1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Dövlətin sosial-iqtisadi inkişaf və regional siyasətinin mahiyyəti və vəzifələri



Yüklə 92,5 Kb.
səhifə8/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

5.Dövlətin sosial-iqtisadi inkişaf və regional siyasətinin mahiyyəti və vəzifələri

  1. Ölkənin və onun regionlarının müvəffəqiyyətlə inkişaf etdirilməsinin ən mühüm və ümumi şərti yerli şəraitə,beynəlxalq təcrübəyə cavab verən sosial-iqtisadi və regional inkişaf siyasətinin işlənib hazırlanması və həyata keçirilməsidir. Regional inkişaf siyasəti və idarəetmə sistemi, dövlət siyasəti və idarəetmə sisteminin tərkib hissəsidir. Odur ki, əvvəlcə dövlət siyasətini qısaca nəzərdən keçirək.

  2. Qeyd etmək lazımdır ki, dövlət siyasəti ilə əlaqədar mütəxəssislər arasında fikir ayrılıqları vardır.

  3. Siyasət yunanca «politika» sözündən əmələ gəlmişdir və «dövləti idarə etmək məharəti» deməkdir. Müasir dövrdə siyasət dedikdə ölkənin sabitliyini qoruyub saxlamaq, onun inkişaf etdirilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmək sahəsində dövlətin çoxcəhətli fəaliyyəti, vəzifələri, məqsədi, onlara nail olunmasının istiqamətləri, formaları və üsulları nəzərdə tutulur.

  4. Dövlət siyasətinin aşağıdakı ən ümumi prinsipləri vardır ki, bunlar, bu və ya digər dərəcədə regional inkişaf siyasətinə də aid edilə bilər.

  5. 1) Dövlət siyasəti həm ölkənin keçmişi, həm mövcud vəziyyəti, həm də gələcəyi nəzərə alınmaqla işlənib hazırlanmalıdır;

  6. 2) Dövlət öz siyasətində ölkənin elmi potensialına xüsusi diqqət yetirməlidir;

  7. 3) Dövlət siyasəti məhsuldar qüvvələrin inkişaf etdirilməsinə yönəldilməlidir; Bu siyasətdə ölkə ərazisində məhsuldar qüvvələrin yerləşdirilməsinə xüsusi yer ayrılmalıdır;

  8. 4) Dövlət siyasətində əhalinin məşğulluğunun təmin olunmasına, həyat səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilməlidir;

  9. 5) Dövlət siyasəti təkcə ölkədaxili amillərdən deyil, həm də xarici amillərdən asılı olduğuna görə bunlar qarşılıqlı surətdə əlaqələndirilməlidir;

6) Dövlət siyasətində ümumi mənafe və vətəndaşların böyük əksəriyyətinin idarəsi əsas götürülməlidir;

  1. 7) Dövlət siyasətində əhalinin aztəminatlı hissəsinin qayğısına qalınmalı, bu sahədə konkret tədbirlərin görülməsi nəzərdə tutulmalıdır;

  2. 8) Dövlət siyasəti kompleks xarakter daşımalı, insan fəaliyyətinin bütün sahələrini əhatə etməlidir;

  3. 9) Dövlət siyasəti hakimiyyətin səmərəli fəaliyyətinin əsasını təşkil edən hüquqa əsaslanmalıdır;

  4. 10) Dövlət siyasəti mövcud sosial-iqtisadi, mənəvi-psixoloji şəraiti nəzərə alımalıdır;

  5. 11) Dövlət siyasəti hadisə və proseslərə tarixi səpgidə yanaşmalıdır.

  6. Beləliklə, müasir dövrdə hər bir dövlət həm ümumdünya inkişaf qanunauyğunluqlarının, dünyada gedən prosesləri, həm də milli mənafeləri və xüsusiyyətləri nəzərə alan siyasət yeritməyə, buna uyğun gələn idarəetmə sistemi formalaşdırmağa çalışmalıdır.



Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin