7.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları haqqında: məqsədlər, vəzifələr və regional inkişafın prioritet istiqamətləri.
Regional inkişaf siyasəti birdən-birə formalaşmamışdır. Bu prosesə aşağıdakı amillər təsir etmişdir:
Məhsuldar qüvvələr inkişaf etdikcə, regionlar və ölkələr arasında qarşılıqlı münasibətlər də inkişaf etmişdir;
XIX əsrin axırları, XX əsrin əvvəllərində dövlətin iqtisadiyyata müdaxiləsinə zərurət yaranmışdır. Bununla da rgional siyasət yeridilməsi aktuallaşmışdır.
XX əsrin 20-30-cu illərində dünya miqyasında ictimai-iqtisadi, texniki-texnoloji sahələrdə böyük yenilliklərin baş verməsi, regionlararası və dövlətlərarası münasibətlərin geniş inkişafı dövlətin sosial-iqtisadi həyata «hərdən bir» müdaxiləsindən «sosial-iqtisadi inkişafı tənzimləmək» siyasətinə keçilməsinə obyektiv tələbat yaradır. Bu məsələ ilk dəfə 1929-1933-cü illərdə tam kəskinliyi ilə ortaya çıxmış və bir sıra ölkələrdə (ABŞ), Almaniya və i a.) müəyyən dərəcədə həllini tapmışdır.
II Dünya müharibəsindən sonra baş verən elmi – texniki inqilab təbii ehtiyatların geniş miqyasda mənimsənilməsində və istehsalın həcminin genişlənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində regionlar və dölətlərarası münasibətlərin genişlənməsinə səbəb olmuşdur.
XX əsrin 80-ci illərinin axırlarından başlanan ictimai hadisələr – sosializmin dağılması və qloballaşma proseslərinin güclənməsi.
Elmi-texniki tərəqqinin sosial-iqtisadi infrastrukturun inkişafı üçün şərait yaratması. Bunlara regionlar və dövlətlərarası dəmir və şosse yollarının, neft və qaz kəmərlərinin çəkilməsi, suvarma sistemlərinin, elektrik xətləri şəbəkəsinin yaradılması, ayrı-ayrı ərazilərdə ekoloji problemlərin həlli və s. misal göstərmək olar.
Elmi-ğexniki tərəqqi istehsal avadanlıqlarının və bütövlükdə sənaye müəssisələrinin istehsal güclərinin artmasına səbəb olur, istehsalın təmərküzləşməsinə və yerləşməsi istiqamətlərinə əsaslı surətdə təsir göstərir, beləliklə də istehsalın iri müəssisələrdə, sahələrdə və regionlarda təmərküzləşməsini gücləndirir.
Regional siyasətin müasir mərhələsinin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun əhatə dairəsi genişlənmiş, regional siyasət məsələləri həll olunarkən ərazilərin müəyyən edilməsinə yanaşmalar dəyişmişdir. Belə ki, əvvəllərdə iqtisadi hesablamalar hər hansı bir konkret bir rayonun (regionun) ərazisinə aid olurdusa, hazırda fəaliyyətin və elmi-texniki tərəqqinin təsir dairəsinin genişlənməsi ilə əlaqədao olaraq makroiqtisadi yanaşma daha böyük əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər hansı bir regional problem həll olunarkən həmin ölkənin bütün regionları, yaxud da bir neçə payonu birlikdə nəzərdən keçirilir.
Regional siyasətin uğurla həyata keçirilməsi dövlət tərəfindən müəyyən mexanizmlərin kompleks halda işlənib hazırlanmasını tələb edir. Bu mexanizm regionların inkişafında mövcud olan ziddiyyətlərin «yumşaldılması»nı və aradan qaldırılmasını, sosial-iqtisadi inkişafla əlaqədar məsələlərin həllində həm mərkəzi, həm də yerli dövlət hakimiyyəti orqanları tərəfindən hazırlanan və həyata keçirilən müxtəlif qanunvericilik, inzibati, təşkilati və iqtisadi stimullaşdırma vəsaitlərinin toplusundan ibarətdir.
Regional siyasətin həyata keçirilməsində onun maliyyə bazası çox mühüm rol oynayır. Regional maliyyə dedikdə, ayrı-ayrı regionların inkişaf etdirilməsi üçün nəzərdə tutulan və istifadə olunan pul vəsaiti və regionda baş verən pul münasibətləri başa düşülür. Regional maliyyəyə xarici və yerli sahibkarların vəsaiti, dövlət büdcəsindən ayrılan vəsait, büdcədən kənar dövlət fondları, müxtəlif dövlət Milli fondları, Kommersiya banklarının, bank olmayan kredit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin regionun inkişafı üçün ayırdıqları maliyyə vəsaiti və qanunvericiliklə qadağa olunmayan digər mənbələrdən daxil olan vəsaitlər daxildir.
Regional maliyyəyə həmçinin regionun inkişaf etdirilməsi üçün ayrılmış xüsusi təyinatlı vəsaitlər, inzibati-ərazi vahidlərinin büdcələri subvensiyalar (yol tikintisi, sahənin inkişaf etdirilməsi, bu və ya digər obyektin tikintisi üçün birdəfəlik ayrılmış vəsaitlər), müəssisə və təşkilatların yaradılmaları daxildir. Bunların içərisində bələdiyyələrin icra hakimiyyəti orqanlarının, bələdiyyə müəssisələrinin vəsaitləri və dövlətin subvensiyaları əsas yer tutur. Bu vəsaitlər hesabına regionların kompleks sosial- iqtisadi inkişafını təmin edən sahələrin – səhiyyə, təhsil, kommunal təsərrüfatı, nəqliyyat və i a. – inkişaf etdirilməsi ilə əlaqədar işlər maliyyələşdirilir, zəif inkişaf etmiş rayonların sosial-iqtisadi inkişafının sürətlənməsi üçün tədbirlər görülür, müxtəlif təyinatlı proqramlar işlənib hazırlanır.
Beləliklə, regional maliyyə vəsaitləri regionların kompleks inkişaf etdirilməsinə yönəldilir. Regionların iqtisadiyyatı inkişaf etdikcə və dövlətin maliyyə imkanları genişləndikcə regionların maliyyə imkanları da artır, regional siyasət isə daha fəal xarakter daşıyır.
Dostları ilə paylaş: |