1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Azad (xüsusi) iqtisadi zonalar, ümumi cəhətləri və yayılması, növləri



Yüklə 92,5 Kb.
səhifə24/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   18   19   20   21   22   23   24   25   26
Regional Iqtisadiyyat imtahan suallari

18. Azad (xüsusi) iqtisadi zonalar, ümumi cəhətləri və yayılması, növləri

Xüsusi iqtisadi zonalar və onların növləri

Xüsusi iqtisadi zonalar XX əsrin ikinci yarısından başlayaraq ABŞ, Koreya Respublikası, Polşa, Macarıstan, Çin və başqa ölkələrdə yaradılmışdır. Xüsusi iqtisadi zonalar güzəştli təsərrüfat fəaliyyəti zonası hesab edilirlər. Belə zonalar adətən 300-600 km2 ərazini əhatə edir. Bir qayda olaraq ixrac yönümlü istehsala üstünlük verilir. Belə zonalara material və texnikanın gətirilməsi gömrük rüsumundan azad edilir, vergidə güzəştlər nəzərdə tutulur, istehsal olunan məhsulun bir hissəsinin ölkənin daxili bazarlarında satılmasına icazə verilir.

Cənubi Koreya, Malayziya, Sinqapur və Honqonqun vaxtilə yaratdıqları «Asiya pələngləri» adlı zonada istehsal olunan məhsulların 90%-i inkişaf etməkdə olan ölkələrə ixrac olunur.

1967-ci ildə Braziliyada 3,6 mln. ha. sahədə yaradılmış «Manaus» sərbəst zonasının sənaye dairəsinin təcrübəsi olduqca maraqlıdır. Bu zonanı Braziliya iqtisadiyyatının nəhəng artım qurşağı adlandırırlar. Bunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, istehsal olunan xammallardan, yanacaq-energetika sənayesi məhsullarından 3-5%-i ixrac olunur, qalan hissəsi isə Braziliyanın özündə istifadə edilir. «Manaus» zonasında istehsalın 30 sahəsində 600-ə qədər sənaye müəssisənin yaradılmasına 13 mlrd. dollardan çox vəsait qoyulmuş və burada indi 100 min nəfərə qədər işçi çalışır.

Çində xüsusi iqtisadi zonalar ölkə daxili regional siyasətin həyata keçirilməsinin çox mühüm vasitələrinə çevrilmişdir. XX əsrin axırlarında Çin iqtisadiyyatında əldə edilmiş nailiyyətlərdə xüsusi iqtisadi zonalar müstəsna rol oynamış və oynayır. Buna Çin qanunvericiliyində xüsusi iqtisadi zonalar üçün bir sıra güzəştlərin nəzərdə tutulması çox böyük təsir göstərmişdir.

ABŞ-da çox geniş yayılmış azad ticarət zonaları ilə yanaşı xüsusi iqtisadi zonalar da regional siyasətin mühüm vasitəsidir. «Boston marşrutu -128», «Şimali Karolina üçbucağı» sosial iqtisadi zonalar bütün dünyada tanınmışdır və onların təcrübəsi Avropa və Asiya ölkələrində belə zonaların yaradılmasına müsbət təsir göstərmirşdir.

Elmi-texniki inkişaf zonalarında xarici, müştərək və milli müəssisələrin güzəştli şərtlərlə yaradılması və fəaliyyət göstərməsinə icazə verilir. Belə zonaların fəaliyyətində mərkəzi yeri elmi-texniki və texnoloji parklar tutur. Belə böyük texnoparklar ərazisində olduqları, habelə qarşılıqlı əlaqələri mövcud olan ölkələrdə qabaqcıl texnikanın, texnologiyanın inkişafı və təsərrüfat fəaliyyəti sahələrinə tətbiqində müstəsna rol oynayırlar.

Bu zonalar nisbətən kiçik, yığcam ərazidə tədqiqat, layihə və elmi-istehsalat firmalarının yüksək səviyyədə təmərküzləşməsi ilə səciyyələnir.

Ərazinin infrastrukturunun yenidən qurulmasının formalarından biri sənaye parklarının yaradılmasıdır. Başqa sözlə, müəyyən bir torpaq sahəsi infrastrukturun zəruri ünsürləri ilə təchiz edildikdən sonra sahibkarlara satılır və ya icarəyə verilir ki, onlar bu ərazilrədə sənaye müəssisələri yaratsınlar. Ərazinin infrastrukturunun yenidən qurulmasının bu forması inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Bundan geridə qalmış rayonların sənayeləşdirilməsini stimullaşdırmaq üçün istifadə olunur.

İnkişaf etməkdə olan ölkələrin regional siyasətində istifadə olunan metodlardan biri də «artım zonası»nın və ya «inkişaf mərkəzi»nin yaradılmasıdır. Artım zonası üçün resurs və coğrafi mövqe baxımından daha əlverişli olan yaşayış məntəqəsi seçilir. Sonradan bu məntəqə infrastruktur qurğuları, istehsal müəssisələri ilə təchiz olunmaqla inkişaf mərkəzinə çevrilir.

Xüsusi regional formalardan biri də sahibkarlıq zonasıdır. Bu, ölkə daxilində sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmış lokal ərazi hissəsidir. Belə ərazilərdə sahibkarları həvəsləndirmək üçün güzəştli vergi, kredit rejimi müəyyən edilir.

Sahibkarlıq zonasının xüsusi tipi «Offşor mərkəzlər», «Offşor zona»lardır. Bu zonanın əsas əlaməti xarici şirkətlərin maneəsiz qeydə alınması və onların fəaliyyətinin yerli qanunvericiliyə tabe edilməsidir. Offşor zonaları xarici sahibkarların diqqətini ilk növbədə vergi dərəcələrinin aşağı səviyyədə olması ilə cəlb edir.

Xüsusi təsərrüfat fəaliyyəti zonalarını (azad iqtisadi zonaları) sərbəstlik dərəcəsinə görə də qruplaşdırırlar. Bu əlamətə görə onlar açıq və qapalı azad iqtisadi zonalara ayrılırlar.

Açıq azad iqtisadi zonalarda qanunla qadağan olunmayan təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə icazə verilir. Belə zonalarda aid olduğu ölkənin qanunları və digər normativ-hüquqi sənədləri tətbiq edilmir.

Qapalı azad iqtisadi zonalarda isə iqtisadi cəhətdən əhəmiyyətli olan bəzi təsərrüfat fəaliyyəti növlərinin həyata keçirilməsinə icazə verilir. Bu zonalarda daxilində olduğu ölkənin qanun və təlimatlarının bir qismi tətbiq olunur. Təsərrüfat fəaliyyəti sahələrinə də müəyyən məhdudiyyətlər qoyulur.

Azad iqtisadi zonaların növləri

Sosial iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və bölgələrdə mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunmasına, xidmət sahələrinin inkişaf etdirilməsinə və məhsulların ən sərfəli şəkildə ixrac olunmasına imkan verir. Xarici investisiyaları sosial iqtisadi zonalara, «Valyuta xəzinəsi»nə can atmağa sövq edən də məhz bunlardır. Dünya ticarətində sosial iqtisadi zonalar mühüm rol oynayır. Bunu belə bir faktdan aydın görmək olur ki, mütəxəssislərin hesablamalarına görə hazırda dünyada əmtəə dövriyyəsinin 30%-ə qədəri onun payına düşür.

Azad iqtisadi zonaların təşkilində əsas etibarilə iki cəhətə üstünlük verilir: 1) Azad iqtisadi zonalarınərazi üzrə təşkili; 2) Azad iqtisadi zonalarınfunksional baxımdan təşkili.

Birinci yanaşmada xüsusiləşmiş (ayrılmış) ərazilər əsas götürülür. Burada bütün iqtisadi subyektlər güzəştli təsərrüfat fəaliyyətinə malik olurlar.

İkinci yanaşmada iqtisadi vahidlərin hansı ərazidə yerləşməsindən asılı olmayaraq hər hansı bir fəaliyyət növü ilə məşğul olan sahibkarlar xüsusi güzəştlərdən istifadə etmək hüququna malik olurlar.

Ərazi prinsipi üzrə fərqlənən azad iqtisadi zonaya Çində yaradılmış zonaları, Braziliyada, «manaus» zonasını, həmçinin inkişaf etməkdə olan ölkələrdə yaradılan ixrac-istehsal zonalarını misal göstərmək olar.

İkinci yanaşmaya xas olan zonalara isə ayrı-ayrı müəssisələr –Offşor müəssisələrini aid etmək olar.

Sosial iqtisadi zonaların ən sadə formalarından biri rüsumsuz azad gömrük zonasıdır. Belə zonalar XVII-XVIII əsrlərdən mövcuddur. Bu zonalar idxal və ixrac olunan əmtəələr üçün gömrük rüsumundan azad edilir.

Dünyada azad ticarət zonası da geniş yayılmışdır. Bu zonalar ABŞ-da daha çox inkişaf etmişdir. ABŞ-da bu zonalar 1934-cü ildə xüsusi qanunla yaradılmışdır. Qanuna görə hər bir limanda azal ticarət zonası yaradıla bilər. Bu qanuna görə azad ticarət zonası iki yerə bölünür: 1) ümumi təyinatlı azad ticarət zonası; 2) xüsusiləşmiş azad iqtisadi zonalar. Ümumi təyinatlı zonalar nisbətən kiçik məkana malik olur, milli gömrük ərazisindən kənarda yerləşir. Orada xaricə göndərilən məhsulların anbarlaşdırılması, emalı (qablaşdırılma, sortlaşdırılma, markalanma, emalın tamamlanması və i a ) həyata keçirilir. Belə zonalar iri şirkətlər üçün yaradılır. Keçən əsrin ortalarında 500-dən çox azad ticarət zonası vardır.

Azad iqtisadi zonaların növlərindən biri də Azad istehsal0ixrac zonalarıdır. Bu zonaların əsas xüsusiyyəti ondan ibarətdir ki, xarici və yerli sahibkarlara vergisiz və ya müəyyən vergi güzəştləri ilə xaricdən xammal, material, texnika idxalına, zonadar hazır məhsul və yarımfabrikatların gömrük vergisiz ixracına icazə verilir.

Zonada istehsal obyektləri, istehsal infrastrukturu obeyktlərinin tikintisi üçün əlverişlə şərait yaradılır. Azad istehsal –ixrac zonalarında xarici bazarlara yüksək keyfiyyətli məhsul ixrac etmək siyasəti yeridilir, dünya bazarında özünün qabaqcıl texnika və texnologiyası ilə tanınan şirkətlər iştirak edir, ayrı-ayrı ölkələr onları öz iqtisadiyyatlarına cəlb etməklə istehsalı inkişaf etdirirlər. İstehsal-ixrac zonalarına investisiya qoymaq səlahiyyətləri həm milli, həm də xarici şirkətlərə vverilsə də burada bir qayda olaraq əsas rolu xarici şirkətlər oynayırlar.

Texniki-tətbiq zonaları da fəaliyyət göstərir. Belə zonalar kor-təbii meydana gəlir, yaxud da dövlətin yardımı ilə böyük elmi mərkəzlərin bazasında yaradılır. Bu zonalarda milli və xarici tədqiqatçılar, layihəçilər, elmi-istehsal firmaları cəmləşir. Bunların hamısı vahid vergi-maliyyə güzəştlərindən istifadə edirlər. Belə zonalar ABŞ, Yaponiya və Çində daha çox yayılmışdır. ABŞ-da bunları texnika parkı, Yaponiyada tenopolis, Çində isə yeni və yüksək texnologiya zonası adlandırırlar.

Servis zonaları da vardır. Servis sözü ingiliscə xidmət deməkdir. Servis zonaları dedikdə müxtəlif maliyyə-iqtisadi, sığorta və s. xidmətləri göstərən firma və təşkilatların sahibkarlıq fəaliyyəti üçün güzəştli rejimə əsaslanan ərazi nəzərdə tutulur.

Servis zonalarına Offşor zonalırını və vergi güzəştlərini aid etmək olar. Offşor güzəştli vergi rejiminə əsaslanan xarici firmaların yerləşdirilməsi üçün yaradılır.

Hazırda dünyada 300-dən çox Offşor zonası mərkəzi mövcuddur. Bunlardan vergi güzəştləri adını daşıyanı 70-ə qədərdir. Deməli, vergi güzəştləri adını daşıyan zonalarla Offşor zonaları arasında fərq vardır. Vergi güzəştləri adını daşıyan zonalarda bütün müəssisələrin (yerli və xarici) demək olar ki, bütün fəaliyyət növləri vergi güzəştlərinə aid edilir. Bir çox ölkələrdə xeyli vaxtdır ki, Offşor şirkətləri fəaliyyət göstərir. Bunlardan Lixtenşteyn, Panama, Antil adaları, Britaniyada Men adası, Honkonq, İrlandiya, İsveçrə və s. göstərmək olar. Son dövrlərdə Maltada, Mavrikaniyada, İsrail, Malaziya və s. ölkələrdə də belə zonalar yaradılmışdır.

Sənaye, ticarət, bank, sığorta və s. şirkətlər Offşor zonalarda ya tamamilə heç bir zonaya cəlb edilmir (məsələn, İslandiyada), yaxud da az vergiyə cəlb edirlər (məsələn, Lixtenşteyn, Antil adaları, Panama, Men adası).

Ona görə də Offşor zonaları yaradılan ölkələrdə xarici kapitalın axınına zəmin yaradır. Bəzi məlumatlara görə Offşor zonalarında istifadə edilən kapital 500 mlrd dollar təşkil edir. Bunların üzvləri (fiziki və hüquqi şəxslər) 2 men nəfərə bərabərdir.



Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin