaf.
4. Əmək resurslarının təkrar istehsalı və məşğuliyyət.
5. Təbii resurslardan səmərəli istifadə.
6. Əsas fondların və əsaslı vəsait qoyuluşlarının təkrar istehsalı.
7. Əhalinin həyat səviyyəsi.
8. Maliyyə münasibətləri, gəlir və qiymət.
9. Xarici-iqtisadi əlaqələr.
Yuxarıda qeyd olunan istiqamətlərdən hər birinin sərbəst fəaliy¬yəti mümkündür. Lakin onların hamısı arasında bir qarşılıqlı rabitə var¬dır. Məsələn, əhalinin həyat səviyyəsi proqnozlaşdırılarsa, o demoq¬rafik amillərlə, təbii mühitlə, istehsal prosesləri ilə əlaqədar aparıl¬malıdır.
Funksional əlamətlərinə görə proqnozlar iki tipə ayrılırlar:
- axtarış;
- normativ.
Axtarış proqnozları – tədqiq olunan obyektin keçmişi, indiki və gələcək dövr üçün inkişaf təmayülünü izah etməyə əsaslanır. Daha doğrusu onun vəzifəsi mövcud şərtlərin saxlanması çərçivəsində, tədqiqat obyektinin gələcəkdə özünü necə aparmasını aşkarlamaqdır.
Normativ proqnozu-isə əvvəlcədən hazırlanmış məqsəd əsasında tərtib olunur. Yəni məqsəd qoyulur, həmin məqsədə çatmaq üçün normativlər əsasında tədbirlər axtarılır.
Proqnozların tipləşdirilməsinə müvafiq olaraq proqnozlaşdırma üsulları haqqında informasiyaların toplanması, informasiya mənbə¬yinin müəyyən edilməsi əhəmiyyətlidir. Bu əsas üç mənbə hesabına həyata keçirilə bilər:
1. Təcrübənin toplanması.
2. Mövcud təmayülün ekstropoloyasiyası.
3. Modelin qurulması.
Təcrübənin toplanması hadisənin axarının qanunauyğunluğuna əsaslanır.
Hadisənin əvvəlki təmayülünə nəzərən gələcək inkişaf istiqamə¬tinin müəyyən edilməsi.
Gözlənilən və ya əvvəlki təmayüllərə uyğun modellərin qurulması.
Proqnozlaşdırma obyektinin informasiya mənbələrinə nəzərən onun üç üsulu vardır:
- Ekspert məlumatların qabaqcadan yığılması, anketləşdirmə;
- Ekstropolyasiya – əvvəlki dövrə görə gələcək dövr haqqında mühakimə yürütmək;(əvvəlki paraqrafda geniş şərh edilmişdir).
- Modernləşdirmə – axtarış və normativ modellərindən istifadə olunması və s.