1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Bələdiyyələrin maliyyə bazası və onun möhkəmləndirilməsinin bəzi məsələləri



Yüklə 92,5 Kb.
səhifə14/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

11.Bələdiyyələrin maliyyə bazası və onun möhkəmləndirilməsinin bəzi məsələləri

Bələdiyyələrin geniş mülkiyyətə malik hüquqları vradır. Onların mülkiyyətində əmlak, torpaq, müəssisəər, təşkilatlar, mənzillər, qeyri-yaşayış binaları, bələdiyyələrə təhvil verilmiş kommunal, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri ola bilər. Torpaq bələdiyyələrin mülkiyyətində xüsusi yer tutur. Azərbaycanın torpaq fondunun 2,0 mln. hektarı və ya 32%-i bələdiyyələrin mülkiyyətindədr.

Bələdiyyələrin əmlakına – bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakı, bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü olaraq maddi yardım şəklində verdikləri əmlak, bələdiyyələrə vəsiyyət edilən əmlak, varisi olmayan əmlakın bələdiyyələrin mülkiyyətinə keçməsi yolu ilə əldə olunan əmlaklar daxildir. Bələdiyyələr öz əmlaklarının mülkiyyətçisi, sərəncamçısı və istifadəçisidir.

Bələdiyyələr şəhər, inzibati rayon və qəsəbələrin sosial-iqtisadi problemlərinin həll edilməsində yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqə şəraitində fəaliyyət göstərirlər.

Bələdiyyə yerli özünüidarəetmə təşkilatı olmaqla, özünü maliyyələşdirən qürumdur. Bələdiyyələrin fəaliyyəti üçün böyük məbləğdə maliyyə vəsaitinin olmasını tələb edir və şübhəsiz ki, bu vəsaitə tələbat gələcəkdə daha da artacaqdır.

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə forpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyələrin istehsal və xidmət fəaliyyəti təşkil edir. Bələdiyyələrin maliyyəsinin əsasını bələdiyyə büdcəsi təşkil edir. Bələdiyyə büdcəsinin gəlir və xərc hissələrini «Bələdiyyələrin maliyyəşməsinin əsasları haqqında», «Yerli vergi və ödənişlər haqqında» Azərbaycan Resrublikası qanunlarını əldə rəhbər tutaraq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, bələdiyyələr özləri müəyyən edirlər. Bələdiyyə büdcəsinin layihəsi hər il dekabr ayının 25-dən gec olmayraq hazırlanır.

Bələdiyyə büdcəsinin gəlir mənbələri aşağıdakılardır: 1) fiziki şəxslərdən alınan torpaq vergisi; 2) fiziki şəxslərdən alınan əmlak vergisi; 3) yerli əhali tikinti materialları üzrə mədən vergisi; 4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi; 5) küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş; 6) kurort, mehmanxana, avtomobil dayanacağı və i.a üçün rüsumlar; 7)dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar; 8) bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən, latereya satışından və s. gəlirlər.

Bələdiyyələrin xərcləri onların özləri tərəfindən müəyyənləşdirilir və aşağıdakı istiqamtələrə yönəldilir: 1) yerli özünüidarəetmə orqanlarının saxlanması ilə əlaqədar xərclər; 2)təhsil xərcləri; 3) səhiyyə xərcləri; 4) mətbuat və kütləvi informasiya xərcləri; 5) bədən tərbiyəsi xərcləri; 6) bələdiyyə yol tikintisi və saxlanmasına; 7)bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsinə; 8) mülki-müdafiə obyektlərinin saxlanması və yanğın təhlükəsinin qarşısının alınmasının təmin edilməsi; 9) digər xərclər; 10) profisit (+), kəsir (-).



Bələdiyyələrin xərcləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir və aşağıdakı istiqamətə yönəlir: bələdiyyə idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanmasına və i.a. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşməsi üçün xərclər nəzərdə tutula bilər. Bələdiyyələrin xərcləri onların müəyyən etdiyi normativlər əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya alan bələdiyyə (yerli) büdcələrinin xərc normativləri dövlət büdcəsi xərcinin proqnozlaşdırılması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz. Dotasiyanın maksimum həddini hesablayarkən dövlət ğüdcəisnin xərc normativləri və ərazinin respublikada maliyyə resurslarının formalaşmasında xüsusi çəkisi nəzərə alınır. Əlavə, məqsədli işlərin həyata keçirilməsi üçün qanunverici və icra hakimiyyətləri tərəfindən ayrılan vəsaitlər yerli büdcənin məxaric hissəsində ayrıca göstərilir. Xərclərin öz gəlirləri ilə təmin olunmayan hissəsi dövlət büdcəsindən alınan dotasiya hesabına örtülə bilər.

Bələdiyyə büdcəsinin əsas gəlir mənbəyi vergilər və digər ödənişlərdir. Bunların əldə olunması və istifadəsinin əsasları «Yerli vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının qanununda öz əksini tapmışdır. Bu qanunda Azərbycan Respublikasında yerli (bələdiyyə) vergiləri və ödənişlərilə tənzimlənən münasibətlər, qanunvericilik məsələləri, yerli (bələdiyyə) vergiləri və ödənişlərinin tərkibi, vergitutma obyekti və vergi ödənişləri, vergi dərəcələri və vergi güzəştləri öz əksini tapmışdır. Qanunda həmçinin yerli (bələdiyyə) vergiləri və ödənişlərinin hesablanma qaydası, vergilərin müəyyən edilməsi və ləğv qaydaları, yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri şərh olunur.

Yerli (bələdiyyə) vergi və ödənişləri üzrə qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının vergi məcəlləsinə, «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanununa. Habelə haqqında söhbət gedən qanuna müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarına əsaslanır. Bələdiyyə vergilərinin tutulması və büdcəyə köçürülməsini bələdiyyə orqanları həyata keçirirlər.

Yerli (bələdiyyə) vergiləri və ödənişlər aşağıdakılardan ibarətdir:

- küçə (divar) reklamlarının yerləşdirilməsi və yayımı üçün ödənişlər;

- kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və bu qanunla müəyən edilən digər yerli rüsum və ödənişlər;

- qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşməsi üçün digər yerli vergi və ödənişlər haqqında qərarlar qəbul edə bilərlər.

Vergitutma obyektləri mənfəət, əmlak, torpaq, faydalı qazıntılardır. Vergi ödəyiciləri onların sahibi (şərikli sahibi) kimi çıxış edən vergi ödəyən fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar, onların filialları, nümayəndəlikləri və digər bölmələrdir.

Vergi ödəyicilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının vergi qanunvericiliyilə tənzimlənir. Bələdiyyələrin qərarlarına əsasən vergi ödəyicilərinə vergi dərəcələrinin aşağı salınması, ödənişin dayandırılması istiqamətində bələdiyyə büdcələrinin imkanından asılı olaraq müəyyən güzəştlər edilə bilər. Yerli (bələdiyyə) vergilərin ləğvi haqqında qərar yalnız müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldığı şəraitdə qüvvəyə malik olur. Vergilərin hesablanmasına, ödənilməsinə və büdcəyə keçirilməsinə nəzarət qaydaları Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmişdir. Bələdiyyə vergisinin müəyyən edilməsinin əsas şərti vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, vergi ödənilməsi qaydası və müddətidir. Vergi dərəcələrinin düzgün müəyyən edilməsi, vergilərin tutulması və vaxtında büdcəyə keçirilməsilə əlaqədar məsələlərdə vergi agentləri və onların nümayəndələri məsuliyyət daşıyırlar.


Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin