1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Regional idarəetmənin qanunları və normativ-hüquqi aktları



Yüklə 92,5 Kb.
səhifə11/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

8.Regional idarəetmənin qanunları və normativ-hüquqi aktları.

Müxtəlif inzibati-siyasi quruluşa malik olan (unitar, federativ, konfederativ) bütün ölkələrdə regional siyasət və idarəetmə (regional inkişafın dövlət tərəfindən tənzimlənməsi) bu və ya digər səviyyədə həyata keçirilir.

Dövlət, regional sosial-iqtisadi inkişafı idarə etmək üçün real imkanlara malik olmalıdır. Bu imkanlar öz ifadəsini müvafiq normativ-hüquqi bazanın hazırlanmasında, iqtisadiyyatın sabit inkişaf etdirilməsi üçün real şəraitin yaradılmasında, dövlətin əlindəki maliyyə-iqtisadi, təşkilati-iqtisadi imkanlarda və digər vasitələrdə tapır.

Təcrübə göstərir ki, hər bir ölkədə regional idarəetmənin müvəffəqiyyətlə həyata keçirilməsi aşağıdakı məsələlərin ardıcıllıqla düzgün həll edilməsindən asılıdır.



  1. Ölkənin dövlət quruluşundan asılı olaraq regionlara bölgü sisteminin və hər bir regionun idarəetmədə rolunun düzgün müəyyən edilməsi;

  2. Elmi cəhətdən əsaslandırılmış düzgün regional siyasətin və müvafiq dövlət idarəetmə vəsaitlərinin işlənib hazırlanması və onlardan istifadə olunması metodlarının müəyyən edilməsi;

  3. Regional siyasətin və tənzimlənmənin hüquqi əsaslarını təsbit edən qanunların, digər normativ aktların və inzibati-hüquqi sərəncam və qərarlarının qəbul edilməsi;

  4. Həmin qanunların normativ-hüquqi aktların sərəncam və qərarların icrasını təmin edən strukturların yaradılması, digər təşkilati işlərin, tədbirlərin hazırlanması və həyata keçirilməsi;

  5. Regionların inkişaf etdirilməsi, məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsindəki uyğunsuzluqların aradan qaldırılması üçün iqtisadi təsir və stimullaşdırma vəsaitlərindən istifadə edilməsi;

  6. Regional inkişafın dövlət tərəfindən idarə olunmasının müasir dövrdə geniş yayılmış formalarından yerli şəraitə uyğun istifadəsi üçün bütün iqtisadi və təşkilati işlərin görülməsi.

Əhatə dairəsinə görə qanunları və digər normativ-hüquqi aktları aşağıdakı 4 qrupa bölmək olar:

  1. Ölkənin bütün ərazisinə aid olan onun ümumiinkişafını tənzimləyən qanunlar;

  2. Ölkənin bu və ya digər qrup regionların (məsələn, şəhərlərin, yaxud da kəndlərin və i a.) inkişafını tənzimləyən qanunlar;

  3. Bu və ya digər regionun inkişaf etdirilməsini tənzimləyən xüsusi qanunlar;

  4. Regionlararası münasibətləri tənzimləyən qanunlar.

Müstəqillik illərində Azərbaycanda yeni cəmiyyət quruculuğunu, bazar münasibətlərinə keçid və dünya iqtisadiyyatına inteqrasiyanın əsaslarını müəyyən edən, tənzimləyən və idarə edən 1000-dən çox qanun qəbul edilmiş, mövcud qanunlarda dəyişikliklər edilmiş, təkmilləşdirilmələr aparılmışdır. Bu qanunlar sahə və qismən ərazi mülkiyyət, bölgü və istehlak münasibətlərini, əhalinin sosial-müdafaəsinə təminat verilməsini, maliyyə, sığorta, uçot və statistikanı, vergi münasibətlərini, xarici iqtisadi fəaliyyəti, daxili bazarın qorunmasını və s. tənzimləyən qanunlardır.

Bunlarla yanaşı, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, bələdiyyələrin yaradılması və fəaliyyətlərinə dair bir sıra qanunlar, fərman və sərəncamlar qəbul olunmuşdur.

Respublikada ərazi üzrə idarəetmə ilə bağlı qanunlar yalnız inzibati-ərazi vahidləri əhatə edir. Nisbətən iri miqyaslı coğrafi-iqtisadi regionları, regionlararası və şəhərlə kənd arasındakı münasibətləri tənzimləyən, bütövlükdə respublikadaxili regional siyasətin əsaslarını müəyyən edən qanunlar və digər normativ-hüquqi aktlar kifayət qədər qəbul olunmuşdur.

Qanun, sərəncam və təlimatların, habelə idarəetmə, tənzimləmə vasitə və metodlarının, strateji plan və məqsədli proqramların işlənib hazırlanmasında müxtəlfi dövlət orqanları (məsələn, Milli Məclis və onun Komitələri) ilə yanaşı, normativ – hüquqi aktların əhatəliliyindən və əhatə dairəsindən asılı olaraq digər dövlət strukturları və təşkilatlar da iştirak edə bilərlər və iştirak edirlər. Bunlara Azərbaycan Respublikası Maliyyə, Vergilər, İqtisadi-inkişaf Nazirlikləri, Azərbaycan Respublikasının Milli Bankı, Sahə elmi-tədqiqat institutları, Azərbaycan Respublikası Gömrük Komitəsi, Azərbaycan MEA və onun müvafiq institutlarını misal göstərmək olar.



Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin