1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Regional inkişaf siyasətinin formalaşması və inkişaf mərhələləri



Yüklə 92,5 Kb.
səhifə9/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

6.Regional inkişaf siyasətinin formalaşması və inkişaf mərhələləri

«Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtsiadi inkişafı Dövlət Proqramı»nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələnməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Dövlət proqamında qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:


  1. ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;

  2. infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;

  3. Sahmbkarlıq mühitinin yaxşılaşdırılması ilə əlaqədar məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsinin daha da sürətləndirilməsi;

  4. İqtisadiyyata investisiyaların cəlb edilməsinin davam etdirilməsi;

  5. İxrac yönümlü məhsul istehsalının stimullaşdırılması;

  6. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;

  7. Əhalinin məş ğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;

  8. Yoxsulluğun səviyyəsinin azaldılması.

Dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatı, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişaf etdirilməsinin başlıca şərtlərindən biri olan infilyasiyanın orta illik sürətinin və milli valyutanın məzənənsinin lazımi səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlərin müddətinin uzadılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, infilyasiya risklərinin azaldılması, moneta rvə büdcə-vergi siyasətinin əlaqələndirilməsinin gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişaf etdirilməsinin stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın infrstrukturun, əlverişli infilyasiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının xüsusi çəkisinin artırılmasına nail olunması zəruridir. Eyni zamanda, əknd təsərrüfatına dövlət qağısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişaf etdirilməsinin təmin olunması qarşıda duran prioritet sahələr hesab olunur.





Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin