16.Proqramın növləri və tərtibi mərhələləri
Sosial iqtisadi inkişafın proqramlaşdırılması üçün vacibliyi nöqteyi nəzər-dən aşağıdakıları fərqləndirirlər: Dövlət səviyyəli proqramlar, Regional səviyyəli proqramlar, Sahə səviyyəli proqramlar və Məqsədli proqramlar.
Çox vaxt regional səviyyəli proqramlar dövlət əhəmiyyətli olduğundan onlara dövlət proqramının statusu verilir. Dövlət sturuktur siyasəti həyata keçirmək üçün məqsədli proqramlardan geniş istifadə edir. Bu zaman iqtisadi proseslərin gedişinə və iqtisadiyyatın sturukturuna təsir göstərməklə dövlət vacib olan problemləri həll edir. Bu zaman məqsəd kimi ümummilli səviyyəli məsələlər, məsələn: sahibkarlığın inkişaf etdirilməsi, texnoloji infrasturukturanın inkişaf etdirilməsi və tətbiqi ilə xalq təsərrüfatının səmərəli inkişafına nail olma və s. kimi və yaxud da kiçik səviyyəli, məsələn: ərzaq probleminin həlli. Müəyyən qrup əmtəələrlə dünya bazarına çıxış və s. kimi məsələlər qoyula bilər. Proqramlaşdırma prosesi bazar iqtisadiyyatının formalaşması mərhələsindən asılı olaraq müəyyən inkişaf mərhələləri keçmişdir.
İlk əvvəl proqramlaşdırma inzibati amirlik sisteminə xas olan tədbirlər vasitəsilə həyata keçirilirdisə, artıq formalaşan bazar iqtisadiyyatında daha çox iqtisadi tədbirlərə üstünlük verilir. Proqramlar işlənib hazırlanarkən aşağıdakı mərhələlər həyata keçirilir:
Problemin təyin edilməsi və onun aktuallığının müəyyənləşdirilməsi.
Problemin aid olduğu obyektin gələcək vəziyyətinin proqnozlaşdırılması.
Əsas məqsədlərin müəyyən edilməsi.
Problemlərin mövcud olduğu sosial iqtisadi sistemin təhlilinin aparılması.
Problemin həlli yollarının araşdırılması və bu zaman maksimal alternativ yollarının müəyyənləşdirilməsi.
Ən optimal həlli yolunun seçimi.
Seçilmiş həllin səmərəliliyinin təyini və proqramın reallaşdırılması üzrə təkliflərin hazırlanması.
Hər bir proqramın həyata keçirilməsi onun dəqiq təhlilindən sonra başlanır.
Dostları ilə paylaş: |