1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Regional iqtisadi idarəetmənin əsas vasitələri və mexanizmləri-



Yüklə 92,5 Kb.
səhifə7/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   2   3   4   5   6   7   8   9   10   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

Regional iqtisadi idarəetmənin əsas vasitələri və mexanizmləri- Respublika regionlarının sosial - iqtisd inkişafını təmin etmək üçün Dövlət Proqramlarının qəbul edilməsidir. Artq Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilmiş, onlardan 2-si reallaşdırılmış, 3-çüsü isə uğurla həyata keçirilməkdədir:

1. 2004 - 2008- ci illər

2. 2009 - 2013 - cü illər

3. 2014 - 2018 - ci illər

4. 2019-2023 – cü illər
4. Dövlətin regional siyasəti

Regionların müvəffəqiyyətlə inkişaf etdirilməsinin ən mühüm və ümumi şərtlərindən biri beynəlxalq tələblərə cavab verən regional siyasətin işlənib hazırlanması və həyata keçirilməsidir. Regional siyasət Dövlət siyasətindən ayrılmazdır, başqa sözlə, onun tərkib hissələrindən biridir.

Siyasətdə dövlətin öz qarşısına qoyduğu məqsədlər, vəzifələr, onları yerinə yetirmək üçün istifadə olunan metod və vasitələr əsas yer tutur.

Müasir dövrdə hər bir dövlət dünyanın inkişaf qanunauyğunluqlarını, çox mürəkkəb qarşılıqlı asılılıq və təsir proseslərini, milli mənafeləri nəzərə almaqla dövlət siyasəti, o cümlədən regional siyasət yeridir.

Regionların sosial-iqtisadi inkişafını sürətləndirməkdə məqsəd bir tərəfdən onların arasındakı mühüm fərqlərin aradan qaldırılmasına yönəldirməlidirsə, digər tərəfdən isə hər bir regionun xarici bazara daha çox məhsul çıxarmasına istiqamətləndirilmişdir. Bu, son nəticə hər bir regionun iqtisadiyyatının inkişafına, mövcud təbii, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə olunmasına şərait yaratmış və imkan vermiş olardı.

Lakin bunlarla yanaşı elə ümumi məsələlər də vardır ki, dövlət onların həyata keçirilməsi üçün məsuliyyət daşıyır və bu məqsədlə regional siyasət yeridir. Bu məqsədlərə aşağıdakılar daxildir:



  1. ölkənin ərazi bütövlüyünün, iqtisadi, sosial, konstitusiya – hüquqi məkanının vahidliyinin qorunub saxlanması;

  2. yaşayış yerlərindən asılı olmayaraq bütün sahələrdə vətəndaşların bərabərliyinin təmin edilməsi;

  3. Regionların tarazlı ekoloji-iqtisadi inkişafının təmin olunması, onların təbii sərvətlərindən səmərəli istifadə edilməsi prinsiplərinin işlənib hazırlanması və əsaslandırılması;

  4. Əhalinin ölkə ərazisində məskunlaşması və normal yaşaması üçün hər cür şəraitin yaradılması;

  5. Bütün etnik qrupların həyat fəaliyyətlərini təmin edə bilən sağlam mühitin yaradılması və zaman keçdikcə onun daha da yaxşılaşdırılması;

  6. Regionların iqtisadi təbii-iqlim, təbii-resurs, infrastruktur və digər xüsusiyyətləri ilə müəyyən olunan həyat səviyyəsində kəskin fərqlərin yaranmasına imkan verməməsi. Bununla əlaqədar yeridilən regional siyasət bölgələrin sosial-iqtisadi inkişafının bir-birinə yaxınlaşdırılmasına yönəldilməlidir;

  7. Regional inkişaf sahəsində ölkənin geostrateji və geosiyasi maraqlarının təmin olunması.



Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin