Makro iqtisadi planlar – bütün iqtisadiyyatın kompleks şəkildə inkişaf etməsini nəzərdə tutan cari və orta müddətli tədbirlər məcmusudur.
Strateji planlar – bazar iqtisadiyyatında ölkənin inkişaf prespektivlərini və milli iqtisadi təhlükəsizliyini nəzərdə tutan uzunmüddətli tədbirlər məcmusudur.
İndeqativ planlar – Dövlət, regional, sahə səviyyəli olmaqla iqtisadi inkişafda məsləhət xarakteri daşıyanplanlardır.
İmperativ planlar – Dövlət bölməsinə aid olan müəssisələrin inkişafının planlaşdırılmasını nəzərdə tutuan aşağıdan yuxarı tərtib edilən və məcburi yerinə yetirilən planlardır.
Ölkənin iqtisadi inkişafını planlaşdırmadan onun gələcək vəziyyətini müəyyən etmək və dünya iqtisadiyyatında ölkənin tutacağı yeri təyin etmək mümkün deyil. Planların, proqnozların və proqramların dövlət idarəetmə alətinə aid olmasına baxmayaraq bir-birindən fərqi mövcuddur. Əgər proqnozlar gələcəyi görməyə imkan verirsə, proqramlar konkret məqsədə nail olmağı təmin edirsə, planlarda bir neçə məqsəd nəzərdə tutularaq həyata keçirilir və yalnız proqramlar maliyyələşdirilir.
İqtisadi inkişafın proqramlaşdırılması bütün iqtisadiyyatın və ayrı-ayrı sahələrin, sferaların inkişafının proqramlarının işlənib hazırlanması və reallaşmasıdır. Proqramlar dövlətin bir başa iqtisadiyyata aktiv müdaxiləsinin aləti olmaqla təkrar istehsal prosesində tətbiq edilir. Hal-hazırda dövlət orqanları tərəfindən iqtisadiyyatın idarə edilməsində proqram metodlara üstünlük verilir. Bu metodun əsasında proqram sistemi qoyulmuşdur ki, bu sistem də ya dövlət hakimiyyət orqanları tərəfindən müxtəlif səviyyəli idarəetmə orqanları tərəfindən, ya da dövlətin himayədarlığı ilə özəl bölmələr tərəfindən reallaşdırılır. Proqramlar büdcə siyasətinin həyata keçirilməsində əsas rol oynayaraq iqtisadiyyatda mövcud olan sosial iqtisadi məqsədləri müəyyən etmək və bu məqsədlərə nail olmaq üçün tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Proqramları işləyib hazırlayarkən aşağıdakı prinsipləri əsas tuturlar:
Dostları ilə paylaş: |