19.Güzəştli zonalar, onların mənfi və müsbət cəhətləri, idarə olunması
Azad iqtisadi zonaların harada yaradılmasından asılı olmayaraq onlar üçün ümumi cəhətlər səciyyəvidir. Bunların hamısı üçün səciyyəvi və ümumi olan cəhətlər aşağıdakılardır:
Vergilərin ödənilməsində müxtəlif növ güzəştlərin (idxal-ixrac, gömrük rüsumları və vergilər üzrə güzəştlər) tətbiq edilməsi. Bunun nəticəsində əldə edilən mənfəət orta hesabla 30-35%, bəzi hallarda hətta daha çox artır. Məsələn, transmilli şirkətlər Asiyadakı sosial iqtisadi zonalarda ildə orta hesabla 40% mənfəət götürürlər.
Kapital qoyuluşlarının ödənilməsi müddəti 2-3 dəfə azalır. Sosial iqtisadi zonalarda bu müddətin 3- 3,5 il davam etməsi normal hal hesab edilir.
Onların dövlət tərəfindən hərtərəfli müdafiə edilməsi və yerli hakimiyyət orqanlarına qanunlara əlavə etmək səlahiyyətinin verilməsi.
İlk sosial iqtisadi zonalar 1959-cu ildə İrlandiyada «Sennon» aeroportunda 300 nəfərlik yeni iş yerləriinin təşkili üçün 15 hektar sahədə yaradılmışdır. 15 ildən sonra burada artıq 23 min iş eri olmuşdur. 1973-cü ildə ABŞ-da 84 elmi-texniki zona olmuşdur ki, bunlarda da 142 min işçi, 45 min alim çalışmışdır. Yaxın vaxtlarda ABŞ-da minə qədər sosial iqtisadi zona yaradılması nəzərdə tutulmuşdur ki, bunun da həyata keçirilməsinə 3 mlrd dollardan çox investisiya qoyulması planlaşdırılmışdır və bu, 100 minə qədər yeni iş yerlərinin açılmasına imkan verəcəkdir.
Cənubi Koreya, Malaziya, Sinqapur və Honkonq vaxtilə yaratdıqları «Asiya pələngləri» adlı zonada istehsal olunan məhsulların 90%-ə inkişaf etməkdə olan ölkələrə ixrac olunur.
1967-ci ildə Braziliyada 3,6 mlnd. ha sahədə yaradılmış «Manaus sərbəst zonasının sənaye dairəsi»nin təcrübəsi olduqca maraqlıdır. Bu zaman Braziliya iqtisadiyyatının nəhəng artım qurşağı adlandırırlar. Bunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, istehsal olunan xammallardan, yanacaq-energetika sahələri məhsullarından 3-5%-i ixrac olunur, qalan hissəsi isə Braziliyanın özündə istifadə edilir. «Manaus» zonasında istehsalın 30 sahəsində 600-ə qədər sənaye müəssisələrinin yaradılmasına 13 mlrd dollardan çox vəsait qoyulmuş və burada indi 100 min nəfərə qədər işçi çalışır.
Çin KP MK-nın III plenumu 1978-ci ildə əhalisinin sayı 20 mln nəfərdən çox olan 14 şəhərətrafı ərazidə sosial iqtisadi zona yaradılması haqqında qərar qəbul etmişdir. Bu təcrübə diqqəti cəlb etdiyinə görə onu bir qədər ətraflı nəzərdən keçirmək lazımdır.
ÇXR qanunvericiliyi əsasında sosial iqtisadi zona üçün aşağıdakı güzəştlər nəzərdə tutulmuşdur:
- ölkə üçün nəzərdə tutulmuş gəlir vergisi dərəcəsi 33% olduğu halda, xarici kapitalın iştirakı ilə yaradılmış bütün növlərdən olan müəssisələr üçün bu, 15% təşkil etmişdir;
- yaradılmasına 5 mln dollardan çox xarici investisiya qoyulmuş iri müəssisələr üçün gəlir vergisi azaldılır, yaxud da onlar müəyyən müddətə vergilərdən tamamilə azad olunurlar;
- qabaqcıl texnologiyalardan istifadə və öz məhsullarının 70%-dən çoxunu ixrac edən müəssisələr üçün əlavə güzəştlər, məsələn, gəlir vergisi dərəcəsinin 10% aşağı salınması, gəlir vergisinin ödənilməsindən azadolunma müddətinin uzadılması və s. müəyyən olunur;
- xarici sahibkarlar 5 il ərzində əldə etdikləri mənfəəti sosial iqtisadi zonanın inkişaf etdirilməsinə qoyduqda həmin məbləğdən gəlir vergisi alınmır;
- torpaqdan istifadə edilməsi müqabilində ödənilən icarə haqqına görə güzəştlər müəyyən edilmişdir;
- sosial iqtisadi zonaların müəssisələri istehsal ehtiyacları üçün avadanlıqlar, xammallar idxal etdikdə, habelə xarici bazara hazır məhsullar çıxardıqda gömrük rüsumundan tamamilə azad edilirlər.
Beləliklə, sosial iqtisadi zona beynəlxalq əmək bölgüsündə və xarici iqtisadi əlaqələrdə bərabər hüquqla iştirak edən, kooperativ, səhmdar, müştərək və fərdi mülkiyyət formalarının əlaqələndirilməsinə əsaslanan inkişaf etmiş iqtisadi münasibətlər sistemini ifadə edir və onun yaradılması aşağıdakı şərtlərə əsaslandıqda mümkündür:
Kifayət qədər kapitala malik olan, təsdiq olunmuş proqramın həyata keçirilməsini və zonanın yaradılmasının maddi məsuliyyətini tamamilə öz üzərinə götürən iri səhmdar cəmiyyətinin (dövlətin iştirakı ilə) təşəbbüs göstərməsi;
Zonanın inkişaf etdirilməsi vəzifələrini həll etmək üçün kifayət qədər valyuta ehtiyatlarının cəlb edilməsinə təminat verən xüsusi sığorta fondunun (sığorta şirkətinin) yaradılması;
Zonanın maliyyə məsələlərinin tənzimlənməsində fəal iştirak edən mərkəzi (Zona üzrə) bankın fəaliyyət göstərməsi;
Zona üzrə vergilərin ödənilməsini, lisenziyalaşdırmanı, bank məsələləri tənzimləyən xüsusi qanunvericilik aktlarının işlənib hazırlanması və zaman keçdikcə təkmilləşdirilməsi;
Sosial iqtisadi zonanın inkişaf etdirilməsinə dair dövlət orqanları tərəfindən təsdiq edilmiş proqramın mövcud olması;
Bəzi hüquq və səlahiyyətlərin bölgə hakimiyyət orqanlarının, ayrı-ayrı müəssisələrin ixtiyarına verilməsi;
Sosial iqtisadi zonanın müsbət və üstün cəhətləri ilə yanaşı arzuolunmaz nəticələr verə biləcəyi ehtimalı da vardır. Belə ki, sosial iqtisadi zona ölkədə iqtisadi inteqrasiya proseslərinə mənfi təsir göstərə bilər, ehtiyatların digər regionlarından axıb buraya gəlməsinə, qeyri-leqal iqtisadi fəaliyyətə şərait yarada bilər və i a. Lakin bütün bunlara baxmayaraq sosial iqtisadi zonaların yaradılması təcrübəsi özünü doğrultmuş və onun üstünlüklərindən istifadə edən blkələr özlərinin iqtisadiyyatının dirçəldilməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə nail olurlar.
Dostları ilə paylaş: |